Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə15/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
45 
bəraət qazandırmaq cəhdləri daha maraqlıdır. Onun fikrincə, 
ancaq  nadanlar  şairləri  incitmək,  onları  əsarətdə  saxlamaq 
məqsədilə  onun  adından  istifadə  etmişlər.  O,  ancaq  gənc 
istedadlara  kömək  məqsədilə  müəyyən  ümumi  qaydaları 
göstərmiş,  onlara  sənətin  həqiqi  yolunu  tapmaqda  kömək 
etmək  istəmişdir.  Aristotelin  qanun  və  prinsipləri  ətrafında 
uzun  müddət  davam  edən  mübahisə  və  mübarizələri  nəzərə 
alsaq,  Bokkalininin  qeydlərinin  nə  qədər  aktual,  yerində  və 
düzgün olduğunu başa düşmək olar. 
Gördüyümüz  kimi,  XVII  əsr  italyan  ədəbiyyatında 
müxtəlif  ədəbi  cərəyanlar  qarşılıqlı  təsir  və  mübarizə 
şəraitində  fəaliyyət  göstərmişdir.  Kyabrera  və  "Arkadiya" 
Akademiyasının  şairləri  Marino  və  onun  ardıcıllarına  qarşı 
çıxsa  da,  ədəbiyyatın  sadələşməsi  uğrunda  mübarizə  aparsa 
da,  onların  hamısını  xalqdan  uzaqlıq,  gerçəkliyə  biganəlik 
səciyyələndirir.  Onların  hamısı  barokko  ədəbi  cərəyanına 
mənsub  olub  onun  ayrı-ayrı  cəhətlərini,  meyllərini, 
təzahürlərini təmsil edirdilər. 
Ancaq xalqın əsl tarixi ehtiyaclarını başa düşən sənət-
karlar  bu  ədalı,  təmtəraqlı  özünü  aldatmadan  yaxa  qurtara 
bilmiş, xalqın istək və arzularını qələmə almışlar. 
Ədalı,  nərmənazik  barokko  şairi  Vinçenso  Filikayya 
ömründə  ancaq  bir  dəfə  həqiqi  sənət  yüksəkliyinə  qalxmış, 
"İtaliya. İtaliya." sonetində İtaliyanın azadlıq və istiqlaliyyəti 
ideyasını qələmə almışdır. Alessandro Tassoni, Kampanella, 
Qaliley, Bokkalini, Bazile kimi şair və  yazıçılar da əsl sənət 
dili  ilə  ədəbiyyatın  qarşısında  duran  vəzifələri  ləyaqətlə 
yerinə yetirməyə çalışmışlar. 
 
*  *  * 


Afaq Yusifli İshaqlı 
 
 
46 
 
ALMAN ƏDƏBİYYATI 
 
XVII  əsr  alman  tarixi  və  ədəbiyyatının  ən  faciəli, 
eyni  zamanda  onun  ədəbiyyatının  ən  parlaq  dövrlərindən 
biridir.  Otuz  illik  müharibənin  dəhşətləri,  feodal  irticasının 
müvəqqəti  təntənəsi  alman  ədəbiyyatını  susdura  bilmədi, 
onun  Opits,  Fleminq,  Loqau,  Qrifius,  Anders,  Moşeroş, 
Qrimmelshauzen  kimi  şair  və  nasirləri  öz  istedadlarının 
bütün  gücü  ilə  ən  çətin  şəraitdə  belə  xalqa  xidmət  etdilər. 
Onların 
yaratdıqları 
əsərlərdə 
Almaniyanın 
faciəsi 
heyranedici  bir  qüdrətlə  qələmə  alınmışdır.  Avropa 
ölkələrinin  ədəbiyyatından  heç  biri  arasıkəsilməz  müharibə 
alovları içərisində yanan xalqın taleyini bədii sözün gücü ilə 
nə  qədər  doğru  və  əhatəli  şəkildə  əks  etdirməmişdir.  XVII 
əsr  alman  ədəbiyyatının  dünya  ədəbiyyatının  inkişafında 
yeri,  mövqeyi  məhz  bununla  müəyyənləşir.  Nə  Kalderon  və 
Milton,  nə  məşhur  fransız  klassisistləri  dövrün  bu  qədər 
dəhşətli mənzərələrini yaratmışlar. 
Buna  görə  Breslavl  Universitetinin  professoru  Maks 
Koxun  "XVII  əsr  poeziyası  o  qədər  də  yüksək  şöhrət 
qazanmamışdır; 
bir 
neçə 
kilsə 
himnindən 
və 
Qrimmelshauzenin  ancaq  tarixi-mədəni  baxımdan  maraqlı 
olan  romanından  başqa  o  oxucunu  indi  də  cəlb  edə  biləcək 
elə  bir  şey  yarada  bilməmişdir."  sözləri  tamamilə  ədalətsiz 
bir  hökm  kimi  görünür.  XVII  əsr  alman  ədəbiyyatının  nisbi 
yoxsulluğu  onun  siyasi,  ictimai  tarixinin  ziddiyyətləri  ilə 
şərtlənir. 
XVII əsr alman xalqının tarixində ən çətin, ən ağır, ən 
qaranlıq bir dövrdür. 1618-ci ildən 1648-ci ilə qədər davam 
edən otuz illik müharibə ərzində aramsız olaraq xalqın qanı 
tökülür,  şəhərlər  və  kəndlər  talanır.  Bir-birinin  arxasınca 
Danimarka, 
İngiltərə,  Hollandiya,  İsveç  və  Fransa 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
47 
Almaniyanın  daxili  ziddiyyət  və  fəlakətlərindən  istifadə 
edərək  onun  torpaqlarını  müharibə  meydanına  çevirirlər. 
Alimlərin  hesablamalarına  görə,  bu  müharibələr  zamanı  on 
üç  milyon  adam  ölmüş,  1629  şəhər,  18310  kənd  dağılmış, 
1976  monastır  yandırılmışdır.  Almaniya  dünya  ticarətindən 
təcrid  edilir,  onun  gəmi  işləyən  çayları  xarici  dövlətlərin 
əlinə  keçir.  Almaniyanın  təsərrüfatı  pozulur,  peşə  istehsalı 
son dərəcə azalır. 1648-ci ildə Vestfal sülhü bağlanır. Bu sülh 
müqaviləsinə görə Almaniya 300-dən çox müstəqil knyazlığa 
parçalanır. Bundan  əlavə ölkədə mindən çox  müstəqil  rıtsar 
(zadəgan)  malikanələri  və  əlliyə  yaxın  azad  şəhər  var  idi. 
Prussiya,  Avstriya  və  Fransa  sülh  müqaviləsindən  sonra  da 
ölkəni  süni  olaraq  ziddiyyətlər  içərisində  saxlayırdılar. 
Fransız  diplomatiyası  Almaniyada  istədiyi  kimi  ağalıq  edir, 
pozulmuş  alman  knyazlarını  qızıl  və hədə  ilə  öz  casuslarına 
çevirirdi. Almaniyanın daxilində feodalizmin bərpası prosesi 
gedir,  ölkə  əyalətləşir,  bir  çox  yerlərdə  kəndlilər  yarım  qul-
lara  çevrilirlər.  Alman  bürgerliyi  knyaz  mütləqiyyəti 
qarşısında  geri  çəkilir.  Bürgerliyin  yuxarı  təbəqəsi  – 
patritsilər 
hakim 
zadəganlıqla 
birləşir. 
Seyrəlmiş, 
yoxsullaşmış  orta  və  xırda  bürgerlik  isə  baş  vermiş  fəlakət 
nəticəsində  küt  bir  itaətə  qapılır.  Elan  edilmiş  sülhə 
baxmayaraq katoliklik zorla bərpa olunur, yezuitlərin nüfuzu 
protestant torpaqlarını da öz təsirinə alır. 
Bütün  XVII  əsr  müddətində  Almaniya  otuzillik 
müharibənin vurduğu yaraları sağalda bilmir. Mədəniyyət və 
ədəbiyyat  sahəsində  bir  tənəzzül  duyulur.  Alman  yazıçıları 
qonşu  ölkələrin  ədəbi  nümunələrinə  müraciət  edirlər.  XVII 
əsr  alman  yazıçı  və  şairləri  İtaliya,  Fransa,  İspaniya  və 
Romanın  ədəbi  nümunələrindən  öyrənirlər,  həmin  ölkələrdə 
dəbdə  olan  poetik  formalarda  yazıb  yaradırlar.  Alman  dili 
latinizmlər,  qallisizmlər,  ispanizmlərlə  tanınmaz  bir  hala 
salınır.  R.M.Samarin  bu  tənəzzülün  dərin  köklərə  malik 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə