Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

 
119 
Ģərtlənir.  Bu  çatıĢmamazlıq  zamanı    sözlər  hallara,  kəmiyyətə,  Ģəxs  və 
zamana görə düzgün dəyiĢmirlər.  
Aqrammatik  disleksiya  müxtəlif  patogenezli  nitq  qüsurları  olan 
(oxu  vərdiĢinin  sintetik  mərhələdə  formalaĢması  ilə  bağlı)  uĢaqlarda 
daha çox təsadüf edilir.  
Mnestik disleksiya zamanı bütün hərflərin qavranılması və onların 
dəyiĢmə  çətinliyi  baĢ  verir.  bu  qüsur  səslə  hərf  arasında  əlaqənin 
yaradılması proseslərinin pozulması və nitq yaddaĢının çatıĢmazlığı ilə 
Ģərtlənir.  Belə  ki,  uĢaqlar  3-5  səsdən  və  ya  sözdən  ibarət  sıranı 
ardıcıllıqla  deyə  bilmir,  əgər  deyirsə  də  bu  zaman  onların  ardıcıllığını 
pozur, kəmiyyətini azaldır, səsləri və ya sözləri buraxırlar.  
Optik 
disleksiyada 
qrafik 
cəhətdən 
oxĢar 
hərflərin 
mənimsənilməsində  çətinlik  olur.  uĢaqlar  bir-birindən  elementlərinə 
görə  fərqlənən  və  ya  eyni  elementlərə  malik  olan  hərfləri  ya  dəyiĢik 
salır, ya da qarĢılıqlı əvəz edirlər.  
Optik disleksiya zamanı hərflərin tapılması, düzgün hərfi düzgün 
olmayan hərfdən fərqləndirmək, çatıĢmayan elementi hərfə əlavə etmək 
bacarığı olmur. Məsələn, uĢağa «r» hərfindən «b» hərfini, «s» hərfindən 
«o»  hərfini  düzəltmək  tapĢıranda  onlar  bunu  yerinə  yetirməkdə  çox 
böyük çətinliklər çəkirlər.  
Literal  optik  disleksiyada  təcrid  olunmuĢ  hərflərin  tanınması  və 
hərflərin fərqləndirilməməsi qüsuru müĢahidə edilir.  
Verbal  disleksiya  zamanı  isə  sözü  oxuyarkən  yaranan  çətinliklər 
özünü göstərir.  
Taktik  disleksiya  əsasən  görmə  qüsurlu  uĢaqlarda  –  korlarda 
müĢahidə  olunur.  Bu  Brayl  əlifbasının  taktil  qavranılması  zamanı 
hərflərin  fərqləndirilməməsidir.  Oxu  prosesində  taktilə  görə  aĢkar 
həfrlər nöqtələrinin sayına görə qarıĢdırılır və ya əvəz edilir.  
Müasir dövrdə yazı qüçurları da ayrıca bir nitq qüsuru kimi təsdiq 
edilir.  
Disqrafiya  –yazı  prosesinin  qismən  spesifik  pozulmasıdır.  Yazı 
nitq  fəaliyyətinin  çox  səviyyəli  və  mürəkkəb  formalı  prosesidir.  Bu 
prosesdə  müxtəlif  analizatorlar:  nitqi  eĢitmə,  nitqi  hərəkət,  görmə  və 
ümumi  hərəkət  iĢtirak  edir.  Yazı  fəaliyyəti  zamanı  bu  analizatorlar 
arasında  qarĢılıqlı  Ģərtilik  və  sıx  əlaqə  yaranır.  Bu  prosesin  strukturu 
yazıya  yiyələnmə  vərdiĢlərinin  mərhələlərindən,  onun  vəzifə  və 
xarakterindən asılıdır. Demək lazımdır ki, yazı Ģifahi nitq prosesləri ilə 
sıx bağlıdır və onun kifayət qədər inkiĢafının yüksək səviyyəsi əsasında 
həyata keçirilir.  


 
120 
YaĢlı  adamın  yazı  prosesi  avtomatlaĢmıĢ  olur  və  bu  vərdiĢə 
yiyələnən uĢağın yazısından ciddi surətdə fərqlənir. Belə ki, böyüklərdə 
yazı  məqsədyönlü  fəaliyyət  olub  müəyyən  fikrin  ötürücü  və  ya 
qeydiyyatı məqsədi daĢıyır. YaĢlı adamın yazısının xarakteri bütövlüyü, 
əlaqələnməsidir və sintetik prosesdir. Sözlərin qrafik surətləri ayrı-ayrı 
elementlərlə  (hərflərlə)  yaradılmayıb.  Bütöv  tam  kimi  meydana  çıxır: 
Söz bir motor aktı kimi yaradılır. Yazı prosesi avtomatik və iki nəzarət 
vasitəsi ilə: kinestetik və görmə həyata keçir.  
Bu  baxımdan  əlin  avtomatlaĢdırılmıĢ  hərəkəti  Ģifahi  nitqin  yazılı 
nitqə keçməsində mürəkkəb prosesin ən sonuncu mərhələsi hesab etmək 
olar.  
 
Yazı  prosesi  çoxsəviyyəli  struktura  malik  olub,  böyük  sayda 
əməliyyatları  özündə  birləĢdirir.  YaĢlı  adamda  bu  ixtisar  olunmuĢ, 
qısaldılmıĢ xarakter daĢıyır.  
A.R.Luriya 
yazının 
aĢağıdakı 
əməliyyatlarını 
müəyyənləĢdirmiĢdir: 
Yazı təhrik, motor və vəzifələrdən baĢlanır. Ġnsan nə üçün, hansı 
məqsədlə yazdığını bilir: qeyd etmək, informasiyanı müəyyən müddətə 
saxlamaq, baĢqasına yetirmək, hər hansı bir fəaliyyətə təhrik etmək. Bu 
zaman  fikrən  yazacağı  ifadəni  planlaĢdırır,  onun  məna  proqramını, 
fikrin  ümumi  ardıcıllığını  müəyyənləĢdirir.  Ġlkin  fikir  cümlənin 
müəyyən quruluĢu ilə uyğunlaĢdırılır.     
Yazı  prosesində  yazan  Ģəxs  müəyyən  qaydanı  gözləməli,  nəyi 
yazdığını və nəyi yazacağını bilməlidir.  
Hər bir yazılacaq cümlə onu təĢkil edən sözlərə ayrılmalıdır, çünki 
yazıda  hər  bir  sözün  müəyyən  hüdudu  olmalıdır.  Yazı  prosesində  ən 
mürəkkəb əməliyyatlardan biri sözün səs quruluĢunun təhlilidir. Düzgün 
yazmaq üçün sözün səs quruluĢunu, ardıcıllığını və hər bir səsin yerini 
mükəmməl bilmək lazımdır. Sözün səs təhlili nitqeĢitmə və nitq hərəkət 
analizatorların  birgə  fəaliyyəti  nəticəsində  mümkün  olur.  Səslərin 
müəyyənləĢdirilməsində, ardıcıllığını gözləməkdə ən əsas rolu öz-özünə 
demək tutur (pıçıldamaq, ucadan və ya daxildə demək). Sözün öz-özünə 
təkrar  edilməsi  barədə  bir  çox  tədqiqatçılar  müsbət  rəy  söyləyərək 
göstərirlər  ki,  bu  səhflərin  az  olmasında,  səslərin  ardıcıllığını  və 
xarakterini müəyyənləĢdirməkdə yazan Ģəxsə çox böyük kömək göstərir.  
Yazıdakı  sonrakı  əməliyyatlardan  biri  digər  səslərdən,  xüsusi  ilə 
oxĢar  səslərdən  qrafik  cəhətdən  fərqlənən  fonemləri  görmə  surətləri 
vasitəsi  ilə  hərflə  uyğunlaĢdırmaqdır.  Qrafik  cəhətdən  oxĢar  hərflərin 


 
121 
fərqləndirilməsi  üçün  kifayət  qədər  məkani  təsəvvürlərin,  görmə  təhlil 
və tərkib proseslərinin formalaĢması gərəkdir. Birinci sinif Ģagirdi üçün 
hərflərin təhlili və tərkibi o qədər də asan məsələ deyildir.  
Göstərilən  əməliyyatdan  sonra  yazının  motor  (hərəkət)  prosesi 
gəlir. Bu proses zamanı hərflərin görmə surəti əl hərəkətləri vasitəsi ilə 
yerinə  yetirilir.  Hərfin  yazılması  zamanı  sözlərin  ginestetik  nəzarəti 
görmə:  yazılanın  oxunması  ilə  həyata  keçirilir.  Normada  yazı  prosesi 
müəyyən nitq funksiyaların kifayət qədər formalaĢma səviyyəsi; səslərin 
eĢitmə və fərqləndirilməsi, onların düzgün tələffüz edilməsi, nitqin təhlil 
və  tərkibi,  dilin  leksik-qrammatik  tərəflərinin  formalaĢması,  görmə  ilə 
analiz və sintezi, məkani təsəvvürlər əsasında həyata keçirilir.  
Yuxarıda  göstərilən  hər  hansı  bir  funksiyanın  pozulması  yazı 
vərdiĢlərinə yiyələnmək prosesini pozub disqrafiya yaradır. Beləliklə də, 
disqrafiya  normada  yazı  proseslərini  həyata  keçirən  ali  psixi 
funksiyaların inkiĢafsızlığı (dağılması) nəticəsində meydana çıxır.  
Qeyd etmək lazımdır ki, yazı pozğunluqları aĢağıdakı terminlərlə 
adlandırılır: 
Disqrafiya, aqrafiya, dizfoqrafiya, evolyusiyalı disqrafiya. 
Disqrafiyanı  yaradan  səbəblər  disleksiyada  olduğu  kimidir. 
UĢaqlarda  disqrafiya  bir  çox  ali  psixi  funksiyaların:  görmə  təhlil  və 
tərkibi,  məkani  təsəvvürlər,  danıĢıq  səslərinin  eĢitmə-tələffüz 
fərqləndirilməsi,  fonematik,  heca  təhlil  və  tərkibi,  cümlələrin  sözlərə 
parçalanması,  nitqin  leksik-qrammatik  quruluĢu,  hafizə  və  diqqətin 
pozulması,  emosional-iradi  sfera  və  s.  pozulması,  formalaĢmaması 
nəticəsində meydana çıxır.  
Disqrafiyanın  növləri  çoxdur.  Bu  bir  çox  prinsiplərə  görə: 
analizatorların  pozulması,  psixi  funksiyaların  inkiĢafdan  qalması,  yazı 
əməliyyatlarının formalaĢması və s. görə təsnif edilir.  
Müasir dövrdə ən çox iĢlənən təsnifat aĢağıdakılardır:  
1.Artikulyator-akustik disqrafiya; 
2.Fonemlərin tanınmasının pozulmasına əsaslanan disqrafiya; 
3.Dilin analiz və sintezinin pozulması ilə Ģərtlənən disqrafiya; 
4.Aqrammatik disqrafiya; 
5.Optik disqrafiya. 
1.Artikulyator-akustik disqrafiya. 
M.E.Xvatsev  bu  qüsuru  «yarıda  pəltəklik»  termini  ilə 
müəyyənləĢdirmiĢdir.  
Artikulyator –akustik disqrafiya zamanı uĢaq necə tələffüz edirsə, 
eləcə də yazır. Bunun əsasını düzgün olmayan, səs tələffüzün yazıda əks 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə