Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
66 
obrazların aydınlığını rədd edir. 
Moşeroş və XVII əsrin digər satirik yazıçılarının ədə-
bi  fəaliyyətini  böyük  alman  yazıçısı  Qrimmelshauzenin 
yaradıcılığı üçün zəmin hazırlamışdır. 
 
İOHAN QRİMMELSHAUZEN /1622-1676/.  
XVII əsr alman ədəbiyyatının ən böyük nümayəndəsi 
İohan  Qrimmelshauzendir.  O,  ilk  dəfə  xəlqi  mövqelərdən 
çıxış  edərək  alman  gerçəkliyinin  realist  mənzərəsini 
yaratmış, dövrün qabaqcıl fikir və ideallarını əks etdirmişdir. 
Alman  satirik  yazıçılarının  yaradıcılığı  Qrimmelshauzenin 
irsində özünün ən yüksək inkişaf zirvəsinə çatmışdır. 
Yazıçının  anadan  olduğu  yer  və  vaxt  dəqiq  məlum 
deyildir.  Məlum  olan  budur  ki,  onun  əcdadları  Şvartsvaldın 
Qelnhauzen  şəhərciyinin  bürgerlərindən  imişlər.  Ehtimal 
olunur  ki,  Qrimmelshauzen  də  həmin  şəhərcikdə  anadan 
olmuş  və  1634-cü  ilə  kimi  orada  yaşamışdır.  1634-cü  ilin 
sentyabrında Qelnhauzen imperiya orduları tərəfindən tutulur 
və  qarət  edilir.  Elə  bu  vaxtlar  gələcək  yazıçı  general 
Qyetsenin ordusuna daxil olur. 
1639-cu  ilin  yayında  o,  Offenburq  şəhər  komendan-
tının  katibi,  müharibənin  sonunda  isə  Vasserburqda  alay 
katibi  vəzifəsində  çalışır.  1648-ci  il  sülhündən  sonra 
Qrimmelshauzen  Offenburqa  qayıdır,  burada  Katerina 
Henniger  adlı  bir  qızla  evlənir.  1650-1656-cı  illərdə  o, 
Renxtalda  Karl  Şauenburqun  malikanələrində  təsərrüfat 
müdiri və məhkəmə nəzarətçisi işləyir, məhkəmələrdə, haqq-
hesab işlərində, icarə haqqı və vergi toplanışında iştirak edir. 
Ona bu vaxt irs olaraq Şpitalbune adlı balaca bir mülk çatır, 
o,  burada  özünə  iki  ev  tikdirir.  1657-ci  ildə  ədib  Qaysbax 
yaxınlığında  "Gümüşü  ulduzun  yanında"  adlı  bir  meyxana 
açır. Qrimmelshauzen "Ay aləminə səyahətin təsviri", "Sənin 
və mənim haqqımda röyalarım" adlı ilk əsərlərini yazır. 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
67 
1661-ci  ildə  yazıçı  həkim  İohann  Küxnerin  yanında 
təsərrüfat müdiri işləməyə başlayır, qəsr komendantı rütbəsi 
alır.  Yüksək  dairələrlə  tanışlıq  onda  acı  təəssüf  hissləri 
oyadır.  1665-ci  ildə  Qrimmelshauzen  yenidən  Qaysbaxda 
meyxanaçı işləyir, 1667-ci ildə isə Strasburq (knyazına) tabe 
olan  Renxendə  vergi  yığan  və  yüzbaşı  vəzifəsində  işləyir. 
Renxendə olarkən sənətkar əsas əsəri olan "Simplississimus" 
romanını  bitirir,  "Kuraj",  "Şprinqinefold",  "Ecazkar  quş 
yuvası"  romanlarını,  "Dünyanın  astar  üzü",  "Ayı  dərisi", 
"Məğrur  Melxer"  və  b.  kiçik  satiralarını,  həmçinin  satirik 
təqvimlərini  yazır.  "Ditvald  və  Amelinda",  "Proksimus  və 
Limpida",  "İsmətli  İosif"  və  başqa  tarixi  romanlarını  da 
Qrimmelshauzen burada yaradır. 
1675-ci ildə Qrimmelshauzen fransız Niderlan alman 
müharibəsinin  dəhşətləri  ilə  qarşılaşır,  quldurluq  və 
qarətçiliyin  şahidi  olur.  17  avqust  1676-cı  ildə 
Qrimmelshauzen vəfat edir. 
Qrimmelshauzenin  ədəbi  irsində  "Simplitsi  Simplis-
sissimus"  satirik  fəlsəfi  romanı  xüsusi  yer  tutur.  Burada 
yazıçı  həyat  həqiqətlərini  bəzək-düzəksiz  əks  etdirir.  Sadə, 
adi,  bəzən  kobud  bir  dillə  yazılan  bu  romanda  bütöv  bir 
dövrün  müsibət  və  fəlakətləri  qələmə  alınmışdır.  Ədib 
burada insan və dünya haqqındakı fəlsəfi düşüncələrini əlvan 
həyat  hadisələri  və  surətlər  vasitəsilə  açıb  göstərir.  Roman 
boyu  ara-sıra  yazıçının  sarkazm  dərəcəsinə  çatan  gülüşü 
eşidilir, bu gülüşlər oxucunun qəlbində qəzəb, nifrət oyadır. 
Romanın  qəhrəmanının  adı  rəmzi  məna  daşıyan 
uydurma  bir  addır.  Simplitsi  Simplississimus  sözü  əslində 
sadələr  sadəsi  deməkdir.  Yazıçı  sadə  almanın  başına  gələn 
fəlakət və müsibətləri bu uydurma adlı surətin vasitəsilə əks 
etdirir və ümumiləşdirir. Sadələr sadəsi olan bir insanın gözü 
qarşısında  baş  verən  dəhşətli  hadisələr  onun  baxış  və 
düşüncələrinin  süzgəcindən  keçirilir.  Hələ  on  yaşı  tamam 


Afaq Yusifli İshaqlı 
 
 
68 
olanda  o,  otuzillik  müharibə  dövründə  əsgərlərin  törətdiyi 
dəhşətli  hadisələrin,  cinayətlərin  şahidi  olur.  Onun  gözü 
qarşısında  əsgərlər  adamlara  əzab  verir,  öldürür,  qadınların 
ləyaqətini alçaldır, evlərə od vururlar. Uşaq bu hadisələrdən 
belə  nəticə  çıxarır  ki,  insanlar  da  heyvanlar  kimi  iki  qrupa 
bölünürlər: əhli və vəhşi. 
Simplitsinin  anası  doğma  evini  ataraq  qonşularından 
qaçır.  Yolda  o,  xəstələnir  və  bir  kəndlinin  evində  ölür.  Bu 
bədbəxt  qadının  ölümündən  sonra  həmin  kəndli  ailəsi  onun 
övladının qayğısına qalır, onu  öz övladları kimi böyüdürlər. 
Simplitsi  dağlarda  qoyun  və  mal  otarır,  tütək  çalır,  mahnı 
deyə-deyə, günəşə baxa-baxa şən ömür sürür. Onun on yaşı 
tamam olanda landsknextlər onun ögey valideynlərinin evinə 
soxulur qarət edib sonra yandırırlar. Landsknextlər bu balaca 
kəndin  adamlarına  müxtəlif  əzablar  verirlər.  On  yaşlı  uşaq 
əsgərlərin özbaşınalıqlarına kədərli bir təəccüblə baxır, onun 
gözü  qarşısında  hər  şey  uçub  dağılır.  Utanmaq,  xəcalət 
çəkmək  lazım  gələn  hərəkətlərə  görə  öyünən  adamları 
gördükdə  Simplitsi  heyrətlənir,  insanların  nə  üçün  bu  qədər 
eybəcərləşdiklərini  anlaya  bilmir.  Bu  kədərli  heyrət  əsər 
boyu onu tərk etmir. 
Günahsız  insanların  çəkdiyi  əzablar  və  iztirablar, 
mənasız,  yersiz  qəddarlıqlar  hər  yerdə  onun  qarşısına  çıxır, 
həqiqət, düzlük, ədalət axtardığı halda hər dəfə həyatın şəri 
ilə üz-üzə gəlir. 
Landsknextlərin  qəddarlığından  qorxan  uşaq  meşəyə 
qaçır,  bütün  günü  sərgərdan  gəzib  axşam  üstü  bir  ağacın 
koğuşunda  gizlənib  dincəlmək  istəyir.  Bir  tərəfdə 
əsgərlərdən,  o  biri  tərəfdə  canavarlardan  qorxan  Simplitsi 
burada tərki-dünya zahidlə qarşılaşır. 
Əvvəllər protestant zabiti olan bu zahid ona qayğı ilə 
yanaşır.  Romanda  zahidlə  uşaq  arasında  söhbət  xüsusi 
ustalıqla yaradılmışdır. Zahid ondan soruşur: 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə