Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə55/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

2 1 8
Soçi,  1985-ci  ildə  Quzeripl-Laqonaki-Maykop,  1988-ci  ildə  isə 
Quzeyı ipl-Laqonaki-Soçi  marşrutları işləməyə başlamışdır.
Keçən  əsrin  80-ci  illərində  rayona  8500-ə  yaxın  təşkil  olun­
muş  və  təqribən  3000  özbaşına  turistlər  gəlmişdir.  «Laqonaki» 
turist bazası  hər  il  iki  minə  yaxın  adama  orta hesabla hər gün  80 
nəfər yeni turist olmuş və bir o qədər də oranı tərk etmişdir.
.  Regionun  alpinist  mənimsənilməsinin  pik  vaxtı  da  həmin 
dövrə  düşür.  Krasnodar  alpinistləri  tərəfindən  Fişt  dağlarına 
mürəkkəbliyinə  görə  birinci  «B»  kateqoriyasından  beşinci  «A» 
kateqoriyasına  qədər  dörd  marşrut  salınmışdır.  Fişt  və  Oşten 
zirvələrinə  ilk  dəfə  qalxmış  insanlardan  biri  olan  rus  botaniki 
N.M.Albov,  bu  barədə  öz  əsərlərini  1884-cü  ildə  nəşr  etdirən 
zaman  qeyd  etmişdir.  1888-ci  ildə  rus  naturalisti  N.İ.Kuznetsov 
Rusiya  coğrafiyaçıları  cəmiyyətinin  tapşırığı  ilə  rayonda  geobo- 
taniki müşahidələr aparan zaman Oşten zirvəsinə qalxmışdır.
Artıq 
1985-ci  ildə  Quzeripl  qəsəbəsindən  Fişt-Oşten 
massivinə  V.V.Litvinovun  rəhbərliyi  altında  xizəklə  ilk  qış 
keçidi  baş  tutmuşdur.  80-ci  illərin  ortalarında  burada  (Abadzeş 
dağı  yamaclarında)  dağ  xizək  idmanı  üzrə  SSRİ  yığma 
komandasının müvəqqəti  hazırlıq bazası  mövcud olmuşdur.
Rayonun  ixtisaslaşmış  mağaraları  siyahısında  21  boşluğun 
adı  çəkilir.  Bu  təqribən  Qafqazın  ixtisaslaşmış  mağaralarının 
onda biridir.
1981-ci  ilin  avqustunda  Abadzeş-Murzikao  massivində 
deltaplaner  idmanı  üzrə  birinci  RSFSR  çempionatı  olmuşdur. 
S.P.Lozovoqun  verdiyi  məlumata  görə  Krasnodar  diyarının 
turizm  təşkilatlarının  onda  səkkiz  hissəsi  Laqonaki  yaylasının 
turizm ehtiyatları  isə  istehsalat münasibətləri ilə bağlı olmuşdur.
Rayonun  təbiətinin  nadir  olduğunu  Federasiya  subyektinin 
ümumi  sahəsinə  nisbətən  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri 
sahəsinin göstəricisinin Rusiyada ən yüksək olması -  30 %  (250, 
6  min  ha),  və  ya  Maykop  inzibati  rayonun  ərazisinin  67  %-nin 
olması  da  təsdiq  edir.  Qafqaz  dövlət  təbii  biosfer  qoruğu  ilə
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Gülalıyev
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gülalıyev
2 1 9
yanaşı  burada  aşağıdakı  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri 
yaradılmışdır:  «Fişt»  ekoloji-turizm  ərazisi  (200  min  ha);  təbiət 
abidələri  -   «Buynıy  dağ  silsiləsi»  (1480  ha),  «Tsitse,  Pşexa  və 
Pşexaşxa  çaylarının  yuxarı  axarı»  (7689  ha),  «Bolşoy  Txaç» 
təbiət  parkı  (3700  ha).  Artıq  qeyd  etdiyimiz  kimi  1999-cu  ildə 
bu park və  təbiət  abidələri  YUNESKO-nun Ümumdünya Təbiət 
Abidələri  Siyahısına  daxil  edilmişdir.  Praktiki  olaraq  bütün  bu 
qurumlar  nadir  təbiət  obyektlərinin  qorunması  və  turizmin 
inkişafını öz qarşılarına məqsəd qoymuşlar.
Ekoloji  turizmin  inkişafının  əsas  ilkin  şərti  kimi  xüsusən 
böyük  biomüxtəlifliyi  ilə  fərqlənən  Laqonaksk  yaylasıdır. 
Yaylanın  florasında  600  bitki  növü  vardır  ki,  bunlardan  23  növ 
(3,9 %) yerli  endemik bitki  olub,  dünyada yalnız bu  ərazidə rast 
gəlinir,  44  növ  subendemik  olub,  yalnız  Qərbi  Qafqazda  rast 
gəlinir  və  35  növ  Böyük  Qafqaz  sıra  dağlarının  endemik 
bitkiləridir.  Yaylanın  endemik  növlərinin  öyrənilməsi  hələ  tam 
başa  çatmayıb.  Odur  ki,  bu  məlumatlara  yeniləri  əlavə  oluna 
bilər.  Bundan  savayı  Böyük  Qafqaz  sıra  dağlan  və  Kolxida 
dağlarında  növlərin  miqrasiya  yollarının  kəsişməsi  baş  verir  ki, 
bu  subalp  və  yüksək  otlaq  fitosenozlarında  hibridogen  növə- 
mələgəlməsi  prosesləri  gedir.  Odur  ki,  burada  yeni  bitki 
növlərinin meydana çıxmasım gözləmək olar.
Təsadüfü  deyildir  ki,  ölkənin  ali  təhsil  müəssisələrinin 
(Kuban,  Rostov,  Voronej,  Moskva  dövlət  universitetlərinin) 
elmi-tədqiqat  ekspedisiyalarının  baza  düşərgələri  və  dayana­
caqları, tələbələrin  çöl  təcrübə praktikaları  bazaları  ınəhz burada 
yerləşirlər.
Rayonun  təbii  şəraiti  və  resursları  fizioloji  cəhətdən  də 
həmçinin  rəngarəngdir.  Onları  gün  ərzində  və  hətta  bir  neçə 
saatın  içində  havanın  müstəsna  olaraq  çox  tez  dəyişməsi  və 
qeyri-müəyyənliyi  birləşdirir.  Bu  Qara  dənizin  yaxınlığı  və 
relyefin  xüsusiyyətləri  ilə  izah  olunur.  Fişt-Oşten  massivinin 
kəskin yuxarı  qalxması  (ən  qərbdə  olan  zirvədən  demək olar ki,


2 2 0
1  km  yüksək)  cənubdan  və  qərbdən  rütubət  daşıyan  hava 
kütləsinin  bu  dağ  qrupu  ilə  tutulmasına  gətirib  çıxarır.  Odur  ki, 
rayonda  yağıntıların  ümumi  miqdarı  cənubdan  şimala  və 
qərbdən  şərqə  doğru  azalır.  İldə  3500  mm-ə  yaxın  yağıntıların 
ən  çox  miqdan  Fişta  rayonuna  düşür.  Eyni  zamanda  əgər  qərbi 
Beloreçenski aşırımında yağıntıların orta illik miqdan  2744 mm- 
ə  yaxın  olursa,  o  zaman  Quzeriplsk  aşırımından  şərqə  doğru 
olan  ərazilərdə  1000  mm  az  olur.  Orta  temperatur  iyuldan 
+18°C,  yanvarda  -2°C  olur.  Yağıntıların  orta  illik  miqdan  -  
1600 mm-dən 3200 mm-ə qədər olur.  Yağıntılar il ərzində bütün 
rayon  üçün  bərabər  paylanır.  Ən  çox  yağıntı  -   ayda  120  mm-ə 
qədər  may  və  iyun  aylarında  düşür.  Lakin  rayonun  ucqar  cənub 
hissəsi  olan  Fiştdə  yağıntının  illik  maksimumu  dekabr  ayına 
düşür.  İyul  və  yanvar  aylannda  daha  çox  cənub  küləkləri  əsir. 
Dağlıq-vadi,  buzlaqlar  tərəfdən  əsən  yerli  küləklər  də  çox  olur. 
Qar  örtüyünün  orta  maksimal  hündürlüyü  -   rayonun  şimal  və 
qərbində  100  sm-dən  cənub  və  cənub-şərqində  300  sm-ə  qədər 
olur.  Dağlarda 2000 m-ə qədər yüksəklikdə qar örtüyü oktyabrın 
ortalarında  görünməyə  başlayır.  Dayanıqlı  qar  örtüyü  noyabrın 
əvvəlində,  rayonun  şimalında  isə  yanvarın  əvvəlində  əmələ 
gəlir.  Fişt  dağ  qrupunda  qarm  maksimal  hündürlüyü  -   610  sm 
qeydə  alınmışdır.  Həmçinin  qarın  əriməsi  uzun  müddət  davam 
edir.  Şaxtasız dövrün orta davametmə müddəti -   150 günə qədər 
olur.  Lakin  rayon  üçün  yayda  da,  mövsüm  arası  da  (xüsusən 
payızda)  çoxlu  qar  yağması  və  qar  fırtınası  xarakterikdir. 
Beləliklə,  səyahət  üçün  ən  yaxşı  dövr  -   iyulun  axırından 
oktyabrın ortalarına qədər, dağ xizək turları  üçün  isə -  fevraldan 
aprelə  qədərdir.  Rayonda  qar  uçqunu  təhlükəsi  çox  deyil.  Belə 
ki,  onun  böyük  hissəsi  -   meşəlik  zona  və  Laqonaki  yaylasının 
nisbətən  düz  səthidir.  Çoxlu  qar  yağdığı  dövrdə  Böyük  Qafqaz 
sıra  dağlarının  dik  yamacları,  hər  şeydən  öncə  Fişta,  Çuquşa 
rayonu və onların meşəsiz yamacları daha çox təhlükəlidir.
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
Rayonun ərazisinin yüksək  estetik  cazibədarlığı  landşaftların 
yerləşməsində  olan  şaquli  qurşaqlıq,  mənzərələrin  böyük 
rəngarəngliyi  ilə  izah  olunur.  Fısdıq  ağacının  üstünlük  təşkil 
etdiyi  enliyarpaqlı  meşələr ardıcıl olaraq ağ şam ağacı və ağ şam 
-   küknar  meşələri  ilə  əvəzlənir,  sonra  rododendron  kol  bitkisi 
basmış  subalp  meşələri,  alp  çəmənləri  və  buzlaqlar,  daha  sonra 
Böyük  Qafqaz  sıra  dağlarının  qarlı  zirvələri  gəlir.  Mənzərəyə 
Laqonaki yaylasının  və uzunluğu 7  krn-ə yaxın olan Fişt-Pşexası 
massivinin  cənub  divarlarının  yüksək  şaquli  qayaları  böyük 
estetik ifadə verir.
Bütün  sadalananlardan  sonra  belə  bir  nəticəyə  gəlmək  olar 
ki, təbii  ilkin şərait beynəlxalq ekoturizmin inkişafı üçün -  təbiət 
tarixi turları, elmi və macəra turizmi üçün əlverişlidir.
Rayonun  ərazisində  58  yaşayış  məntəqəsi,  60  mindən  çox 
insanın  yaşadığı  11  kənd  və  2  qəsəbə  dairəsi  yerləşmişdir. 
Hazırda  əhalinin  böyük  əksəriyyəti  fılizçıxarma  sənayesi  ilə 
məşğuldur  (meşə  və  kənd  təsərrüfatı,  faydalı  qazıntıların 
çıxarılması).  Şimali  Qafqazın  digər  regionları  ilə  müqayisədə 
həmin  rayonun  əsas  fərqi  onun  nisbətən  təhlükəsiz  olması, 
millətçiliyin,  ekstremizmin,  terrorizmin  aşkara  çıxmaması, 
həmçinin nəqliyyat üçün yüksək dərəcədə əlverişli olmasıdır.
Turistlərin yerləşdirilməsi üçün sərf olunan vəsaitlərin böyük 
hissəsi 
Laqonaki 
yaylası 
rayonuna 
qoyulmuşdur. 
Bura 
özfəaliyyət turist qrupları  və  istirahət günləri dincələn insanların 
daha  çox yönəldiyi  turizm bazalarıdır.  Xidmətin səviyyəsi,  əlavə 
xidmətlərin  sayı  və  keyfiyyəti  həddən  çox  aşağıdır.  Yalnız 
Quzerilp qəsəbəsində kiçik  şəxsi  mehmanxanalar və çox  yüksək 
qiymətləri  ilə  fərqlənən,  rayonun  yeganə  kateqoriya  almış 
(üçulduzlu) «Enektur» mehmanxanası  istisnalıq təşkil edir.
Birbaşa  yayla  rayonunda  «Armyanskiy»  (Armyanka  çayının 
yuxarılarındakı  yerlər),  «Fişt»  (Fişt  dağının  ətəyində),  «Tsitse» 
(Tsitse  çayının  yuxarılarındakı  yerlər),  «Partizanskiy»  (Partizan- 
skiy talasında) sığınacaqları yerləşmişdir.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev____________________ 221


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə