Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

 
54 
3.Səsin qoyulması; 
4.Səsin avtomatlaĢdırılması; 
5.Tələffüz zamanı səsin differensiasiyası və birləĢməsi.  
Əgər uĢaq bu və ya digər səsin eĢitmə ilə fərqləndirə bilirsə, onda  
I  mərhələ  buraxılıb,  korreksiya  iĢi  II  mərhələdən  baĢlanmalıdır.  Qeyd 
etmək  lazımdır  ki,  səs  üzərində  iĢ  apararkən  mütləq  uĢaqda  özünə 
eĢitmə  ilə  nəzarət  vərdiĢi  inkiĢaf  etdirilməlidir.  Bunun  üçün  loqoped 
uĢağın diqqətini səhv tələffüzü ilə müqayisə etməyi tapĢırır. YaxĢı olar 
ki,  loqoped  özü  səsin  səhv  tələffüzünü  göstərsin,  sonra  isə  düzgün 
normal  olan  səslə  növbələĢdirsin,  uĢaq  isə  onları  müqayisə  edib  lazımi 
nəticə çıxarsın. Bu zaman uĢağa hər iki tələffüzə diqqətlə qulaq asmaq 
tapĢırılmalıdır.  Səsin  avtomatlaĢdırılmasına  ancaq  uĢaq  səsi  ayrıca 
düzgün  tələffüz  edə  bildikdə,  dəfələrlə  təkrar  etdikdən  sonra  keçmək 
olar. 
Təshih  edilmiĢ  səsin  avtomatlaĢdırılması  aĢağıdakı  ardıcıllıqla 
həyata keçirilməlidir. 
1.Səsin hecalarda avtomatlaĢdırılması (açıq və qapalı hecalar)        
2.Səsin  sözlərdə  avtomatlaĢdırılması  (söz  əvvəlində  ortasında, 
sonunda). 
3.Cümlələrdə səsin avtomatlaĢdırılması. 
4.Səsin yanıtlmaclarda və Ģer parçalarında avtomatlaĢdırılması. 
5.Səsin qısa və üzün hekayələrdə avtomatlaĢdırılması. 
6.DanıĢıq nitqində səsin avtomatlaĢdırılması. 
Səsin avtomatlaĢdırılması üçün loqoped tərəfindən seçilmiĢ leksik 
material  xüsusi  fonetik  tələblərə  cavab  verməlidir.  Ġlkin  olaraq, 
materialda möhkəmləndiriləcək səslərin sayı maksimal olmalıdır. Sonra 
leksik material uĢaq üçün məna cəhətdən anlaĢıqlı olmalıdır.  
Səsin  tez  avtomatlaĢdırılması  üçün  əsas  Ģərt  tədricən  və  səsli 
Ģəkildə  nitq  çalıĢmalarında  tempin  (surətin)  artırılmasıdır.  Səsin 
avtomatlaĢdırılması zamanı sadə leksik materialdan çətin materiala, sadə 
nitq  fəaliyyətindən  daha  mürəkkəbə  (loqopedin  ardınca  əĢya,  hərəkət, 
hadisəni adlandırmaq, adi situasiyalar təsvir etmək, yadında qalmıĢ Ģeri 
əzbər  demək,  sonra  isə  qısa  həcmli  hekayətləri  nəql  etmək,  Ģəkillər 
serialları üzrə hekayələr qurmaq və ən nəhayət, müstəqil və azad danıĢıq 
nitqinə keçmək) baĢlamaq lazımdır.  
Xüsusi olaraq düzgün olmayan səsin tələffüzünün təshihi qaydası 
məsələsinə diqqət vermək gərəkdir. Aydındır ki, uĢaq bir-üç səsi düzgün 
tələffüz etməzsə, buna xüsusi sistem tətbiq etmək lazım deyildir. Lakin 
məlumdur  ki,  daha  çox  fonem  əhatə  edən  mürəkkəb  dislaliya  ən  çox 


 
55 
təsadüf  edilən  nitq  qüsurudur  və  o  xüsusi  korreksiya  sisteminin  tətbiq 
edilməsinə  ehtiyac  hiss  edir.  Bu  sistem  ən  əvvəl  didaktik  prinsiplərə 
cavab verməli, ən yüngüldən daha çətin keçən ardıcıllıq gözlənilməlidir. 
Müəyyən  edilməlidir  ki,  uĢaqlarda  fitli  səslərin  təshihi  fıĢıltılı  səslərə 
nisbətən daha asandır. Buna görə də əgər uĢaqda həm bu, həm də digər 
samitlərin  tələffüz  qüsuru  vardırsa,  onda  korreksiya  iĢini  s,  s",  z,  z" 
səslərindən  baĢlamalı  həmin  prinsipdən  çıxıĢ  edərək  əvvəlcə  l  səsinin 
düzgün  təshihinə  sonra  isə  r  samitinin  düzgün  tələffüzünə  keçməsi 
lazımdır.   
Göstərmək  lazımdır  ki,  loqoped  birdən-birə  iki  səsin  üzərində  iĢ 
apara  bilər,  lakin  o  yadda saxlamalıdır  ki,  həmin  səslər  artikulyasiyaya 
görə  yaxın  səslər  olmalıdır.  Əks  təqdirdə  müxtəlif  artikulyasiyalı 
səslərin  üzərində  iĢlərkən  bu  səslərin  artiklyasiyası  üçün  gərəkli 
hərəkətlərin  ləngiməsinə  səbəb  olub,  lazımi  nəticə  verməz.  Məsələn:  s 
səsi ilə l səsi üzərində paralel iĢin aparılmasını göstərmək olar.  
S  səsinin  tələffüzü  üçün  ortasında  nov  olan  enli  dilin  olması  l 
samitində ensiz «biz formalı» novsuz dil lazımdır.  
Əgər uĢaqda cüt samit səslərin tələffüz qüsuru olarsa, loqoped ən 
əvvəl kar samitin (Ģ), sonra isə cingiltili samitin (j) üzərində korreksiya 
iĢi  aparılmalıdır.  Bundan  əlavə,  eyni  vaxtda  çətin  səslərin  üzərində 
iĢləmək olmaz. Bu səslər, əsasən, uĢaqda tələffüz zamanı daha çox səy 
və  enerji tələb edən  fonemlərdir.  Məsələn:  r  və  Ģ  səsləri  üzərində eyni 
vaxtda  korreksiya  iĢi  aparmaq  olmaz.  Çünki  hər  iki  fonem  nəfəs 
üzvlərinin  böyük  gərginliyini  tələb  etdiyindən  uĢaqda  baĢ  gicəllənməsi 
və ya tez yorulma hallarına səbəb ola bilər.  
Əgər  uĢaqda  qoĢa  samitlərin  tələffüzü  qüsurludursa  onda  I 
növbədə  kar  samitlərin  korreksiyası  üzərində  iĢləyib  (məsələn:  Ģ  səsi 
sonra  onu  artikulyasiyasını  bir  qədər  mürəkkəbləĢdirib  ona  sədalı  hava 
əlavə edib, cingiltili (j fonem səsi almaq olar). 
Loqoped  korreksiya  iĢinin  təĢkili  və  tərkibi  üzərində  iĢləyərkən, 
mütləq hər bir uĢağın fərdi xüsusiyyətlərini də nəzərə almalıdır. Düzgün 
tələffüzün  formalaĢması  üzrə  məĢğələlərdə  dəqiq  sistemliyi  ilə 
fərqlənirlər.  Bu  məĢğələlər  həftədə  3  dəfədən  az  olmayaraq 
keçirilməlidir. Səsin qoyulmasını fərdi məĢğələlərdə sonra isə qruplarda 
aparmaq  olar.  Bunun  üçün  eyni  səs  qüsuru  olan  uĢaqlar  I  qrupda 
birləĢdirilirlər.  Belə  qruplar  adətən,  3-4  nəfərdən  təĢkil  edilir.  Qrupun 
tərkibi dəyiĢkən olub hər yeni səsin təshihində təzələnir.  
Fərdi və qrup məĢğələlərinin 15 dəqiqədən artıq olmayıb, məktəbə 
qədər yaĢlı uĢaqları yormamalıdır.  


 
56 
 
                           RİNOLALİYA 
 
Rinolaliya-nitq  aparatının  anatomik-fizioloji  çatıĢmamazldıqları 
ilə Ģərtlənən səs tələffüzünün və səs tembrinin pozulmasıdır. Bu qüsura 
çox zaman tıntınlıq da deyirlər. 
Rinolaliya  zamanı  artikulyasiya  mexanizmi,  avazlanma  və  səs 
yaratma  burun  və  ağız-udlaq  rezanatorlarının  fəaliyyət  pozulmaları 
nəticəsində  normadan  kənarlaĢır.  Damaq-udlaq  yumulmasının 
pozulmasından asılı olaraq rinolaliyanın aĢağıdakı formaları vardır:  
1.Qapalı  rinolaliya:  Bu  qüsur  danıĢıq  səslərinin  tələffüzü  zamanı 
burun rezonansının fizioloji cəhətdən aĢağı olması ilə xarakterizə edilir. 
Normada  ən  güclü  rezonans  burun  M.m.  n,n  səslərinin  tələffüzündə 
müĢahidə  olunur.  Bu  səslərin  artikulyasiyası  zamanı  burun-udlaq  yolu 
açıq qalır və hava axını sərbəst burun boĢluğuna daxil olur. əgər burun 
rezonansı olmasa həmin səslər ağız, b, b'; d,d' səsləri kimi səslənər. 
Qapalı  rinolaliyanın  əmələ  gəlməsinin  ən  baĢlıca  səbəbi 
hipertrafik  zökəm,  burun  və  burun-udlaq  toxumalarının  burun  boĢluğu 
keçidini bağlayan hissəsinin bitiĢməsidir.  
UĢaqlarda  açıq  rinolaliyanın  aradan  qaldırılması  üçün  ən  birinci 
burun  və  burun  udlağın  müalicəsini  aparmaq  lazımdır.  Adətən  belə 
uĢaqlarda burunda tənəffüs nizama salındıqda nitq normaya düĢür.  
2.Açıq  rinolaliya.  Bu  qüsur  zamanı  ağız  aə  burun  boĢluğunun 
arasındakı  arakəsmələrin  üzvü  zədələnməsi  nəticəsində  səs  tələffüzü 
eyni  zamanda  həm  ağız,  həm  də  burun  boĢluğunda  baĢ  verir,  nəticədə 
səsin tembri dəyiĢir.  
Açıq  rinaloliya  zamanı  u,  i,  e,  o  saitləri  daha  çox  dəyiĢir. 
Samitlərdən isə f, v, ö, l, b, t, k, q, l, r səslərinin tembri pozulur. 
Açıq  rinolaliya  anadangəlmə  damaq  qüsurlarının-yarıqlarının 
nəticəsidir. Aparılan tədqiqatlar göstərir ki, damaq yarıqlarının meydana 
çıxması  hamiləliyin  2-3  ayında  nitq  aparatının  periferik  hissəsinin 
embrion mərhələdə inkiĢafdan qalması səbəbindən baĢ verir. RüĢeymin 
inkiĢafında  belə  ağır  pozulmanın  mənĢəyi  toksoplazmoz,  ananın 
hamiləlik dövründə düzgün qidalanmaması və psixi zədələnmələr hesab 
edilir.  Xarici  ölkələrdə  bu  qüsur  daha  çox  irsi  defekt  kimi  xarakterizə 
edilir.  
Göstərmək lazımdır ki, yarıqlar baĢdan-baĢa, tam və ya natamam, 
ikitərəfli və ya birtərəfli sağ və sol tərəfli olurlar. BaĢdan-baĢqa yarıqlar 
üst  dodaqdan  baĢlayaraq  üst  çənə,  yumĢaq  və  sərt  damaq  boyunca 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə