Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə21/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
63 
Yekaterina  ölümdən,  işgəncələrdən  qorxmayaraq  vətən  və 
din yolunda ölümə şadlıqla gedir. 
Faciənin mövzusu 1624-cü ildə baş vermiş tarixi bir 
hadisədən  götürülmüşdür. Qrifius bu mövzunu  işləməklə öz 
ölkəsinin  başına  gələn  fəlakətlərə  də  toxunurdu.  Lakin 
Qrifiusun  faciəsində  mənəvi  ucalıqla  qəddarlığın,  ruh  ilə 
cismin, asketizm ilə şəhvətin, dəyanətlə ehtirasın toqquşması 
göstərilmişdir. 
Dramaturq 1649-cu ildə  Karl Stüartın ölümündən bir 
az  sonra  yazdığı  "Karl  Stüart"  faciəsində  kralı  edam  etmiş 
inqilabi kütləni  məzəmmətləyir. Səhnədə  müxtəlif dövrlərdə 
öldürülmüş  kralların  xoru  görünür.  Ölü  kralların 
kabuslarından  təşkil  edilmiş  xor  intiqama  çağırır,  allaha 
yalvarır.  Kabuslar,  kölgələr,  ifritələr  real  surətlərlə  birlikdə 
hərəkət  edirlər.  Qrifius  puritan  inqilabının  hərəkətinə  qarşı 
çıxmaqla  yer  üzərində  hökm  sürən  şər  və  ədalətsizliyi 
göstərməyə  çalışır.  Dramaturq  Karl  Stüartı  taleyin  ədalətsiz 
hökmünə  itaətlə  baş  əyən  bir  şəhid  və  qəhrəman  kimi 
göstərir.  Qrifius nəzərə  çatdırmaq istəyir ki,  I  Karlın ölümü 
dünyəvi  əzəmət  və  şöhrətin  faniliyini,  heçliyini,  insan 
həyatının  faciəyə  məhkum  olduğunu  təsdiqləyir.  Qrifius  öz 
qəhrəmanının dili ilə üzünü insanlara tutaraq deyir: "Ey uca 
taxtın  üstündən  edam  meydançasını  seyr  edənlər,  baxın 
hökmdarın fəxr etdiyi hakimiyyət necə heç olur. Hökmdarın 
əzəməti ancaq bir kölgə, tüstü, zəif bir külək əsməsidir." 
Qrifius  "Cəsur  qanunpərəst,  yaxud  can  verən 
Patinian"  faciəsində  tarixi  rəvayət  əsərin  əsas  mövzusuna 
çevrilmişdir.  Məşhur  Roma  hüquqşünası  Patinian  imperator 
Karakallanın  əmri  ilə  edam  edilməyə  razı  olur,  lakin  onun 
törətdiyi  qardaşın  qardaşı  öldürmək  cinayətinə  qanunla 
bəraət  qazandırmağa  razılaşmır.  Patinian  öz  nəcib  dəyanəti 
ilə  əxlaqi  borcunu  ləyaqətlə  yerinə  yetirən  bir  qəhrəmana 
çevrilir.  Bu  baxımdan  o,  Gürcüstanlı  Yekaterinaya,  Karl 


Afaq Yusifli İshaqlı 
 
 
64 
Stüarta çox bənzəyir. 
Qrifiusun  bəzi  faciələrinin  bu  qısa  təhlili  bir  daha 
təsdiq  edir  ki,  klassisist  bir  dramaturq  olsa  da,  barokko 
təsirindən  yaxa  qurtara  bilmir.  Bu  isə  öz  növbəsində  alman 
gerçəkliyinin ziddiyyətləri ilə şərtlənirdi. 
"Kardenio  və  Selinda"  faciəsi  Qrifiusun  yaradıcılı-
ğında  xüsusi  yer  tutur.  Faciə  üçün  həddindən  çox  sadə 
mövzuda  yazılan  bu  əsərdə  sadə  adamların  sevgi  və 
iztirabları  göstərilmişdir.  Burada  dramaturq  insan  həyatının 
faciəli  ziddiyyətlərini  kralların,  sərkərdələrin  həyatından 
götürülmüş  hadisələrlə  deyil,  orta  səviyyəli  adamların  şəxsi 
həyatından aldığı səhnələrlə əks etdirir. Bununla da Qrifius, 
bir  növ,  XVIII  əsrin  meşşan  obrazları  üçün  yol  açır.  Əsərin 
faciə ilə bitməməsi də onu klassisist faciələrdən ayırır. 
Qrifiusun  komediyaları  daha  çox  realist  meyllər  və 
milli kolorit axtarışları ilə seçilir. 
 
MOŞEROŞ  /1601-1669/. Alman ədəbiyyatında sati-
rik  nəsrin  ilk  görkəmli  nümayəndələrindən  biri  Yoxan 
Mixael  Moşeroşdur.  Moşeroşun  əcdadı  qədim  Araqon 
zadəganlarından  olmuşdur.  XVI  əsrin  başlanğıcından  onlar 
Niderlanda  köçmüş,  oradan  da  Almaniyaya  gələrək  burada 
feodal  bürokratiyasına  qaynayıb  qarışmışlar.  Atası  Vilştadt 
da  alman  idi.  Moşeroş  da  burada  anadan  olmuş,  latın 
məktəbini  bitirəndən  sonra  Strasburq  universitetində 
oxumuşdur.  Otuzillik  müharibə  dövründə  onun  əmlakı 
dəfələrlə  qarət  olunmuş,  özü  isə  Strasburqa  qaçaraq  orada 
məmur  işləmişdir.  1656-cı  ildən  o,  müxtəlif  knyazların 
saraylarında yüksək vəzifələrdə çalışmışdır. 
Moşeroşun  çoxcəhətli  ədəbi  irsində  "Finander  fon 
Zittevaldın  qəribə  və  həqiqi  yuxuları"  romanı  xüsusi  yer 
tutur.  Ədib  Kevedonun  "yuxugörmələr"  üsulundan  istifadə 
etsə də, hadisələrin realist, canlı və obrazlı təqdimi ilə ondan 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
65 
seçilir.  O,  XVI  əsr  alman  satirik  yazıçılarından  Fişart, 
Murner,  S.Brant  və  başqalarının  ədəbi  priyomlarından 
bacarıqla istifadə edir. Moşeroş satirik bir yazıçı kimi kobud 
ifadə  və  obrazlardan  çəkinmir,  nəzakətli  zərifliyi,  söz 
oyunbazlığını  rədd  edir.  Yazıçı  fransız  dəblərinin  əsiri  olan 
zadəganlara  nifrətlə  yanaşır,  onların  hərəkətini  vətənə 
xəyanət kimi qiymətləndirir. "Finander fon Zittevaldın qəribə 
və həqiqi  yuxuları" romanı eybəcərliklərin ifşasında, həyata 
münasibətində,  yazı  üslubunda  barokko  cərəyanına  məxsus 
bir roman kimi diqqəti cəlb edir. Romanda həyat bütün təbii 
boyaları, axmaqlığı, ikiüzlülüyü, haqsızlığı, ziddiyyətləri ilə 
birlikdə  qələmə  alınmışdır.  "Əsgər  həyatı"  adlanan  yuxuda 
müharibənin  dəhşətləri,  əsgərlərin  özbaşınalığı,  cürbəcür 
işgəncələr nəzərdən keçirilir, "Cəhənnəm övladları" adlanan 
yuxuda  cəhənnəm  mənzərələrinin  həyatda  baş  verən 
hadisələrin  yanında bir  uşaq oyunu olduğu nəzərə  çatdırılır. 
Heç  iblis  də  insanın  törətdiyi  şər  qədər  şər  işlər  törədə 
bilməz. Heç yerdə, xüsusən hökmdarların saraylarında haqq, 
ədalət  yoxdur.  Yazıçının  "Ey  lənətə  gəlmiş  həyat"  "ədəbi 
çəkişmələr, əbədi nifrət, əbədi didişmə, əbədi kin, əbədi ya-
lan"  sözləri  xalqın  və  zamanın  qəlbindən  qopan  acı  bir 
fəryad  kimi  səslənir,  insan  həyatının  simasını  müəyyən-
ləşdirir. 
Moşeroş təsvir etdiyi bu həyatda gözəl heç nə yoxdur. 
Zahirən  gözəl  görünən  hər  şey  bir  yuxu  və  kölgədən  başqa 
bir  şey  deyildir.  Hər  yerdə  zahiri  gözəllik  altında  eybəcər, 
çirkin  bir  həqiqət  gizlənir.  "Bütün  insanların  həyatı  ancaq 
zahiri  bir  örtüdür,  mənasız  riyakarlıqdır."  XVI  əsr  yazıçı 
Fişart  kimi  Moşeroş  da  qroteski  sevir.  Lakin  ondan  fərqli 
olaraq  Moşeroşda  qrotesk  nikbin  deyil,  qorxunc  bir 
inamsızlıqla  doludur.  Həyatın,  hadisələrin  hərcmərcliyi 
əsərdəki hadisələrin təqdimi üsulunda da özünü açıq büruzə 
verir.  Moşeroş  ciddi  quruluş  xəttini,  ahəngdar  gözəlliyi, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə