Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə18/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
54 
Şeir  daha  çox  elmi  səciyyə  daşımağa  başladı.  Alman 
yazıçılarının  müraciət  etdikləri  şair  və  yazıçılar  özləri  bu 
vaxt  ciddi  tənəzzül,  süqut  dövrü  keçirirdilər.  İtalyan 
ədəbiyyatı  marksizmin,  ispan  ədəbiyyatı  qonqorizmin  təsiri 
altında idi. Fransız ədəbiyyatından isə alman zəmininə Mol-
yerin  güldüyü  presyozquların  ənənələri  daxil  oldu.  Al-
maniyada  barokko  üçün  geniş  meydan  yarandı.  Əlbəttə, 
alman  yazıçı  və  şairlərinin  Opitsin  vəsiyyətlərinə  əməl 
edərək  xarici  örnək  və  nümunələr  arxasınca  gedərkən 
barokko ilə qarşılaşmalarında Opits deyil, onların yaşadıqları 
mühit, şərait günahkar idi. 
Opits  özü  də  örnək,  nümunə  arxasınca  xarici 
ədəbiyyatlara  müraciət  edərkən  barokko  poeziyasından 
qaçmırdı. O, italyan barokkosunun tipik nümayəndələrindən 
olan Rinuçsininin "Dafna" pastoralını tərcümə edir, XVI əsr 
fransız  "Ülkər"  qrupunun  bukolik  şeiri  ilə  maraqlanır,  özü 
"Nimfa Gersiniya" pastoralını yazaraq cazibəli çoban qızları 
vəsf edirdi. 
Martin  Opits  1624-cü  ildə  çap  olunmuş  poetik 
əsərləri  ilə  yeni  alman  şeirinin  parlaq  nümunələrini  yaradır. 
Burada ədibin poemaları, odaları, idilliyaları və başqa şeirləri 
toplanmışdı.  Onun  "Müharibənin  dönüklüyü  ilə  bağlı 
təsəlli", "Zlatna", "Müharibə allahının mədhi" poemalarında 
müharibə  mövzusu  əsas  yer  tutur.  "Zlatna"  poemasında  şair 
Transilvaniyanın  sakit,  dinc  həyatı  ilə  müharibə  nəticəsində 
dağılan  Almaniyanın  dəhşətli  mənzərələrini  qarşılaşdırır. 
Vətənin iztirablarını düşünən şair Zlatna malikanəsinin dinc 
həyatından zövq ala bilmir, vətən məhəbbəti onu hərbin da-
ğıntılarından,  aclıqdan,  yoxsulluqdan  əzab  çəkən  xalqın 
yanına  qaytarır.  "Müharibə  allahının  mədhi"  poemasında 
Opits müharibə ilə qızıl ehtirası, varlanma hərisliyi arasında 
bir  yaxınlıq  və  əlaqə  görür.  Opits  həmvətənlərini  siyasi 
kütlükdə  təqsirləndirərək  onları  müharibəyə  son  qoymağa 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
55 
çağırır. 
Ronsarı  özü  üçün  ən  yüksək  şair  nümunəsi  kimi 
tanıyan Opits odalarında daha çox onun yolu ilə gedir. 1630-
cu ildə Parisdə olan şair burada Ronsarın unudulduğu görüb 
dəhşətə gəlir. 
Opits  əsərləri  ilə  alman  bürgerini  ucaltmaq,  onu 
yüksək  vətəndaşlıq  ləyaqətinin  daşıyıcısına  çevirmək 
istəmişdir.  Ona  görə  də  bəzi  ədəbiyyatşünasların  Opitsi  saf 
forma  şairi  adlandırması,  onu  real  gerçəklikdən  uzaqlaşıb 
klassisizm  aləminə  qapanan  bir  sənətkar  sayması  fikri  ilə 
razılaşmaq çətindir. Opitsin ayrı-ayrı şeirlərində müharibənin 
dəhşətləri  heyranedici  ehtirasla  qələmə  alınmış,  vətənpərvər 
və  humanist  şairin  fəryad  və  göz  yaşları,  nifrət  və  qəzəbi, 
çağırış  və  harayı  əks  olunmuşdur.  Bu  cəhətdən  "Vezuvi" 
poeması xüsusilə seçilir. Poemadan gətirilən aşağıdakı parça 
şairin vətənpərvərliyini, müharibəyə, onu törədənlərə nifrəti-
ni göstərmək baxımından səciyyəvidir. 
 
Heç buna bənzəyərmi Zevsin qəzəbi, kini? 
Vezuvi törədərmi heç bu qədər müsibət, 
Quduz bir qaban kimi saçan zaman fəlakət, 
Odlu axınlarıyla axaraq püskürərək 
O ziyan yetirərmi qanlı hərb qılıncı tək. 
Onun ziyanı hara, bu itkilər, de hara 
Şərdə, məkrdə çatmaz vulkan biz insanlara, 
Göyləri qorxuduruq, nəhri bulandırırıq. 
Biz ölüm ustasıyıq, bizə gətirdi şöhrət 
Öldürmək bacarığı. Ölümdür bizim sənət. 
Ağıldan çox kasıbıq, yoxsuldur hisslərimiz, 
Ox, qılınc, nizə ilə yaman dost olmuşuq biz. 
 
Opits  müharibənin  Almaniyaya  gətirdiyi  fəlakətləri 
yada  salmaqla  bərabər  həmvətənlərini  ağla  gəlməyə, 


Afaq Yusifli İshaqlı 
 
 
56 
müharibə  alovlarını  dayandırmağa  çağırır,  göylərə  üz  tutub 
onun  vətənini  müharibənin  dəhşətlərindən  qurtarmaq  üçün 
yalvarır. Hər bir evə əmin-amanlıq, həyat, səadət gəlsin deyə 
göylərdən  kömək  umur.  Opitsin  poema  və  şeirlərindəki  bu 
motivlər  göstərir  ki,  ona  saf  forma  şairi  kimi  baxmaq 
yanlışdır. 
 
PAUL  FLEMİNQ  /1609-1640/.  Martin  Opitsin 
çoxsaylı  şagirdləri  və  davamçıları  arasında  Fleminq  öz 
orijinallığı və daha istedadlı olması ilə seçilir. Onun şeirləri 
sünilikdən  uzaq  səmimi  bir  dillə  yazılmışdır.  Bir  çox 
müasirlərindən fərqli olaraq o, nikbin, həyatsevər bir şairdir. 
Vətənin  başına  gələn  fəlakətlər  onu  düşündürsə  də, 
kədərləndirsə  də,  narahat  etsə  də,  bədbinləşdirmir, 
ümidsizləşdirmir. 
Fleminq  pastor  /protestant  keşişi/  ailəsində  anadan 
olmuş,  Leypsiqdə  latın  məktəbində  oxumuş,  sonra  tibb 
öyrənmişdir.  Adam  Oleari  ilə  birlikdə  1633-1639-cu  illərdə 
Rusiyaya və İrana səyahət etmişdir. Səfərdən qayıdandan bir 
qədər sonra 1640-cı ildə Hamburqda ölmüşdür. 1631-ci ildə 
latınca  yazdığı  aşiqanə  şeirləri  çap  olunmuşdur.  Almanca 
yazdığı  şeirlər  ölümündən  sonra  1646-cı  ildə  Adam  Oleari 
tərəfindən nəşr edilmişdir. 
Fleminqin  şeirlərində  nəzərə  çarpan  əsas  mövzu-
lardan  biri  müharibə  mövzusudur.  Şair  bir  çox  şeirlərində 
hərbi  müsibətlərdən,  knyazların  özbaşınalıq  və  zülmündən 
iztirab  çəkən  vətənin  surətini  yaradır.  Ana  Almaniyanın  acı 
taleyini  qələmə  alır.  Şərqə  səyahəti  müddətində  vətəndən 
ayrı  düşdüyünə  görə  özünü  məzəmmətləyir,  harada  olsa, 
vətənə məxsus olduğunu, onun eşqi ilə yaşadığını bildirir. 
 
Acı gileylərin haqdır, ey vətən 
Yaşadım gəncliyi veyil, günahkar. 
Sözsüz baş əymədim əmrinə, zinhar 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə