Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

 
36 
akustik  əlamətlərinə  görə  (incə,  qalın,  kar-cingiltili,  fitli-fısıltılı)  
fərqləndirə  bilmir,  nəticədə  düzgün  səs  tələffüzünün  inkiĢafı  uzun 
müddət ləngiyir. 
Funksional 
dislaliya 
artikulyasiya 
aparatının 
üzvlərinin 
hərəkətlərinin  çatıĢmamazlığı  nəticəsində  də  baĢ  verir,  yəni  dilin, 
dodağın,  aĢağı  çənənin  qeyri-mühərrikliyi  nitq  zamanı  bir  hərəkətdən 
digərinə keçməni çətinləĢdirir.  
EĢitmənin  azalması  dislaliyaya  səbəb  ola  bilər.  Ağır  eĢitmə 
nəticəsində uĢaqların 10%-də səs tələffüzü qüsurları müĢahidə edilir. Bu 
daha  çox  fitli  və  fısıltılı,  kar  və  cingiltili  səslərin  differensiyasının 
çətinləĢməsi, eĢitmə ilə fərqləndirilməməsi nəticəsində baĢ verir.  
Dislaliya eyni zamanda əqli cəhətdən geri qalan uĢaqlarda da çox 
təsadüf  edilir.  Oliqofren  uĢaqların  50%-dən  çoxunda  səs  tələffüzü 
pozulmaları müĢahidə edilir.  
 
2.Mexaniki dislaliya 
Mexaniki  və  ya  üzvü  dislaliya  dislaliyanın  elə    bir  növüdür  ki, 
burada  düzgün  olmayan  səs  tələffüzü  periferik  nitq  aparatının  üzvü 
qüsurları,  onun  sümük  və  əzələ  quruluĢundakı  çatıĢmamazlıqları 
nəticəsində meydana gəlir.  
Mexaniki  dislaliyanın  yaranmasının  baĢlıca  səbəbi  kimi  dilaltı 
pərdənin qısalığını göstərmək olar. Belə ki, dilaltı pərdənin qısa olması 
dilin hərəkətini məhdudlaĢdırır və səs tələffüzünü çətinləĢdirir. Bundan 
əlavə,  dilin  həddindən  artıq  böyük,  enli  və  ya  qısa,  ensiz  olması  da 
dislaliyanın yaranmasını Ģərtləndirir.  
Göstərmək  lazımdır  ki,  çənənin  quruluĢundakı  qüsurlar  düzgün 
səs  tələffüzü  vərdiĢlərinin  yaranmasına  mənfi  təsir  göstərir.  Çənə 
qüsurları diĢləmiĢ anomaliyalarını əmələ gətirir.  
Qeyd  etmək  lazımdır  ki,  normal  diĢləm  (prikus)  zamanı  üst  çənə 
alt  çənənin  yüngülcə  qapamalıdır.  Anormal  diĢləmdə  isə  bu  belə 
olmayıb, bir neçə variantda özünü göstərə bilər.  
Proqnatiya  –  üst  çənə  qabağa  çox  çıxır,  nəticədə  aĢağı  qabaq 
diĢlər üst diĢlərə toxunmurlar.  
Proqeneya  –  aĢağı  çənə  qabağa  çıxmıĢ  vəziyyətdə,  üst  çənənin 
diĢləri isə aĢağı çənə diĢlərini qapamayır.  
Açıq  dişləm  –  aĢağı  və  üst  çənənin  qapanması  zamanı  arasında 
boĢluq qalır. Bəzən bu boĢluq yalnız ön diĢlərin arasında olur (ön açıq 
diĢləm).  


 
37 
Yan açıq dişləm – sol tərəfli, sağ tərəfli və ikitərəfli olur. DiĢlərin 
quruluĢu  qüsurları  da  mexaniki  dislaliyaya  səbəb  ola  bilər.  Məsələn: 
diĢlər  arasında  boĢluqların  olması  nəticəsində  nitq  zamanı  dil  bu 
boĢluqlara girir və səs səhv tələffüz olunur.  
DiĢ və çənənin quruluĢları stamotoloji həkimlər tərəfindən aradan 
qaldırılır,  çənənin  irəli  çıxmasının  qarĢısını  almaq  üçün  xüsusi  Ģinalar 
tətbiq olunur. Daha yaxĢı nəticələr almaq üçün Ģinalar 5 yaĢında, 6 yaĢa 
qədər  uĢaqlara  qoyulur.  Bu  yaĢda  sümüklər  ön  plastikliyini  saxladığı 
üçün onları düzəltmək mümkündür.  
Səs  tələffüzünə  mənfi  təsir  göstərən  amillərdən  biri  də  damaq 
qüsurlarıdır. Belə ki, dar, həddindən artıq hündür (qotik tipli) damaq və 
ya  yastı,  çox  aĢağıda  olan  damaq  bir  çox  səslərin  düzgün  tələffüzünü 
çətinləĢdirir.  
Çox qalın, bəzən sallaq aĢağı dodaq və ya qısa, az mütəhərrik üst 
dodaq dil-dodaq səslərinin tələffüzünü təkmilləĢdirib təhrif edir.  
Qeyd  etmək  lazımdır  ki,  düzgün  olmayan  səs  tələffüzü  hər  hansı 
bir samit səsə münasibətdə özünü göstərir. (Artikulyasiyasına görə sadə 
dilin  əlavə  hərəkətləri  tələb  olunmayan  m,  n,  t,  q  səslərinin  səs 
tələffüzündə  qüsurlar  çox  az  təsadüf  edilir).  Adətən  düzgün  olmayan 
təhrif  edilmiĢ  səs  tələffüzü  dil  (r,  l),  fitli  (s,  z)  və  fısıltılı  (s,  j,  ç,  c) 
səslərində özünü göstərir.  
UĢaqlar  bəzən  bərk  və  yumĢaq  samit  cütlərinin  tələffüzündə  də 
qüsura yol verirlər.  
Səs  tələffüzü  qüsurları  özünü  bu  və  digər  səslərin  olmaması,  ya 
onların təhrifi, ya da əvəzedilməsi ilə göstərir.  
Bunları ayrı-ayrı nəzərdən keçirək.  
Nitqdə  bu  və  ya  digər  səsin  olmaması  özünü  sözün  əvvəlində, 
ortasında  və  sonunda  həmin  səsin  düĢməsi  ilə  göstərir.  Məsələn: 
«reyhan»-«eyhan», «armud»-«amud», «sar»-«sa». Səsin təhrif olunması 
dedikdə  bu  və  ya  digər  səsin  düzgün  tələffüzü  əvəzinə  Azərbaycan 
dilinin    hərfləri  sistemində  olmayan  səs  tələffüz  edilir.  Məsələn: 
uvulyar,  bu  zaman  yumĢaq  damağın  nazik  kənarı  vibrasiya  edir  və  ya 
uvulyar r, bu zaman kiçik dilçək, vibrasiya edir.  
Səslərin  digər  səslərlə  əvəzlənməsi  (ana  dilinin  fonetik 
sistemindən) aĢağıdakı kimi baĢ verir.  
Artikulyasiya  yerinə  görə  eyni  və  əmələgəlmə  yerinə  görə  eyni 
səslərlə əvəz edilmə, məsələn: partlayan dilarxası k və q ilə partlayan dil 
önü t və d səsləri əvəz edilməsi (salam-talam, soruĢmaq-toruĢmaq).  


 
38 
Əmələgəlmə yerinə görə eyni, artikulyasiya orqanlarının iĢtirakına 
görə  fərqli  səslərin  əvəzlənməsi.  Məsələn:  frikativ  v  dil-diĢ  j  səsi  ilə 
əvəz edilir (sumka-fumka).  
Əmələgəlmə yerinə görə və ya vasitəsinə görə eyni səsli iĢtirakına 
görə  fərqli  səslərin  əvəzlənməsi.  Məsələn  cingiltili  səslərin  karlarla 
əvəzlənməsi  (bıçaq-pıçaq,  don-ton,  daĢ-taĢ).  Kəmiyyətə  görə  dislaliya 
sadə  və  mürəkkəb  olur.  Əgər  tələffüz  zamanı  4  səs  qüsurla  olarsa,  bu 
sadə,  beĢ  və  ya  daha  artıq  səs  qüsurla  tələffüz  edilərsə,  bu  mürəkkəb 
dislaliya  adlanır.  Əgər  səs  tələffüzü  qüsurlu  bir  artikulyasiya  qrupunu 
əhatə  edirsə,  monomorf  dislaliya  adlanır.  Əgər  qüsur  iki  və  daha  artıq 
artikulyasiya  qrupunu  əhatə  edirsə,  (rotasizm,  siqmatizm  və 
lambdasizm), bu polimet dislaliya adlanır.  
Tələffüz  qüsurunun  xarakterinə  uyğun  olaraq,  dislaliyanın 
aĢağıdakı növləri var: 
1.Siqmatizm (yunan sözü olub siqma s səsini bildirir) fitli səslərin 
(s,  Ģ,  z,  )  və  fısıltılı  (ç,  j,    c)samitlərin  tələffüz  qüsurlarını  bildirir. 
Siqmatizm tələffüz qüsurlarının ən geniĢ yayılmıĢ növüdür.  
2.Rotasizm  (ro  hərfi  yunanca  adı  s  səsini  bildirir)    r  və  r” 
səslərinin qüsurlu tələffüzüdür.  
3.Lambdasizm (lambda hərfinin yunanca adı olub, l səsini bildirir) 
v və l səslərinin qüsurlu tələffüzüdür.  
4.Damaq samitlərinin tələffüz qüsurları. 
Kappatsizm – k və k”  səsləri
Qammatizm – q və q” səsləri;                                        
Xittizm – x və x” səsləri  
Yotatizm – y səsli 
5.CingiltiləĢmə qüsuru- cingiltili səslərin tələffüz qüsurlarıdır. Bu 
qüsur cingiltili samitlərin kar səslərlə əvəz olunmasında özünü göstərir: 
v-p, d-t, v-f, z-s, j-Ģ, q-k və s.  
Qeyd etmək lazımdır ki, bu qüsur ağır eĢidən uĢaqlarda daha çox 
təsadüf edilir.  
6.YumĢalma  qüsurları  –  yumĢaq  tələffüz  edilən  samitlərin  bərk 
səslərlə əvəz edilməsidir. d”-d, p”-p, k”-k, r”-r və s.  
Ġstisna kimi Ģ, j, ç, c, y səslərin tələffüzündə bu qüsurlar müĢahidə 
edilmir, çünki həmin səslərin bərk cüt səsləri yoxdur.  
Göstərmək  lazımdır  ki,  uĢağın  hərtərəfli  inkiĢafına  nail  olmaq 
üçün onun nitqinin düzgün formalaĢması və inkiĢaf etməsinin də böyük 
rolu vardır. Buna görə də göstərdiyimiz tələffüz qüsurları vaxtında, elə 
məktəbəqədər  yaĢ  dövründə  aradan  qaldırılmalıdır.  Əks  təqdirdə  bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə