Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

 
134 
iĢ haqqında danıĢır-məsələn, «sən artıq iĢi görmüsən ki», sanki uĢaq bu 
iĢin  öhdəsindən  gəlmiĢdir.  Assosiativ  strategiyaların  köməyi  ilə  yaĢlı 
Ģəxs  uĢaqda  nəyisə  etmək  həvəsi  aĢılamaq  üçün  müvafiq  sözlərdən 
istifadə edir, məsələn «hop» deməklə onda impuls yaradırö  
UĢaqların  müĢahidə  edilməsi  müəllimə  məhz  uĢağın  maraq 
dairəsində  olan  materialları  seçməkdə  kömək  edir.  Lenanın 
müĢahidəsinə  görə,  Anna  duzlu  xörəkləri,  məsələn  krendeli  xoĢlayır. 
Qəlyanaltı zamanı Lena krendelin uĢaqda hansısa sözləri yda salmağına 
və  tələffüz  etməyinə  kömək  edəcəyini  bilərək,  Annanın  malik  olduğu 
sözlük haqqında geniĢ təsəvvür yaratmağa çalıĢır.        
Yardımçı  təlim  stiuasiyaları  müəllimə  təbii  Ģəkildə  baĢ  verən 
hadisələrin  kontekstində  tədrisi  asanlaĢdırmaq  imkanı  yaradır.  Buna 
nümunə,  Ģkafın  gözündəki  oyuncaq  maĢina  baxan  uĢaq  ola  bilər. 
Oyuncağı uĢağa dərhal vermək əvəzinə müəllim sifətində maraqlı ifadə 
yaradaraq,  gözləyir  ki.  uĢaq  özü  xahiĢi  dilinə  gətirsin.  UĢaq  birinci 
olaraq  ünsiyyətə  cəhd  göstərdikdə,  maĢın  ona  verilir.  UĢaq  ünsiyyətə 
cəhd  göstərmədikdə,  müəllim  onda  təqribən  aĢağıdakı  sözlərlə  maraq 
oyatmaq  istəyir:  «Hansını  istəyirsən  –  maĢını,  yoxsa  kubikləri?» 
Həvəsləndirmə  texnikası  və  seçim  imkanının  yaradılması  birbaĢa 
sorğuya  çəkmənin  əksinə  olaraq  («nə  istəyirsən?»)  uĢağa  ünsiyyət 
yaratmağa Ģərait və imkan yaradır.                 
   
Körpü  müəllimin  uĢağın  nə  edə  biləcəyi  ilə  nə  edə 
bilməyəcəyi  arasında  əlaqənin  yaradılmasına  kömək  edən  strategiyalır. 
Ġlk  növbədə  müəllim  uĢağın  qabiliyyətindən  xəbərdar  olmalıdır,  sonra 
uĢağın səviyyəsindən bir balaca yuxarı olan səviyyəni modelləĢdirərək, 
yaĢlı  Ģəxs  uĢağa  yüksək  səviyyələrdə  daha  da  müstəqillik  göstərmək 
imkanı verir. Məsələn, uĢağa «üç donuz balası» nağılını oxuyanda, yaĢlı 
Ģəxs,  məsələn  «Aha,  canavar  gəlir.  Görəsən  o,  nə  edəcək?»  suallarla 
qızıĢdırmalıdır.  
Körpü  strategiyası  eyni  zamanda  özünəxidmət  vərdiĢlərinin 
yaranmasına  stimul  verməlidir,  buna  misal  olaraq,  çay  süfrəsi  baĢa 
çatdıqdan sonra stəkanı stolun üzərinə qoyulması ola bilər.  
 
Sosial münasibətlərin stimullaşdırılması 
Daxiledici mühitdə qüsurlu uĢaqlar özləri kimi uĢaqlarla gündəlk 
ünsiyyətdə  olmaq  imkanını  əldə  edirlər.  UĢaqların  sadəcə,  proqrama 
daxil  edilmələri  hələ  kifayət  deyildir.  Müəllimlər  qüsurlu  uĢaqlar 
arasında  fəal  Ģəkildə  qarĢılıqlı  münasibətlərin  yaranmasına  yardım 
etməlidirlər.  Bu,  ən  müxtəlif  üsullarla  həyata  keçirilə  bilər.  Məsələn, 


 
135 
üzərində  uĢaqların  adları  yazılan  yarlıklardan  istifadə  etməklə, 
müəllimlər  bunu  həyata  keçirə  bilərlər.  Müəllimlər  Ģifahi  nitqi  yaxĢı 
olan uĢaqları, Ģifahi nitqi bir az zəif olan uĢaqlarla yanaĢı əyləĢdirməklə, 
necə deyərlər, onların dilini aça bilər. UĢaqların bəziləri digər uĢaqlara 
yardımçı  olmaqdan  ləzzət  alırlar.  Digərləri  isə,  baĢqa  uĢaqlara 
bənzəməyi xoĢlayırlar.  
Müəllimlər  uĢaqları  kiçik  qrup  üçün  nəzərdə  tutulan  fəaliyyət 
növü  üzrə  qruplaĢdıranda,  bu  Ģəxsi  keyfiyyətlərə  fikir  verməlidirlər. 
Müəllimlər  uĢaqların  biri  digərinə  çox  diqqətlə  yanaĢdıqları  fəaliyyət 
növlərini  təklif  etməklə,  onların  arasındakı  dostluğu  möhkəmləndirə 
bilərlər.  Dərnəkdə  məĢğələnin  keçirildiyi  zaman  tipik  xüsusiyyətli 
uĢaqlar təkcə oyun zamanı müəyyən bir məkanı seçməklə deyil, həm də 
digər uĢaqları ona qoĢulmağa dəvət etməklə həvəsləndirilə bilərlər. Belə 
bir  həvəsləndirmə  metodu  seçim  etməkdə  çətinlik  çəkən,  yaxud 
müstəqil  Ģəkildə  oynamağa  təĢəbbüs  göstərməyən  uĢaqlar  üçün  çox 
xeyirlidir.  Qüsurlu  uĢaqlar  öz  tay-tuĢlarına  əllərindən  gələn  köməyi 
etmək  imkanına  malik  olmalıdırlar.  Bəzi  qüsurlu  uĢaqlar  xüsusi  bir 
sahədə,  məsələn  görmə  baxımından  güclü  ola  bilərlər.  Nəticə  etibarilə 
onlar  bir  yerdə  çətin  suallar  verməkdə  uğur  qazana  bilərlər. 
AydınlaĢdırma zamanı müəllim bu uĢağa yanaĢı oturduğu uĢağın həmin 
çətin 
məsələni 
tamamlayıb-tamamlamadığını 
bilmək 
imkanı 
yaratmalıdır.  Mümkün  olan  bütün  hallarda  müəllim  uĢaqlara  elə  bir 
imkan  yaratmalıdıdır  ki,  onlar  sual  meydana  çıxdıqda,  bunu  yaĢlı 
Ģəxslərdən yox, öz tay-tuĢlarından soruĢsunlar.  
Qeyri-ənənəvi  qrup  fəaliyyətindən  istifadə  olunması,  uĢaqlar 
arasında  ictimai  ünsiyyəti  yaratmağın  yollarından  biridir.  Musiqiyə 
qulaq  asdıqları  zaman,  məsələn  qüsurlu  uĢaqlar  tipik  uĢaqlarla  yanaĢı 
otuzdurulmalıdır.  Bu  uĢaq  cütləri  musiqiyə  qulaq  asdıqda,  bütün 
hərəkətələri  bir  yerdə  etməlidirlər.  Belə  bir  strategiya  yaĢlılardan  yox, 
məhz öz tay-tuĢundan kömək uman uĢaqlar üçün xeyirdir. Bu, həm də 
oyuna qoĢulmağa ürək etməyən passiv uĢaqlara impuls verəcəkdir.  
Qrupdakı bu və ya digər vərdiĢlərin aĢılanması prosesi (a) sosial 
münasibətlərin stimullaĢdırılması sahəsində təminat yaradır, (b) uĢaqlara 
ən  müxtəlif  vəziyyətlərdə  ictimai  davranıĢ  normalarını  öyrədir  və  (v) 
sinifdə  aparılan  fərdi  fərqlər  və  dostluğun  əhəmiyyəti  mövzusunda 
aparılan müzakirə üçün, əlveriĢli mühit yaradır.  
Fərdi qruplaşdırma strategiyasından istifadə edilməsi 
Demək olar ki, bütün vaxtlarda müəllimlər uĢaqlara kiçik qruplar, 
cüt-cüt və müstəqil Ģəkildə iĢləmək imkanını yaradan fəaliyyət növlərini 


 
136 
fikirləĢib  tapırlar.  AĢağıda  verilənlər  sinifdə  istifadə  edilmək  üçün 
nəzərdə tutulan qrup strategiyalarıdır: 
Təlim əməkdaĢlıq qrupları – ik, üç, dörd və daha artıq nəfərdən 
ibarət  olan  qruplarda  uĢaqlar  fəaliyyət  zamanı  əməkdaĢlıq  edərək 
oynayırlar. Onlar  əllərində olan əĢyaları bölüĢdürür, edəcəkləri iĢ üçün 
plan  tökür,  ideyalar  sürür,  fikir  mübadiləsi  aparır  və  onları  təmin  edən 
oyunu həyata keçirirlər.  
Lena  narahatdır  ki,  Anna  tez-tez  uĢaqlar  bayırda  olanda  tək 
oynayır.  Annanın  müvafiq  olaraq,  müəyyən  qüsur,  yaxud  çətinliyə 
malik  olduğunu  bilən  Lena  elə  bir  Ģərait  yaradır  ki,  bu  zaman  Anna 
kollektiv  oyuna  qoĢulsun.  Lenanın  yardımı  ilə  müəyyən  fiziki  qüsuru 
olan  Anna  müvafiq  hərəkətləri  icra  etməyə  baĢlayır.  bu  çöl  oyunu 
alındığı zaman uĢaqlar, o cümlədən Anna artıq müstəqil Ģəkildə oyunun 
mahiyyətini təĢkil edən hərəkətləri icra etməyə baĢlayır.  
UĢaq  əməkdaĢlığı-iki  uĢaq  onların  birgə  iĢtirakını  təmin  edən 
oyun  oynayırlar.  Birgə  fəaliyyətə  nümunə  kimi,  rəsm  çəkmək, 
baĢsındıran  suallar  vermək,  bloklar  qurmaq,    yaxud  dramatik  rollu 
oyunlar  oynamağı  göstərmək  olar.  Bu,  adətən  spontan  Ģəkildə  alınan 
təcrübə olsa da, müəllimin göstəriĢi ilə planlaĢdırıla da bilər.  
Bir  dəfə  Petyanın  təkbaĢına  oynadığını  görən  müəlliməsi  Eva,  o 
və baĢqa bir uĢaq üçün fəaliyyət növü fikirləĢib tapır. Eva Petyaya deyir 
ki,  onunla  bir  neçə  dəqiqəliyə  oynamaq  istərdi.  Onlar  stolun  arxasında 
otururlar  və  birlikdə  güllə  və  plastik  bloklardan  maĢınlar  düzəldirlər. 
Eva  baĢqa  bir  uĢağı  onlara  qoĢulmağa  çağırır.  Həmin  uĢaq  onlara 
qoĢulan  kimi,  Eva  yavaĢ-yavaĢ  onların  oyununa  müdaxilə  etməkdən 
çəkinir  və  bir  növ  kənardan  onların  nə  etdiklərini  seyr  edir.  Bir  neçə 
ardıcıl  uğurlu  epizoddan  sonra  Petya  birbaĢa  müdaxilənin  olmadığı 
Ģəraitdə müstəqil oyanamaq sahəsində uğurlar qazanır.  
Fərdi təlimi bu, yaĢlarının uĢağa, yaxud uĢağa verdiyi göstəriĢ 
ola  bilər:  burada  müəllimin  rolu  uĢağın  reaksiyasını  müĢahidə  etmək 
nəticəsində  nəyisə  göstərmək,  yaxud  modelləĢdirməkdir.  Müəllim 
müəyyənləĢdirə  bilər  ki,  uĢaq  tapĢırığın  müəyyən  hissələrini 
öyrənməklə,  qarĢıya  qoyulan  vərdiĢi  mənimsəyə  bilər.  Bəzi  uĢaqlar 
yenicə  öyrəndikləri  vərdiĢləri  deyək  ki,  nə  vaxt  tətbiq  etmək  barədə 
fərdi təlimata ehtiyac duyurlar.  
Petya  bir  çox  fiziki  vərdiĢlərə  malikdir.  O,  təkərli  oyuncaqları 
meydança boyu sürətlə idarə edir. Ancaq Petya onların sinfində oxuyan 
bir çox uĢaqların çoxdan yiyələndikləri vərdiĢi, məsələn tullanmağı icra 
edə  bilmir.  Eva  Petyanın  yeni  vərdiĢləri  öyrənərkən  nə  qələr  tərəddüd 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə