Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
94 
O,  təbiətdə  və  cəmiyyətdəki  ziddiyyətləri  dərk  etmək  üçün 
daha  kamil  idrak  metodunun  olduğunu  duyur  və  bunu 
yüksək  qiymətləndirir.  İftixarla  özünü  "kiçik  Demokrit" 
adlandıran  Berton  şübhələrinə  baxmayaraq  insan  ağlına 
inamını heç vaxt itirməmişdir. 
Conson  və  Berton  inqilab  ərəfəsində  ingilis  ədə-
biyyatının  ən  görkəmli  nümayəndələri  kimi  diqqəti  cəlb 
etsələr  də,  onların  əsərlərində  mütləqiyyət  və  yepiskopal 
kilsənin  tənqidi  kalvinizmə  yaxın  olan  şair  və  yazıçıların 
əsərlərində, 
xüsusən 
20-30-cu 
illərin 
puritan 
publisistikasında  olduğu  qədər  kəskin  deyildi.  Məhz  bu 
cəhətlərinə görə feodal mütləqiyyəti irticası onlara qarşı daha 
amansız  hərəkət  edir,  onları  izləyir,  işgəncələr  verir, 
doğrayır, qulaqlarını kəsir, rüsvayçılıq dirəyinə bağlayırdılar. 
XVII  əsrin  başlanğıcında  bir  çox  ingilis  şairlərinin 
dünyagörüşü  puritan  publisistikasının  təsiri  altında 
formalaşmışdır.  Miltonun  20-30-cu  illərindəki  ədəbi-
publisist  fəaliyyəti  də  puritan  mətbuatının  təsiri  altında 
olmuşdur. 
 
1648-Cİ İL İNGİLİS BURJUA İNQİLABI 
VƏ ƏDƏBİYYAT 
 
Burjuaziya  və  yeni  dvoryanlıq  XVII  əsrin  40-cı 
illərində baş vermiş inqilabda xalqın qazandığı qələbədən öz 
xeyrinə  istifadə  etməyə,  inqilabın  dərinləşməsinə  mane 
olmağa  çalışırdı.  Yeni  dvoryanlıq  iri  torpaq  mülkiyyətinin 
ləğv etməyə mane olurdu.  
Vətəndaş  müharibəsinin  başlanğıcında  antifeodal 
hərəkatının  başında  mülayim  dini-siyasi  istiqaməti  təmsil 
edən  presviterianlar  dururdu.  İri  burjuaziyanın  və  yeni 
dvoryanlığın 
ən 
yüksək 
dairələrini 
təmsil 
edən 
presviterianların rəhbərləri kralla sazişə gəlməyə hazır idilər. 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
95 
1644-cü  ildə  orduda  və  arxa  cəbhədə  narazılıq  yaradan 
presviterianlar hərbi rəhbərlikdən kənar edilir. 
Ticarət  və  sənaye  burjuaziyasının,  eləcə  də  yeni 
dvoryanlığın  orta  təbəqələrini  /centri/  təmsil  edən  inde-
pendentlər  partiyası  hakimiyyəti  ələ  alır.  Orduda  böyük 
nüfuzu  olan  independentlərin  başında  görkəmli  dövlət 
xadimi  və  sərkərdə  Oliver  Kromvel  dururdu.  O,  parlament 
ordusunu inqilabi əsaslar üzərində yenidən qurdu və 1644-cü 
ildən  bütün  hərbi  əməliyyatlara  şəxsən  rəhbərlik  etdi. 
Kromvelin  "Yeni  nümunə"  adı  ilə  yaratdığı  ordu  və  özünün 
qətiyyətli  hərəkətləri  onun  I  Karl  üzərində  qələbəsini  təmin 
etdi, feodal mütləqiyyət hakimiyyəti ləğv olundu. 
İndependentlər royalistlər üzərində qəti qələbəyə can 
atdıqları  kimi  yeni  dvoryanlığın  mənafeyinə  toxunan  kəndli 
hərəkatını da boğmağa çalışırdılar. Buna görə də 40-cı illərdə 
ingilis  burjuaziyasının  ən  inqilabi  qüvvələrini  təmsil  edən 
"levellerlər 

bərabərləşdiricilər" 
Kromvelə 
və 
independentlərin  hakim  dairələrinə  qarşı  çıxış  edirdilər. 
İndependentlərin  siyasətinə  qarşı  ümumxalq  narazılığınən 
artdığı  ilk  dövrlərdə  levellerlər  geniş  xalq  kütlələrini  öz 
tərəflərinə çəkə bildilər. Levellerlərin lideri Con Lilbern idi. 
Mütləqiyyət hakimiyyəti dövründə həbsxanada  olan  Lilbern 
inqilab  dövrünün  ən  tanınmış  hərbi  sərkərdələrindən 
sayılırdı.  Lakin  Kromvel  çəpərləmələrin  ləğvini,  qanun 
qarşısında  hamının  bərabərliyini,  ümumi  seçki  hüququ  və 
vergi  islahatı  aparılmasını  tələb  edən  levellerlərə  amansız 
divan  tutdu,  Lilbern  zindana  atıldı.  Orduda    levellerlərə 
rəğbətdən irəli gələn üsyanlar da yatırıldı. 
Bu  hadisələr  kəndli  kütlələrini  qorxutmadı,  inqilabın 
dərinləşməsinə,  feodal  münasibətlərin  ləğvinə,  torpaqların 
bölünməsinə can atan kəndli kütlələri "əsl levellerlər, yaxud 
diggerlər" belə hesab edirdilər ki, kəndlilər inqilabda iştirak 
etməklə  özlərini  dolandıra  biləcək  miqdarda  torpağa  sahib 


Afaq Yusifli İshaqlı 
 
 
96 
olmaq  hüququ  qazanmışlar.  Onlar  kral  tərəfdarlarının 
müsadirə  olunmuş  torpaqlarının  yoxsul  kəndlilər  arasında 
bölünməsini tələb edir, bu torpaqları ələ keçirən parlamentin 
yuxarı  hakim  dairələrinin  özbaşınalığına  qarşı  çıxırdılar. 
Diggerlər boş torpaqların birgə becərilməsi, qarşılıqlı kömək 
prinsiplərini  irəli  sürürdülər.  1648-1649-cu  illərdə  onlar  öz 
planlarını  bəzi  yerlərdə  əməli  surətdə  həyata  keçirməyə 
girişirlər. Lakin onlar hər yerdə varlı kəndlilərin və dövlətin 
müqavimətinə  rast  gəlirlər.  Parlament  ordusu  diggerlərə 
divan tutmaq üçün hərəkətə gəlir. 
İngiltərədə  burjua  inqilabının  ordusu  xalq  hərəkat-
larına divan tutmaq vasitəsinə çevrildi. 1649-1652-ci illərdə 
İrlandiya  işğal  olundu.  İngilis  burjuaziyasının  hakimiyyəti 
əldə  saxlamaq  cəhdləri  independentləri  hərbi  diktaturaya 
gətirib  çıxartdı.  İnqilab  sərkərdəsi  xalqı  boğan  bir  diktatora 
çevrildi. İngiltərə respublikası lord-protektor və onun valiləri 
–  general-mayorlar  tərəfindən  idarə  olunan  hərbi  polis 
dövləti oldu.  
İngilis  hakim  dairələri  xalqın  narazılığını  aman-
sızlıqla  boğur,  varlanır,  yeni  bazarlar  və  ticarət  yolları 
uğrunda  mübarizə  aparırdı.  Aldadılmış,  qarət  edilmiş 
kəndlilər və şəhər yoxsulları burjuaziya və yeni dvoryanlığın 
yaratdığı yeni dövlətə tərəfdar çıxmadı. 
Kromvelin  ölümündən  sonra  onun  həmkarları 
hakimiyyət  uğrunda  mübarizə  apardıqları  bir  dövrdə 
Stüartlar sülaləsinin hakimiyyəti bərpa edildi. 
Edam  edilən  I  Karlın  oğlu  II  Karl  hakimiyyəti  ələ 
aldı.  Burjuaziya  və  yeni  dvoryanlıq  tərəfindən  edilən  bu  iş 
xalq hərəkatını boğmaq üçün atılan bir addım idi. 
XVII  əsr  ingilis  burjua  inqilabı  və  onun  iştirakçıları 
arasında  ayrı-ayrı  partiyalar  və  istiqamətlərin  mübarizəsi 
ingilis  gerçəkliyinin  ifadəsi  idi,  onun  iqtisadi  və  ictimai 
münasibətlərinin  mürəkkəbliyi  ilə  şərtlənirdi.  Ayrı-ayrı 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə