Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə11/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
32 
XVII əsri çox vaxt onun adı ilə marinizm əsri adlan-
dırır  və  "seçentizm"  /sençento  –  XVII  əsr  deməkdir/ 
marinizmin  sinonimi  kimi  işlənir.  Belə  bir  meyl  Marinonun 
yaradıcılığının  XVII  əsrin  ən  mühüm,  səciyyəvi  hadisəsi 
olduğunu  təsdiq  edir.  Təsadüfi  deyil  ki,  XVII  əsr  İtaliya 
şairlərinin çoxu onun ardıcılları və davamçıları olmuşlar. 
Marinonun müasiri  olan  bir  çox  italyan  şairləri  onun 
yenilikləri  ilə  barışmamış,  bunu  italyan  ədəbiyyatı  üçün 
təhlükəli  bir  hadisə  saymışlar.  Qabriela  Kyabrera  onun 
təmtəraqlı  üslubunun  əksinə  olaraq  sadə  səpkili  əsərlər 
yazırdı. Torkvato Tassonu özü üçün nümunə seçir, onun təsiri 
qəhrəmanlıq  poemaları,  pastorallar,  ekloqlar,  faciələr, 
melodramlar  yaradır.  Lakin  Kyabreranın  şeirlərində  də 
birtərəfli meyllər vardır. Zadəgan əhval-ruhiyyəli bir poeziya 
yaradan  Kyabrera  zərif  gözəllik  və  nəzakətli  anakreontizm 
tərəfdarıdır. O, idillik kənd mənzərələrini, antik nimfalar və 
amurlar aləmini daha çox  sevir.  Əsl  lirizmdən  məhrum olan 
Kyabreranın  şeirlərində  incə,  nəzakətli  bir  zadəgan 
sentimentallığı  vardır.  Onun  iri  həcmli  əsərləri  arasında 
"Qotiada",  "Alideida",  "Florensiya"  poemaları  mühüm  yer 
tutur. Ancaq Kyabrera daha çox lirik şeirləri ilə tanınmışdır. 
Dövrün  vətənpərvər  şairlərindən  biri  kimi  tanınan 
Fulvio  Testi  /1593-1646/  yaradıcılığının  ilk  illərində 
Marinonun ardıcıllarından olmuşdur, lakin get-gedə daha çox 
Kyabreraya  meyl  göstərmişdir.  Bir  sıra  vətənpərvər 
şeirlərində Savoya hersoqu I Karl-Emmanueli İtaliyanı ispan 
ağalığından  azad  etməyə  çağırır.  Hersoq  ispan  ağalığından 
qorxaraq  şairin  kitabını  yandırır.  Testi  onun  qəzəbindən 
qorxub qaçır. 
İmzasız  şəkildə  çap  etdirdiyi  "İtaliyanın  göz  yaşı" 
kitabında da Kyabrera vətənpərvər bir şair kimi çıxış edir. 
Savoya  hersoquna  müraciətlə  yazdığı  şeirlərdə  o,  
hökmdarı  bayraq  qaldırmağa,  ölkəni  ispan  əsarətindən 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
33 
qurtarmağa çağırır. 
 
Kral, bir zamindir cəsur ürəyin: 
Azadlıq saatı çatar bu yurdun. 
Bəs niyə ləngidin? Bəs niyə durdun? 
Nə qədər ağırdır bu ləngiməyin. 
 
Görsün qələbəni qoy sənin cahan, 
Qaldır bayraqları, igidlər gəlsin. 
Göylər müttəfiqdir səninlə yəqin, 
Tale şücaətə baş əyir hər an. 
 
Şair  Karl  Emmanueli  çətinliklərdən  qorxmamağa, 
maneələrdən çəkinməməyə səsləyir: 
 
Şöhrətin yolları keçilmir asan,  
Burda uçurumlar, maneələr var. 
İgidlər qurbanla zəfər qazanar, 
Zəfərlə təhlükə qonşudur hər an. 
 
Kyabreranın  antiispan  əhval-ruhiyyəsi  tez  keçib 
gedir.  Yenidən  saraya  qayıdan  şair  böyük  hörmət  və  şöhrət 
qazanır. Bir diplomat kimi Romada, Vyanada, Madriddə olur. 
Lakin  Fransa  ilə  gizli  əlaqələrdə  ittiham  olunan  şair  həbs 
edilir  və  1646-cı  ildə  həbsxanada  ölür.  Tesitinin  şeirlərində 
siyasi  motivlər  daha  güclüdür.  O,  İtaliyanın  acınacaqlı 
taleyini ürək ağrısı ilə qələmə alır, qudurğan əyanları tənqid 
edir. Lakin Marino və Kyabreranın şeirləri kimi onun əsərləri 
də incə nəzakətli bir üslubda yaradılmışdır. 
Piza  qubernatoru  Vinçenso  Filikayya  ömrü  boyu 
dindar  bir  şair  kimi  tanınmışdır.  O,  dini  məzmunlu  sonetlər 
və  kansonlar  yazırdı.  Onun  da  şeir  dili  təmtəraqlı,  ədalı, 
sünidir.  İtaliyanın  fəlakətli  həyatı  ömründə  bir  dəfə  onu 
həqiqi  vətənpərvər  şair  zirvəsinə  qaldırmış  və  o,  "İtaliya. 
İtaliya."  sonetini  yazmışdır.  Bu  şeirdə  onun  sünilik  və 


Afaq Yusifli İshaqlı 
 
 
34 
təmtərağından  əsər-əlamət  qalmır.  Bu  şeir  öz  dərin 
məzmunu, yüksək sənətkarlığı ilə bir çox nəsilləri həyəcana 
gətirmişdir. Bayron onu ingilis dilinə çevirib "Çayld Harold" 
poemasına  daxil  etmişdir.  Şair  İtaliyanın  bədbəxtliyini, 
fəlakətini onun gözəlliyində görür. Taleyin uğursuz bir bəxşiş 
kimi verdiyi gözəllik yad ordularını onun torpağına gətirmiş, 
onu  özgələrin  qulluqçusuna,  nökərinə  çevirmişdir.  Şairin 
fikrincə, İtaliya bu qədər gözəl olmasaydı, Alp dağlarının zir-
vələrini  aşaraq  qall  orduları  ona  tərəf  azmazdı,  Po  çayı  öz 
qanlı  suları  ilə  düşmən  əsgərlərini  suvarmazdı.  Filikayya 
arzu  edir  ki,  kaş  İtaliya  bu  qədər  gözəl  olmaqdansa,  güclü 
olaydı,  düşmənlər  onu  sevərək  ölümə  sürükləməyəydi.  Bu 
kiçik  şeirin  hər  sətrində  dərin  bir  kədər  və  sevgi  əks 
olunmuşdur. 
 
Ey Vətən. Uğursuz bir ərməğan tək, 
Bəxt ülvi gözəllik bəxş etdi sənə. 
Vurdu tər möhürü o gül bədənə, 
Sonsuz əzablara səni çəkərək. 
 
Olmasaydın gözəl, İtaliya, sən, 
Qüdrətli, qüvvətli olsaydın ya da, 
Kimə ki, əzizsən indi dünyada, 
O, səni sevməkdən qorxardı hökmən. 
Sonetdən gətirdiyimiz bu misralarda vətənpərvər şair 
ümumxalq kədərini əks etdirmişdir. 
Üslubunun  təmizliyi,  şeirlərinin  düzgünlüyü,  şeir 
ahəngindəki  vüsət  Filikayyanı  İtaliyada  klassisizmin  banisi 
saymağa  haqq  qazandırır.  İtaliyada  klassisizm  o  qədər  də 
dəbdə  olmamışdır.  XVII  əsr  İtalyan  ədəbiyyatında 
barokkonun  formalarından  biri  olan  marinizm  daha  geniş 
yayılmışdır.  
 
TASSONİ  /1565-1635/.  XVII  əsr  italyan  poezi-


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
35 
yasında  zamanın  qarşıya  qoyduğu  problemlərə  cavab 
verməyə çalışan istedadlı sənətkarlardan biri də Allessandro 
Tassoni  idi.  Bir  çox müasirləri  kimi  İtaliyanın  taleyi  onu  da 
narahat  edirdi.  Tassoni  öz  həmvətənlərini  birliyə,  birləşib 
yadelli  işğalçılara  qarşı  vuruşa,  döyüşə  çağırırdı.  O,  sözün 
əsl  mənasında  vətəndaş  şair  idi.  Tassoni  həyatı  boyu 
dövrünün  bir  çox  görkəmli  adamlarının  kardinal  və 
hersoqlarının  yanında  xidmət  etmişdir.  Şairin  zəngin  ədəbi 
irsində  onun  ziddiyyətli,  döyüşkən  təbiəti  əks  olunmuşdur. 
Tassoninin  bütün  əsərlərində  bu  və  ya  başqa  bir  şəkildə 
nüfuzlara,  ehkamlara  qarşı  mübarizə  ruhu  vardır.  "İspanlar 
əleyhinə həcvlər" əsərində İtaliyanın fikir və iradəsini əzən, 
onu qul, kölə halına salan, yadelli ispanlara etiraz edir, qəzəb 
və  həyəcanını  bildirir,  həmyerlilərində  vətənpərvərlik 
duyğuları oyatmağa çalışır. "Petrarkanın poeziyası haqqında 
düşüncələr" əsərində isə Marino və onun təqlidçilərinə qarşı 
çıxır.  Petrarkanın  davamçılarını,  "quru  balqabaqlar" 
adlandıran şair Petrarkanın özünə də aman vermir, "Müxtəlif 
fikirlər" adlı əsərində isə Tassoni Aristotelin nüfuzuna qarşı 
çıxır,  nüfuzlar  qarşısında  səcdə  etməyi  və  təqlidçiliyi 
pisləyir.  Onun  Kolumbun  qəhrəmanlığına  həsr  edilən 
"Okean" poeması yarımçıq qalmışdır. 
Tassoninin  ən  mühüm  əsəri  1615-1618-ci  illərdə 
yazılan  "Oğurlanmış  vedrə"  adlı  kiçik  qəhrəmanlıq 
poemasıdır.  Poema  ilk  dəfə  1622-ci  ildə  çap  edilmiş,  sonra 
papa  VIII  Urban  və  şairin  öz    tərəfindən  yenidən  nəzərdən 
keçirilmiş  və  1630-cu  ildə  nəşr  olunmuşdur.  Tassoni  öz 
poeması  ilə  L.Pulqi,  F.Berni,  T.Folenqo  kimi  şairlərin 
ənənələrini  izləyir.  İtaliyanın  ayrı-ayrı  şəhər  və  əyalətləri 
arasında  çəkişmə  və  didişmə  poemanın  əsas  süjetini  təşkil 
edir.  Rəvayətə  görə,  Medonalılar  Bolonya  üzərinə  etdikləri 
hərbi  hücumlardan  birində  taxta  vedrəni  oğurlayıb  qənimət 
aparırlar.  Bu  vedrə  guya  ki,  indi  də  Medonada 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə