Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

 
33 
iĢ aparılır. Fonematik, leksik, qrammatik quruluĢun inkiĢafında mümkün 
olan  dəyiĢikliklər  əldə  edilir,  lakin  bir  çox  hallarda  belə  xəstə  uĢaqlara 
göstərilən loqopedik kömək az effektli olmuĢdur.    
Səslərə  yiyələndikdən  sonra  uĢağı  nitqdəki  ayrı-ayrı  səsləri 
yiyələnmək  vərdiĢlərinə  öyrədirlər,  getdikcə  bu  iĢ  mürəkkəbləĢdirilir. 
Belə  iĢlə  yüksək  ixtisaslı  mütəxəssis  məĢğul  olur,  valideynlər 
loqopedlərə  köməklik  göstərə  bilər,  onları  əvəz  edə  bilməzlər.  Alaliya 
zamanı  uĢağın  nitqindəki  geriliyi  müəyyən  edən  kimi  loqopedik  iĢ 
aparılmalıdır, çünki müstəqil olaraq və loqopedin köməyi olmadan nitq 
formalaĢa  bilməz.  UĢağın  2  yaĢına  qədər  nitqinin  olmaması  artıq 
həyəcan amildir.  
Motor 
alaliya-dil 
əməliyyatlarının 
formalaĢmaması 
ilə 
səciyyələnən  ekspressiv  nitqin  inkiĢaf  etməməsidir.  Nitq-hərəkəti 
analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb 
olan  nitq  hərəkəti  analizatorunun  fəaliyətinin  inkiĢafdan  geri  qalması, 
yaxud  pozulması  motor  alaliyanın  yaranmasının  əsas  səbəbidir.  Motor 
alaliya  afferent  və  efferent  olur.  Afferent  alaliyada  nitqin  pozulması 
mexanizmi  kinestik  apraksiya,  efferent  alaliya  isə  genetik  apraksiyaya 
gətirib  çıxarır.  Motor  alaliyada  nitqin  fonetik-fonematik,  leksik-
qrammatik  quruluĢu  pozulur.  Nitq  aparatının  hərəkəti  koordinasiyası  
formalaĢmır.  Artikulyasiya  hərəkəti  və  əməliyyatlarının  icra  edilməsi 
mümkünsüzlüyü  müĢahidə  olunur.  Sözlərin,  ifadələrin  tələffüzü 
pozulur.  Nitqin  tempi,  ritmi,  formalaĢmaması  ilə  səciyyələnir.  Lüğət 
ehtiyatı  uĢaqlarda  zəif  inkiĢaf  edir,  nitqdə  düzgün  istifadə  olunmur. 
Qrammatik  quruluĢ  ləng  mənimsənilir,  sintaktik  konstruksiyalar 
primitivliyi  ilə  fərqlənir.  Ünsiyyətdə  nitq  anlaĢılmaması  olur,  ümumi 
nitq  fəallığının  pozulması  ilə  Ģərtlənir.  Motor  alaliyada  nitqin  tam 
pozulması  da  müĢahidə  olunur.  Bu  xəstəlikdə  ümumi  hərəkət 
kobudluğu, lənglik, uyğunsuzluq, hərəkətlərin tormozlanması müĢahidə 
olunur.  Bir  çox  hallarda  əqli  inkiĢafda  gerilik  özünü  göstərir.  Onlar 
psixo-fiziki 
tormozlanma, 
diqqətsizlik,  emosional-iradi  zəifliyi 
xarakterizə  edilir.  Nitq  passivliyi  ümumi  anlayıĢların  qavranılmasını 
çətinləĢdirir.  Alaliya-tibbi-psixoloji-pedaqoji  problemdir.  Müntəzəm 
dərmanı  və  fizioterapevtik  müalicənin,  psixonevroloqlar  tərəfindən 
kompleks Ģəklində aparıldıqda loqopedik iĢ səmərəli ola bilə 
 
SENSOR ALALİYA 
 


 
34 
Sensor alaliyada eĢitmənin yaxĢı olmasına baxmayaraq uĢaqlarda 
ətrafdakıların  nitqinin  dərk  edilməsi  pozulur,  sözlərin  mənası  və 
səslənməsində  uyğunsuzluq  müĢahidə  olunur,  impressiv  nitq  inkiĢaf 
etmir. EĢitmə nitq analizatorlarının qabığının (vernike mərkəzi) və onun 
ötürücü  yollarının  zədələnməsi  bu  xəstəliyin  yaranma  səbəbi  ola  bilər. 
Əsas  nitq  simptomları:  nitqin  qavranılmasının  pozulması,  sözlə  onu 
bildirən  əĢya,  hərəkətlər  arasında  uyğunsuzluq  (qapalı  akupatiya 
adlanır),  səslərə  qarĢı  həssaslıq,  yəni  hiperakuziya,  baĢqalarının 
diqqətini cəlb etməyən səslər onların diqqətini cəlb edir (su damcılarının 
səsləri,  kağız  xıĢıltısı).  Bu  sensor  alaliyalı  uĢaqları  zəif  eĢidənlərdən 
fərqləndirir.  Exolaliya  müĢahidə  oluna  bilər.  Sensor  alaliyalı  uĢaqların 
səsləri  normaldır,  sözlər  və  səslər  normal  modulyasiya  olunur  və 
intonasiyalıdır,  zəif  eĢidən  uĢaqların  səsi  zəif  olur.  Sensor  alaliya 
uĢaqlarda az olur, adətən qarıĢıq tipinə tez-tez rast gəlinir, yəni sensor-
motor alaliya yaxud motor alaliya sensor komponentləri ilə.     
 
                               


 
35 
DİSLALİYA 
 
Əvvəlki fəsildə qeyd edildiyi kimi, uĢaqların çoxu 4-5 yaĢda artıq 
səsin  tələffüz  edilməsində  təkmilləĢib  norma  həddinə  çatır.  Lakin 
inkiĢafın  müəyyən  mərhələsində  sosioloji,  fərdi  və  pataloji  amillərin 
nəticəsində uĢaqlarda tələffüz qüsurları öz-özlüyündə keçməyib, daha da 
dərinləĢir və nitq pozğunluğuna çevrilir.  
Səs tələffüzü pozğunluqlarından biri də dislaliya adlanır.  
Dislaliya  (yunanca  dis-hissəvi  pozğunluq,  çatıĢma-mazlıq  və 
lalio-danıĢıram)  normal  eĢitmənin  olması  və  nitq  aparatının  mühafizə 
olunmuĢ  innervasiyası  (sinir  hüceyrələri  ilə  təmin  olunması)  ilə 
müəyyənləĢir.  
Göstərmək  lazımdır  ki,  dislaliya  uĢaqlar  arasında  ən  geniĢ 
yayılmıĢ nitq pozğunluqlarıdır. Aparılan tədqiqatlara görə məktəbəqədər 
yaĢlılar  arasında  15,  20%  kiçik,  ibtidai  sinif  Ģagirdləri  arasında  5,7% 
uĢaq  dislaliya  qüsuruna  malikdirlər.  MənĢəyinə  görə  dislaliya  iki  növə 
ayrılır: funksional və mexaniki (üzvü). 
1.Funksional dislaliya 
Funksional  dislaliya  səs  tələffüzünün  pozulmasının  elə  bir 
formasıdır  ki,  burada  artikulyasiya  aparatında  heç  bir  çatıĢmamazlıq 
müĢahidə edilmir.  
Bu  qüsurun  yaranmasının  səbəblərindən  ən  geniĢ  yayılması 
uĢaqların ailədə düzgün nitq tərbiyəsi almamasıdır. Bəzən yaĢlılar (ata, 
ana  və  nənə)  uĢağın  nitqini  təqlid  edir,  uzun  müddət  onunla  «uĢaq 
dilində»  danıĢırlar.  Funksional  dislaliya  bəzən  uĢaqların  artıq  nitqində 
qüsur olan, dialekt xüsusiyyətləri və həddən artıq sürətli nitqli adamlarla 
daimi ünsiyyət nəticəsində də özünü göstərə bilər.  
Qeyd etmək lazımdır ki, ailədə ikidillilik də uĢağın nitqinə mənfi 
təsir  göstərib,  qüsur  yarada  bilər,  yəni  müxtəlif  dillərdə  danıĢan  uĢaq 
bəzən  nitqin  tələffüz  xüsusiyyətlərini  digərinə  keçirib,  nəticədə  səhv 
tələffüzə  malik  ola  bilər.  Çox  vaxt  dislaliya  pedaqoji  cəhətdən 
baxımsızlığın nəticəsində də meydana çıxır. Bu zaman böyüklər uĢağın 
səs tələffüzünə diqqət yetirmir, vaxtında onun qüsurlarını təshih etmir, 
düzgün tələffüz nümunələri göstərməyib, dəqiq və düzgün səs tələffüzü 
tələb  etmirlər.  BaĢqa  sözlə  desək,  uĢağın  nitqi  yaĢlılar  tərəfindən 
düzgün,  məqsədyönlü  təsirə  məruz  qalmayaraq,  normal  tələffüz 
vərdiĢlərini  yaratmır.  Qeyd  etmək  lazımdır  ki,  səs  tələffüzü  qüsurları 
fonematik  eĢitmənin  inkiĢafsızlığının  nəticəsi  kimi  də  meydana  çıxa 
bilər.  Bu  zaman  uĢaqda  səslərin  differensiyası  çətinləĢir  və  o,  səslərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə