Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə17/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
51 
bədii  səviyyəyə  qaldırmağa  çalışır,  müasir  tələblərə  cavab 
verən əsərlər yaradırlar. Bu sahədə M. Opitsin, Teobald Hök, 
Georq  Rudolf  Venkerlin  kimi  həmkarları  var  idi.  Vekkerlin 
kübar bir şəxs idi, diplomatik qulluqla əlaqədar Fransada və 
İngiltərədə olmuşdu. 
Özünü  Almaniyada  yeni  Avropa  poeziyasının  ilk 
nümayəndəsi  sayan  Vengelin  əsərlərini  kübar  dairələr  və 
alimlər üçün  yazırdı. Onun 1618-ci ildə çap olunan "Odalar 
və  Nəğmələr"  kitabındakı  şeirlər  "doğruluğu,  aydınlığı  və 
təmizliyi"  ilə  seçilir.  Şair  göstərmək  istəyirdi  ki,  zərif 
dünyəvi  oda  janrı  alman  zəminində  də  yarana  bilər. 
Vekkerlin  intibah  dövrünün  sevimli  janrı  olan  sonetdən  də 
geniş  istifadə  edir.  Onun  şeirlərində  ölçülər  və  ritmik 
imkanlar  daha  əlvandır.  Şairin  aşiqanə  şeirləri  müasirlərinin 
daha çox xoşuna gəlmişdir. 
 
Yaradıcılığının  son  dövründə  Vekkerlin  siyasi 
mövzulu  şeirlər  yazır,  protestant  partiyasının  mövqeyində 
dayanaraq  onun  rəhbərlərini  alqışlayır.  "Almaniyaya"  adlı 
sonetində  vətəni  qəhrəmanlıq  mübarizəsinə,  yadelli  işğalçı 
katoliklərdən  ölkəni  azad  etməyə  çağırır.  Vekkerilinin 
yaradıcılığı  Opitsə  qədər  XVII  əsr  alman  poeziyasının  əsas 
meyllərini doğru müəyyənləşdirir. 
Martin  Opits  Sileziyanın  Bunslau  şəhərində  tacir 
ailəsində anadan olmuşdur. 1615-ci ildə Breslavl məktəbində 
oxuduğu  vaxt  latınca  parlaq  şeirlər  yazan  Opits  Beyten 
gimnaziyasında  məşhur  bir  şair  kimi  tanınır.  Burada  latınca 
yazdığı  "Aristarx,  yaxud  alman  dilinə  nifrət  haqqında"  adlı 
traktatında  ana  dilini  öyrənməyə,  təkmilləşdirməyə  çağırır. 
Heydelberq  Universitetində  oxuduğu  dövrlərdə  o,  klassik 
filologiyanı  öyrənir.  Kapar  Bart,  Tsinkqrear  kimi  şair  və 
filoloqlarla  dostlaşır,  alman  ədəbiyyatında  islahat  aparmaq 
fikri ilə yaşayır. 


Afaq Yusifli İshaqlı 
 
 
52 
İspanların  Paralstı  tutması,  Opitsin  Hollandiyaya 
qaçması,  burada  holland  poeziyası  nümunələri  ilə  tanış 
olması  onun  yaradıcılığında  dönüş  yaradır.  O,  klassisizm 
prinsipləri əsasında  yeni alman poeziyası  yaratmaq qərarına 
gəlir. 1621-ci ildə vətənə qayıdandan sonra bir diplomat kimi 
fəal  siyasi  fəaliyyətə  başlayır,  müxtəlif  knyazların  yanında 
qulluq  edir,  vətənpərvər  şair  kimi  Almaniyanın  müharibə 
alovlarından qurtarmağa can atır. 
Görünür  ki,  30-cu  illərin  ortalarında  o,  səhvini  başa 
düşür, anlayır ki, nə protestantların başçıları, nə də imperator 
müharibəni dayandırmaq fikrindədir. 
1636-cı  ildə  Opits  Polşa  kralı  VI  Vladislavın  dəvəti 
ilə  Dansiqə  gəlir  və  1639-cu  ildə  orada  taun  xəstəliyindən 
ölür. 
Alman  poeziyasını  yüksək  bir  mərhələyə  qaldırmağa 
can  atan  Opits  yuxarıda  adı  çəkilən  "Aristarx"  əsərində  ana 
dilinin  ancaq  qara  camaat  üçün  yaraması,  fransız  və  italyan 
dilinə  nisbətən  onun  kobud  və  yoxsul  olması  haqqındakı 
qənaətləri  rədd  edir,  kənar  dil  və  poeziya  qarşısındakı 
pərəstiş  əleyhinə  çıxır.  Opitsin  fikrincə,  alman  dili  başqa 
dillərə  nisbətən  daha  oynaq  və  ahəngdardır.  Bu  dildə  orta 
əsrlərin  böyük  əsərləri  yaradılmışdır.  Şair  alman  dilini  yad 
dillərin qarışığından təmizləmək, yüksək poetik nümunələrlə 
onun nüfuzunu qaldırmaq tələbini irəli sürür. 
1624-cü  ildə  çap  edilən  "Alman  poeziyası  haqqında 
kitab"  əsərində  Opits  öz  həmkarlarını  antik  şairlərin 
təcrübəsindən  öyrənməyə  çağırırdı:  "Şair  yunan  və  latın 
kitablarına dərindən bələd olmalıdır ki, onlar onun üçün şeir 
sənətkarlığı  məktəbi  olsun."  Mədəniyyət  və  ədəbiyyatın 
ciddi  şəkildə  yoxsullaşdığı  bir  dövrdə  belə  bir  çağırış, 
şübhəsiz ki, faydalı və yerində idi. Opits belə hesab edirdi ki, 
istər  antik  ədəbiyyat,  istərsə  də  fransız  və  italyan  şeiri  yeni 
alman  milli  poeziyasının  yaradılmasında  bir  örnək  və 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
53 
nümunə    kimi  istifadə  olunmalıdır.  Poeziyanın  ciddi  və 
əhəmiyyətli  məzmuna  malik  olması,  tərbiyəvi  məqsədlər 
izləməsi, onun fikrincə, hər bir poetik əsərin ədəbi qiymətini 
müəyyənləşdirən  əsas  keyfiyyət  olmalıdır.  Zamanın  tələbini 
dərindən  duyan  şair  vahid  alman  ədəbi  dili  yaradılmasını 
tələb edir. Burada o, XVII əsr alman humanistlərinin fikirləri 
ilə,  qarşıya  qoyduğu  vəzifələrlə  həmrəy  olur.  Opitsin 
fikirlərinin  formalaşmasında  fransız  "Ülkər"  qrupunun 
fəaliyyəti,  o  cümlədən  Dü  Bellenin  "Fransız  dilinin 
müdafiəsi  və  vəsfi"  əsərinin  mühüm  rolu  olmuşdur.  bu  əsər 
istər-istəməz  Opitsin  alman  dilinin  taleyin  haqqında 
düşünməyə vadar etmişdir. 
Opits  və  onun  həmfikirləri  xarici  dillərin  və  ədə-
biyyatların  öyrənilməsinin  əleyhinə  deyildilər,  onlar  birinci 
növbədə  doğma  dil  və  ədəbiyyata  qarşı  laqeyd  münasibəti, 
ona nifrətlə yanaşmaq meyllərini rədd edirdilər. 
Opits  alman  şairlərini  milli  ədəbiyyat  naminə  yazıb 
yaratmağa  çağırırdı.  O,  şeirdə  sillaba  tonik  sistemi  işləyib 
hazırladı və şairlərin qarşısında geniş imkanlar  açıldı. Opits 
klassisist bir şair kimi yüksək və alçaq janrların sərhədlərini 
müəyyənləşdirdi.  Milli  mədəniyyətin  ehtiyaclarını  ödəmək 
üçün  xarici  ədəbiyyatların  təcrübəsinin  alman  dönəminə 
gətirilməsi, milli ədəbi dil və milli poeziyanın formalaşması 
vəzifələrinə  diqqətin  cəlb  edilməsi  sillabo-tonik  sistemin 
alman  şeiriyyətinə  daxil  olunması  Opitsin  alman  ədəbiyyatı 
qarşısındakı əsas xidmətləridir. 
Müasirləri  Opitsin  fəaliyyətinə  yüksək  qiymət  verir, 
onu  alman  Homeri,  Vergilisi,  Horatsisi  adlandırır,  nəzəri 
müddəalarını  universitetlərdə  geniş  yayırdılar,  onun  çoxlu 
ardıcılları və şagirdləri meydana çıxır. Opitsin yaradıcılığının 
geniş  təqlid  obyektinə  çevrilməsi  alman  ədəbiyyatının 
inkişafına  həm  də  zərərli  təsir  göstərir,  onun  xalqdan  uzaq 
düşməsinə, milli ənənələrə qarşı biganəliyə gətirib çıxarırdı. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə