Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə117/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
358 
sonluq  kral  və  Lon  Aryas  kimi  adamların  mühitində  nəcib 
insanların  xoşbəxt  olmasının  qeyri-mümkünlüyünü  təsdiq 
edir. 
Komediya  kədərli  bir  sonluqla  tamamlansa  da, 
dramaturq  öz  yaradıcılığına  məxsus  həyatsevərlikdən,  şən 
əhval-ruhiyyədən ayrılmır. Həyatın ən kədərli anlarında belə 
o, gülmək, şənlənmək, zarafat etmək vərdişini atmır. 
Həbsxana səhnəsi bu cəhətdən xüsusi maraq doğurur. 
Özü öz səadətini məhv edən, buna görə özünü incidən, əzən 
Don  Sanço  hislərinin  coşqunluğundan,  tutduğu  işin  doğru, 
yaxud  yalan  olmasına  qeyri-müəyyən  münasibətindən 
sayıqlayır,  dəli  olmaq  dərəcəsinə  gəlir.  Lakin  bu  səhnəni 
dramaturq  elə  qurur  ki,  tamaşaçı  ürəkdən  gülür,  harada 
olduğunu, nəyə baxdığını unudur. Lope de Veqa da hər şeyi 
yaddan  çıxarıb  şən  bir  səhnə  yaradır.  Klarindo  ağasının 
sayıqladığını  görüb  onunla  məzələnməyə  başlayır.  Don 
Sanço deyəndə ki, "Bəli, artıq başqa dünyadayam mən", Kla-
rindo  tez  "Başqa  dünyada  yox,  cəhənnəmdəsən"  deyə  söz 
atır.  Don  Sanço  ciddi  şəkildə  "Niyə  cəhənnəmdə?  De, 
Klarindo?"  deyərək  sual  verir.  Sual  Don  Sançonun  düşdüyü 
vəziyyətə,  onun  iztirablarına  uyğundur.  Xalq  nümayəndəsi 
olan  Klarindo  əvvəlki  qayda  ilə  məzələnməkdə  davam  edir, 
"Çünki  həbsxana  elə  cəhənnəmdir!"  deyə  dillənir.  Don 
Sançonun  sayıqlaması  daha  da  güclənir,  o,  nökərinin 
zarafatlarını da həqiqət kimi anlayır, onun fikrini təsdiq edir: 
 
Doğrudur, hamımız cəhənnəmdəyik. 
Bu qorxunc cəhənnəm keşməkeşində, 
Hamı həlak olur alov içində. 
Bütün bu lovğalar, bu qiyamçılar... 
Bir şöhrət üzündən düşmüşdür onlar 
Bu atəşlə dolu cəhənnəmlərə. 
 
Don Sanço sayıqlasa da, onun sözlərində başqa məna 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
359 
və həqiqətlər gizlənir. O, sayıqlama üsulu ilə mövcud həyatın 
cəhənnəm  olmasından  və  burada  ən  nəcib  adamların-
məğrurların  və  qiyamçıların  yandırıldığından  söhbət  açır.  O 
özünü  mövcud  həyat  normalarına  baş  əyməyən,  başqaları 
kimi  olmayan,  ona  görə  də  real  dünyanın  cəhənnəmində 
yandırılan  bir  adam  kimi  görür.  Klarindo  öz  zarafatları  ilə 
onun təkcə indiki "sayıqlamalarına" gülmür, törətdiyi cinayət 
və  indiki  iztirabları  arasında  məntiqsizliyə  gülür.  Ağasının 
kədərli  düşüncələrinə,  uydurma  və  fantaziyasına  qoşulur, 
güldürür.  "Burda  dərzilər  var,  sürücülər  var"  deyə  rahat 
keçirdikləri  günləri  yada  salır.  Don  Sanço  nökərinin 
sözlərindən istifadə edərək dünya və insan haqqında Şekspir 
dühasını  yada  salan  ümumiləşdirmələr  aparır.  Onun 
sözlərində  hər  dəfə  kədərli,  faciəli,  iztirablı  bir  qənaət  var. 
Əgər  Klarindo  sürücülər  və  dərzilərdən  söhbət  açırsa,  Don 
Sanço real həyatın eybəcərliklərini ehtirasla inkar edən yeni-
yeni fikirlər irəli sürür. 
 
Əgər sürücülər yaxşı sürərsə, 
Onlar məhv eyləyər cəhənnəmləri. 
Yaxşı, əgər bura cəhənnəmdirsə, 
Nə üçün görmürük bəs hakimləri. 
 
Don  Sanço  sürücülər  deyəndə  hökmdarları,  cəhən-
nəm deyəndə mövcud cəmiyyəti nəzərdə tutur. Başqa sözlə, 
kral və krallar ölkəni ədalətlə idarə etsələr, həyat cəhənnəmə 
çevrilməz, cəhənnəmlər məhv olar, dost dostu öldürüb qatilə 
çevrilməz,  sevgilər  qırılmaz,  sevgililər  arasında  uçurum 
yaranmaz.  Cəhənnəm  anlayışı  məhkəmə  və  hakimləri  də 
Don  Sançonun  xatirinə  salır.  O,  insanların  həyatını 
cəhənnəmə  çevirən  amillərdən  biri  kimi  hakimləri  təsadüfi 
xatırlamır,  inkvizisiya  tonqallarına  nahaq  işarə  etmir.  Don 
Sançonun çox uzaq vuran atmacalarına Klarindo da qoşulur. 
Onun  fikrincə,  hakimləri  cəhənnəmə  ona  görə  buraxmırlar 


Afaq Yusifli İshaqlı 
 
 
360 
ki,  burada  da  məhkəmə  qurarlar.  Don  Sanço  isə  belə  hesab 
edir  ki,  məhkəmə  və  hakimlər  olmayan  yer  cəhənnəm  yox, 
cənnətdir.  İnkvizisiya  məhkəmələrinə  qarşı  dərin  nifrət  və 
qəzəbin  ifadəsi  olan  bu  atmacalar,  sayıqlama  və  istehzalar 
əslində əsrin qabaqcıl adamlarının haray və üsyanıdır. 
Klarindo  ağasına  həm  gülür,  həm  acıyır,  tamaşaçını 
da,  yəqin  ki,  öz  sözləri  ilə  güldürür  və  ağladır.  Şərəfin 
hökmdar olduğu cəhənnəmdə bəzi axmaqların şərəf üzündən 
əziyyət çəkdiyini söyləyəndə o, əlbəttə, ağasının saxta şərəf 
qanunlarına  əməl  edib  Busto  kimi  dostunu  öldürməsinə, 
krala  verdiyi  sözə  görə  sevgisini  və  sevgilisini  məhv 
etməsinə  acı-acı  gülür.  Bustonu,  Estrelyanı  və  özünü  kim 
üçün, nə üçün məhv etdiyinə acıyır. 
Don  Sançonun  şərəf,  namus,  insanlıq  haqqında 
zahirən sayıqlama, əslində isə ən dərin mühakimənin nəticəsi 
olan  düşüncələrini  eşitdikcə  Klarindonun  ona  ürəyi  yanır,  it 
kimi hürməyə başlayır, özünü cəhənnəm qapılarının keşiyini 
çəkən  Serber  adlandırır.  Don  Sançonun  şərəf  haqqındakı 
sayıqlamalarında müasir gerçəkliyə, onun eybəcər cizgilərinə 
qarşı tənqidi münasibət duyulur. Bu cəmiyyətdə şərəf çoxdan 
ölmüşdür, indi şərəf andı unutmaqdır. "Puldur, puldur ancaq 
şərəflə  namus."  Hər  şey  satılan,  alınan  müasir  cəmiyyətin 
şərəfsizliyi  qarşısında,  dramaturqa  görə,  orta  əsr 
cəngavərlərinə  məxsus  şərəf  daha  yaxşıdır,  daha  gözəldir. 
Dramaturqun 
məqsədi  ilk  növbədə  müasir  hakim 
təbəqələrinin  şərəfsizliyini,  pul,  şəhvət,  vəzifə,  rütbə 
düşkünlüyünü göstərməkdir. 
Dünya  dramaturgiyasının  nadir  incilərindən  olan 
"Sevilya  ulduzu"  komediyasının  ən  böyük  məziyyətlərindən 
biri  onun  optimizmidir.  Taleyin  oyunbazlığı  nəticəsində  ən 
nəcib  insanların  həyatı,  arzusu,  sevgisi  məhv  olsa  da,  onlar 
həyata  nikbin  münasibətlərini  itirmirlər.  Can  verən  Busto 
Tabera  bacısını  Don  Sançoya  tapşırıb  gedir.  Don  Sanço 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə