Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə116/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
355 
İşə məcbur olmuş? Kimçin o adam 
Belə iş görmüş, almış intiqam? 
Özünü ölümdə, deyin, doğrultsun, 
Yoxsa ki, ölümdür qisməti onun. 
 
Sual  oluna  bilər  ki,  kral  nə  üçün  belə  hərəkət  edir. 
Bəlkə o, Bustonun onun əmri ilə öldürüldüyünə şübhələnir? 
Bəlkə öz cinayətinin açılmasın istəyir? Əlbəttə, yox. Sadəcə 
kral  öz  alçaqlığını  dərk  etdiyindən  vicdanı  qarşısında  əzab 
çəkir. Əgər Don Sanço sirri açıb desə, Bustonun kralın əmri 
ilə  öldürdüyünü  söyləsə,  şərəf,  namus  sözünə  əməl  etmək 
qanunlarına  xilaf  çıxmış  olar,  alçalar.  İnsan  kimi  bu  qədər 
ucalmaz.  Onun  nəcabəti,  namusu,  şərəfi  bu  qədər  yüksək 
görünüb kralı əzməz, iztirab verməz. Ona görə də kral necə 
olursa-olsun,  hətta  bu  iş  onun  ziyanına  olsa  belə  Don  San-
çonun həqiqəti  etiraf etməyini istəyir. Kral belə düşünür ki, 
Don  Sançonun  belə  hərəkəti  insan  kimi  onu  alçaldar,  kralın 
cinayətini yüngülləşdirər, ona bəraət qazandırar. Kral istəyir 
ki,  qoy  o,  zəiflik  göstərsin,  verdiyi  vədi  pozsun,  bu  qədər 
alicənab  olmasın,  onda  kralın  da  vicdanı  sakitləşər.  Sanki 
gənc də bunu başa düşür. Başına gələn fəlakətlərin baisinin, 
səbəbkarının  nə  istədiyini  anlayır.  Lakin  Bustonu  nə  üçün, 
kimin göstərişi ilə öldürdüyünü demir. 
 
Bəli, mən öldürdüm, açıq deyirəm, 
Amma səbəbini deməyəcəyəm. 
Mənim dostum olan gözəl bir şəxsi 
Öldürdüm. Kim bilir, dərhal söyləsin. 
Mənsə, Taberaya, heç vaxt, heç zaman, 
Ölüm istəməzdim, yox-yox... Ah, aman... 
 
Kral  da,  onun  bədnam  müşaviri  Don  Aryas  da  cəhd 
edirlər  ki,  gənci  andını  pozmağa  vadar  etsinlər,  onun 
alçaldığın  görsünlər.  Kral  da,  Don  Aryas  da  onu  yeni 


Afaq Yusifli İshaqlı 
 
 
356 
iztirablara  düçar  edirlər.  Don  Sanço  isə  möhkəmdir, 
dönməzdir. O istəyir ki, qoy kral özü verdiyi vədə əməl etsin, 
qoy Cəsur adı daşıyan bir adam həqiqətin gözünə dik baxsın, 
cinayətini boynuna alsın. 
Kral  əzab  çəkir,  narahat  olur,  lakin  həqiqəti  etiraf 
etməyə gücü, cəsarəti çatmır. Don Sançonun ölümünə də yol 
vermək  istəmir.  Belə  olan  halda  o,  baş  alkaldları  təkbətək 
yanına çağırıb onları oxşayır, dilə tutur, ədalətli, mərhəmətli 
qərar  çıxartmalarına  cəhd  edir.  Lakin  baş  alkaldlar  olan 
Pedro və Farfan de Ribera gəncə ölüm hökmü kəsirlər. Kral 
hökmü  oxuyub  təəccüb  edir,  alkaldların  sözünə  əməl 
etmədiklərini, qəddar qərar çıxardıqlarını söyləyir. 
Lope de Veqa Farfan və Don Pedronun simasında heç 
nəyə  satılmayan,  qanun  və  ədalət  yolunda  heç  nədən,  heç 
kəsdən  qorxmayan  təmiz  hüquq  işçilərinin  surətlərini 
yaratmışdır. Don Pedro kralın sualına cavab olaraq söyləyir: 
 
Biz sizə tabeyik, nökərik, ancaq 
Hakim tək kimsəyə satılmarıq biz. 
Bizim qarşımızda haqsız bir iş çün, 
Əsla inad ilə bəhs etməyin siz. 
Yol verə bilmərik heç bir yalana... 
Əsamızı rüsvay etmərik əsla. 
 
Baş  alkald  Farfan  de  Ribera  da  eyni  həqiqəti  təsdiq 
edir.  Hətta  Kral  belə  bu  adamlara  təsir  göstərə  bilmir.  Kral 
çıxılmaz  vəziyyətdə  qalır.  Don  Aryasın  məsləhəti  ilə  bütün 
bu cinayətlərdə özünün günahkar olduğunu etiraf etməli olur. 
Miskin, cılız kral nəhayət zorla da olsa, deyir: 
 
Sevilya! Düzünü deyim sənə mən: 
Bəli, məni edam sən etməlisən! 
Bil ki, mənəm, mənəm onun qatili! 
O, günahkar deyil. Bu, bəs deyilmi? 
 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
357 
Don  Sanço  de  Ortis  bəraət  qazansa  da,  səadətini, 
sevgisini itirir. Estrelya onu əbədi sevgi ilə sevdiyini söyləsə 
də,  qardaşının  qatili  olan  bir  adamın  arvadı  olmaq 
istəmədiyini bildirir. Don Sanço özü də onu haqlı bilir. 
 
Mənim öz dostumu öldürdüyümdən, 
Bacısını alsam, namərd olardım. 
 
deyərək  Estrelyaya  bəraət  qazandırır.  Həyatda  bir-biri  üçün 
yaradılmış iki insan əbədi olaraq bir-birindən ayrılır. Kral və 
Don Aryas onların alicənablığına, mənəvi gözəlliyinə heyran 
qalır,  "Nə  böyük  nəcabət,  alicənablıq",  "Ruhun  möhkəmliyi 
həddindən  artıq"  deyərək  onların  hərəkətinə,  bir-birindən 
ayrılmasına  ən  böyük  insani  bir  hadisə  kimi  baxırlar.  Don 
Sançonun  nökəri  Klarindo  isə  "Ancaq  mənə  qalsa 
ağılsızlıqdır" deyib başqa bir münasibət bildirir. Klarindonun 
mövqeyi  və  əxlaqının  ifadəsi  kimi  səslənir.  O,  sevən 
gənclərin  ayrılmalarını  ağılsızlıq  adlandırır.  Don  Sanço  və 
Estrelya  ayrılmaqla,  başqa  cür  həyat  qurmaqla  xoşbəxt 
olacaqlarmı?  Don  Sanço  Kralın  əlində  bir  oyuncaq  olsa  da, 
Estrelyanın  qardaşını  öldürüb,  onunla  evlənsə  xoşbəxt 
olarmı?  Adamlar  nə  deyərdilər?  S.D.Artamonov  belə  hesab 
edir  ki,  Klarindonun  replikası  müəllif  mövqeyinin  açarıdır
1

onun namus qullarının mövqeyində durmadığın bildirir. 
Bununla  bərabər  Lope  de  Veqa  daha  realistcəsinə 
hərəkət  edərək  sevgililərin  qovuşmasına  imkan,  səbəb 
görməmişdir.  Qəhrəmanlar  yaranmış  vəziyyətdə  namus  və 
şərəf qanunlarına ən yüksək insani baxımdan da əməl edərək 
öz səadətlərindən imtina edirlər. Burada bir cəhət də nəzərə 
alınmalıdır.  Dövrün  insan  səadətinə  zidd  olduğunu 
göstərmək baxımından əsərin sonluğu məqsədəuyğundur. Bu 
                                                 
1
 Бах: С.Д.Артамонов и Р.М.Самарин. История зарубежной 
литературы ХВЫЫ века, Учпедгиз, Москва, 1953, с.90. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə