Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə12/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
36 
saxlanılmaqdadır.  Bolonyalılar  taxta  vedrəni  qaytarmaq 
iddiasına  düşürlər.  Medonalılarla  onların  arasında  ciddi 
mübarizələrə  İmperator  II  Fridrix,  onun  oğlu,  italyan  şəhər 
kommunaları, hətta Olimp allahları da qarışırlar. Komizm və 
ciddilik  bir-birinə  qarışır,  hansının  harada  başlayıb  harada 
qurtardığını  seçmək  çətinlik  törədir.  Tarixi  şəxsiyyətlərlə 
şairin  müasirləri,  dostları  və  düşmənləri  bir-birinə  qarışır. 
Tarix  və  günün  aktual  hadisələri,  şən  bir  lətifə  və  amansız 
satira bir-birini əvəz edir. Şəxsi düşmənçiliklə bütün ölkənin 
taleyi  ilə  bağlı  siyasi  düşüncələr  bir-birində  əriyir.  Bir  an 
içində komik səhnə və şəxsiyyətlər qəhrəmanlıq səhnələrinə 
keçir. 
Tassoni  qəsdən,  düşünülmüş  şəkildə  hərəkət  edir, 
komikliklə  qəhrəmanlığı,  rəğbətli  münasibətlə  satiranı  bir-
birinə qarışdırır. Şair oxuculara müraciətlə bu barədə yazır: 
"Bu  əsər  belə  toxunmuşdur  ki,  ən  kamil  dərəcədə 
yüksək  və  burlesk  poemasının  məzmun  və  üslubundan  asılı 
olaraq tələb edilən bütün hissələr onda aşkardır. Bu, miləmil 
deyil. Rəngdən-rəngə çalan bir parçadır ki, onda hər iki rəng 
– burlesk də, yüksəklikdə eyni ecazkarlıqla işıq saçır". 
Vedrənin oğurlanması kimi kiçik, cüzi bir hadisə epik 
bir vüsətlə tərənnüm edildikcə gülüş doğurur. Şair gah ciddi 
səhnələr yaradır, yüksək hislərdən, hadisələrdən danışır, gah 
da  oxucunu  güldürmək,  güldürə-güldürə  düşündürmək  yolu 
ilə gedir, komik, karikatur surətlər yaradır. 
Olimp  allahları  özü  də  komik  bir  tərzdə  təqdim 
olunurlar.  Mars  kəmər  yerinə  qədər  corab  geyinir,  Diana 
paltar yuyur, kələkbaz Silen allahların şərabına su qatır. 
 
Diana gəlmədi dəvətə ancaq, 
O, paltar yumağa getdi obaşdan. 
Yazıq Toskanada, bataqlıqlarda 
Bir fərəh axtardı qurudan, yaşdan. 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
37 
Ana üzr istədi qızına görə, 
Girişdi işinə o bir də başdan 
İynələr başladı oynamasına, 
O, corab toxudu qız balasına. 
Tassoni  italyan  aristokratlarını  daha  dərin  bir 
sarkazm,  istehza  və  nifrətlə  qələmə  almışdır.  XI  nəğmədə 
təsvir  edilən  "toyuq  ürəkli"    qrafın  təsviri  buna  ən  yaxşı 
nümunə  ola  bilər.  Dildə  döyüşmək  məcburiyyətində  qalan, 
lakin bütün gecəni qorxudan yata bilməyən qraf bu döyüşdən 
necə qurtarmaq, nə bəhanə ilə can qurtarmaq barədə düşünür. 
Səhər o, doğrudan da, belə bir bəhanə tapır, mədəsi ağrıdığı 
üçün  döyüşməkdən  boyun  qaçırır.  Bu  qorxaq,  miskin,  cılız 
qraf  Marino  üslubunda  aşiqanə  şeirlər  söyləyən  zaman  daha 
komik görünür.  
Bu  cür  eyhamlar,  işarələr  geniş  məqsədlər  izləməklə 
bərabər şairin Marino və marinistlərə tənqidi münasibətini də 
əks  etdirir.  "Oğurlanmış  vedrə"  poeması  son  dərəcə  müasir 
bir  əsər  idi.  Burada  forma,  mövzu,  süjet  müasir  gerçəkliyi 
hərtərəfli  şəkildə  sərbəst  bir  tərzdə  əks  etdirmək  üçün 
əlverişli  vasitədən  başqa  bir  şey  deyildir.  Poemanın  dərin 
ictimai  məzmunu,  güclü  sənətkarlıq  xüsusiyyətləri  ona 
Avropa 
xalqlarının 
ədəbiyyatında 
yüksək 
mövqe 
qazandırmış,  bir  çox  şairlər  onun  təsiri  ilə  yeni-yeni  komik 
qəhrəmanlıq epopeyaları yaratmışlar. 
 
Çoban poeziyası /yaxud pastoral ədəbiyyat/. XVII 
əsr  italyan  ədəbiyyatında  marinizmin  təmtəraqlı,  ədalı 
üslubuna  qarşı  çıxış  edən  şairlər  arasında  "Arkadiya" 
Akademiyasının  üzvləri  xüsusilə  fərqlənirlər.  Onlar  italyan 
ədəbiyyatını  Marino  və  onun  ardıcıllarının  təsirindən 
qurtarmağa çalışaraq sadə və səmimi bir poeziya yaratmağa 
cəhd etdilər. Bu dərnəyin yaranmasının əsas səbəbkarı İsveç 
kraliçası  Xristina  olmuşdur.  Hakimiyyətdən  əl  çəkən,  1655-


Afaq Yusifli İshaqlı 
 
 
38 
ci ildən Romada yaşayan Xristinanın sarayında şair, alim və 
tənqidçilərdən  ibarət  bir  dəstə  yaranır.  Onlar  marinizmi  və 
onların  şeirlərində  əks  olunan  nəzakətli  pozğunluğu  kəskin 
şəkildə  tənqid  edir,  əxlaqi  təmizliyi,  bakir  saflığı  özlərinin 
əsas əxlaqi şüarına çevirirlər. Kraliça Xristina öləndən sonra 
1690-cı  ildə  onun  salonunun  iştirakçıları  "Arkadiya" 
akademiyasını  təşkil  edirlər.  Akademiyanın  adından 
göründüyü kimi, onun üzvləri real gerçəkliyin kobudluğu və 
eybəcərliyindən qaçmaq üçün yer üzərində müqəddəs, saf bir 
bucaq  axtarırdılar.  Akademiyanın  gerbi  dəfnə  və  şam 
budaqlarından  hörülən  çələngə  bürünmüş  çoban  tütəyi  idi. 
Körpə  İsa  isə  bu  Akademiyanın  hamisi  elan  edilmişdir. 
Dərnəyin  üzvləri  bir  qayda  olaraq  Roma  ətrafındakı 
parklarda, təbiətin qoynunda yığışardılar. 
"Arkadiya"nın  üzvləri  də  Marinonu  və  onun  ardı-
cıllarını  tənqid  edərək  heç  də  prinsip  etibarı  ilə  yeni  yolla 
getmirdilər.  Onların  da  poeziyası  Marinonun  əsərləri  kimi 
xalqdan  uzaq  zadəgan  ədəbiyyatı  nümunəsi  idi.  Onların 
əsərlərinin  qəhrəmanı  olan  çoban  qızlar  öz  nəzakətli,  incə 
sevgililəri ilə zadəgan şeirinin sevimli surətlərinə çevrildilər. 
İtaliya ədəbiyyatının tanınmış tədqiqatçılarından olan 
Anri Ovett "Arkadiya"nın zərərli təsirini nəzərə alaraq yazır: 
"Knyazlar,  krallar,  papalar  da,  çoxsaylı  çoban  qızların 
dəstəsinə  qoşularaq  şirin  çoban  həyatının  ləzzətini  dadmaq 
istədilər;  şimaldan  cənuba  qədər  yarımadanın  hər  yerində, 
hətta ən kiçik guşələrdə "Arkadiya koloniyaları" əmələ gəldi; 
Alpdan Siciliyaya qədər hər yerdə mələşmə səsi eşidildi". 
Arkadiyanın  üzvləri  də  real  gerçəklikdən  qaçmağa 
cəhd  edirdilər.  Marinizm  də,  çoban  poeziyası  da  eyni 
hadisənin müxtəlif təzahürləri idi. Marino və onun ardıcılları 
kimi  "Arkadiya"  şairləri  də  "Arkadiya"  pastoral  romanının 
müəllifi Sannadzaronu özləri üçün ən böyük nüfuz sayırdılar. 
Marino  "Sannadzaronun  qəbri  önündə"  şeirində 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə