Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə14/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
42 
deməyə imkan vermişdir. 
Kampanellanın ədəbi irsinin mühüm bir qismini onun 
şeirləri  təşkil  edir.  Onun  "Kantika"  adı  altında  toplanan 
şeirlərindən  ancaq  164  nümunə  qalmışdır.  1613-cü  ildə 
ədibin  pərəstişkarlarından  olan  T.Adami  onun  şeirlərindən 
səksən  doqquzunu  seçib  bir  məcmuə  düzəldir.  Bu  məcmuə 
1622-ci ildə "Settimontano Skvillanın bəzi fəlsəfi şeirlərinin 
toplusu"  adı  ilə  nəşr  olunur.  Zınqırov  demək  olan  Skvilla 
sözü  Kampanella  sözünün  sinonimi  idi.  Kampanellanın 
şeirlərində  də  marinistlərdə  olduğu  kimi  fərdiyyətçilik 
güclüdür.  Gah  qəsdən  və  zərurət  üzündən  meydana  çıxıb 
təbiilik,  gah  da  zaman  üzərində  hakim  olmaq  arzusundan 
irəli gələn fərdilik onun poeziyasını da barokko əsrinin şeiri 
kimi qiymətləndirməyə əsas verir. 
O, şeirlərində gah günəşə xitab edərək onun qaranlıq 
zindanına  bir  işıq  şüası  salmağı  arzulayır,  gah  əzilən  sadə 
xalqın acı taleyinə acıyır, nəhəng, güclü bir vəhşiyə oxşayan 
xalqın  balaca  bir  uşağa  bənzəyən  ağalar  tərəfindən  idarə 
edildiyini  xatırlayır.  Xalqın  cürətsizliyini,  hakim  təbəqələrin 
onu  mənən  və  cismən  əzməsini,  müharibələr  və  zindanlarla 
məhv  etməsini  heyrətlə,  təəccüblə  yada  salır.  Başqa  bir 
sonetində Kampanella kainatdakı şərafətin kökləri, səbəbləri 
haqqında  söhbət  açır,  özünü  sevərliyi,  xudbinliyi  yer 
üzərindəki şərin ən böyük baisi sayır. 
"Ölməz  ruh"  adlı  sonetində  şair  özünün  sonsuz  bilik 
ehtirasını,  dünyanın  sirlərini  dərk  etmək  cəhdini  əks 
etdirərək yazır: 
Bütün kitabları oxudum tamam, 
Ac bir adam kimi yedim onları. 
Doymadım yedikcə yazılanları, 
Nə qədər yedimsə, yenə də acam. 
 
Elmə,  biliyə  doğru  yönələn  bu  güclü  ehtiras  Kam-


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
43 
panellanı intibah dövrünün nəhəngləri ilə doğmalaşdırır. 
Tomazzo  Kampanellanı  dünya  mədəniyyəti  tarixinin 
ən görkəmli şəxsiyyətlərindən biri kimi tanıdan, heç şübhəsiz 
ki,  onun  "Günəş  şəhəri"  adlı  utopik  romanıdır.  Bu  romanda 
utopiya  şəklində  yazıçının  ən  yaxşı  insan  cəmiyyəti 
haqqındakı işıqlı arzuları əks olunmuşdur. 
Romanda  təsvir  edilir  ki,  bir  nəfər  dənizçi  Hind 
okeanındakı  adalardan  birində  bir  dəstə  adama  rast  gəlir. 
Onlar  Avropa  ictimai  yaşayış  sistemindən  fərqli  bir  həyat 
tərzi  ilə  yaşayırlar.  Onların  hökmdarlarının  adı  Günəşdir, 
özləri  də  Günəşə  sitayiş  edirlər.  Burada  dövlətin  başında 
Güc, müdriklik və məhəbbət durur. Xalqın "Müdriklik" adlı 
bircə kitabı vardır. O, yığcam və aydın bil dildə yazılmışdır. 
Adanın əhalisi xüsusi mülkiyyət tanımır, onlar xüsusi 
mülkiyyəti  bütün  bəlaların  səbəbi  hesab  edirlər.  Hamı  işlə 
məşğuldur. Cəmiyyətə xeyir vermək, onun xeyrinə çalışmaq 
bu  ölkənin  əhalisinin  əsas  məqsədidir.  Onlar  vətənə, 
yaşadıqları  şəhərə  məhəbbətlə  yanaşırlar.  Günəş  şəhərinin 
adamlarında  paxıllıq,  xudbinlik,  ikiüzlülük  kimi  sifətlər 
yoxdur. 
Kampanelladan fərqli olaraq QALİLEY /1564-1642/ 
daha çox alim kimi tanınmışdır. Lakin o da İntibah dövrünün 
görkəmli şəxsiyyətləri kimi öz elmi fikirlərini yaymaq üçün 
bədii publisistikadan məharətlə faydalanmışdır. Bu cəhətdən 
onun  "İki  ən  əsas  dünya  sistemi  haqqındakı  dialoq"  əsəri 
xüsusilə  diqqəti  cəlb  edir.  Qalileyin  qəhrəmanları  Ptolemey 
və  Kopernik  sistemi  haqqında  mübahisə  edirlər.  Ptolemey 
sistemini  müdafiə  edən  qəhrəmanı  Qaliley  qəsdən  məhdud 
düşüncəli bir adam kimi göstərir, ona Simpliçio /Avam/ adı 
verir.  Simpliçio  ürəkdən  Ptolemey  geosentrik  sistemini 
müdafiə  edir,  lakin  onun  mühakimələri,  dəlilləri  elə 
qurulmuşdur  ki,  oxucuda  gülüş,  istehza  oyadır.  Qaliley  bu 
yolla  yeni  elmi  kəşfləri  təbliğ  etməyə  çalışır.  Alimin  öz 


Afaq Yusifli İshaqlı 
 
 
44 
məqsədini  pərdələməyə  çalışması  istənilən  nəticəni  vermir. 
Papanın 
qulağına 
pıçıldayırlar 
ki, 
Qaliley 
avam 
Simpliçionun  simasında  elə  onun  özünə  gülür,  onu  təqdim 
edir.  Qalileyi  inkvizisiya  məhkəməsinə  çəkib  mühakimə 
edirlər.  Bu  mühakimə  uzun  müddət  bütün  dünyanı  dəhşətə 
gətirir, İtaliyada azad fikri şikəst hala salır. 
XVII  əsr  bədii  nəsrinin  ən  tanınmış  nümayəndələ-
rindən biri də Trayano Bokkalinidir /1556-1613/. Həyatının 
daha  çox  hissəsini  XVI  əsrdə  yaşayan  Bokkalini  yeni dövrə 
intibah  dövrü  humanistlərinin  döyüşkən,  mübariz  ruhunu 
gətirmişdir.  Onun  "Parnasdan  xəbərlər"  adlı  satirik  əsəri  az 
bir müddət içində bir çox Avropa dillərinə tərcümə edildi və 
geniş  şöhrət  qazandı.  Əsərdə  gülüşün  istehza,  zarafat, 
sarkazm kimi növlərindən məharətlə istifadə olunmuş, ispan 
əsarətinə, zadəgan ikiüzlülüyü və riyakarlığına, ədəbi aləmdə 
hökm  sürən  ziddiyyətlərə  qarşı  dərin  qəzəb,  nifrət  əks 
etdirilmişdir. 
Bokkalini  Ərəstunun  estetik  prinsiplərindən  başqa 
heç nə tanımaq istəməyən, gənc istedadları bu prinsiplərdən 
kənara  çıxmağa  qoymayan  ədəbi  nüfuzlara  cəsarətlə  hücum 
çəkir.  Ədib  zarafatyana  bir  formaya  guya  incəsənət  hamisi 
Apollonla  Aristotel  arasında  baş  vermiş  bir  söhbəti  qələmə 
alır:  "Apollon  qeyri-adi  dərəcədə  qəzəbli  bir  sifətlə  və  çox 
əsəbi bir səslə Aristoteldən soruşdu ki, onun, Apollonun yaz-
maqda  və  yaratmaqda  tam  azadlıq  tələb  etdiyi  yüksək 
istedadlı  sənətkarlar  üçün  qanunlar  müəyyənləşdirməyə  və 
qaydalar  çap  etməyə  cəsarət  eyləyən  o  ədəbsiz  və  utanmaz 
odurmu,  çünki  ədəbiyyatçıların  canlı  istedadları  hər  hansı 
qaydaların zəncirindən azad olduqda, göstərişlərin zəncirləri 
ilə 
bağlanmadıqda 
onun 
çox 
yüksək 
dərəcədə 
məmnunluğuna  səbəb  olaraq  hər  gün  məktəbləri  və 
kitabxanaları ən gözəl əsərlərlə zənginləşdirirlər." 
Apollonun  ittihamları  qarşısında  Aristotelin  özünə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə