Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə25/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
75 
torpaqla  döyüşən,  qəhrəmanlıq  göstərən,  öz  əməyi  ilə  bütün 
təbəqələri yemləyən kəndli əməyini alqışlayır. 
Yazıçı  öz  qəhrəmanının  dili  ilə  kəndli  təbəqəsinə 
himn  oxuyur.  Simplitsius  tütək  çalaraq  kəndlilər  haqqında 
şeir oxuyur. 
 
Kəndlidir sayılan hamıdan mənfur, 
Halbuki hamını yedirdən odur. 
Əgər əkinçilik etməsə Adəm, 
Yaşaya bilməz də yəqin ki aləm. 
Gəzdi yer üzünü əlində toxa, 
Ta ki knyaz gəlib taxta çıxa. 
Torpağın verdiyi dövləti tamam 
Becərən sən oldun, ey mənfur avam. 
Məhsulu torpaqdan sən yığdın fəqət, 
Dolanır onunla bütün məmləkət. 
Şah allah bəxş edən bir kəs olsa da, 
Kəndlilər olmasa yaşamaz o da. 
Kəndli çörəyiylə dolanır əsgər, 
Ondansa kəndliyə gəlir min zərər, 
Əgər şərab qoysa ağa süfrəyə, 
O sənin əlinlə gəlib ərsəyə. 
Torpaqdan alarsan hər cürə bəhər, 
Sən öz zəhmətinlə istəsən əgər... 
 
A.A.Morozov  çox  doğru  olaraq  yazır:  "XVII  yüzil-
liyin  yazıçılarından  heç  kəs  kəndlinin  insani  hüququnu, 
şərəfini və ləyaqətini Qrimmelshauzen kimi bu qədər inamla, 
coşqunluqla  və  inadla  müdafiə  etməmişdir.  O,  isti  və 
soyuqdan,  havanın  xoş  keçməməsindən,  quraqlıqdan, 
daşqınlardan  iztirab  çəkən  torpağı  qanlı  təri  ilə  suvaran  öz 
zəhmətinin  bəhrəsini  az  görən,  daim  qarət  edilən,  qazancı 
əlindən  alınan  kəndlinin  ağır  həyatını  böyük  bir 
canıyananlıqla  təsvir  edir."  Qrimmelshauzenin  kəndli 


Afaq Yusifli İshaqlı 
 
 
76 
qəhrəmanları öz təbəqələri haqqında şüurla danışırlar, bütün 
dünyanı  və  bütün  təbəqələri  öz  zəhmətləri  ilə  yedirmələrini 
fəxrlə xatırladırlar. Kəndli öz əməyi ilə müharibənin vurduğu 
yaraları  sağaldır.  Cüt  qılınca  qalib  gəlir.  Yazıçı  inandırır  ki, 
zorla  torpaqdan  ayrılan,  hər  yerdə  təqib  edilən  kəndli  öz 
müqəddəs qəzəbi ilə istismarçılar, ziyalılar üçün qorxulu bir 
qüvvəyə çevrilə bilər. 
Otuzillik 
müharibənin  acı  nəticələrinə  qarşı 
şikayətlər,  narazılıqlar  alman  yazıçılarının  heç  birində 
Qrimmelshauzendə  olduğu  qədər  qəti  şəkildə  müharibənin 
inkar 
edilməsi 
fikrinə 
gətirib 
çıxarmamışdır. 
Qrimmelshauzen  açıq  və  qəti  şəkildə  dini  və  feodal 
müharibələrinin  xalq  üçün  fəlakətli  olduğunu  göstərib  onu 
rədd  etmişdir.  Romanda  təsvir  edilən  müxtəlif  səhnələr, 
əsgərlərin  törətdikləri  özbaşınalıqlar,  yanğınlar,  qarətlər, 
edamlar  müharibəyə 
qarşı  ümumxalq  qəzəbini  əks 
etdirməkdədir. 
Qrimmelshauzenin  siyasi  görüşləri  müxtəlif  şəkildə 
XVI-XVII  əsrlərin  sosialist  utopiyaları  ilə  səsləşməkdədir. 
Uzun  əsrlər  boyu  xalq  kütlələrinin  feodal  əsarətinə  qarşı 
etirazı  və  yeni  sosial  quruluş  arzuları  ilk  sosialist 
utopiyalarını 
qidalandıran 
əsas 
zəmin 
olmuşdur. 
Qrimmelshauzenin  əsərində  də  vəziyyət  belədir.  Lakin 
yazıçının  dünyagörüşünü  qidalandıran  mənbələrdən  filosof 
Bomenin  kitablarını,  Tomas  Morun  "Utopiya",  Tommazo 
Kampanellanın 
"Günəş 
şəhəri", 
İ.V.Andreenin 
"Xristianopol" əsərlərini və anabantistlərin əməli fəaliyyətini 
göstərmək  olar.  Yazıçının  qəhrəmanı  anabantistlərin  həyat 
tərzini mələklərə məxsus bir həyat tərzi kimi qiymətləndirir 
və təəssüf edir ki, "bu kafirlər əsl xristianlığa keçməmiş, əsl 
xristianlar isə bu kafirlər kimi yaşamırlar." 
Romanın  üçüncü  kitabının  başlanğıcında  Simplitsius 
özünü  Yupiter  adlandıran  bir  nəfərlə  qarşılaşır.  O, 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
77 
vəhşiləşmiş, miskin, hamının lağa qoyduğu bir dəlidir. Lakin 
bu  miskin  dəli  guya  Yupiterdir,  insan  şəri,  eybəcərliyi 
haqqında  söhbətləri  eşidib  göydən  enmişdir  ki,  bu 
söhbətlərin  doğru  olub-olmamasını  yoxlasın,  Yupiter  insan 
cəmiyyətini  eşitdiklərindən  daha  acınacaqlı  bir  vəziyyətdə 
görmüşdür.  Allahların  məclisində  qərara  alınmışdır  ki,  yer 
üzündə  yeni  bir  Nuh  tufanı  yaradıb  insanları  məhv  etsinlər. 
İnsanların  dostu  olan,  onları  sevən  Yupiter  isə  bu  son 
tədbirdən  əvvəl  insanların  həyatını  və  fikirlərini  öyrənib 
sonra  cəzaya  əl  atmaq  fikrinə  düşür.  O,  hamını,  bütün  insan 
nəslini  məhv  etmək  fikrini  bəyənmir,  ancaq  ən  pisləri,  ən 
yaramaz  və  eybəcərləri  məhv  etmək,  qalanlarını  isə  öz 
iradəsinə tabe etmək qərarına gəlir. 
Simplitsius  onun  bu  fikri  ilə  razılaşa  bilmir,  razı-
laşmır.  Onun  fikrincə,  Yupiterin  ürəyinin  yumşaqlığı  onu 
aldadır. Hər hansı bir yarımçıq tədbir heç bir nəticə verməz. 
Siz insanların ancaq bir hissəsini cəzalandırmaq üçün nə edə 
bilərsiniz?  Əgər  müharibə  başlasanız,  ancaq  yaramazlar  və 
tülüngülər qazanarlar, namuslulara isə iztirablar qismət olar; 
əgər  insanlara  aclıq  göndərsəniz,  çörəklə  alver  edən 
sələmçilərə  xidmət  göstərmiş  olarsınız;  əgər  taun 
göndərsəniz,  çoxları  ölər,  onların  var-dövləti  tamahkar 
adamların  əlinə  keçər.  Mənə  inanın,  mərhəmətdən  əl  çəkin, 
qoy göylərin cəzası bütün insanların qisməti olsun." 
Özünü allahlar allahı sayan miskin dəli isə insanların 
utopik arzularından xəbər verən gələcək planlarından danışır, 
Simplitsiusu  məhdud  görüşlü  bir  adam  adlandırır,  özünü 
allah  kimi  aparmaqda  davam  edir:  "Sən  məhdud  görüşlü 
insan  ağlı  ilə  düşünürsən.  Cinayətkarla  birlikdə  günahsız 
adamların da ölməsi qayğısına qalmaq ancaq allahların işidir. 
Mənim  xüsusi  planlarım  var.  Mən  insanlar  arasına  öz 
nümayəndəmi  göndərəcəyəm.  O,  insanlar  qarşısında 
fövqəltəbii  qabiliyyətlərə  malik  bir  qəhrəman  kimi  peyda 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə