XVII əsr Qərbi Avropa ədəbiyyatı
63
Yekaterina ölümdən, işgəncələrdən qorxmayaraq vətən və
din yolunda ölümə şadlıqla gedir.
Faciənin mövzusu 1624-cü ildə baş vermiş tarixi bir
hadisədən götürülmüşdür. Qrifius bu mövzunu işləməklə öz
ölkəsinin başına gələn fəlakətlərə də toxunurdu. Lakin
Qrifiusun faciəsində mənəvi ucalıqla qəddarlığın, ruh ilə
cismin, asketizm ilə şəhvətin, dəyanətlə ehtirasın toqquşması
göstərilmişdir.
Dramaturq 1649-cu ildə Karl Stüartın ölümündən bir
az sonra yazdığı "Karl Stüart" faciəsində kralı edam etmiş
inqilabi kütləni məzəmmətləyir. Səhnədə müxtəlif dövrlərdə
öldürülmüş kralların xoru görünür. Ölü kralların
kabuslarından təşkil edilmiş xor intiqama çağırır, allaha
yalvarır. Kabuslar, kölgələr, ifritələr real surətlərlə birlikdə
hərəkət edirlər. Qrifius puritan inqilabının hərəkətinə qarşı
çıxmaqla yer üzərində hökm sürən şər və ədalətsizliyi
göstərməyə çalışır. Dramaturq Karl Stüartı taleyin ədalətsiz
hökmünə itaətlə baş əyən bir şəhid və qəhrəman kimi
göstərir. Qrifius nəzərə çatdırmaq istəyir ki, I Karlın ölümü
dünyəvi əzəmət və şöhrətin faniliyini, heçliyini, insan
həyatının faciəyə məhkum olduğunu təsdiqləyir. Qrifius öz
qəhrəmanının dili ilə üzünü insanlara tutaraq deyir: "Ey uca
taxtın üstündən edam meydançasını seyr edənlər, baxın
hökmdarın fəxr etdiyi hakimiyyət necə heç olur. Hökmdarın
əzəməti ancaq bir kölgə, tüstü, zəif bir külək əsməsidir."
Qrifius "Cəsur qanunpərəst, yaxud can verən
Patinian" faciəsində tarixi rəvayət əsərin əsas mövzusuna
çevrilmişdir. Məşhur Roma hüquqşünası Patinian imperator
Karakallanın əmri ilə edam edilməyə razı olur, lakin onun
törətdiyi qardaşın qardaşı öldürmək cinayətinə qanunla
bəraət qazandırmağa razılaşmır. Patinian öz nəcib dəyanəti
ilə əxlaqi borcunu ləyaqətlə yerinə yetirən bir qəhrəmana
çevrilir. Bu baxımdan o, Gürcüstanlı Yekaterinaya, Karl
Afaq Yusifli İshaqlı
64
Stüarta çox bənzəyir.
Qrifiusun bəzi faciələrinin bu qısa təhlili bir daha
təsdiq edir ki, klassisist bir dramaturq olsa da, barokko
təsirindən yaxa qurtara bilmir. Bu isə öz növbəsində alman
gerçəkliyinin ziddiyyətləri ilə şərtlənirdi.
"Kardenio və Selinda" faciəsi Qrifiusun yaradıcılı-
ğında xüsusi yer tutur. Faciə üçün həddindən çox sadə
mövzuda yazılan bu əsərdə sadə adamların sevgi və
iztirabları göstərilmişdir. Burada dramaturq insan həyatının
faciəli ziddiyyətlərini kralların, sərkərdələrin həyatından
götürülmüş hadisələrlə deyil, orta səviyyəli adamların şəxsi
həyatından aldığı səhnələrlə əks etdirir. Bununla da Qrifius,
bir növ, XVIII əsrin meşşan obrazları üçün yol açır. Əsərin
faciə ilə bitməməsi də onu klassisist faciələrdən ayırır.
Qrifiusun komediyaları daha çox realist meyllər və
milli kolorit axtarışları ilə seçilir.
MOŞEROŞ /1601-1669/. Alman ədəbiyyatında sati-
rik nəsrin ilk görkəmli nümayəndələrindən biri Yoxan
Mixael Moşeroşdur. Moşeroşun əcdadı qədim Araqon
zadəganlarından olmuşdur. XVI əsrin başlanğıcından onlar
Niderlanda köçmüş, oradan da Almaniyaya gələrək burada
feodal bürokratiyasına qaynayıb qarışmışlar. Atası Vilştadt
da alman idi. Moşeroş da burada anadan olmuş, latın
məktəbini bitirəndən sonra Strasburq universitetində
oxumuşdur. Otuzillik müharibə dövründə onun əmlakı
dəfələrlə qarət olunmuş, özü isə Strasburqa qaçaraq orada
məmur işləmişdir. 1656-cı ildən o, müxtəlif knyazların
saraylarında yüksək vəzifələrdə çalışmışdır.
Moşeroşun çoxcəhətli ədəbi irsində "Finander fon
Zittevaldın qəribə və həqiqi yuxuları" romanı xüsusi yer
tutur. Ədib Kevedonun "yuxugörmələr" üsulundan istifadə
etsə də, hadisələrin realist, canlı və obrazlı təqdimi ilə ondan
XVII əsr Qərbi Avropa ədəbiyyatı
65
seçilir. O, XVI əsr alman satirik yazıçılarından Fişart,
Murner, S.Brant və başqalarının ədəbi priyomlarından
bacarıqla istifadə edir. Moşeroş satirik bir yazıçı kimi kobud
ifadə və obrazlardan çəkinmir, nəzakətli zərifliyi, söz
oyunbazlığını rədd edir. Yazıçı fransız dəblərinin əsiri olan
zadəganlara nifrətlə yanaşır, onların hərəkətini vətənə
xəyanət kimi qiymətləndirir. "Finander fon Zittevaldın qəribə
və həqiqi yuxuları" romanı eybəcərliklərin ifşasında, həyata
münasibətində, yazı üslubunda barokko cərəyanına məxsus
bir roman kimi diqqəti cəlb edir. Romanda həyat bütün təbii
boyaları, axmaqlığı, ikiüzlülüyü, haqsızlığı, ziddiyyətləri ilə
birlikdə qələmə alınmışdır. "Əsgər həyatı" adlanan yuxuda
müharibənin dəhşətləri, əsgərlərin özbaşınalığı, cürbəcür
işgəncələr nəzərdən keçirilir, "Cəhənnəm övladları" adlanan
yuxuda cəhənnəm mənzərələrinin həyatda baş verən
hadisələrin yanında bir uşaq oyunu olduğu nəzərə çatdırılır.
Heç iblis də insanın törətdiyi şər qədər şər işlər törədə
bilməz. Heç yerdə, xüsusən hökmdarların saraylarında haqq,
ədalət yoxdur. Yazıçının "Ey lənətə gəlmiş həyat" "ədəbi
çəkişmələr, əbədi nifrət, əbədi didişmə, əbədi kin, əbədi ya-
lan" sözləri xalqın və zamanın qəlbindən qopan acı bir
fəryad kimi səslənir, insan həyatının simasını müəyyən-
ləşdirir.
Moşeroş təsvir etdiyi bu həyatda gözəl heç nə yoxdur.
Zahirən gözəl görünən hər şey bir yuxu və kölgədən başqa
bir şey deyildir. Hər yerdə zahiri gözəllik altında eybəcər,
çirkin bir həqiqət gizlənir. "Bütün insanların həyatı ancaq
zahiri bir örtüdür, mənasız riyakarlıqdır." XVI əsr yazıçı
Fişart kimi Moşeroş da qroteski sevir. Lakin ondan fərqli
olaraq Moşeroşda qrotesk nikbin deyil, qorxunc bir
inamsızlıqla doludur. Həyatın, hadisələrin hərcmərcliyi
əsərdəki hadisələrin təqdimi üsulunda da özünü açıq büruzə
verir. Moşeroş ciddi quruluş xəttini, ahəngdar gözəlliyi,
Dostları ilə paylaş: |