Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

 
86 
təfsilatı  ilə  danıĢılır,  öz  fəaliyyətləri  ilə  bağlı  sual  və  cavabları,  öz 
arzuları  və  s.  haqqında  məlumatları  dinlənilir.  Gördüyünüz  kimi. 
N.A.Çevelevanın  metodikası  «UĢaq  bağçalarında  uĢaqların  təlim  və 
tərbiəsi  proqramı»nın  bir  hissəsinə  əsaslanan  əl  əməyi  fəaliyyət 
prosesində  nitq  çalıĢmalarını  çətinləĢdirilməsinə,  rus tədqiqatçılarından 
S.A.Mirovanın  məktəbəqədər  yaĢ  dövründə  kəkələyən  uĢaqların 
loqopedik iĢini uĢaq bağçalarının hazırlıq, orta və böyük yaĢ qruplarında 
istifadə  edilən  proqramına  əsasən  sistemləĢdirilmiĢdir.  Bu  proqramlara 
əsasən  aĢağıdakı  hissələri  məktəbəqədər  yaĢ  dövründə  kəkələmənin 
aradan  qaldırılması  prosesində  istifadə  edirlər:  «Ətraf  aləmlə  tanıĢlıq», 
«Nitq  inkiĢafı»,  «Sadə  yazı  təsəvvürlərin  inkiĢafı»  və  «Rəsm,  yapma, 
applikasiya  və  konstruksiyalaĢdırma».  Bu  metodun  müəllifi  loqoped 
qarĢısında  dörd  mərhələdə  yerinə  yetirməli  proqram  və  korreksiya 
vəzifələri  qoyur.  O,  bu  mərhələləri  kvartal  adlandıraraq  korreksiya 
iĢində ardıcıl mürəkkəbləĢdirilməni irəli sürürdü.  
Birinci  kvartalda  təlim  prosesində  sadə,  situativ  nitqin  bütün 
məĢğələlərində istifadə vərdiĢləri uĢaqlara aĢılanır. Bu mərhələdə xüsusi 
yeri  lüğət  ehtiyatına  artırılması,  lüğətin  geniĢlənməsi,  söz  mənasının 
dəqiqləĢdirilməsi,  passiv  lüğət  ehtiyatının  fəallaĢdırılması  tutur. 
Loqopedin  öz  nitqinə  də  xüsusi  tələblər  qoyulur:  suallar  konkret  olur. 
Nitq  müxtəlif  variantlı  qısa  və  dəqiq  ibarələrdən  ibarət  olmalı,  nitqin 
sürəti  aramlı  və  əyani  vasitələrlə  zəngin  olmalıdır.  Ġkinci  kvartalın 
korreksiya  vəzifləri  uĢaqda  situativ  nitqdən  istifadənin  tədricən  sadə 
konkret  nitqə  keçməsi  vərdiĢlərinin  möhkəmləndirilməsi  və  loqopedin 
sualları  əsasında  və  onsuz  nəql  edilməsindən  ibarətdir.  Bu  mərhələdə 
əsas  yeri  ibarə  üzərində  iĢ  tutur:  sadə  geniĢ  cümlələr,  cümlələrin 
qurulması,  onların  qrammatik  cəhətdən  tərtibatı,  tabeli  mürəkkəb 
cümlələrin quruluĢu, hekayələrin tərtibi və s.  
Bu  zaman  proqram  materialının  öyrənmə  ardıcılığı  dəyiĢdirilir. 
Əgər  birinci  kvartalda  uĢaqlar  bütün  məĢğələlərdə  əyani  bir  predmetlə 
tanıĢ  olurdusa,  ikinci  kvartalda  isə  əĢyalar  təkrar  edilməyib,  əĢyalar 
mövzuların  ümumiliyi  və  təyinatı  əlamətinə  görə  yaxın  olmasına  görə 
seçilirlər. Üçüncü kvartalda korreksiya iĢi zamanı əvvəllər formalaĢmıĢ 
nitqdən  istifadə  və  müstəqil  kontekst  nitqə  yiyələnmə  vərdiĢlərinin 
möhkəmləndirilməsi  həyata  keçirilir.  Bu  mərhələdə  əsas  yeri 
hekayələrin  tərtib  edilməsi  üzərində  iĢ  tutur:  əyani  vasitələrə  istinad 
etməklə, loqopedin sualları əsasında, müstəqil hekayələrin tərtibi və s.  
Qeyd  etmək  lazımdır  ki,  üçüncü  kvartalda  təlimin  birinci 
mərhələsi  üçün  xarakterik  olan  proqramın  asta,  ləng  öyrənilməsinin 


 
87 
lazımlığı  itir  və  məĢğələlər  kütləvi  uĢaq  bağçası  səviyyəsinə 
yaxınlaĢdırılır.  
Dördüncü  kvartalda  korreksiya  iĢi  müxtəlif  mürəkkəb  müstəqil 
nitqdən  istifadə  vərdiĢlərinin  möhkəmləndirilməsinə  yönəldilir.  Bu 
mərhələdə əsas yeri yaradıcı nəqletmə üzərində iĢ tutur. Bununla yanaĢı, 
lüğətin  zənginləĢdirilməsi  cümlələrin  təkmilləĢdirilməsi  üzərində  iĢ 
davam edir. UĢaqlar nitqlərin loqopedin suallarına və öz təsəvvürlərinə 
istinad edərək, nəticələr çıxarır, fikir söyləyirlər. Əyani material demək 
olar  ki,  heç  dəyiĢdirilmir.  Loqopedin  sualları  gələcəkdə,  uĢaqlar 
tərəfindən  irəli  sürülmüĢ  iĢ  prosesinə  aid  tərtib  edilir.  Korreksiyaedici 
təlim təqdim edilən süjetin  məntiqi ardıcıllığının gözlənilməsinə, əlavə 
izah,  dəqiqləĢdirmə  aparmaq  bacarığının  inkiĢafına  yönəldilir.  Ġstər 
N.A.Çevelevanın,  istərsə  də  S.A.Mironovanın  metodiaları  kəkələyən 
uĢaqların  tədricən  sərbəst  nitq  vərdiĢlərinə  (sadə  situativ  nitqdən 
kontekst  nitqə)  yiyələnməsi  üzərində  qurulmuĢdur.  Lakin  bu  
metodikalar  arasında  fərq  ondan  ibarətdir  ki,  N.A.Çeveleva  bunu 
uĢaqlarda əl əməyi fəaliyyəti prosesində, S.A.Mironova isə uĢaq bağçası 
proqramının  ayrı-ayrı  hissələrinin  keçirilməsində  nəzərdə  tutur. 
Kəkələyən  uĢaqlarda  korreksiya  və  tərbiyə  məsələlərinin  bir-birinin 
əvəz etməsinin vacibliyi prinsipinin özü loqopedik təcrübədə düzgün və 
gərəklidir.  Digər  metodika  V.Ġ.Seliverstov  tərəfindən  iĢlənilib 
hazırlanmıĢdır. Onun metodikası daha çox uĢaqlarda tibbi müəssisələrdə 
(ambulator və stasionar) loqopedik iĢin aparılmasına istiqamətlənmiĢ və 
bu  zaman  müxtəlif  loqopedik  priyomların  iĢlənməsi  və  modifikasiya 
nəzərdə tutulmuĢdur.  
Müəllifə  görə,  loqopedik  iĢ  həmiĢə  yaradıcı  olmalıdır,  çünki 
kəkələmənin  aradan  qaldırılması  hər  bir  uĢağa  müxtəlif  yanaĢma 
priyomu tələb edir.  
V.Ġ.Selivestov  tərəfindən  irəli  sürülmüĢ  uĢaqlarla  loqopedik 
məĢğələlərin  ardıcıl  mürəkkəbləĢdirilməsi  sxemi  3  mərhələdə  həyata 
keçirilir: hazırlıq, məĢqedici və möhkəmləndirici.  
Bu  prosesdə  nitq  çalıĢmaları  bir  tərəfdən  müstəqil  nitqin 
səviyyəsi,  onun  hazırlığı,  ucalığı,  ritmik  olması  və  quruluĢundan  asılı 
olaraq  mürəkkəbləĢdirilir.  Digər  tərəf-dən  isə  nitq  sitiuasiyalarının 
müxtəlif  mürəkkəbliyindən,  sosial  mühit  və  Ģəraitdən,  uĢağın 
ünsiyyətinin baĢ verdiyi anın fəaliyyət növlərindən asılıdır. Sərbəst nitq 
səviyyəsindən  və  kəkələmənin  hər  bir  konkret  səviyyədə 
xüsusiyyətlərindən  asılı  olaraq  nitq  çalıĢmalarının  vəzifə  və  formaları 


 
88 
uĢaq  qrupları  ilə  loqopedik  iĢ  Ģəraiti  də  ayrı-ayrı  uĢaqlar  üçün 
müəyyənləĢdirilir.  
Loqopedik məĢğələlərin məcburi Ģərtlərindən biri bu məĢğələlərin 
«UĢaq  bağçalarında  təlim-tərbiyə  proqra-mı»nın  bütün  hissələri  ilə 
əlaqəli  olmasıdır.  Bundan  əlavə  məktəbəqədər  yaĢlı  uĢağın  əsas 
fəaliyyət  növü  olan  oyun  bu  məĢğələlərdə  geniĢ  istifadə  edilməlidir, 
yəni  korreksiya-tərbiyə  iĢi  oyun  üzərində  qurulmalıdır.  Məktəbəqədər 
yaĢlı  kəkələyən  uĢaqlarla  loqopedik  iĢ  zamanı  digər  metoddan  da 
istifadə  etmək  olar.  Bu  Q.A.Volkovanın  differensiyalı  psixoloji, 
pedaqoji  metodudur.  2-7  yaĢlı  kəkələyən  uĢaqlarla  kompleks  iĢ  sistemi 
bir  neçə  hissədən  ibarətdir:  1)  Oyun  fəaliyyətinin  metodikası  (oyun 
sistemi):  2)  loqoritmik  məĢğələlər;  3)  tərbiyə  məĢğələləri;  4)  uĢaqların 
mikrososial mühitinə təsir; 
Loqopedik  məĢğələlərin  xüsusi  məzmununu  təĢkil  edən  oyunlar 
sistemi  özündə  bir  neçə  növü  birləĢdirir.  Bunlar  didaktik,  nəğməli 
oyunlar, 
mütəhərrik  oyunlar,  Ģer  və  ya  mətn  parçalarının 
dramlaĢdırılması oyunu, stolüstü oyunlar, barmaqların oyunu, loqopedin 
təklifi  və  uĢaqların  özlərindən  uydurduğu  oyunlar.  UĢaqlarla  məĢğələ 
zamanı birinci növbədə oyun fəaliyyətinin prinsipi realizə edilir. 
Göstərilən  metodikaya  uyğun  aĢağıdakı  mərhələlər  fərqləndirilir: 
müayinə, uĢaqların nitqinin azaldılması, birgə əks-sədalı  tələffüz, sual-
cavab,  müxtəlif  sitiuasiyalarda  uĢaqların  müstəqil  ünsiyyət  mərhələsi. 
Hər  bir  yuxarıda  göstərilən  mərhələ  uĢaq  bağçasının  proqramı 
materialını  nəzərə  almaqla  (gediĢin  ardıcıllığının  dəyiĢməsi  ilə)  təĢkil 
edilir  və  korreksiyaedici,  inkiĢafetdirici  və  tərbiyəedici  məqsədlərin 
həyata keçməsinə yönəldilir. Beləliklə, məĢğələlər öz süjeti ətrafında elə 
qurulur  ki,  onun  bütün  hissələri  (mərhələləri)  proqramın  məzmununa 
uyğun gəlsin.  
Nəzərdən keçirdiyimiz metodikalar 2 yaĢdan 4 yaĢa və 4 yaĢdan 7 
yaĢa  qədər  kəkələyən  uĢaqlar  üçün  fərqlidir.  Birinci  halda  korreksiya 
məsələlərindən  çox,  uĢaqların  inkiĢafı  və  tərbiyəsi  vəzifələri  yerinə 
yetirilir. Bu yaĢda loqopedik iĢ profilaktika xarakteri daĢıyır.  
4-7  yaĢlı  kəkələyən  uĢaqlarla  aparılan  loqopedik  iĢ  zamanı 
loqopedik  təsir  korreksiya  istiqaməti  qavranaraq  əsas,  aparıcı  məna 
daĢıyır.  Çünki  fərdi  inkiĢaf  prosesində  Ģəxsiyyət  xüsusiyyətlərinin 
formalaĢması kəkələyənlərin nitq fəaliyyətinin xarakterinə təsir edir və 
qüsurun strukturunu müəyyənləĢdirir.  
Oyun fəaliyyət metodikası Ģəxsiyyətin tərbiyəsinə yönəldiyindən, 
onun  əsasını  qüsurun  aradan  qaldırılması  təĢkil  edir.  Kəkələyən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə