Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə24/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
72 
çevrilmir, 
özünü 
itirmir, 
ətraf 
mühitə, 
vəziyyətə 
uyğunlaşaraq  onu  öz  xeyrinə  doğru  yönəldir.  O,  nəcib, 
cəsarətli,  çevik,  hər  cür  vəziyyətdən  çıxış  yolu  tapmağı  ba-
caran  bir  adamdır,  yeyir,  içir,  oynayır,  qadınları  sevir,  lakin 
tək özünü düşünmür, dünyanın, həyatın, hadisələrin sirlərini 
dərk  etməyə  can  atır.  O,  ədalətli  qanunlar  əsasında  dünyanı 
yenidən  qurmaq,  dəyişdirmək  haqqında  düşünür,  gah  gülür, 
gah kədərlənir. 
Şəxsiyyətin  körpəliyindən  qocalığına  qədər  həyatını 
geniş  və  rəngarəng  bir  şəkildə  əks  etdirdiyinə  görə 
"Simplitsissimus"  romanını  Getenin  "Vilhelm  Meysteri"  ilə 
müqayisə  edirlər,  lakin  Getenin  romanında  daha  çox  şəxsi 
hadisələrin  təhlili  əsasdırsa,    Qrimmelshauzen  şəxsiyyətin 
sosial  baxımdan  tipik  inkişafını  qələmə  alır.  Sonrakı 
dövrlərin  burjua  romanlarının  qəhrəmanlarının  fərdiyyətçi 
məhdudluğu da Qrimmelshauzenin qəhrəmanına yaddır. 
Simplitsius  öz  şəxsi  hisslərindən  yaxa  qurtarmış  bir 
adamdır.  O,  dünyanı  kənardan  seyr  edir,  lakin  ona  biganə 
qala  bilmir,  onun  münasibətləri,  dəhşətləri  qarşısında  özünü 
unudur. Fikrin daimi axtarışları onda gerçəklik haqqında tam 
bir  baxışlar  sistemi  yaradır.  Mövcud  gerçəkliyi  qəbul  edə 
bilməyən,  onunla  vuruşan,  ona  gülən,  onu  dəyişdirmək 
istəyən, buna ümidini itirən qəhrəman onu tərk etməli olur. 
"Simplitsissimus"  romanı  əsasən  satirik  roman  olsa 
da,  ona  ancaq  satirik  bir  əsər  kimi  yanaşmaq  yanlış  olardı. 
Burada  satira  qəhrəmanın  mövcud  aləmə  münasibətinin 
ifadələrindən  biridir.  Otuzillik  müharibə  dövründə  alman 
gerçəkliyinin  realist  şərhinin  bir  hissəsidir.  Əlbəttə, 
Qrimmelshauzen tarixi roman  yaratmağa  cəhd göstərməmiş, 
müharibənin  şahidi  olan  bir  şəxsin  xatirələrini  dəqiqliyi  ilə 
təsvirə  cəhd  göstərməmişdir.  Romanda  bu  müharibənin  heç 
bir  mühüm  tarixi  iştirakçısı,  heç  bir  az-çox  əhəmiyyətli 
epizodu olduğu kimi qələmə alınmamışdır. Yazıçı tarixi mən-


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
73 
bələrdən faydalansa da onlardan istədiyi kimi istifadə etmiş, 
müharibənin  tarixini  deyil,  müharibə  fonunda  alman 
gerçəkliyinin bədii mənzərəsini yaratmışdır. 
Tarixi  gerçəkliklə  bədii  uydurma,  yazıçının  şəxsi 
müşahidələri  ilə  xalq  yaradıcılığı  nümunələrindən  alınan 
səhnələr  məharətlə  birləşdirilmiş,  ümumi  bədii  məqsədə 
yönəlmişdir.  Qanauda,  doğrudan  da,  general-qubernator 
Ramzay  adlı  bir  şəxs  olmuşdur.  yazıçı  əsərdə  onu  öz  adı  ilə 
təsvir  edir.  Lakin  məlum  olur  ki,  onun  təlxəyə  çevirib 
güldüyü  Simplitsi  bacısı  Susanna  Ramzayın  oğludur.  Atası 
isə  onu  meşədə  öz  himayəsinə  götürən  zahid  imiş,  tarixi 
şəxsiyyətlə  uydurma  surətlər  romanda  bir-birinə  qarışdırılır 
və bununla xüsusi qayələr izlənir. 
Qrimmelshauzen  özünəqədərki  satirik  ədəbiyyatda 
ancaq  çılpaq  sxemlər  və  didaktik  moizələr  olan  yerdə  bədii 
cəhətdən  inandırıcı  sözlər,  ifadələr  tapıb  işlətmişdir.  Onun 
romanında  alleqorik  "yuxugörmələr"  yeni  vəzifə  daşıyır. 
Qəhrəmanın yuxularından birində feodal zadəgan ordusunun 
daxili  ziddiyyətləri  və  xalqla  rəftarı  əks  olunmuşdur. 
Simplitsius  bir  dəfə  qəmli  halda  soyuqdan  və  aclıqdan 
yuxuya  gedir,  yuxuda  görür  ki,  onun  ətrafında  olan  ağaclar 
birdən-birə  dəyişir  və  tamam  ayrı  görkəm  alırlar.  "Hər  bir 
zirvədə  bir  kavaler  oturub,  kiçik  budaqlar  isə  yarpaqlar 
əvəzinə müxtəlif rütbəli gənclərlə bəzənib. Onlardan bəziləri 
əllərində  nizələr  tutub,  bəziləri  isə  muşketlər,  alebardalar, 
protazanlar,  bayraqlar,  həmçinin  təbillər  və  borular  tutub 
dayanıblar."  "Ağacların  kökü,  gövdəsi  isə  heç  bir  qiyməti 
olmayan 
insancığazlardan, 
peşəkarlardan, 
günəmuzd 
işləyənlərdən,  daha  çox  isə  kəndlilərdən  və  onlara 
bənzərlərdən  idi,  bununla  belə  onlar  həmin  ağaca  qüvvə 
verir, əgər o, öz qüvvəsini itirərdisə, bir də verərdilər. Onlar 
özləri ilə ağacın çatmayan, budaqlardan düşmüş yarpaqlarını 
əvəz  edir,  özlərinə  fəlakətlər  gətirirdilər.  Ağacın  ağırlığı 


Afaq Yusifli İshaqlı 
 
 
74 
"onları elə əzirdi ki, onların kisələrindəki qızılları yeddi qıfıl 
arxasında  olsa  da,  çəkib  çıxarırdı".  "Onlar  qızıl  saçmaqdan 
dayananda  isə  komissarlar  onları  hərbi  divan  tutma  yolu  ilə 
qaşovlayıb  təmizləyirdilər",  özü  də  elə  təmizləyirdilər  ki, 
"onların  sinələrindən  iniltilər  qopur,  gözlərindən  yaş  axır, 
dırnaqları arasından qan axır, sümüklərindən isə ilik çıxırdı." 
Bu  və  buna  bənzər  "yuxular"  vasitəsilə  yazıçı  alman 
gerçəkliyinin  obrazlı  mənzərəsini  yaradır,  qəzəb,  nifrət 
alovları yağdırır. 
Qrimmelshauzen  ictimai  inkişafın  hərəkətverici 
qüvvələri, sosial qrupların və onların rəhbərlərinin qarşılıqlı 
münasibətləri,  hərbi  və  diplomatik  sirlər  haqqında,  təbiidir 
ki,  aydın  elmi  təsəvvürə  malik  deyildir.  O,  ancaq  ağıllı, 
namuslu,  həqiqətpərəst  bir  adam  kimi  gördüklərini  qələmə 
almışdır.  O,  həyatı  bütün  xoşagəlməz  cəhətləri  və 
qəddarlıqları  ilə  qələmə  alıb.  Ədib  adi  bir  salnaməçiyə 
çevrilmədən dövrünün alman həyatının ümumiləşdirici bədii 
bir  qüdrətlə  tarixən  doğru  mənzərəsini  yaradır.  Həyatın 
müəyyənliklə 
bədii 
ümumiləşdirməsinin 
vəhdəti 
Qrimmelshauzenin 
romanını 
səciyyələndirən 
əsas 
keyfiyyətlərdən biridir. 
Alleqorik  satira  və  naturalist  səhnələr,  tarixi  təhkiyə 
ilə  nağıllara  məxsus  fantastika,  tərki-dünyalıqla  hissilik, 
müdrikliklə  sadəlövhlük,  sadədil  bir  ciddiyyətlə  çoxmənalı 
gülüş  bir-birinə  qarışaraq,  bir-birində  əriyərək  mürəkkəb  və 
ziddiyyətli bir bütövlük yaradır, mürəkkəb və ziddiyyətli bir 
dövrün, gerçəkliyin təcəssümünə çevrilir. Servantesin "Don-
Kixot"  əsəri  kimi  Qrimmelshauzenin  romanı  da  dərin 
köklərlə  doğma  gerçəkliyə  bağlıdır,  eyni  zamanda  böyük 
ümumbəşəri ümumiləşdirmə səviyyəsinə  yüksəlir. 
Qrimmelshauzen  realizminin  gücü,  qüdrəti  xalq 
mövzusunun  işlənilməsində  daha  aydın  nəzərə  çarpır. 
Adəmdən  başlayan  kəndli  nəslinin  nəcabətini  vəsf  edir, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə