Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   69

 
88 
b)həm adi söz, həm də termin: səs, say, dil və s. 
c)yalnız termin: fonetika, orfoepiya, qrafika və s. olan sözlər 
qrupuna da bölmək olar. 
Bəs  termin  nədir?  Bu  suala  təxminən  belə  cavab  vermək 
olar:  termin-elm,  texnika,  siyasət  və  mədəniyyətə  aid  xüsusiləş-
miş mənalı söz və ifadələrdir. 
Terminlərə aid aşağıdakı söz və ifadələri misal göstərmək olar: 
Dilşünaslığa  dair  terminlər:  abzas,  arqo,  arxaizm,  tabelik, 
səba,  ikihecalı,  dialekt,  idiom,  inversiya,  birləşmə,  intonasiya, 
təsnif, monoftonq, diftonq, qoşma, turizm, semasioloq, sintaksis, 
uzlaşma,  tire,  frazeologiya,  etimoloq,  nitq  hissəsi,  sözdüzəldici 
şəkilçi və s. 
 Ədəbiyyatşünaslığa  dair  terminlər:  antiteza,  ballada,  va-
riant, dialoq, disput, dram, dramaturgiya, janr, klassik, kuplet, li-
rika, lirik, monoloq, novella, oçerk, pafos, povest, portret, poema, 
proloq,  pyes,  replika,  roman,  simvol,  sujet,  tin,  traktat,  folklor, 
şarj, epizod, epopeya və s. 
 Pedaqogika və psixologiyaya dair terminlər: abituriyent, at-
testasiya, ikiilci, dalmanizm, dekan, didaktika, direktor, dis-serta-
siya, dominant, dosent, instinkt, inteqrasiya, laborant, metod, me-
todika,  metodist,  pedaqogika,  professor,  dərs  ili,  ali  məktəb, 
əmək tərbiyəsi, giriş müsahibəsi, körpələr evi və s. 
 Müasir  dilimizdə  bütün  elm  sahələrinə  aid  bu  kimi  çoxlu 
miqdarda termin vardır. 
 Hər bir elmi termin elmi anlayışı əks etdirir. Elmi anlayışları 
bildirən  bütün  terminlər  aid  olduğu  elmin  yaranmasında,  for-
malaşması və inkişaf etdirilməsində xüsusi əhəmiyyətə malikdir. 
Elə buna görə də terminlərə elmi münasibət bəsləməmək, onları 
qarışdırmaq kimi hallar elmin tərəqqisinə mənfi təsir göstərir. 
 Terminlər quruluşlarına görə iki cür olur: 
 1)Bir sözdən ibarət terminlər. Məsələn: fonem, cümlə, zərf, 
tamamlıq, təyin, sintaksis, qrammatika, üslub, fənn, dekanlıq, da-


 
89 
hilik,  fərziyyə,  intizam,  məşğələ,  əzbərçilik,  yayılma,  həqiqilik, 
hafizə, irsiyyət, təkrar, məşq, ədəb və s. 
2)Bir  neçə  sözdən  ibarət  terminlər.  Məsələn:ahəng  qanunu, 
budaq cümlə, vasitəli nitq, ismin halları, dilin lüğət tərkibi, sözün 
məna quruluşu, dərs planı, uşaq bağçası, evristik müsahibə, məh-
suldar təxəyyül, əxlaqi tərbiyə, kamal attestatı, təbii əyanilik, psi-
xi fəaliyyət, təbii nəticələr üsulu, hissələrin qeyri-sabitliyi və s. 
 Terminlər,  adətən,  təkmənalı  (monosemantik)  olur  və  hər 
hansı bir məfhumu dəqiq ifadə edir. Buna görə də terminlər işlən-
diyi mətndən, əhatə edildiyi sözlərdən və sairdən asılı olmayaraq, 
hər yerdə eyni mənada başa düşülür. Məsələn; 
 
Əlindədir səadətlər sarayının açarı,  
Baharına çata bilməz min illərin baharı,  
Könüllərin baharıdır kommunistlər ordusu! 
Yerin, göyün vüqarıdır, kommunistlər ordusu! 
                                 (Süleyman Rüstəm) 
 
Partiyadan gün aldı 
fikrimiz, ifadəmiz 
Onun tunc vəhdətini 
Saxladıq şərəflə biz 
Məhv edir düşmənlərin 
min qara niyyətini,  
Qoruduq proletariatın 
biz hakimiyyətin. 
                     (Rəsul Rza) 
 
Üzünün buğlanan tərini sildi... 
Kəskin nəzərləri bizə dikildi: 
Komsomolçu dostlar! El qabağında  
Biabır oluruq... Bir qulaq asın,  


 
90 
Olarmı maĢınlar boş bekar qalsın 
İşin gücün belə qızğın çağında? 
Axşamlar yığışıb öyrənirdiniz- 
Sürə bilərsiniz traktoru siz. 
                        (Osman Sarıvəlli) 
 
Göründüyü kimi, bu şeir parçalarındakı kommunist, partiya, 
proletariat,  komsomolçu,  maşın,  traktor  sözləri  şifahi  danışıqda, 
siyasətdə hansı mənada işlənirsə, bədii üslubda yazılmış əsərlərdə 
də həmin mənadadır. 
Terminlər işlənmə dairəsinə görə iki yerə bölünür: 
a)Ümumişlək terminlər; sovet, kolxoz, sovxoz, kommunizm, 
partiya, komsomol, pioner və s. 
b)Xüsusi  terminlər.  Məsələn:  semantika,  fonologiya,  tembr, 
akustika... 
Terminlər emosional və obrazlılıq cəhətə malik deyildir. Eyni 
zamanda bu qrup sözlərdə nəvazişlik çalarlığı da olmur. Məsələn:  
 
 Odur... odur... Qəhrəmanım toz içində nəfəs alır,  
Ekskavator boz dağlara haray çəkir, nərə salır... 
 
Yaxud: 
 
Ekskavator tənələri lay-lay açıb, lay-lay qazır,  
Qoca alim saxsı yığıb yer altında tariz yazır...  
                                           (Səməd Vurğun) 
 
 Bu  misallardakı  ekskavator  sözü  öz  mənasında  işlənilərək 
maşının  bir  növünün  adını  bildirir  və  bundan  əlavə  heç  bir 
emosionallıq və sair xüsusiyyətə malik deyildir. 
 Lakin  terminlər  ədəbi  dilin  bədii  üslubundan  başqa  digər 
üslubları  üçün,  xüsusən  elmi  üslub  üçün  xarakterik  dil  vahid-


 
91 
ləridir. Ümumiyyətlə, terminlər elmi üslubu şərtləndirən ən başlı-
ca ünsürlərdir. Bunlarsız elmi üslub təsəvvür edilə bilməz. 
 Termin  necə  yaranır?  Bu  suala  ətraflı  cavab  vermək  üçün 
hər şeydən əvvəl qeyd edilməlidir ki, dildəki terminlərin hər biri 
müəyyən tələbat əsasında əmələ gəlir. Zərurət olmadan, özbaşına 
heç bir termin yaranmır. 
Termin  yaradıcılığında  iki  mənbədən  istifadə  olunur.  Bun-
laradan birinci və başlıcası dilin öz daxili imkanları, ikincisi isə 
başqa  dillərin  vasitələridir.  Hazırda  termin  tətbiqi  işində,  başqa 
dillərdən ən çox rus və Avropa dillərinə müraciət edilir. 
 Yuxarıda  göstərilən  hər  iki  mənbə  əsasında  termin  yaradıcı-
lığının bir neçə prinsipi vardır. Termin tərtib edilərkən dilimizin öz 
xüsusiyyətləri  nəzərə  alınmır,  onun  qayda  və  qanunlarına  əsas-
lanırlar. 
 Termin yaradıcılığında aşağıda qeyd olunan üç əlamət hök-
mən diqqət mərkəzində durmalıdır: 
1)Terminin təkmənalılığı. Təkmənalılıq termin üçün ən baş-
lıca  əlamətlərdən  biridir.  Termin  çoxmənalı  olduqda  onun  elmi 
əhəmiyyəti  nisbətən  azalır,  çünki  çoxmənalı  terminlər  elmi  an-
layışların aydın əks olunmasına lazımi imkan yaratmır. 
Dilimizdəki  terminlərin,  o  cümlədən  dilçiliyə  dair  terminlə-
rin  bəziləri  çoxmənalıdır.  Məsələn,  frazeologiya  termini  iki  mə-
nada  –  birincisi,  dildə  olan  ifadə  və  ibarələrin  məcmusu  (fra-
zeoloji tərkib), ikincisi isə frazeoloji tərkib haqqında elm məna-
sında işlənilir. Eləcə də ifadə və ibarə terminləri dilçilik ədəbiy-
yatında ayrı-ayrı dilçilər tərəfindən çox müxtəlif mənada işlədilir. 
Bəzi dilçilər ifadə termini altında iki və daha artıq sözdən ibarət 
olan  hər  cür  birləşmələri  nəzərdə  tutur,  bəzi  dilçilər  isə,  əksinə, 
həmin mənada ibarə terminindən istifadə edir və s. 
Dilimizdə  bu  kimi  çoxmənalı  terminlər  bəzən  anlaşılmazlıq 
və  dolaşıqlıq  yaradır.  Lakin  bu,  keçici  xarakter  daşıyan  haldır; 
gec-tez belə terminlərin dəqiqləşdiriləcəyinə şübhə etmək olmaz. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə