Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə16/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
48 
olduğunu  göstərərək  yazır:  "Ancaq  müharibə  özü  daha 
əvvəllər,  ən  azı  XVI  əsrin  ortalarına  yaxın  reformasiya  ilə 
bağlı  olan  inqilabi  hərəkatın  məğlub  olduğu  qəti  müəyyən 
olduğu  vaxtlardan  özünü  göstərən  prosesləri  ancaq 
sürətləndirdi.  Bunu  XVI-XVII  əsrlərin  sərhədində  alman 
mədəniyyətinin 
ən 
kəskin 
problemlərindən 
olan, 
Almaniyanın milli tənəzzülünün ən müstəsna əlamətlərindən 
olan dil problemini – dil qarışıqlığını düzgün qiymətləndirər-
kən  mütləq  nəzərə  almaq  lazımdır."  R.M.Samarin  doğru 
qeyd  edir  ki,  XVII  əsrdə  alman  ədəbiyyatının  və 
mədəniyyətinin  tənəzzülü  təkcə  otuzillik  müharibə  deyil, 
həm də daha əvvəl başlanan ictimai, siyasi proseslərlə bağlı 
idi. 
Getenin  aşağıdakı  sözlərində  də  eyni  həqiqət  ifadə 
olunmuşdur:  "Az  qala  iki  yüz  il  davam  edən  fəlakətlər  və 
qarışıqlıqlar  müddətində  vəhşiləşmiş  alman  ədəb  elmini 
öyrənmək  üçün  fransızların,fikrini  ifadə  etmək  sənətini 
öyrənmək üçün romalıların yanına getdi." 
Almaniyada bir sıra Avropa ölkələrindən fərqli olaraq 
güclü  antifeodal  ədəbiyyatın  yaranması  üçün  əlverişli  şərait 
və zəmin yox idi. Ona görə də burada alman kübar dairələrin 
meyl  və  istəklərinə  uyğun  ədəbi  cərəyanlar  daha  geniş 
yayılmışdır.  Parçalanmış,  gücdən  düşmüş,  yoxsullaşmış 
bürgerlik  bədbin  əhval-ruhiyyənin,  mahiyyət  etibarilə 
mürtəce əhəmiyyət daşıyan dini axtarışların təsiri altında idi. 
XVII  əsr  alman  ədəbiyyatında  realizmə  yad  cərəyanların 
güclənməsi  bununla  əlaqədardır.  Eyni  zamanda,  Opits, 
Qrifius,  Moneeroş  və  Axedres  kimi  ölkənin  birləşməsi  yolu 
ilə  onun  fəlakətdən  xilas  edilməsi,  dirçəldilməsi  haqqında 
düşünən bir qrup qabaqcıl görüşlü ziyalılar da var idi. 
Əsrin  ikinci  yarısında  şəhər  yoxsulları  və  xüsusən 
kəndlilər  arasından  çıxan  yazıçıların  əsərlərində  geniş  xalq 
kütlələrinin istək və arzuları öz ifadəsini tapdı. 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
49 
Əsrin  birinci  yarısında  isə  başda  Martin  Opits 
olmaqla  bir  qrup  şair  və  yazıçılar  alman  mədəniyyətini 
durğunluqdan xilas etmək naminə antik incəsənətin nüfuzuna 
əsaslanaraq yeni tipli poeziya uğrunda mübarizəyə başladılar. 
Bu  yazıçı  və  şairlərin  erkən  klassisizm  kimi  səciyyələnən 
yaradıcılığında  fransız  klassisizminə  məxsus  feodalizmə 
qarşı  güclü  mübarizə  ruhu  yoxdur.  Burada  burjuaziya  hələ 
siyasi  cəhətdən  lazımi  dərəcədə  inkişaf  etmədiyindən  alman 
klassisistləri,  hər  şeydən  əvvəl,  passiv  bir  formada 
müharibəni  pisləyir,  xüsusi  bir  dözümlülük  təbliğ  edirdilər. 
Bu  dözümlülük  ideyası  Opitsdə  dini  səciyyə  daşıyırdısa, 
Qrifiusda  şəhidlik,  dini  qəhrəmanlıq  ideyasına  gəlib  çıxırdı. 
Alman  klassisistlərinin  –  Opits  və  Qrifiusun  əsərlərinin 
həyatiliyi,  tarixi  ədəbi  qiyməti  onların  vətənpərvərliyində, 
alman  xalqının  gələcəyi  haqqında  düşüncələri  dərin  bir 
narahatlıqla  əks  etdirmələrindədir.  XVII  əsrin  ortalarına 
yaxın 
alman 
klassisizmi 
zəifləyir,  Hofmansaaldau, 
Leonşteyn  kimi  barokko  şairləri  Opitsin  davamçıları 
üzərində  müvəqqəti  qələbə  qazanırlar.  XVII  əsrin  sonu 
XVIII  əsrin  əvvəllərində  isə  Kants,  Verniks,  Veyze,  Hünter, 
Qotşed  kimi  müxtəlif  xarakterli  sənətkarların  irsində 
klassisizm yenidən təmtəraqlı barokko şairlərinə üstün gəlir. 
XVII  əsr  alman  klassisistlərinin  əsərlərində  doğru 
əksini  tapan  alman  gerçəkliyi  alman  realist  nəsrində  daha 
əlvan  boyalarla  qələmə  alınır.  Əlbəttə,  bu  realizmi  sonrakı 
dövrlərin  daha  artıq  inkişaf  etmiş  və  təkmilləşmiş  realizmi 
ilə eyniləşdirmək çətindir. 
Alman  ədəbiyyatında  XVIII  əsrdə  klassisizm  və 
realizm  bir-birinə  yaxın  olmaqla  bərabər  mahiyyət  etibarilə 
barokko ədəbiyyatına qarşı durmuşdur. Məlum həqiqətdir ki, 
öz  tarixinin  ictimai  inkişaf    dövrünü  yaşayan  Fransa  və 
İngiltərə kimi ölkələrdə  barokko əhəmiyyətli bir  rol oynaya 
bilməmişdir.  XVII  əsr  alman  ədəbiyyatında  barokko  üslubu 


Afaq Yusifli İshaqlı 
 
 
50 
bir-birilə  döyüşən  ədəbi  istiqamətlərdən  biridir.  Lakin  bu 
cərəyan  əsrin  ikinci  yarısında  alman  poeziyasında  aparıcı 
mövqe 
qazanır. 
Əgər 
Fransada 
klassisizm 
milli 
mədəniyyətdə  aparıcı  mövqe  tutursa,  Almaniyada  əksinə 
barokko  şeiri  yüksək  inkişaf  dövrü  keçirir. Filip  fon Tsesen, 
Xristian  fon  Hofmansvaldau,  Daniel  Kasper  fon  Leonşteyn 
və başqa bir çox alman barokko şair və yazıçıları XVII əsrin 
ikinci  yarısında  hakim  mövqe  tuturlar.  Lakin  onlar  alman 
ədəbiyyatının inkişafına müsbət təsir göstərə biləcək heç nə 
yaratmamışlar.  Barokko  şair  və  yazıçılarının  iddialı, 
təmtəraqlı,  zahirən  bəzək-düzəkli  dil  və  üslubu  onların 
əsərlərindəki  məzmun  yoxsulluğunu  və  bədbin  əhval-
ruhiyyəsini  ört-basdır  edə  bilməmişdir.  Barokko  ədəbi 
cərəyanı  bəzi  hallarda  ona  yad  olan  sənətkarlara  da  təsir 
göstərə bilmişdir. Məsələn, Qrifius və Qrimmelshauzen kimi 
yazıçılar barokko ədəbi cərəyanına qarşı mübarizə aparsalar 
da,  onun  müəyyən  təsirindən  yaxa  qurtarmamışlar.  Bu, 
ondan  irəli  gəlir  ki,  barokko  ədəbiyyatına  məxsus  əsərlərdə, 
xüsusən  dini  lirikada  alman  cəmiyyətini  sarsıdan  fəlakət  və 
böhran qeyri-adi bir qüdrətlə öz ifadəsini tapmışdır. 
Müasir  alman  ədəbiyyatşünasları  şair  və  yazıçıları 
XVII  əsr  alman  ədəbiyyatına  yüksək  qiymət  vermiş,  onun 
barəsindəki yanlış təsəvvürləri dağıtmışlar. İ.Bexer XVII əsr 
yazıçı  və  şairlərinin  yaradıcılığının  "alman  milli 
ədəbiyyatının  yaranmasında  müstəsna  əhəmiyyətini"  qeyd 
etmiş,  bu  dövrün  ən  böyük  yazıçısı  olan  Qrimmelshauzen 
haqqında ayrıca bir poema yazmışdır. 
 
MARTİN  OPİTS  /1597-1639/.  Martin  Opitsin 
yaradıcılığı  ilə  alman  poeziyası  orta  əsrlərin  ənənələri 
çərçivəsindən  kənara  çıxır.  Yeni  alman  şairləri  antik  və 
intibah dövrü nümunələrinə, İtaliya, Fransa və Hollandiyanın 
klassisist  poeziyasına  istinad  edərək  onu  daha  də  yüksək 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə