Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil


QÜSURLU UŞAQLARIN SİNFƏ ALINMASI



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

 
131 
QÜSURLU UŞAQLARIN SİNFƏ ALINMASI 
 
Fəslin məzmunu 
Sinif strategiyası  
Petya üçün uyğunlaĢdırma 
Sinfin qaydaya salınması və təchiz edilməsi 
Qayğı cəmiyyətin yaradılması 
 
Sinif strategiyası      
Hər bir uĢaq onu əhatə edən ətraf aləm haqqında müəyyən bilgiyə 
malik  olan  yaĢlıların  yardımı  ilə  bu  zəngin  ətraf  aləmdə  oynamaq  və 
öyrənmək imkanlarından istifadə etməyə möhtacdır. Bu fəsildə uĢaqlara 
inkiĢaf imkanları  verən uyğunlaĢdırma və öyrənmə strategiyalarının ən 
müxtəlif  variantları  nəzərdən  keçiriləcəkdir.  Bu  fəsildə  uĢaqların 
inkiĢafına təkan verəcək müxtəlif təlim strategiyaları araĢdırılacaqdır.  
Yaradıcı fəallıq mərkəzləri  
AzyaĢlı uĢaqlar üçün nəzərdə tutulan uyğunlaĢma sinifləri fəallıq 
mərkəzləri  kimi  tanınan  yerlərdə  yaradılır.  Fəallıq  mərkəzlərində 
müəllimlər  fərdi  tədris  üslubları  və  inkiĢaf  qabiliyyətləri  sahəsində 
müxtəlifliyə  imkan  yaradan  çeĢidli  materiallar  təĢkil  edirlər.  UĢağın 
təhsil  ehtiyaclarını  müəyyənləĢdirmək  üçün  onların  hər  birini  diqqətlə 
müĢahidə etdikdən sonra müəllimlər uĢaqları inkiĢaf səviyyələrinə görə 
qruplaĢdırmaq 
məqsədilə 
məqsədyönlü 
fəaliyyətlərin 
həyata 
keçirilməsini  planlaĢdırırlr.  Təqribən  eyni  problemlər  qarĢısında  duran 
uĢaqlar  yeni  ideya  və  fəaliyyət  növləri  meydana  çıxdığı  zaman  bu 
problemlərin  həllinə  əminliklə  yanaĢacaqlar.  Ümidləri  malik  olduqları 
inkiĢaf  səviyyəsindən  yuxarı,  yaxud  aĢağı  olan  uĢaqlar  çox  tez  bir 
zamanda  maraqdan  düĢə  bilər,  tənbəlləĢər,  yaxud  onların  ürəyi  qırıla 
bilər (Kotlin, 1997).  
UĢaqlara  gün  ərzində  seçim  etmək  imkanı  yaradan  fəallıq 
mərkəzləri  bütün  uĢaqlar  üçün  təhsil  prosesini  asanlaĢdıran  aĢağıdakı 
əsas amilləri irəli sürür: 
UĢağın  maraq  və  ehtiyacları  vasitəsi  ilə  məlumatlandırılan 
bütöv təlim proqramında uĢağın hərtərəfli inkiĢafı dəstəklənir. Predmet 
və  bacarıq,  o  cümlədən  inkiĢaf  konsepsiyası  uĢaqların  materiallar,  öz 
yaĢıdları və yaĢlılarla qarĢılıqlı münasibətlərinə sirayət edir. 
UĢağın  böyüməsi  və  inkiĢafının,  o  cümlədən  birinci  və  ikinci 
dilin  inkiĢafı,  ən  müxtəlif  bacarıq  və  qabiliyyətə  malik  öyrətmə  tədris 


 
132 
üzərinə  vurğunun  salınması  azyaĢlı  uĢaqların  təlim  və  tərbiyəsində 
planlaĢdırma, həyata keçirmə və müəyyənləĢdirmənin əsasını təĢkil edir. 
Oyun  azyaĢlı  uĢaqların  həyatında  vacib  komponentlərdən 
biridir  və  o,  uĢağın  yiyələnəcəyi  biliyin  generatoru  rolunu  oynayır. 
Oyun  vasitəsilə  uĢaqlar  düĢünmə,  mühakimə  yürütmə,  problemi  həll 
etmə,  habelə  dilə  yiyələnmə  vərdiĢlərini  inkiĢaf  etdirməklə  yanaĢı  bir 
çox  vacib  sosial,  emosional  və  fiziki  vərdiĢ  və  qabiliyyətlərə 
yiyələnirlər.  
 
Mürəkkəb fəaliyyət növlərindən istifadə 
 
Bəzi  hallarda  böyük  və  kiçik  fəaliyyət  qruplarına  aid  edilən 
öyrədici  mürəkkəb  fəaliyyət  növləri  proqram  günü  vasitəsilə  nizama 
salınırlar.  Bu  müddət  ərzində  müəllim  qrupu  mahnı  oxuma,  barmaq 
oyunları, müzakirə, yaxud çalıĢmalarla əyləndirir. Belə fəaliyyət növləri 
təbiətləri  etibarilə  izahedici  çöl  oyunları  ilə  və  fəallıq  mərkəzlərindəki 
oyunlarla  əkslik  təĢkil  edir.  müəllimlər  bunun  üçün  lazım  olan  vaxtı 
formal  Ģəkildə  planlaĢdırırlar.  VaxtaĢırı  olaraq,  bu,  nəzərdən  keçirilən 
müddət ərzində müəllimin təqdim etdiyi əĢyalar ilə tematik tədris planı 
arasındakı əlaqəyə əsaslanır. Tematik planda müəllimlər bir-birilə bağlı 
olan  fəaliyyət  növlərini  və  spesifik  müddət  üçün  hansı  təcrübənin 
keçirilməsini  planlaĢdırırlar  (Tematik  tədris  planı  6-cı  fəsildə  ətraflı 
Ģəkildə nəzərdən keçirilmiĢdir).  
ĠnkiĢaf  baxımından  yerində  sayan  və  xüsusi  ehtiyaclı  uĢaqlar 
onlara  yardım  göstərən  yaĢlılarla  qurduqları  müsbət  əlaqələrə  görə 
öyrədici təlimdən daha yaxĢı istifadə edirlər. Ancaq elə uĢaqlar da vardır 
ki,  onlar  üçün  bu  tipli  təlimatlı  fəaliyyətlər  problemlər  yaradır:  onlar, 
məsələn  diqqətlərini  qrupun  üzərində  cəmləĢdirə  bilmir,  yaxud  onlar 
qulaq  asma  və  eĢitdiklərindən  fayda  götürmə  vərdiĢlərini  kifayət  qədər 
inkiĢaf etdirə bilmirlər.  
Xüsusi  ehtiyaclı  uĢaqlar  ən  müxtəlif  üsullarla  təqdim  edilən 
təlimatı  və  mürəkkəb  quruluĢlu  oyunların  keçirilməsini  arzulayırlar. 
UĢaqların  qrupun  içində  təqdim  edilən  məlumatı  anlaya  bilmək 
bacarığını aydınlaĢdırmaq üçün daimi müĢahidə aparmaq lazımdır. UĢaq 
sinifdə  oturduğu  yerin  yaxĢı  olmasından  da,  necə  deyərlər,  faydalana, 
qrup  üçün  ayrılan  mövzunun  üzərinə  diqqətini  yönəltmək  üçün  vizual 
mövqedən də istifadə edə bilər.     
Bəzi  inkiĢaf  baxımından  yerində  sayan  və  xüsusi  təlim 
ehtiyatlarına  malik  olan  uĢaqlar  digər  uĢaqların  kifayət  qədər  spontan 


 
133 
Ģəkildə  yiyələndikləri  bacarıq  və  vərdiĢlərə  həsədlə  baxırlar.  Məsələn, 
ümumən  müəyyən  yaĢ  həddinə  çatan  uĢaqlar  hər  hansı  mövzunu 
qavramaqla  əlaqədar  heç  bir  çətinlik  qarĢısında  durmasalar  da,  digər 
anlama  məhdudiyyətinə  malik  uĢaqlar  bu  sahədə  məhz  təlimata 
möhtacdırlar. UĢaqdan «mənə almanı göstər» soruĢduqda, o, sualın tələb 
etdiyi  adekvat  cavab  üzrə  modelləĢdirmə  aparır  və  o,  bunun  üçün 
barmağından  istifadə  edir.  Bu  üsulla  uĢaq  nəyisə  göstərmiəyin  qeyri-
verbal vasitələrinə yiyələnir.  
Fəallın  mərkəzlərində  müəllimlər  bəzi  uĢaqların  ehtiyac 
duyduqları  xüsusi  vərdiĢlərin  aĢılanmasını  sınaqdan  keçirirlər.  Onlar 
tez-tez  müəllimin  davranıĢını  təqlid  edir.  buna  görə  də,  onlar  üçün 
nəyisə öyrənmək imkanları geniĢ məzmun daĢıyır. Oyunun qaydalarına 
bələd  olan  uĢağı  nəyəsə  məcbur  etmək  olmaz.  Oyun  məzəli  və 
funksional səciyyə daĢımalıdır.  
Mərkəzdə  həyata  keçirilən  fəaliyyət  zamanı  müəllimlərin  nəyisə 
öyrətməsi  də  öz  növbəsində  uĢağı  müxtəlif  kontekstlərdə  yeni 
vərdiĢlərdən funksional istifadəyə həvəsləndirir. Bütün bunlar, məsələn 
kitabdakı Ģəklə iĢarə etməklə, dostuna təzə aldığı ayaqqabısını göstərib, 
yeni  vərdiĢləri  ən  müxtəlif  kontekstlərdə  nümayiĢ  etdirməklə  həyata 
keçir.  
 
Naturalistik öyrətmə strategiyalarının işlənməsi 
Müəllimlər naturalistik öyrətmə strategiyalarıdan istifadə etdikləri 
zaman,  onlar  uĢağa  yeni  vərdiĢləri  inkiĢaf  etdirmək  və  əvvəooəp 
qazandıqları  vərdiĢləri  təcrübədən  keçirməkdə  kömək  edirlər. 
Müəllimlər təbii öyrətmə strategiyalarından uĢaqlar üçün stimul yaradan 
gündəlik  hadisə  və  fəaliyyətlərin  kontekstində istifadə  edirlər.  AĢağıda 
verilənlər əhəmiyyətli təbii öyrətmə strategiyalarına misal ola bilər:  
ModelləĢdirmə  yaĢlı  Ģəxslərdə  uĢağın  xüsusi  obyekt,  yaxud 
hadisə  üzərinə  diqqətinin  cəmləĢdiyi  zaman  lazım  olan  sözü,  yaxud 
sözləri iĢlətməyi tələb edir. Məsələn, uĢaq yaĢlı Ģəxsə içində köpük olan 
qabı  uzadırsa,  yaĢlı  Ģəxs  «aç»  sözünü  deməli,  yaxud  onu 
modelləĢdirməlidir.  Buna  müvafiq  olaraq,  uĢaq  oyun  vaxtı  bu 
kontekstdə  istiqamətlənir,  yaĢlı  Ģəxs  uĢağın  maraq  dairəsində  hərəkət 
edir.  
GeniĢləndirmə  uĢağın  artıq  etmiĢ  olduğu,  yaxud  sözlə  ifadə 
etdiyi Ģeyə məlumatın əlavə edilməsidir. UĢaq yaĢlı Ģəxsə sabun köpüyü 
qabını uzadır və deyirsə ki, «aç», yaĢlı Ģəxs deməlidir «yaxĢı. açıram». 
Paralel danıĢıqdan istifadə zamanı yaĢlı Ģəxs uĢağın icra etməkdə olduğu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə