Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə13/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
39 
küləyin  inlədiyindən,  ən  şirin  bir  liranın  simlərini  titrət-
diyindən,  yasəmənlərin  şairin  önündə  yas  saxladıqlarından, 
göyərçinlərin  onun  qəbri  yanında  yuva  qurmasından  və 
sairdən  danışaraq  Sannadzaroya  öz  məhəbbətini  bildirirdi. 
Halbuki  XVII 
əsrin  sonlarında  Sannadzaronun  adı 
marinizmə qarşı mübarizənin bayrağına çevrildi. 
"Arkadiya"nın  üzvləri  arasında  Benedetto  Mendzini 
/1646-1704/,  Françesko  de  Lemene  /1626-1702/,  Karlo 
Mariya  Maci  /1630-1699/,  Covan  Battista  Tsappi  /1667-
1719/  kimi  şairlər  var  idi.  Bunlardan  Benedetto  Mendzini 
yoxsulluq  içində  dünyaya  gəlmişdir.  Keşiş  olmuş,  natiqlik 
üzrə  dərs  demişdir.  Papa  XII  İnnokenti  və  XI  Klimentin 
qayğısı  sayəsində  hörmət  və  firavanlıq  qazanmışdır.  O, 
şüurlu olaraq marinizmdən uzaqlaşır. Onun "Poeziya sənəti" 
adlı  kitabı  Bualonun  əsəri  kimi  klassisizmin  əsas 
müddəalarının  şərhinə  həsr  olunmuşdur.  Bir  klassisist  kimi 
Mendizini  sənətkarın  vəzifəsini  "dərin  həqiqətləri  aydın  və 
yüksək  formada  əks  etdirməkdə"  görmüşdür.  Tasso  və 
Kyabrera  kimi  sənətkarların  ədəbi  irsinə  əsaslanan  ədib 
italyan  klassisizminin  nəzəriyyəçisi  və  qanunvericisi  kimi 
şöhrət  tapmışdır.  Onun  1680-ci  ildə  çap  olunmuş  "Lirik 
şeirlər"  kitabında  klassisizm  ədəbiyyatına  məxsus  meyllər 
aydın şəkildə nəzərə çarpır. 
Mendzininin aşağıdakı şeiri incə müşahidələri, lirizmi 
ilə seçilir. 
 
 
 
Dinlə; qamışlığa qurultu düşüb – 
Yağış yağacaqdır, o verib xəbər, 
Qaranquş alçaqdan uçur nə qədər, 
Qulağa ağır bir qarıltı düşüb. 
Suda ala balıq çəkir həyəcan, 
Burnunu şişirdib irəli tutur. 


Afaq Yusifli İshaqlı 
 
 
40 
Duyur, su içəcək doyunca, bəli, 
Bir bax! Qu tükləri var, bir də saman, 
Fırlanır, burulur, gəzir burağan, 
Nə xoşdu azadlıq hey orda-burda 
Toz-torpaq fırlanır cəhrə tək hər an. 
Mənim Restanionum gəzmə bağlarda, 
Tez qaç öz yuvana şimşək çaxmadan, 
Göy deyir: pozulma var ruzigardan. 
 
Qədim 
dillərin 
və 
ədəbiyyatların 
tanınmış 
bilicilərindən  olan  Maci  də  klassisit  şair  və  yazıçılardandır. 
Uzun  müddət  professor  və  universitet  rektoru  olan  bu 
sənətkar  rəngarəng  bir  irs  yaratmışdır.  O,  məhsuldar  bir 
dramaturq  olmaqla  bərabər,  həm  də  geniş  diapazonlu  lirik 
şair  idi.  Şairin  dili  lirikası,  dini-nəsihətamiz  pyesləri 
yaradıcılığında  klassisizmə  doğru  əmələ  gələn  dönüşün 
nəticəsi kimi qiymətləndirilir. 
 
KAMPANELLA  /1568-1639/.  XVII  əsr  italyan 
ədəbi  fikrinin  ən  böyük  nümayəndələrindən  biri  Tomazzo 
Kampanelladır.  Onun  əsl  adı  Can  Demeniko  olmuşdur.  15 
yaşında  isə  o,  rahib  kimi  Tommazo  adını  qəbul  edir.  1591-
1597-ci illər  arasında o,  dörd  dəfə  inkvizisiya  məhkəməsinə 
cəlb  edilir,  işgəncə  və  təhqirlərə  dözür,  ittihamlar  yüngül 
olduğu  üçün  azad  edilir,  lakin  inkvizisiyanın  hökmü  ilə 
doğma  yurdu  Kalabriyaya  qayıdır.  Burada  Kampanella 
İtaliyanı ispan ağalığından qurtarmaq üçün təşkil edilən sui-
qəsdə  qoşulur.  Ağalar  və  kəndlilərin,  şəhərlilərin  və 
rahiblərin, hətta quldurların iştirak etdiyi bu sui-qəsdin üstü 
açılır.  Tutulanlar  istintaq  zamanı  bütün  günahları 
Kampanellanın  üstünə  atırlar.  Dövrünün  qanunlarını  gözəl 
bilən  Kampanella  ancaq  özünü  dəliliyə  vurmaqla  edamdan 
yaxa qurtarır. Kampanellanın ölüm cəzası 27 illik həbs cəzası 
ilə əvəz olunur. O,  XVII əsrin ilk rübünü həbsxanada Sant-


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
41 
Elmo  qəsrinin  quyusunda,  qaranlıq  içərisində  keçirir.  Bu 
kamera iyirmi  altı pillə  yerin  altında  idi, ora  işıq  düşmürdü. 
Kampanellanı  burada  əlli  əsgər  gözləyirdi.  Hətta  ən  qəddar 
papa  hüquqları  bu  zirzəmini  həddindən  artıq  qəddar 
həbsxana  adlandırmışlar.  Bu  həbsxananı  artıq  o  vaxtlar 
"Kampanella çökəyi" adlandırmışdılar. 1626-cı ildə Romanın 
işə qarışması ilə Kampanellanı azad edirlər. Lakin heç bir ay 
keçmir  ki,  Kampanella  üç  ay  müddətinə  Roma 
inkvizisiyasının əlinə keçir. Papa VIII Urban ona bir müddət 
qayğı göstərir. Lakin ispanların və düşmənlərinin əlindən bir 
dəfəlik qurtarmaq üçün mütəfəkkir yazıçı Fransaya qaçır və 
1639-cu ildə orada vəfat edir. 
Kampanellanın  simasında  onu  intibah  dövrünün 
humanistləri  ilə  yaxınlaşdıran  cizgilər  daha  çoxdur,  onda 
yeni  dövrün  insanlarına  xas  olan  əlamətlər  hələ  tam 
formalaşmamışdır. O da T.Tasso kimi öz əsri ilə ayaqlaşmaq 
üçün  dünyaya  gec  gəlmişdir.  İnkvizisiya  məhkəmələri  onda 
ateizm,  əsl  bidətçilik  tapmır.  Üsyan  hazırladığı  və  bunun 
üçün təbliğat apardığı dövrlərdə, zindanda olduğu ilk illərdən 
az-çox panteizmə meyl edən filosof tədricən ehtirasla katolik 
dinini yaymaq mövqeyinə keçir. Kampanellanın fikrincə, ka-
tolikliyin prinsipləri təbiətin təbii qanunları ilə uyğun gəlirdi. 
Onda  neoplatonizm  görüşləri  üstünlük  təşkil  edirdi. 
Kampanella  inanırdı  ki,  o,  ilahiyyatla  fiziologiyanı, 
astronomiya  və  ritorikanı,  fizika  və  məntiqi  birləşdirə 
biləcəkdir.  Kampanellaya  görə,  ağıl  hər  bir  şeyin  sirli 
mahiyyətini  dərk  etməklə,  onunla  birləşməklə,  ümumdünya 
ahəngdarlığına, harmoniyasına qovuşur. 
Kampanellanın  ədəbi  irsi  olduqca  zəngindir.  Onun 
müraciət etmədiyi bir elm sahəsi göstərmək çətindir. Ədibin 
latınca və italyanca yazdığı əsərlərdə antik müəllifləri təqlid 
etmək  norma  və  prinsiplərinə  qarşı  cəsarətli  bir  laqeydlik 
vardır. Bu cəhət ona hər bir məqamda öz kəskin, odlu sözünü 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə