Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə30/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
91 
Ben Conson "Sintiyanın məclisi", "Qafiyəquraşdıran" 
pyeslərində özünün ədəbi düşmənlərinə kəskin cavab vermiş, 
onların  dramaturgiyanı  ancaq  zərif  bir  əyləncə  vasitəsinə 
çevirmək  cəhdlərini  rədd  edərək  incəsənətin  öyrədici, 
tərbiyəedici vəzifələrindən danışmışdır. 
"Seyan:  onun  süqutu"  və  "Katilina:  onun  sui-qəsdi" 
faciələrində  isə  Conson  Şekspir  ənənələrinə  sadiq  qalaraq 
siyasi  faciə  yaratmış  və  bu  faciələrdə  özünün  mütləqiyyətə 
zidd  olan  respublika  görüşlərini  ifadə  etmişdir.  Şekspirin 
faciələrindən  fərqli  olaraq  Conson  ciddi  elmi  axtarışlar 
aparmış, öz Roma faciələrini Roma adət və ənənələri, tarixi 
faktları  ilə  zənginləşdirmişdir.  Ayrı-ayrı  surətlərin  nitq  və 
danışıqları Roma tarixi və ədəbi abidələrinin diqqətli filoloji 
tədqiqi əsasında yaradılmışdır. 
Dramaturqun  "Voltene"  /1607/,  "Episin,  yaxud  dön-
məz  qadın"  /1609/,  "Kimyagər"  /1610/,  "Müqəddəs  Varfo-
lomey  günündə  yarmarka"  /1614/  kimi  komediyalarında 
ingilis  gerçəkliyinin  daha  realist  mənzərələri  yaradılmış, 
iflasa  uğramış  zadəganların,  acgöz  burjua  nümayəndələrinin 
satirik  surətləri  yaradılmışdır.  Burjua  acgözlüyü  və 
tamahkarlığını tənqid edən Conson "Voltene" komediyası ilə 
Şekspirin  "Afinalı  Timon"u  ilə  yanaşı  dura  bilən  bir  əsər 
yazmışdır. 
"Müqəddəs  Varfolomey  günündə  yarmarka"  kome-
diyasında Conson ingilis cəmiyyətinin müxtəlif təbəqələrinin 
nümayəndələrini  yarmarka  meydançasına  toplayaraq  şən, 
canlı,  xəlqi  bir  əsər  yaratmışdır.  Nadan  və  qəddar  hakim 
Overdu, özünü dindar, təmiz bir adam kimi göstərən riyakar 
puritan Rebi Bizi surətinin təqdimində dramaturqun xəlqiliyi 
daha aydın nəzərə çarpır. 
Conson  inqilab  ərəfəsi  dövrünün  ingilis  gerçəkliyini, 
bu gerçəkliyin nümayəndələrini ustalıqla qələmə alır. Onun " 
Varfolomey  yarmarkası"  komediyasında  yaradılan  xalq 


Afaq Yusifli İshaqlı 
 
 
92 
nümayəndələrinin surətləri – yomenlər və plebeylər rəğbətlə 
təsvir olunur, onlardakı güc, enerji göstərilir. Onların hərəkət 
və sözlərində yaxınlaşan inqilabın nəfəsi duyulur. 
Ben  Conson  öz  estetik  görüşlərini  şərh  edən  ayrıca 
əsərlər yazmamışdır. Lakin pyeslərinin önsözlərində, dostları 
ilə  söhbətlərində,  xüsusən  "Kəşflər"  adlı  aforizmlər 
toplusunda  dramaturq  incəsənətə  dair  görüşlərini  şərh 
etmişdir.  Gerçəkliyin  ən  tipik  hadisələrini  tapıb  göstərməyi, 
surəti  dərin  psixoloji  təhlildən  keçirməyi  tələb  etmək  onun 
estetik  görüşlərində  əsas  yer  tutur.  Lakin  rasionalizmə 
müəyyən  meyl  onu  həyatı  dialektik  inkişafda,  rəngarəng 
tərzdə  əks  etdirməyə  imkan  verməmiş,  onun  realizmini 
məhdudlaşdırmışdır. Bu cəhət Consonu erkən klassisistlər və 
onların sələfləri ilə yaxınlaşdırır. 
Consonun "yumor" nəzəriyyəsində də bu cəhət aydın 
görünür.  Dramaturqa  görə  "yumor"  şəxsin  cəmiyyətdə 
tutduğu yer və mövqelə bağlı yaranan, inkişaf edən səciyyəvi 
xüsusiyyətdir.  "Yumor"  bu  halda  ancaq  müəyyən  bir  şəxsə 
aid  olan  keyfiyyət  olmayıb,  ictimai  vəziyyətlərinə  görə 
birləşən insan qruplarının xüsusiyyətləridir. Cəmiyyətdə eyni 
mövqe tutan adamlar eyni "yumora", daha doğrusu, sifətlərə 
malik 
adamlar 
kimi 
təqdim  olunurlar.  "Voltene" 
komediyasındakı  Voltene,  Korbaçço,  Voltorre  kimi  surətlər 
buna  misal  ola  bilər.  Bu  adamları  eyni  eybəcər  acgözlük, 
qızıl,  var-dövlət  hərisliyi  səciyyələndirir.  Consonun  yumor 
nəzəriyyəsi ingilis dramaturgiyasının inkişafında mühüm bir 
hadisə  olsa  da,  o,  yazıçını  məhdudlaşdırır,  insanın  realist 
inikası problemini onun "yumorunun" təsviri ilə əvəz edirdi. 
Consonun  Şekspir  realizmindən  uzaqlaşması  burada  özünü 
daha aydın göstərirdi. 
Lakin  bir  cəhəti  yadda  saxlamaq  lazımdır  ki, 
Consonun  "yumor"  nəzəriyyəsi  yazıçının  müasir  ingilis 
gerçəkliyinə olan dərin marağı ilə, onun öyrənmək, anlamaq 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
93 
cəhdi  ilə  bağlıdır.  Bu  meyl  onu  ingilis  həyatının  rəngarəng 
mənzərələrini 
yaradan 
esse-oçerk 
müəllifləri 
ilə 
yaxınlaşdırırdı.  C.Stivens,  C.Erl,  T.Overberi  və  başqa 
oçerkçilər  anatomiya  /təhlil,  öyrənmə,  nəzərdənkeçirmə 
deməkdir/  adlandırdıqları  əsərlərində  ingilis  həyatının  canlı 
mənzərələrini yaradırdılar. Skvayrlar, peşə və sənət adamları, 
tələbələr,  şəhərlilər  bu  esselərin  qəhrəmanına  çevrilir,  ədəbi 
surətlərin canlı prototipləri olurdular. 
XVII  əsrin  birinci  yarısında  ingilis  nəsrinin  ən 
görkəmli  sənətkarı  "Melanxoliyanın  anatomiyası"  əsərinin 
müəllifi  Robert  Bertondur  /1577-1640/.  1621-ci  ildə  kəşf 
edilən  bu  əsər  tənqidi  pafosu  və  səmimiliyi  ilə  diqqəti  cəlb 
edir.  Yazıçı  memuar  janrının  xüsusiyyətləri  elmi  əsərə 
məxsus  cizgiləri  məharətlə  birləşdirmiş  maraqlı,  zəngin  bir 
əsər  yaratmışdır.  Melanxoliyanın  /ruh  düşkünlüyünün/ 
mahiyyətini  aydınlaşdırmağa  çalışan  müəllif  onu  dalğın 
xəyalpərvərlik  və  qəmli  düşüncələrə  dalmaq  kimi  yox, 
insanın  daimi  xüsusiyyəti,  "yumoru"  kimi  götürüb.  Ədib 
B.Consonun  "yumor"  istilahını  da  onun  işlətdiyi  mənada 
istifadə  edir,  həmin  "daimi  xüsusiyyəti"  həyatın  qeyri-
kamilliyindən irəli gələn bir narazılığın ifadəsi sayır. Berton 
ingilis  ictimai  quruluşunun,  ingilis  sosial  sisteminin 
yaramazlığını, onun ədalətsizliyini göstərməklə yanaşı insan 
təbiətindəki  ziddiyyətlərə  diqqəti  cəlb  edir,  heyrətlənir  və 
heyrətləndirir.  Yazıcı  insan  qəlbini  dərin  psixoloji  təhlildən 
keçirərək  insan  mənəviyyatının  ən  incə  duyğular  aləminə 
nüfuz  edir.  Bertonun  əsərində  hər  şeydən  əvvəl  humanizm 
böhranı əks olunmuşdur. 
Berton 
ruh 
düşkünlüyündən  qurtarmaq  üçün 
mistikaya,  erotikaya  deyil,  elmə,  əməyə  müraciət  etməyi 
lazım  bilir,  əməyin  insana  gətirdiyi  həzzi,  ləzzəti  tərənnüm 
edir.  Yazıcı  ruh  düşkünlüyündən  tamam  yaxa  qurtarmaq 
üçün deyil, onu zərərsizləşdirmək üçün çarə, dərman axtarır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə