Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
60 
Məhz  bu  cəhətinə  görə  dövr  üçün  Loqaunun  realist, 
cəsarətli  tənqidi  poeziyası  müstəsna  bir  hadisə  kimi  diqqəti 
cəlb edir. 
 
A.QRİFİUS  /1616-1664/. XVII  əsr alman dramatur-
giyasının  ən  tanınmış  nümayəndəsi  Andreas  Qrifius 
olmuşdur.  Çətin  bir  yaradıcılıq  yolu  keçən  bu  istedadlı 
sənətkar klassisist estetika mövqeyində dayansa da, barokko 
cərəyanının  güclü  təsiri  altında  olmuşdur,  alman 
gerçəkliyinin  ölüm  saçan  abu-havası  da  burada  az  rol 
oynamamışdır. 
Qrifius Sileziyanın Qloqau şəhərində ruhani ailəsində 
doğulur. Hələ məktəbdə oxuduğu vaxt qədim və yeni dilləri 
öyrənməyə  xüsusi  maraq  göstərir.  Dansiqdə  latın  dilini 
öyrənir, Opitslə tanış olur. Sileziyaya qayıdanda müharibənin 
dəhşətləri  ilə  qarşılaşır,  gördüyü  hadisələr  onun  yaddaşında 
silinməz  izlər  buraxır,  yaradıcılığının  əsas  mövzularından 
birinə çevrilir. 
Qrifius 1636-cı ildə Hollandiyaya gedir, altı il Leyden 
Universitetində çalışır, yetkin bir alim kimi formalaşır. 1647-
ci  ildə  vətənə  qayıdan  sənətkar  ən  yaxşı  faciə  və 
komediyalarını yaradır. 
1650-ci  ildən  Qloqau  şəhər  vəkili  olan,  bu  vəzifənin 
xatirinə  Heydelberq  və  Frankfurt-Oder  Universitetlərinin 
professorluq  təklifindən  imtina  edən  Qrifius  həyatının  son 
illərini  Qabsburqlar  sülaləsinin  Sileziyanı  öz  mütləqiyyət 
hakimiyyətinə tabe etmək  cəhdləri ilə mübarizədə keçirmiş, 
doğma yurdun qədim silki hüquqlarını qorumağa çalışmışdır. 
Təbiətdən  namuslu,  dərin  düşüncəli  bir  alim  olan 
Qrifius  Otuzillik  müharibə  dövründə  alman  bürgerinin 
dünyagörüşündə  əmələ  gələn  böhranı  müasirlərinin 
hamısından  daha  doğru  və  əhatəli  əks  etdirmişdir.  Onun 
lirikası vətənin fəlakət və müsibətlərini əks etdirir. "Vətənin 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
61 
göz yaşları" sonetində şair yazır: 
 
Budur viran olmasın, süqutun nəhayəti 
Keçir əlində qılınc ölkəni yağı düşmən. 
Boru, top səsi gəlir bir an ara vermədən, 
Yoxsulluq, ölüm olub insanların qisməti. 
Yanır odlar içində şəhərin qüllələri, 
Haqq evi ləkələnib, ratuşa dönüb külə, 
Doğram-doğramdır ərlər, qızlarsa keçib ələ. 
Yanğın, vəba hökm edir burda nə vaxtdan bəri, 
On səkkiz il keçib düz, ancaq yenə və yenə 
Çaylarda qanlar axır sərin sular yerinə, 
Meyitlər səriliblər orda göl olmaq üçün. 
Ölümün zülmətindən daha qorxuncdur hər an. 
Aclıq, vəba, yanğından bu daha pisdir, inan; 
Könül xəzinəsini itirir insan bütün. 
 
Qrifius  çox  böyük  bir  həssaslıq  və  ayıqlıqla  müha-
ribənin insan mənəviyyatına vurduğu yaraları daha ciddi itki 
sayır.  İnsan  şüur  və  əxlaqının  süqutu,  tənəzzülü,  talan 
edilməsi  müharibənin  ən  dəhşətli,  ən  qorxulu  bir  nəticəsi 
kimi nəzərə çatdırılır. İnsanın könül xəzinəsinin itirilməsi ən 
acı, ən ağır həqiqət kimi qiymətləndirilir. Şair müasir alman 
gerçəkliyini,  onun  fəlakətlərini  dərin  bir  realizm  və  ürək 
ağrısı ilə açıb göstərir. 
30-40-cı  illərdə  Qrifiusun  şeiri  üçün  bədbin  əhval-
ruhiyyə daha səciyyəvidir. 
Hər  şey  həyatda  fanidir,  boşdur,  həyatın  sevincləri 
aldanışdır,  zövq,  səfa  olan  yerdə  dəhşət  var,  sevinc  olan 
yerdə inilti var; gözəllik, var-dövlət, şöhrət və şərəf – hamısı 
bir  yuxu  kimi  ötüb  keçəcək,  bir  tüstü  kimi  küləklər 
tərəfindən aparılacaqdır. Hər yerdə ölüm, dağılma, zülmət və 
ümidsizlik  hökm  edir.  Gerçəkliyin  ziddiyyətlərindən, 
iztirablarından  yaxa  qurtarmaq  üçün  şair  əbədiyyətə,  allaha 


Afaq Yusifli İshaqlı 
 
 
62 
pənah  aparmağa  çağırır.  Şairin  poeziyasının  kəskin 
ziddiyyətlərində barokko cərəyanının güclü təsiri duyulur. 
Barokko  cərəyanına  məxsus  keyfiyyətlər  Qrifiusun 
dram  əsərlərində  də  aydın  hiss  edilir.  O,  beş  faciə  və  üç 
komediya  yazmış  və  xarici  ölkə  dramaturqlarının  bir  sıra 
əsərlərini  yenidən  işləmişdir.  "Gürcüstanlı  Katarina", 
"Kardenio və Selinda", "Karl Stüart", "Papinian" faciələrində 
Qrifius  Vondel  və  Kornel  yaradıcılığına  istinad  etsə  də, 
orijinal bir yolla getmişdir. 
Lirik əsərlərində olduğu kimi sənətkar faciələrində də 
müasir  gerçəkliyin  faciəli  ziddiyyətlərindən  irəli  gələn 
böhranı əks etdirir, insan əməllərinin keçici səciyyəsini açıb 
göstərir.  Hökmdarların,  sərkərdələrin,  əyanların  və  adi 
adamların  taleyi  Qrifiusun  əsərlərində  insan  səadəti  və 
əzəmətinin  dönüklüyünü,  faniliyini  göstərmək  üçün  bir 
örnək rolunu oynayır. 
Şair  tamaşaçılarını  böyük  qəlbin  insanların  faciəsinə 
acımağa  çağırır,  onun  faciələrinin  mövzusu  uzaq  tarixi 
dövrlərdən,  yaxud  müasir  həyatdan  götürülməklə  bərabər 
hakimiyyət  uğrunda  gedən  mübarizələr,  sui-qəsdlər,  qətllər, 
edamlar 
ətrafında 
cərəyan 
edir. 
Dramaturq 
öz 
qəhrəmanlarının  böyüklüyünü,  əzəmətini  onların  passiv 
qəhrəmanlığında,  qarşısıalınmaz  iztirablara,  zülmətlərə 
müqavimətdə görür. 
"Gürcüstanlı  Yekaterina"  əsərində  əxlaqi  dəyanətlə 
zülm,  zor  qarşılaşdırılır.  Əsir  edilmiş  gürcü  çariçasının 
dəyanəti, dözümü, mənsub olduğu dinə sədaqəti, özünü Şah 
Abbasa  girov  verərək  xalqını  xilas  etmək  cəhdi  onu  ədibin 
ilk faciəsinin qəhrəmanlarından fərqləndirir. Şah Abbas girov 
kimi  səkkiz  il  zindanda  saxladığı  Yekaterinanı  sevir,  ona 
taxt-tac  təklif  edir,  lakin  çariçanın  müsəlmanlığı  qəbul 
etməsini  istəyir,  onu  edamla  hədələyir.  Rus  səfirinin  işə 
qarışması  isə  çariçanın  ölümünü  daha  da  sürətləndirir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə