Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   64

 
181 
Ģəkildə tərpənməsi zəif Ģəkildə də olsa, söhbətin nədən getmiəsinə iĢarə 
edir.  
  Normal  sözlükdən  və  cümlə  quruluĢundan  istifadə  edin.  UĢaq 
baĢa  düĢmədikdə,  dediyimizi  bir  də  təkrarlayın,  cümləni  baĢqa  Ģəkildə 
qurun və onu əyani Ģəkildə nümayiĢ etdirin.  
  UĢağın  diqqətini  cəlb  etmək  üçün  onun  adını  çətin.  Təlim 
prosesində  uĢağa  sizin  üzünüzə  baxmağı  öyrədin.  Onun  diqqəti  sizə, 
sizin üzərinizdə cəmlənənə qədər məlumatı çatdırmağa tələsməyin.  
  EĢitmə  qüsuru  olan  uĢaqları  qrupun  içində  danıĢmağa 
həvəsləndirin  və  bu  zaman  ona  danıĢığa  baĢlamağa  və  onu 
tamamlamağa kifayət qədər vaxt verin.  
Nitq və dilin inkiĢafı baxımından geriləyən uĢaqlar üçün nəzərdə 
tutulan  uyğunlaĢdırmalar  eĢitmə  qüsuruna  malik  olan  uĢaqlar  üçün  də 
sərfəli ola bilər.  
 
ĠnkiĢaf baxımından geriləmə 
Anlayışların tərifi 
 
ĠnkiĢaf  baxımından  geriləmə  səkkiz  yaĢından  aĢağı  uĢaqlarda 
inkiĢafın  müxtəlif  sahələrində  nəzərəçarpacaq  geri  qalmanı  göstərən 
xüsusiyətdir. ĠnkiĢaf baxımından geriləmənin mövcudluğu onu göstərir 
ki,  inkiĢaf  prosesi  nəzərəçarpacaq  dərəcədə  məhdudlaĢdırılmıĢdır  və 
xüsusi müdaxilə olmadan bu qüsurlar aradan qaldırıla bilməz.     
 
Xüsusiyyətləri  
UĢağın  inkiĢaf  baxımından  geriləməyə  məruz  qalmasının 
müəyyənləĢdirilməsi  müvafiq  Ģəraitdə,  aĢağıda  göstərilən  sahələrin 
birində  və  ya  bir  neçəsində  geriləmənin  aĢkara  çıxarılması  zamanı 
bilinir:    
 Fiziki inkiĢaf və özünənəzarət vərdiĢləri  
 Ġdrakı bacarıqlar 
 Ünsiyyət vərdiĢləri  
 Sosial və emosional inkiĢaf 
  QavrayıĢ  vərdiĢləri,  o  cümlədən  görmə,  eĢitmə,  toxunma, 
müvazinət və hərəkət vərdiĢləri. 
Bu  sahələrin  hər  hansı  birində  inkiĢaf  baxımından  geri  qalma 
inkiĢafı  sürətləndirmək,  öyrənmə  və  digər  vərdiĢlərin  əldə  edilməsi 
məqsədilə,  xüsusi  təlim  və  terapevtik  xidmətlərin  göstərilməsini  tələb 
edir.  


 
182 
Bir  çox  azyaĢlı  uĢaqlarda  xüsusi  öyrəmə  qabiliyyətsizliklərin 
meydana  çıxması  bəzən  lazımi  Ģəkildə  dərk  edilmir,  yaxud  konkret 
olaraq müəyyənləĢdirilmir. ĠnkiĢaf baxımından geri qalma konsepsiyası 
tərbiyəçilərə  və  valideynlrə  əbu  qüsurlara  malik  olan  uĢaqları 
müəyyənləĢdirmə içində kömək edir və beləliklə, onlar vaxtı ötürmədən 
həmin uĢaqların mövcud problemlərinin qarĢısını almağa çalıĢırlar.  
 
Təlim çətinlikləri  
Müvafiq  xidmətlərin  göstərilməsi  bacarıqsızlıq  səviyyəsinin 
müəyyənləĢdirilməsindən sonra uĢağın mövcud potensialına və ehtiyac 
sahələrinə  əsaslanmalıdır.  ĠnkiĢaf  baxımından  geriləmə  inkiĢaf 
statusunun  nədən  ibarət  olduğunu  müəyyənləĢdirdikdən  sonra  nəzərdə 
tutulan xidmətləri  icra  etmək,  özü  də  bu  uĢaqları  bir yerə  yığaraq  qrup 
Ģəklində icra etmək faydalıdır.  
Tipik  olaraq,  erkən  uĢaqlıq  kimi  səciyyələnən  uĢağın  inkiĢaf 
müddəti  doğulandan  sonra  səkkiz  yaĢına  qədərdir.  Bu  müddət  ərzinlə 
uĢaqların  malik  olduqları  inkiĢaf  statusu  sahələri  vasitəsilə  müxtəlif 
çeĢidli davranıĢ tipləri ilə səciyyələnir.  
Erkən  uĢaqlaq  illəri  ərzində  inkiĢaf  baxımından  geri  qalma 
kateqoriyasından  istifadə  edilməsi,  onun  digər  əlaqədar  problemlərinin 
aĢkarlanması  üçün  də  vacibdir.  Beləliklə,  bu  kateqoriya  üzrə  məxsusi 
olaraq  uĢağın  kompleks  ehtiyaclarına  diqqətin  yönəldilməsi,  bu 
ehtiyacların  müvafiq  yollarla  aradan  qaldırılmasına  Ģərait  yaradır. 
AzyaĢlı uĢaqlarda inkiĢaf baxımından geriləməni müəyyənləĢdirmək və 
onu  aĢkara  çıxarmaq  üçün  müxtəlif  modellərdən  istifadə  olunur.  Bu 
modelləri  tətbiq  edərkən,  uĢağın  tərbiyəsi  ilə  məĢğul  olan  kollektivin 
üzvləri  onun  barəsində  yığılan  bütün  məlumatlardan  lazımi  Ģəkildə 
istifadə etməlidirlər.  
Müxtəlif mənbələr, məsələn valideynlər, digər ailə üzvləri, qayğı 
göstərən  Ģəxslər  və  tərbiyəçilər  də  uĢağın  müxtəlif  yerlərdə,  məsələn 
evdə və məktəbdə nümayiĢ etdirdiyi qabiliyyətlər barədə informasiyanın 
çatdırılmasında  yardımçı  ola  bilərlər.  Bu  modeldən  istifadə  edərkən, 
tərbiyəçilər  xəstəxananın  verdiyi  rəydən  istifadə  edərək,  müvafiq 
qərarlar  qəbul  edə  bilərlər.  UĢağın  inkiĢaf  problemlərinin  aradan 
qaldırılması iĢində strategiyanın müəyyənləĢdirilməsi üçün ən müxtəlif 
sahələrdən, o cümlədən uĢağın valideynlərindən məlumatlar yığılmalı və 
bu  zaman  uĢağın  tipik  və  təbii  mühitdə  öz  fəaliyyətini  necə  yerinə 
yetirməsinə diqqət yetirilməlidir.  
 


 
183 
Əqli geriləmə 
 
Anlayışın tərifi 
 
Əqli geriləməyə malik olan fərdlər funksionallıq baxımından orta 
səviyyədə aĢağı inkiĢaf edən və öyrənmə iĢiendə, habelə sosial mühitdə 
çətinliklərlə  rastlaĢan  Ģəxslərdir.  Əqli  geriləmənin  texniki  baxımından 
təyin edilməsinə aĢağıdakılar daxildir:  
 UĢağın intellektual baxımından aĢağı səviyyədə inkiĢaf etməsi; 
  ĠnkiĢaf  dövründə  özünü  nümayiĢ  etdirən  və  uĢağın  təlim 
fəaliyyətinə,  habelə  gündəlik  həyatdakı  davranıĢına,  ünsiyyət,  sosial, 
tədris  və  müstəqil  Ģəkildə  yaĢama  vərdiĢlərinə  mənfi  təsir  göstərən 
davranıĢınja qüsurların davamlılıq xarakterinə malik olması; 
  Təfəkkür  testləri  vasitəsilə  ümumi  əqli  funksionallığın  qüsura 
malik  olması,  belə  Ģəxslər  aparılan  testlərdə  yetmiĢ  və  ya  ondan  aĢağı 
bal toplayırlar.  
 
Əqli  geriləmə  xəstəlik  deyildir,  onu  əqli  xəstəliklərlə  qarıĢıq 
salmaq  lazım  deyildir.  Əqli  geriləməyə  malik  olan  uĢaqlar  da  böyüyüb 
yaĢlaĢırlar; onlar  əbədi olaraq uĢaq yaĢında və ağlında qalmırlar. Ləng 
Ģəkildə və çətinliklə olsa da, onlar da öyrənirlər.  
Əqli  geriləməyə  malik  olan  uĢaqların  böyük  əksəriyyətində 
xromosom  anormallığına  rast  gəlinir.  Digər  bioloji  faktorlara 
aĢağıdakılar daxildir: 
  Asfiksiya,  yaxud  nəfəs  alma  prosesində  oksigen  çatıĢmazlığı, 
qanun tərkibində müxtəlif problemlərin yaranması. 
  Hamiləlik  dövründə  ananın  bətnində  müxtəlif  infeksiyaların 
olması. 
 qəbul edilən dərmanların mənfi təsiri.  
Xüsusiyyətləri  
Müxtəlif  tədqiqatçılar  razılaĢır  ki,  əqli  geriləməyə  malik  olan 
fərdlər,  bu  problemləri  olmayan  fərdlər  kimi  ləng  də  olsa,  eyni  yolu 
keçirlər. Digər tədqiqatçılar elə hesab edirlər ki, əqli geriləməyə  malik 
olan  Ģəxslər  diqqət,  qavrayıĢ  və  yaxud  yaddaĢ  kimi  xüsusi  sahələrdə 
problemlərə  malik  olurlar.  Qüsurun  yümĢaq,  orta,  ciddi,  yaxud  dərin 
olmasından  asılı  olaraq  əqli  geriləmə  probleminə  malik  olan  Ģəxslər 
tədris,  sosial  və  digər  vərdiĢlər  sahəsində  fərdi  xüsusiyyətlərə 
malikdirlər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə