Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə13/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

50
Estetiklik  -   ekoturist  marşrut  estetik  cəhətdən  ən  cazibədar, 
gözəl  mənzərəli  və  ekskursiya görüntülü  maraqlı  obyektləri  olan 
yerlərdən keçməlidir.
Erqonomiklik  -   turistlərə  təqdim  olunan  ləvazimatlar, 
avadanlıqlar  onların  istismarı  zamanı  imkanlarına  görə  ən  son 
modellərə uyğun gəlməlidir.  Əgər turistlər istifadə etməyi bacar­
mırlarsa,  onlara  radiostansiya  verməyə  ehtiyac  yoxdur.  Eyni 
zamanda  onlara  verilən  ayaqqabı,  paltar,  kiçik  xalça  döşənək, 
yatmaq  üçün  kisələr,  kürək  çantası  turistlərin  fiziki  ölçülərinə 
uyğun olmalıdır.
Layihə sənədləşməsi  turizm  bazarının  və tələbinin marketinq 
tədqiqatına,  ekoturistlərə  xidmət  texnologiyasının  təyinatına  və 
təsvirinə,  qanunvericiliyə  uyğun  olaraq  ətraf  mühitin  mühafi­
zəsinin,  turistlərin  əmlakının  və  sağlamlığının,  bütövlükdə 
həyatının təhlükəsizliyinin tələblərinə əsaslanmalıdır.
Turist 
tələbatının 
marketinq 
tədqiqinin 
strukturu 
aşağıdakılardır:
1.  Gələcək  turizm  xidmətləri  istehlakçılarının  seqmentləş- 
dirilməsinin əsaslandırılmasına giriş.
2.  Təsvirinin  də  daxil  olduğu  seqmentin  xarakteristikası 
(qruplararası  heterogenlik,  homogenlik,  ölçülmə  qabiliyyəti, 
həcmlik,  turfirmalar  üçün  əlverişlilik,  mənimsəmənin  mümkün­
lüyü və s.).
3.  Geodemoqrafık  əlamətlərə  görə  (estetik  cazibədarlıq, 
nadirlik,  ekzotiklik  və  s.)  turistlərə  nümayişdən  ötrü  təbii 
obyektlərin  istehlakçılar  üçün  seqmentləşdirilməsi,  məsafədən 
limitləşdirmə  nəzəriyyəsinə  uyğun  olaraq  nəqliyyat  əlverişliyi, 
dünyanın  və  ölkələrin  müxtəlif  regionlarından  olan  turistlərin 
davranışındakı  eynilik  (şablonluq),  cins,  yaş  xarakteri,  yaşayış 
yeri  və ailə tərkibi  və  s.
4.  Sosial-iqtisadi  əlamətlərə  görə  seqmentləşdirmə:  gəlirlərin 
səviyyəsi;  sosial  statusu;  peşəsi;  təhsilinin  səviyyəsi;  müxtəlif 
təşkilatlarda üzvlük və  s.
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilahyev
51
5.  Psixoloji-davranış  əlamətlərinə  görə  seqmentləşdirmə: 
rekreasiya  tələblərinin  xarakteri;  daha  yaxşı  hesab  edilən 
istirahət  tərzi;  dəbdə  olan  turist  xidmətlərinə  və  rayonlarına 
münasibət; turlara və xidmətlərə tələbatın intensivliyi və s.
6.  Tədqiq olunan seqmentdən ekoturistin marketinq biliyi.
7. 
Turizm  xidmətindən  (xidmətin  keyfiyyəti,  dəyəri, 
xidmətin  göstərildiyi  yer,  qrupun  ölçüsü,  ekskursiya  xidmətinin 
xarakteri  və  s.)  ibarət  olanlar  üzrə  tərkibində  nəticələr,  turun 
planlaşdırılması  (işlənib  hazırlanma  mərhələləri  və  müddətləri, 
turist  xidmətləri  ilə  təchiz  edənlər  və  s.)  reklam  kompa­
niyalarının  təşkili  (seqmenti  əhatə  edən  KİV-ə  göndərmələrin 
siyahısı;  reklam əlaqələrinin vaxtı və tezliyi,  reklam təqdimatları 
sxemi və s.) olan xülasə.
Layihələşdirmənin  əsasını  həmçinin  E.N.İlin  tərəfindən 
təklif  olunmuş,  tərkibində  aşağıdakıların  yer  aldığı  turistlərə 
xidmətin şifahi modeli təşkil edir:
-  ekoturistlərə  xidmətin  proseslərinin,  forma  və  metodlarının 
təsviri və xarakteristikası;
-  istifadə  olunan  avadanlıqların,  ləvazimatların  tipinə, 
miqdarına və xidmət göstərmək qabiliyyətinə tələblər;
-  işçi  heyətin  zəruri  miqdarı  və  onların  peşə  hazırlığının 
səviyyəsi;
-  turistlərə xidmətin zəmanəti;
-  turizm  ehtiyatlarının  mülkiyyətçiləri,  sanitar-epidemioloji 
nəzarət  orqanları,  Fövqəladə  Hallar  Nazirliyi  və  Ekologiya  və 
Təbii  Sərvətlər Nazirliyi  ilə razılaşma.
Turun  layihələndirilməsi  zamanı  yekunda  düzgün  və  tam 
doldurulması  üçün aşağıdakılar olmalıdır:
-  turist səyahətinin texnoloji xəritəsi;
-  turizm  xidməti  göstərən  müəssisə  -   təchizatçıların  iş 
qrafiki;
- turist yoliayışına əlavə olunan məlumat vərəqi;
-  turistlərə xidmət proqramı.
Ə. T Əsgərov,  B. Ə.Bilalov,  Ç.G.Giilahyev


52
Sonda  həmçinin  xidmətin  ekoturistlərin  gözləntilərinə  uyğun 
gəlməsini, 
xidmətin 
keyfiyyətinə 
nəzarət 
metodlarını 
qabaqcadan  nəzərə  almaq  lazımdır.  Praktikada  ən  çox  yayılan 
vizual  (turfirmanın  ekspertləri  tərəfindən  marşruta,  mehmanxa­
naya,  nəqliyyata,  ekskursiya  nümayişi  obyektlərinə  baxış),  anal­
itik 
(xidmət 
təchizatçılarının 
təqdim 
etdiyi 
sənədlərin, 
prospektlərin,  menyuların  və  s.  təhlili)  və  sosioloji  (turun  ekspe­
riment  kimi  həyata  keçirilməsindən  sonra  turistlərin  sorğusu  və 
anketləşdirilməsi, işçi heyətin sorğusu) metodlardır.
Ekoturların  layihələşdirilməsinin  bəzi  mərhələlərini  dağ 
macəra  turizmi  əsasında  araşdıraq.  Bu  materialın  əsasında  Alp 
dağlarında  ekoturizmin  inkişafı  üzrə  alman  firmasının  təcrübəsi 
durur.
Turun  formalaşmasının  əsas  şərti  üçdür:  1)  təbii  turizm 
ehtiyatlan  (dağlar);  2)  məqsədli  auditoriya;  3)  turizm  sənayesi 
müəssisəsi  (nəqliyyat,  yerləşmə  vasitəsi,  qidalanma,  bələdçilər, 
xilasedicilər, reyncerlər (səyyahlar) və s.).
Birinci  mərhələdə  seçilmiş  ərazidə  ekoturizmin  inkişafının 
təbii  ehtiyatlarını  qiymətləndirmək  lazımdır.  Belə  qiymətlən- 
dinuənin  texnoloji  aspekti  müxtəlif  mövsümlərdə  turistlərin 
fəaliyyətinin  ən  perspektivli  növlərini  aym nağa  imkan  verir. 
Məsələn, relyeflə  uzlaşan dayanıqlı  qar örtüyü  dağxizək turunun 
qışda  inkişafına  imkan  verir.  Yayda  isə  buzlaqlarda  və 
qayalıqlarda qayaya və buza çıxmaq mümkündür.
Bu  mərhələnin  yekunu -   ekoturist  fəaliyyəti  rayonlarının  və 
marşrutlarının  xəritə-sxemlərinin  tərtib  olunmasıdır.  Bundan 
sonra  təbii  ehtiyatların  fizioloji  qiymətləndirilməsi  aparılır. 
Təhlükəli və əlverişsiz hava şəraiti, onların  təkrarlanma dərəcəsi 
təyin  olunur.  Burda  da  turistlərin  çox  yüksəkliyə  uyğunlaşması 
proqramı  işlənib hazırlanır və marşrutlar qruplaşdırılır.  Ayrı-ayrı 
hallarda  qrup  və  fərdi  ləvazimatlı  səyahətlər  üçün  lazımi  siyahı 
formalaşdırılır.
Ə.T.Əsgərov,  В .Ə.Bilalov,  Ç.G.Giilalıyev
53
Sonrakı  mərhələyə turistlərin  fiziki hazırlığına olan tələblərin 
işlənib  hazırlanması  daxildir.  Trekinq  turları  və təbii  tarixi  turlar 
zamanı  dağa  səyahətə  həkimin  sadəcə  icazəsi  və  gün  ərzində  8- 
12  km  piyada  getmək  qabiliyyətinin  olması  kifayətdir.  Macəra 
turizminin  ekstremal  növləri  iştirakçıların  fiziki,  texniki  və 
mənəvi  hazırlığına daha ciddi tələblər irəli sürür.
Turun  formalaşmasının  üçüncü  mərhələsi  -   ən  çox  tutumlu 
və  məsuliyyətlidir.  Turizm  xidmətinin  «bir  paketə»  yığılması 
üzrə operatorun adi, vərdiş  etdiyi  iş məhz burdan başlayır. Turun 
proqramına  nəinki  onun  ümumi  davametmə  müddəti  və 
uzunluğu,  həm  də  istirahət  üçün  yer,  yüksəklikdə  bir  yerə 
yığılma,  relyefin  mürəkkəbliyi  göstərilməklə günlər üzrə hərəkət 
qrafiki  daxil  olmalıdır.  Turistlərin  gəlməsi  üçün  nəqliyyat 
növünün  seçilməsi  qrupların  və transferrin  (əcnəbi  turistlərə xid­
mət  edən  zaman  turist  formallıqlannın  keçilməsi  ilə  bağlı 
mürəkkəblikləri  də  nəzərə  almaq  lazımdır)  qarşılanmasının 
təşkilinin  mürəkkəblikləri, 
müntəzəm  və  çarter  sərnişin 
xətlərinin imkanları  ilə diktə olunur.
Marşrut  üzrə  turist  daşımaları  üçün  nəqliyyat  Xüsusi 
Mühafizə  Olunan  Təbiət  Ərazilərinin  müdiriyyətinin  təbiəti 
mühafizə  tələbləri,  nəqliyyat  təşkilatlarının  imkanları,  yol-cığır 
şəbəkəsinin  inkişafı  nəzərə  alınmaqla  seçilir.  Məsələn,  ABŞ-da 
bütün  təbii  rezervatlar  çox  gözəl  avtomobil  yollan  ilə 
əlaqələndirilmişdir.  Çin,  Nepal,  Keniya  kimi  digər  ölkələrdə 
ciplər  istifadə  olunur.  Elbrus  dağı  ətrafında  mikroavtobuslar, 
Cənubi  Amerika  (Akonkaqua)  dağında  atlar  nəqliyyat  vasitəsi 
rolunu oynayır.
Yerləşmə  vasitəsinin 
seçimi 
konkret  dağ  rayonunda 
qonaqpərvərlik müəssisələri  sənayesinin inkişaf səviyyəsi nəzərə 
alınmaqla  təyin  olunur.  Bu  həm  dağ  otelləri,  həm  də  dağda 
sığınacaqlar və çadır düşərgələri ola bilər.
Turistlərin  yükünün  nəqliyyatla  və  ya  yükdaşıyanlarla 
(parterlərlə)  çatdırılması  mümkünlüyünü  nəzərə  almaq,  turist­
Ə.T.Əsgərov,  B Ə Bilalov.  Ç.G.Giilalıyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə