Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə10/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
29 
dünyəvi  sevgi  duyğusu  üstünlük  təşkil  edir.  Marino  belə 
hesab  edirdi  ki,  o  öz  əsərləri  ilə  Tasso  və  Ariostonu  geridə 
qoymuşdur,  çünki  onun  "Adonis"  poeması  həcmcə  "Azad 
edilmiş  Yerusəlim"  və  "Çılğın  Roland"dan  böyükdür.  O 
özünü  təkcə  yeni  ədəbi  məktəbin  banisi  yox,  həm  də  öz 
dövrünün ən böyük şairi sayırdı. 
Şairin  zəngin  ədəbi  irsində  başqalarından  iqtibaslar 
da çoxdur. O, Petrarka, Politsiano, Sannadzaro, Montemayor, 
Lope  de  Veqa,  Kamoens  və  latın  poeziyasından  çoxlu 
misraları,  hətta  bəzən  bütöv  bəndləri  götürüb  öz  əsərlərinə 
daxil  edirdi.  Onun  irsində  Dantenin  ayrı-ayrı  misraları  ilə 
səsləşən  çoxlu  sətirlər  də  tapmaq  mümkündür.  Lakin  bütün 
iqtibaslar  Marinonun  qələmi  altında  dəyişir,  yeni  şəkildə 
səslənirdi.  Petrarkanın  əflatuni  sevgi  izharları  onda  açıq 
erotikaya  çevrilirdi.  Marino  götürdüyü  hər  şeyi  öz  düşüncə-
lərinin,  yaradıcılıq  axtarışlarının  içərisində  əridir,  yeni 
şəkildə  mənalandırır  və  onların  özgələrdən  götürmə  olduğu 
qətiyyən hiss olunmur. 
Marinonun  şeirləri  ahəngdarlığı,  səlisliyi,  rəvanlığı, 
forma  və  ahəng  əlvanlığı  ilə  seçilir.  Məhz  bu  cəhətinə  görə 
onun  şeirləri  asanlıqla  musiqiyə  salınırdı.  Bəzi  hallarda  o, 
dostluq işlətdiyi bəstəkarlar üçün musiqi mətnləri yazırdı. 
Marinonun həcmcə  ən  iri  əsəri  "Adonis"  poemasıdır. 
Qırx  beş  min  misradan  ibarət  olan  bu  poemada  Venera  ilə 
Adonisin  sevgisi  və  bu  sevginin  nəticəsindən  bəhs  edilir. 
Veneranın  Adonisə  vurulması,  Adonisin  vəhşi  qaban 
tərəfindən  parçalanması  və  onun  şərəfinə  təşkil  edilən 
oyunlar antik ədəbiyyatdan və əsatirdən də  yaxşı məlumdur. 
Marino  Ovidi,  Apuley,  Lukretsi,  Klavdian,  Politsiano, 
Sannadzaro  və  başqalarından  götürdüyü  motivlər  əsasında 
orijinal və əlvan bir əsər yaratmışdır. "Adonis" çoxlu ricətlər 
və əlavə epizodlarla zənginləşdirilmiş mürəkkəb bir əsərdir. 
Şair  antik  allahlara  xristian  müqəddəslərindən  daha 


Afaq Yusifli İshaqlı 
 
 
30 
artıq  bir  ehtiramla  yanaşır.  Poemada  panteist  bir  ruh 
hakimdir.  Marino  geniş  açılmış  ulduzlu  səmanı  barokkonun 
nəhəng bir labirinti kimi təsəvvür edir. Bəzən dünya ona bir 
mif  kimi  görünür.  Şair  planetlərin  təsvirində  daha  çox 
Qalileyin  mövqeyində  durur,  o,  kainatın  quruluşu  haqqında 
Ptolomey  sistemini  qəbul  etmir.  Antik  və  İntibah  dövrü 
müəllifləri  ayın  səthini  hamar  hesab  edirdilərsə,  Marino 
Qalileyin  arxasınca  ayın  səthini  dağlıq  və  qeyri  hamar 
olduğunu söyləyir. "Adonis" poemasının onuncu nəğməsində 
oxuyuruq:  "Bizim  zəmanəmizə  məlum  olmayan  teleskopun 
kəşfini sən başa çatdırdın, Qaliley. Bu kəşf bizdən uzaq olan 
predmetləri  güclü  şəkildə  böyüdərək  bizə  yaxınlaşdırdı. 
Bircə  sən  onların  hamısının  hərəkətini  izləyirsən,  onlar 
harada  gizlənsələr də, ey  yeni Endimion, sən onları örtüsüz, 
çılpaq  şəkildə  görə  bilərsən".  Bu  və  digər  qeydlər, 
mülahizələr  göstərir  ki,  Marino  Qalileyin  əsərləri  ilə 
yaxından  tanış  imiş.  Marino  Veneranın  Adonisə  olan 
sevgisini  zarafatyana  bir  incəliklə,  açıq-saçıq  aşiqanə 
eyhamlarla nəql edir. 
Onun  misraları  oynaqlığı,  zərifliyi,  qafiyələrinin 
gözəlliyi ilə diqqəti cəlb edir. Marinonun üslubunun əsasını, 
orijinallığını 
gözlənilməz 
istiarələr, 
bənzətmələr, 
müqayisələr təşkil edir. Gözlənilməz söz birləşmələri, nitqin 
qəfil  dönüşləri  qeyri-adi  bir  tərzdə  işlədilən  bənzətmələr 
Marinonu yenilikçi bir şair kimi tanıtdırmışdır. Şair çox vaxt 
bir-birini inkar edən anlayışları yanaşı işlədir. Məsələn, "alim 
nadan",  "lal  natiq",  "varlı  dilənçi",  "sevincli  ağrı".  Marino 
ulduzlar  haqqında  danışanda  onları  "əbədi  məhəbbət 
qığılcımları", "göyün zərif rəqqasələri", "gündüzün dəfnində 
yandırılan məşəllər" və s. adlandırır. Şairin işlətdiyi bu tipli 
bənzətmələr  oxucunu  heyran  edir,  tilsimləyir,  şairi  yeni  bir 
düha  kimi  qiymətləndirməyə  məcbur  edir.  Oxucu  elə 
düşünür  ki,  Marino  poeziyada  hələ  heç  kəsə  bəlli  olmayan 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
31 
yeni bir aləm açmışdır. 
Marino  əksər  halda  şən  görünür,  lakin  bu  şənlik 
ümidsizlik və bədbinlikdən doğan bir hal idi, həyatın bütün 
həyəcan  və  narahatlıqlarının  mənasız  olduğunu  anlamaqdan 
irəli  gəlirdi.  Bir  halda  ki,  dünyanı  düzəltmək  mümkün 
deyildir,  qəm  çəkmək  nəyə  gərəkdir?  Bir  halda  ki,  kainatın 
müəmmalarını həll etmək mümkün deyildir, baş  sındırmağa 
nə  ehtiyac  var?  Hər  şeyi  unudub  şən,  qayğısız  olmaq  daha 
yaxşı  deyilmi?  Özünü  və  özgələrini  aldatmaq,  hər  şeyi 
unutmaq  kəskin  irtica  dövründə  həyatın  şəri  qarşısında 
yeganə çıxış yolu kimi görünürdü. Həyat və insan haqqında 
ciddi  düşündüyü  vaxtlarda  o,  həqiqəti  söyləyir.  Bu  həqiqət 
isə acıdır, kədərlidir. 
 
İnsan bu dünyaya gəldiyi gündən 
Gözləri açılır yaş tökmək üçün. 
Bir  barokko  şairi  kimi  Marino  belə  hesab  edir  ki, 
dünya həyat ziddiyyətlər və əksliklərlə doludur. Bu əksliklər 
və  ziddiyyətlər  bir-birinə  bağlanaraq  dünyanı  məhv  olmağa 
qoymur. Bunun üçün Marino Fransa həyatı üzərində apardığı 
müşahidələri misal gətirir. "Fransa büsbütün uyğunsuzluq və 
biçimsizliklərlə  doludur.  Bunlar  nəsə  razılıqsız  bir  razılıq 
əmələ  gətirərək  onun  mövcudluğunu  təmin  edir.  Adətlər, 
çevrilişlər, əcaib, qəddar ehtiraslar daim, aramsız vətən mü-
haribələri nizamsız qarışıqlıqlar, qeyri-mülayim, ifratçılıqlar, 
hərcmərclik, çaşbaşlıq və nadanlıq – bir sözlə, onu dağıtmalı, 
məhv etməli olan hər şey, əslində hansı bir möcüzə iləsə onu 
qoruyub  saxlayır."  Məlum  olduğu  kimi,  klassisistlərə  görə 
həyatda  hər  şey  aydın  və  ahəngdardır,  vahid  bir  intizama 
tabedir.  Barokko  şairinə  görə,  əksinə,  hər  şey  ziddiyyətli, 
sistemsiz, nizamsız və parçalanmış bir şəkildədir. Marinonun 
şeirlərində, məktublarında bu xüsusiyyətlər bir sistem şəklin-
də əks olunmuşdur. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə