Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
20 
Mərkəzi  və  Cənubi  Avropa  ölkələrinin  xalqları  bu 
əsrdə  dərin  milli  faciələr  keçirirlər.  Polşa  kralının  işğalçılıq 
planları,  Rusiyanı  fəth  etmək  iddiaları,  onun  xarici  siyasət 
sahəsindəki  çəkisini  itirir,  daxili  iqtisadi  və  siyasi  tənəzzülə 
səbəb  olur.  Bu  tənəzzül  mədəniyyət  və  ədəbiyyat  sahəsində 
də  geriliyə  gətirib  çıxarır.  Xaricdən  hücumlara  məruz  qalan 
Çexiya  və  Slovakiya  milli  müstəqilliyini  itirir.  Yan  Amos 
Kamenski  "Dünyanın  labirinti"  əsərində  çex  xalqının 
qəlbində  qopan  nalə  və  harayı  əks  etdirir.  Avstriya 
əsgərlərinin  təpikləri  altında  əzilən  xalq  kütlələrinin 
iniltilərini qələmə alır. 
Bolqariya  və  Yuqoslaviya  xalqları  dünya  mədəniy-
yətinin inciləri sayıla bilən lirik və epik nəğmələr yaradırlar. 
Bir  sözlə,  Qərbi,  Mərkəzi  və  Cənubi  Avropa  xalq-
larının  XVII  əsrdə  yaratdığı  ədəbi-bədii  abidələr  bəşər  fikri 
və  istedadının  ən  mühüm  qələbə  və  məğlubiyyətlərini  əks 
etdirir.  Çox  dəqiq  şəkildə  tarixi  səbəblərlə  şərtlənən  bu 
ədəbiyyat  xalqların  sevinc  və  iztirablarını,  arzu  və 
düşüncələrini,  məhəbbət  və  nifrətini,  ağlının,  hissinin, 
iradəsini zəif və güclü cəhətlərini əlvan bədii formalarda əks 
etdirmişdir. 
Feodal  katolik  irticası  nə  qədər  güclü  olsa  da, 
insanların dünyagörüşü və yaradıcılığı üzərində nə qədər ağır 
izlər  buraxsa  da,  tərəqqi  və  inkişafın  qarşısını  ala 
bilməmişdir. XVII əsrin böyük sənətkarları xalqa arxalanaraq 
orta əsrlər ideologiyasının qaranlıqlarını yara bilmiş, sənətdə 
həyat  həqiqətini  təsdiq  etmişlər.  Bu  dövrün  ədəbiyyatının 
diqqətlə öyrənilməsi bir daha təsdiq edir ki, XVII əsr Qərbi 
Avropa  ölkələrində  bütün  sahələrdə  olduğu  kimi,  ədəbiyyat 
sahəsində də ən mühüm və orijinal mərhələlərdən biridir. 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
21 
 
İTALYAN ƏDƏBİYYATI 
 
XVII  əsrdə  İtaliya  ictimai  tarixi  inkişaf  baxımından 
durğunluq,  süqut  dövrü  keçirirdi.  Xırda-xırda  knyazlıqlara 
parçalanan,  ispan  əsarəti  və  feodal  irticasının  zülmü  altında 
inləyən  İtaliyada  elmin,  mədəniyyətin,  ədəbiyyatın  inkişafı 
üçün  əlverişli  şərait  yox  idi.  Əsrin  əvvəllərində  əvvəlki 
dövrlərdən qalma enerji əsasında hələ güclü həyat qüvvəsinə 
malik  olan  əsərlər  yaradılırdı.  Lakin  iqtisadi,  siyasi,  ictimai 
həyatda  başlanan  tənəzzül  get-gedə  ədəbiyyat  sahəsində  də 
özünü aydın şəkildə büruzə verirdi. 
Məlum  olduğu  kimi  İtaliyanın  iqtisadi  çiçəklənmə 
dövrü  XI  əsrdən  başlanmışdır.  Ticarət  və  sənətlər  inkişaf 
edir,  şəhərlər  iqtisadi  həyatın  mərkəzinə  çevrilirdilər. 
İtaliyanın  şəhərləri  Qərblə  Şərq  arasında  ticarətdə  vasitəçi, 
körpü vəzifəsini görürdü. 
Səlib yürüşləri bu işdə italyan tacirlərinin mövqeyini 
daha  da  artırdı.  Bizans  və  ərəb  ölkələrinin  dünya  ticarət 
bazarlarından  sıxışdırılması  bunun  üçün  əlverişli  şərait 
yaradırdı. Milan, Bolonya, Florensiya kimi şəhərlərdə mahud 
istehsalı get-gedə artırdı. İtaliyada böyük sərvətlər toplanırdı. 
Şəhərlər  inkişaf  etdikcə  kəndlilərin  təhkimçilik 
əsarətindən  qurtarmaq  uğrunda  mübarizəsinə  tərəf  çıxır, 
feodalları  sıxışdırırlar.  Bolonya,  Paduya  və  başqa  şəhərlər 
xüsusi  fərmanlarla  kəndliləri  təhkimçilik  əsarətindən  azad 
edirlər.  İtaliyanın  ictimai  həyatındakı  bu  dönüş  şəhər 
istehsalının  tələbatından  irəli  gəlirdi,  fəhlə  qüvvəsinə  olan 
ehtiyacdan  doğurdu.  İstehsalı  fəhlə  qüvvəsi  ilə  təmin  etmək 
üçün  şəhərlər  feodallarla  mübarizə  aparır,  qəsrləri 
dağıdırdılar.  Az  bir  müddət  içində  müstəqil  idarə  olunan 
şəhər  -  dövlətlər  yaranır.  Belə  şəhər  –  dövlətlər  sırasına 
Venesiya,  Genuya,  Piza,  Florensiya,  Sisna,  Milan,  Bolonya, 


Afaq Yusifli İshaqlı 
 
 
22 
Modena və s. daxil etmək olar. 
Xarici bazarlar uğrunda vuruşan şəhər-dövlətlər milli 
birlik haqqında düşünmür, dünya ticarətində rəqabət uğrunda 
bir-birilə  düşmənçilik  edirdilər.  Bu  isə  özlüyündə  İtaliyanın 
parçalanmasına  və  milli  faciəsinə  səbəb  olurdu.  Ölkənin 
siyasi və iqtisadi cəhətdən parçalanmasına papa hakimiyyəti 
də  təsir  göstərir,  İtaliya  şəhərləri  arasındakı  düşmənçiliyi 
müxtəlif  üsullarla  gücləndirirdi.  Papa  hakimiyyəti  bu  çirkin 
vəzifəsini  bütün  orta  əsrlər  dövründə  məharətlə,  ardıcıllıqla 
yerinə yetirmişdir.  
İtaliyanın  parçalanmış  vəziyyətdə  olması  şəhərlərin 
və ticarətin gur inkişaf etdiyi dövrlərdə öz zərərli nəticələrini 
büruzə  vermir,  şəhərlər  get-gedə  böyüyür,  inkişaf  edir, 
onların təsərrüfatı möhkəmlənir. Ölkənin iqtisadi inkişafı ilə 
yanaşı  mədəniyyət  və  ədəbiyyat  sahəsində  də  güclü  bir 
yüksəliş əmələ gəlir. Meydana çıxan istedadlar xalq arasında 
böyük hörmət və qayğı ilə qarşılanır. 
Yeni  ticarət  yollarının  kəşfi  ilə  hər  şey  dəyişdi.  XV 
əsrin sonlarında əsas ticarət  yolunun  İtaliyadan uzaqlaşması 
onun  iqtisadiyyatına  ağır  zərbə  vurdu.  Bunun  nəticəsində 
xaricdən,  o  cümlədən  Fransa  və  İngiltərədən  gələn  yunun 
arası  kəsildi,  İtaliyada  mahud  istehsalı  dayandı.  Öz 
ölkələrində  istehsalın  təşkili  və  inkişafına  nail  olan  ölkələr 
italyan  mallarına  ehtiyac  hiss  etmədilər.  Ticarət  yollarının 
dəyişməsi  ilə  bərabər  iqtisadi  üstünlük  də  başqa  ölkələrə 
keçdi.  İngiltərə  və  Fransa  öz  inkişafının  və  iqtisadi 
qüdrətinin daha yüksək pilləsinə qədəm qoydu. 
İtalyan  şəhərlərində  fəhlə  qüvvəsinə  ehtiyac  olma-
dığından adamlar yenidən kəndlərə doğru axmağa başladılar. 
Əyalət  hakimləri  və  iri  feodallar  öz  qüdrətini  yenidən  hiss 
etdilər, ölkəni feodal orta əsrlərinə çəkməyə cəhd etdilər. 
Parça-parça olmuş, yeni ziddiyyətlər qarşısında qalan 
İtaliyanın  başı  üstünü  yeni-yeni  fəlakətlər  aldı.  İspaniya  və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə