Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə28/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
84 
parça  edib  qarışqa  yuvasında  basdırır.  Parça-parça  edilmiş 
yuva vaxtilə banduraçalanın qarət etdiyi tacirin əlinə keçir. O 
da  həyatın  mənasızlığını  anlayıb  yuvanın  qalıqlarının  Reyn 
çayına atılmasına imkan verir. 
"Simplisissimus"dan  fərqli  olaraq  "Kuraj",  "Şprin-
ginsfeld",  "Möcüzəli  quş  yuvası"  romanları  daha  sadə  bir 
mövzu  əsasında  yaradılmışdır.  Bu  əsərlərin  qəhrəmanları 
özünü  dərk  etməyən,  həyatın  qəribəlikləri  haqqında 
düşünməyən  adi  adamlardır.  Həyat  onları  öz  dalğaları 
üzərinə  alaraq  istədiyi  səmtə  aparır.  Onlar  həyata  qarşı 
durmur,  ona  zidd  getmir,  sadəcə  olaraq  bacarıqları 
səviyyəsində ona uyğunlaşırlar. 
Bu  romanlar  ədibin  əsas  əsərindən  ideya  dərinliyi, 
epik  monumentallıq  və  ümumiləşdirmə  gücü  baxımından 
müəyyən dərəcədə zəif olsalar da, həyati təravəti, məzmunun 
rəngarəngliyi  və  parlaqlığı  ilə  adamı  heyran  edirlər. 
Realizmə doğru daha güclü meyl yazıçını xalq kitablarına və 
folklora tərəf aparırdı. Qrimmelshauzen bundan sonra da bir 
sıra  müxtəlif  formalı  əsərlər  yaratmış,  nəsrlə  yaradılan  xalq 
ədəbiyyatı  janrlarından  istifadə  edərək  yeni-yeni  kitablar 
yazmışdır. O öz əsərləri ilə alman gerçəkliyinin realist mən-
zərəsini yaradan ilk alman yazıçısı kimi diqqəti cəlb edir. 
 
* * * 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
85 
 
İNGİLİS ƏDƏBİYYATI 
 
XVII ƏSRİN BAŞLANĞICINDA 
İNGİLİS CƏMİYYƏTİ VƏ ƏDƏBİYYAT 
 
Artıq  XVI-XVII  əsrlərin  sərhədində  İngiltərənin 
iqtisadi və ictimai həyatında müşahidə olunan ziddiyyətlərin 
kəskinləşməsi,  burjuaziyanın  ölkənin  təsərrüfatında  və 
siyasətində  daha  artıq  rol  oynamağa  başlaması  məsələnin 
inqilabi  yolla  həllinə  gətirib  çıxardı.  Bu  dövrdə  İngiltərə 
manufaktura sənayesi şəhərin sərhədlərini aşaraq kəndə ayaq 
açdı.  Kənd  manufakturalarında  minlərlə  yoxsul  işləyirdi. 
Uzaq  bazarları  ələ  keçirməyə  çalışan,  bu  məsələdə  ingilis 
dövlətini  Hollandiya,  İspaniya,  Portuqaliya  ilə  mübarizə 
aparmağa vadar edən iri ticarət kompaniyaları meydana çıxır. 
Ost-İnd,  Vest-İnd,  Moskva  kompaniyaları  buna  misal  ola 
bilər. 
Zadəganlıq  ingilis  burjuaziyasının  ticarət  əməliy-
yatlarında  yaxından  iştirak  edir,  hətta  çox  vaxt  dəniz 
qarətlərində və müstəmləkə macəralarında ona rəqib çıxırdı. 
XVI  əsrdən  başlayaraq  İngiltərədə  yeni  tipli  zadəganlar 
qrupu  yaranır  ki,  onlar  öz  torpaqlarında  qoyun  saxlayır, 
manufakturalar  üçün  xammal  verirdilər.  Bunun  nəticəsində 
də ingilis burjuaziyası ilə zadəganlar arasında uzun müddətli 
möhkəm bir ittifaq yaranır.  
Bu  qoyunçu-zadəganlar  ələ  keçirdikləri  torpaqları 
otlaqlara çevirir, orada  yaşayan kəndliləri isə "çəpərləmələr" 
yolu ilə oradan qovurdular. XVI-XVII əsrlərin sərhədlərində 
bu  "çəpərləmələr"  son  dərəcə  böyük  sahələri  əhatə  edir  və 
kəndli  kütlələrinin  kütləvi  şəkildə  yoxsullaşmasını  daha  da 
sürətləndirirdi. 
Burada 
köhnə 
qaydalarla 
yaşayan 
zadəganlarla  bütün  torpaqları  ələ  keçirib  onları  otlaqlara 


Afaq Yusifli İshaqlı 
 
 
86 
çevirmək  istəyən  yeni  zadəganlar  arasında  da  müəyyən 
ziddiyyətlər meydana çıxır. İlk mərhələdə kəndlilər yeni-yeni 
istismar  formalarına,  XVI-XVII  əsrlərin  aqrar  çevrilişinin 
gətirdiyi  fəlakətlərə  qarşı  çıxış  etməyə  dəfələrlə  cəhd 
göstərir,  o  biri  tərəfdən  isə  şəhər  yoxsulları  öz  çıxışları  ilə 
burjuaziyanı narahat etməkdə idi. 
İngilis  mütləqiyyəti  ilə  burjuaziya  arasındakı 
ziddiyyətlər  kəskinləşdikcə,  feodal  zadəganlığının  və  dövlət 
kilsəsinin  öz  mövqeyini  asanlıqla  əldən  verməyəcəyi 
aydınlaşdıqca ingilis burjuaziyasının ən radikal dairələri xalq 
kütlələrinə  yaxınlaşmaq,  onlarla  ittifaqa  girmək  qərarına 
gəldi.  Burjuaziya  yaxşı başa düşürdü ki, feodal  mütləqiyyət 
idarə üsulunu məhv edə biləcək yeganə bir qüvvə varsa, o da 
xalq kütlələridir. 
Burjuaziya  və  "yeni"  zadəganlıq  mütləqiyyətə  qarşı 
mübarizədə  parlamentdən  də  istifadə  etmək  qərarına  gəldi. 
Məsələ  burasındadır  ki,  parlament,  xüsusən  onun  "icmalar 
palatası"  Tüdorlar  hakimiyyətini  müdafiə  edən  orqandan, 
ona qarşı müxalifətdə olan bir təşkilata çevrilmişdi. "İcmalar 
palatası" sinfi tərkibi baxımından antifeodal müxalifətə daha 
yaxın idi. 
Get-gedə  güclənməkdə  olan  puritanlıq  hərəkatı  kral 
hakimiyyəti  üçün  daha  qorxulu  idi.  İngiltərə  yepiskop 
kilsəsinə  qarşı  duran  puritanlıq  burada  geniş  yayılan  ciddi 
intizama malik olan, yaxşı təşkil edilmiş bir partiya səciyyəsi 
daşıyırdı.  O,  parlamentə  nisbətən  mütləqiyyət  quruluşuna 
qarşı ictimai ixtilafın daha güclü qüvvəsi idi. 
İngilis  feodal  mütləqiyyət  quruluşuna  qarşı  duran 
müxalifət  cəbhəsinin  qüvvələri  get-gedə  güclənir  və 
fəallaşırdı.  Artıq  həmin  dövrdə  bu  müxalifət  qüvvəsinin  öz 
daxili  ziddiyyətlərinin  üzə  çıxmasına,  narahatlıqlara  səbəb 
olmasına  baxmayaraq  şəhər  burjuaziyası  milyonlarla 
kəndliləri,  şəhər  yoxsullarını  və  yeni  zadəganları  öz 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
87 
rəhbərliyi  altında  birləşdirərək  mütləqiyyətə  qarşı  döyüşlərə 
aparırdı. Artıq inqilabın gedişində ingilis cəmiyyətinin ayrı-
ayrı  sinifləri  və  təbəqələri  arasındakı  ziddiyyətlər  aşkara 
çıxsa  da,  antifeodal  qüvvələr  mütləqiyyətə  nisbətən  daha 
güclü  idi.  Bu  qüvvələrin  qarşısında  feodal  mütləqiyyət 
irticası  duruş  gətirə  bilmir,  dalbadal  məğlub  olur,  iflasa 
doğru gedirdi. 
XVI-XVII  əsrlərin  sərhədlərində  baş  verən  siyasi, 
ictimai  hadisələr  ədəbiyyata  da  öz  təsirini  göstərdi.  XVII 
əsrin  əvvəllərində  ingilis  humanizmində  böhran  müşahidə 
edilməyə başladı. XVII əsrin ikinci yarısının Bekon, Spenser, 
Şekspir,  Qrin,  Bomont  kimi  mütəfəkkir  və  yazıçılarını 
C.Donn, Uebster, Dekker kimi sənətkarlar əvəz etdi. Onların 
əsərlərində  ümidsizlik,  inamsızlıq,  düşkünlük  əhval-
ruhiyyəsi əks olunurdu. 
XVI  əsr  humanistlərinin  böyük  ümidlər  bəslədiyi 
vahid  milli monarxiyanın  ədalətsiz  bir  quruluş  olduğu  aşkar 
oldu.  Bu  dövrün  humanist  utopiyalarında  ingilis  xalqının 
müdrik  və  ədalətli  kral  tərəfindən  idarə  olunacaq  gələcək 
xoşbəxt  həyatı  haqqındakı  arzular  alt-üst  oldu.  Bu  isə  öz 
növbəsində  humanist  ziyalılar  arasında  xalqın  gücünə 
inamsızlıq 
və 
bədbinlik 
əhval-ruhiyyəsi 
oyadırdı. 
Mütləqiyyət quruluşu və hakim kilsə irticası öz hücumlarını 
məhvə  doğru  gedən  kral  hakimiyyəti  üçün  qorxulu  olan 
qabaqcıl  ingilis  humanistlərinə  XVII  əsrin  inqilabi 
döyüşlərində  mühüm  mövqe  tutan  puritanlar  düşmən 
münasibət bəsləyir, onları təqib edirlər. Onlar hər cür azadfi-
kirliliyi boğur, kalvinist moizələrinin tələblərinə tabe olmağı 
tələb  edirdilər.  Humanistlərin  şən,  həyatsevər  dünyagörüşü 
ilə  puritanların  /kalvinistləri  İngiltərədə  belə  adlandırırdılar/ 
ideyaları bir araya sığmırdı. 
Vaxtilə  ingilis  milli  dövlətinin  yaranması  və  möh-
kəmlənməsi  uğrunda  çıxış  edən  humanistlər,  indi  ya  feodal 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə