Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə27/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
81 
ancaq bu cəhətinə görə alman barokko cərəyanının səciyyəvi 
nümayəndəsi  olan  Filipp  Tsesen  özünün  tam  nəzakətli 
romanlar  ruhunda  yazılmış  "Assenat"  romanında  "İsmətli 
İosif"  romanına  laqeydliklə  yanaşır,  təkəbbürlü  bir  əda  ilə 
onun 
mənbələrə 
uyğun 
yazılmadığını 
bildirir. 
Qrimmelshauzen  borclu  qalmır,  bir  sıra  romanlarında  və 
tənqidi  əsərlərində  Tsesen  və  onun  kimi  yazıçılara  kəskin 
cavab verir. Poeziyadan sadəlik, aydınlıq, gerçəkliyə uyğun-
luq, dərin məzmun tələb edən ədib barokko üslubuna məxsus 
yazıçıların  dil  pəhləvanlığını,  söz  oyunbazlığını  qətiyyətlə 
rədd  etmişdir.  "Satirik  Pilqram"  kitabında  Qrimmelshauzen 
"poetik sayıqlamalarla" məşğul olan "yazıq səfehlərdən", gah 
Fillis,  gah  Xloris,  gah  Qalateya,  gah  da  Amarillislərdən 
söhbət  açan,  boş,  mənasız  əfsanələr  uyduran,  onların 
saçlarını ipəyə, qızıla, günəşin şüalarına, gözlərini ulduzlara, 
yanaqlarını  açılmış  qızıl  güllərə,  dodaqlarını  lələ,  alnını  fil 
sümüyünə, əlinin dərisini qara bənzətmələrinə gülür. 
"Simplisissimus"  romanının  müvəffəqiyyəti  yazıçını 
yenidən  həmin  mövzuya  müraciət  etməyə  həvəsləndirir. 
1670-ci ildə Qrimmelshauzenin "Sadəlövhün acığına, yanqır 
yalançı və avara Kurajın qəribə və təfsilatlı həyat tarixçəsi" 
romanı  çap  olunur.  Romanda  Otuzillik  müharibə  dövründə 
yaşamış  fırıldaqçı  bir  markitant  qadının  həyatı  qələmə 
alınmışdır.  Guya  Kuraj  adlı  bu  "nəcib  xanım" 
Simplisissimusla  rastlaşır,  hətta  ondan  hamilə  olur. 
Simplisissimusun acığına o da öz xatirələrini yazır. 
Məlum  olur  ki,  Kuraj  uzaq  bir  Bohemiya  şəhər-
ciyində  Praxatitsdə  yaşlı  bir  qadının  himayəsində  böyü-
müşdür.  Kuraj  öz  doğma  ata-anasını  tanımır.  Onun  13  yaşı 
tamam  olanda  şəhərciyi  imperiya  orduları  tutur.  Qadın  onu 
landsknextlərin  əliuzunluğundan  qorumaq  üçün  qıza  oğlan 
paltarı  geyindirir.  O,  Yanko  adı  ilə  əvvəlcə  rotmistrin  pajı, 
sonra məşuqəsi olur, müxtəlif keşməkeşlərdən keçir, bir neçə 


Afaq Yusifli İshaqlı 
 
 
82 
dəfə  ərə  gedir.  Axırıncı  dəfə  bir  markitanta  ərə  gedir, 
döyüşlərdə  olur,  miyançılıq  edir,  qaraçılara  qoşulur. 
Simplisissimusun 
əksinə 
olaraq 
Kuraj 
həyatın 
keşməkeşlərində  yaxşılığa  doğru  deyil,  pisliyə  doğru  gedir. 
Həyatın  hər  addımı  onu  tənəzzülə  doğru  aparır. 
Əməllərindən  peşman  olmaq  bilməyən  Kuraj  acgöz  və 
doymaq  bilməyən  bir  ehtirasa  malikdir.  O,  yırtıcı,  paxıl, 
tamahkar,  intiqamçı,  məkrli,  daşürəkli  bir  adamdır.  O,  ən 
ümidsiz  vəziyyətlərdən  xilas  olur,  yenidən  həyatın  üzünə 
çıxır. 
"Kuraj" romanı sadə, canlı bir dillə yazılmışdır, güclü 
həyatiliyi ilə seçilir. 
Eyni  ildə  çap  olunmuş  "Şpringinsfeld"  romanında 
Qrimmelshauzen yenidən Simplisissimus mövzusuna qayıdır 
və  Otuzillik  müharibənin  hadisələri  fonunda  alman 
gerçəkliyinin satirik tənqidi mənzərəsini yaradır.  
Şpringinsfeld  otuzillik  müharibə  dövrünün  muzdlu 
əsgərlərindəndir. Döyüşlərdə ayağının birini itirən bu keçmiş 
əsgər  indi  skripkada  çalıb  özünə  çörək  pulu  qazanır.  O,  bir 
dəfə  aşxanada  Hindistandan  qayıtmış  Simplisissimusla 
görüşür, başına gələnləri ona danışır. Məlum olur ki, otuz il 
əvvəl  Şpringinsfeldlə  Simplisissimus  Zust  yaxınlığında  bir 
yerdə vuruşmuşlar. Şpringinsfeldin başına gələnlər də acı və 
ibrətlidir.  Qoca  əsgər  sonuncu  rəfiqəsi  gənc  banduraçalan 
qadınla  ilə  Avstriya  və  Bavariya  yarmarkalarını  gəzir. 
Banduraçalan  bir  çox  cəhətlərdən  Kurajı  xatırladır.  Lakin 
mənən  ondan  daha  eybəcərdir.  Həyasızlıq,  əxlaqsızlıq, 
utanmazlıq  onun  üçün  təbii  bir  haldır.  O,  Şpringinsfeldin 
gözü qarşısında açıq-açığına pozğunluq edir, onun şəxsiyyət 
və ləyaqətini tapdalayır. 
Bir  dəfə  Şpringinsfeld  banduraçalan  ilə  çayın  sahi-
lində  ağacın  kölgəsində  oturarkən  ağacın  budağının  suya 
düşmüş  kölgəsi  üzərində  nəsə  görürlər,  lakin  həmin  əşya 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
83 
əslində  ağacın  budağı  üstündə  görünmürdü.  Banduraçalan 
ağaca çıxıb suda əksi görünən predmeti əlinə alan kimi özü 
görünməz  olur.  Şpringinsfeld  onu  ağacın  başında  görmür, 
lakin  suya  düşən  əksdə  onun  əlində  balaca  bir  quş  yuvası 
tutaraq  ağacdan  düşdüyünü  görür.  Banduraçalan  günün 
altında  olanda  onun  kölgəsini  görmək  olur,  kölgədə  olanda 
isə tamam görünməz olur. 
Banduraçalan  ərinə  təklif  edir  ki,  bir  sirli  quş 
yuvasından  varlanmaq  üçün  istifadə  etsinlər,  namuslu 
Şpringinsfeld  bunu  qorxulu  və  şübhəli  sayaraq  razılaşmır. 
Belə olanda banduraçalan olan pulları da götürüb yoxa çıxır. 
Şpringinsfeld  isə  acından  ölməmək  üçün  Venesiyasa  gedir, 
mühasirəyə  düşür,  bir  ayağını  itirir.  Almaniyaya  qayıdanda 
isə banduraçalanın ölüm xəbərini eşidir. 
Banduraçalanın ölümü haqqındakı söhbət maraqlı bir 
novella  təsiri  bağışlayır.  Banduraçalan  təhlükəli  anda 
yenidən  gözə  görünməz  olsa  da,  çörəkçinin  gətirdiyi 
əsgərlərdən biri təsadüfən onu təbərzinlə vurub öldürür. 
Sehrli  quş  yuvasının  taleyi  ədibin  "Möcüzəli  quş 
yuvası"  romanında  qələmə  alınmışdır.  Banduraçalanın 
ölümündən sonra sehrli əşya onu öldürən təbərzinçinin əlinə 
keçir.  Əvvəlcə  o  da  quş  yuvasından  qazanc  məqsədilə 
istifadə  edir.  Özü  gözə  görünmədən  cəmiyyətdə  müşahidə 
etdiyi  hadisələr  tədricən  onda  qəzəb,  nifrət  oyadır.  Onun 
qarşısında  həyatın  astar  üzü  açılır.  O,  kənar  gözlərdən  gizli 
qalan  dəhşətli  yoxsulluğun,  saysız-hesabsız  kələklərin, 
ikiüzlülük  və  şöhrətpərəstliklərin,  yalan  andların  və  ailə 
xəyanətlərinin  şahidi  olur.  O,  insanların  həyatının  ən  gizli, 
dərin cəhətlərini görür. 
Təbərzinçi  başqalarının  həyatına  qarışır,  yalançıları 
döyür,  bacarıqsız  adaxlıbazları  qorxudur,  gözə  görünmədən 
xeyirxah  işlər  görür.  O,  bir  növ  mücərrəd  bir  əxlaq 
təcəssümünə  çevrilir.  Axırda  təbərzinçi  sehrli  yuvanı  parça-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə