Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə23/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
69 
" – Sənin adın nədir? 
– Məni oğlan deyə çağırardılar. 
– Bəs anan səni necə adlandırırdı? 
–  O  da  oğlan,  ancaq  mən  sözə  baxmayanda,  bəzən 
başqa cür. 
– Bəs sənin atanın adı nədir? 
– Evdə ona "ata" deyərdilər. 
– Bəs sənin anan, o, onu necə adlandırırdı? 
– O da "ata", ancaq söyəndə başqa cür. 
– Mən sənə Simplitsi, sadə, avam adı qoyuram, bu ad 
sənə  daha  çox  yaraşır.  Əgər  mən  sənin  ananın  yerini 
öyrənsəm, səni onun yanına apararam. 
– O, yoxdur, qaçdı, evi isə dəmir əsgərlər yandırdılar, 
heyvanları öldürdülər. 
– Bəs indi sən hara getmək istəyirsən? 
– İndi mən burda qalmaq istəyirəm." 
Zahid onu bir müddət tərki-dünyalıq ruhunda tərbiyə 
edir.  Qoca  öləndən  sonra  Simplitsi  onun  kimi  yaşamaq, 
guşənişin həyat keçirmək istəyir. Həyatın qəddarlığı, taleyin 
dönüklüyü  onu  yenidən  insanlar  arasına  qaytarır.  Əsgərlər 
onun  zahiddən  qalma  komasını  dağıdır,  cüzi  yem  ehtiyatını 
məhv  edirlər.  O,  məcburiyyət  üzündən  yenidən  insanlar 
arasına yollanır. O, yola çıxan kimi dağıntılar və vəhşiliklərlə 
üz-üzə  gəlir.  Qanau  qalasına  yaxınlaşarkən  onu  casus  bilib 
həbs edirlər. Qalanın komendantı Simplitsinin başına gələn-
ləri  bildikdə,  xüsusən  onun  zahidlə  əhvalatını  eşitdikdə  ona 
qayğı  göstərir,  onu  özünə  paj  götürür.  Məlum  olur  ki, 
komendant zahidlə qohum imiş. 
Simplitsi  qubernatorun  yanında  da  qəribə  hadisələrlə 
üzləşir. Onun sarayında miskin bazara baxmayaraq yeməklər 
və  içkilər  özbaşınalıqla  məhv  edilir,  halbuki  qapı  ağzında 
dayanmış yüzlərlə didərgin insanların aclıqdan  gözü çıxırdı. 
Qəlbi  insanlara  məhəbbətlə  dolu  Simplitsius  səmimi  bir 


Afaq Yusifli İshaqlı 
 
 
70 
canıyananlıqla  insanları  həqiqət  yoluna  qaytarmaq,  onları 
ağıllandırmaq  istəyir.  O  təəccüb  edir  ki,  nə  üçün  insanlar 
inandıqları prinsiplərə, həqiqətlərə əməl etmirlər. Simplitsius 
həqiqət axtardığı yerdə gülüş, məsxərə hədəfinə çevrilir. Ona 
dana  dərisi  geyindirib  təlxəklik  etdirirlər,  bu  yolda  ağlını 
itirdiyini  göstərməyə,  sübut  etməyə  çalışırlar.  İnsanları 
həqiqət  yoluna  gətirməyin  qeyri-mümkün  olduğunu  görən 
Simplitsius  indi  başqa  yol  tutur.  Özünü  yalandan  axmaq 
yerinə  qoyaraq  adamlara  gülür,  gülərək  həqiqəti  hamısının 
üzünə söyləyir. 
Simplitsius  gah  kroatlara,  gah  quldurlara  əsir  düşür, 
gah  meşədə  gəzib  özü  quldurluq  edir,  kəndliləri  söyür.  Gah 
dana dərisini qadın paltarı ilə əvəz edib, qəribə vəziyyətlərlə 
qarşılaşır.  Gah  imperiya  orduları,  gah  da  isveçlər  arasına 
düşür.  Dünyanı  əməlli-başlı  tanıyan,  böyüyən  Simplitsius 
özü əsgər olur, narahat bir həyat keçirir, varlanır, müflisləşir, 
avaralanır,  quldurlara  qoşulur,  evlənir,  kəndlilik  eyləyir. 
Parisə  düşüb  kübar  xanımların  diqqətini  cəlb  edir,  onların 
pozğun  ehtiraslarının  şahidi  olur.  Arvadının  ölümündən 
sonra  səyahətə  çıxan  Simplitsius  yeni-yeni  sərgüzəştlərlə 
qarşılaşır, gah qul kimi satılır, gah gəmidə qəzaya uğrayır. 
Beşinci  kitabın  axırında  qəhrəmanın  Moskvaya 
gəlməsi, barıt zavodu tikməsi, tatarların hücumunda iştirakı, 
Volqa  ilə  Həştərxana  qədər  səyahəti,  tatarlar  tərəfindən 
oğurlanması,  satılması,  bir  çox  səyahətlərdən  və 
macəralardan 
sonra 
vətənə 
qayıtması 
göstərilir. 
Simplitsiusun  Rusiyaya  səfərini  təsvir  edərkən  müəllif 
görünür ki, Adam Olearinin əsərindən faydalanmışdır. 
Qrimmelshauzen  öz  qəhrəmanını  müxtəlif  rəngarəng 
həyat  hadisələri  ilə  qarşılaşdıraraq  onu  hər  şeyi  görməyə, 
sınaqdan  keçirməyə  məcbur  edir.  O,  müxtəlif  təbəqələrin, 
sənətlərin  nümayəndələri  olan  insanlarla,  bürgerlər, 
landsknextlər,  markitankalar,  tacirlər,  keşişlər,  rahiblər, 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
71 
əyanlar,  dəftərxana  işçiləri,  ifritələr  və  s.  üz-üzə  gəlir.  Hər 
yerdə o özünü xalq içərindən çıxmış bacarıqlı, çevik, sağlam 
düşüncəli  bir  adam  kimi  aparır,  onun  Simplitsius  adına 
Simplitsissimus  sözü  də  artırılır.  O,  keçmişi,  əsli-nəcabəti 
olmayan  "əlahəzrətlərdən"  seçilən  "sadələr  sadəsi"  olur. 
Xalqın təcəssümünə çevrilir. 
Romanın  sonunda  biz  onu  tərki-dünya  bir  zahid 
vəziyyətində  görürük.  Lakin  o,  həyatdan  yox,  eybəcər 
ədalətsizlik dünyasından qaçır. Holland kapitanı ona insanlar 
arasına qayıtmağı təklif edəndə o, belə cavab verir:" Burada 
əmin-amanlıqdır,  orada  müharibə,  burada  şöhrətpərəstlik, 
xəsislik, qəzəb, paxıllıq, qısqanclıq, ikiüzlülük, yalan, yemək 
və paltar haqqındakı hər cür qayğılar, həmçinin şərəf və ad-
san  barədəki  düşüncələr  mənə  yaddır."  Dünyadan  və 
insanlardan uzaq qaçaraq o, gününü zəhmətlə keçirir. 
Əlli  il  sonra  Defonun  qəhrəmanı  Robinzon  Kruzo 
edən  kimi  o  da  insan  yaşamayan  adada  məhsul  becərir; 
palma yarpaqları üzərində öz xatirələrini yazır. O, belə hesab 
edir ki, quş uçduğu kimi insan da zəhmət çəkməlidir. 
Romanın  həcmi  böyük  olsa  da,  yazıçı  onun  yüksək 
ölçü  və  tənasüb  hissi  ilə  yazmışdır.  Burada  hər  şey,  hər  bir 
fəsil,  hər  bir  səhnə  müəllifin  vahid  planına  tabe  edilmişdir. 
Süjetdə dolaşıqlıq, paralel inkişaf etdirilən hadisələr yoxdur. 
Hadisələrin, 
vəziyyətlərin 
tez-tez 
dəyişməsi 
onun 
bütövlüyünə  xələl  gətirmir.  Qəhrəmanın  başına  gələn 
macəralar,  daha  çox  həyatın  keşməkeşləri  kimi  qarşılanır, 
qəhrəmanı  həyatın  müxtəlif  cəhətləri  ilə  tanış  edib 
zənginləşdirir, gah onun ucalmasına, gah da enməsinə, geriyə 
getməsinə səbəb olur, lakin o heç yerdə əvvəl keçilmiş yola 
bir  də  qayıtmır.  İspan  kələkbazlıq  romanlarının  qəhrəman-
larından fərqli olaraq Simplitsius ətraf gerçəkliyi anlamaq və 
şərh etməyə çalışır. 
Hadisələrin rəngarəng axınında o taleyin oyuncağına 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə