Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə224/232
tarix25.08.2018
ölçüsü4,02 Mb.
#64133
1   ...   220   221   222   223   224   225   226   227   ...   232

Fərhad Mehdiyev

488

- attestasiyanın nəticələri;

-  müvafiq  vəzifənin  tələblərinə  uyğun  olaraq  təkrar  hazırlıq  keçilməsi  və

ixtisasın artırılması.

Müsahibənin  nəticələrinə görə  müvafiq  inzibati  vəzifənin  tutulması  barədə

qərar qəbul edilir. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda,

dövlət  orqanı  rəhbərinin  həmin  vəzifənin  müsabiqə  əsasında  tutulması  barədə

qərarı əsasında  Qanunun 28 -ci  maddəsində  nəzərdə  tutulmuş  dövlət  qulluğuna

qəbul qaydasında müsabiqə keçirilə bilər.

E. DÖVLƏT QULLUQÇULARININ İXTİSAS DƏRƏCƏSİ

1. Dövlət qulluqçularının ixtisas dərəcələri

Dövlət  qulluqçusunun  ixtisas  dərəcəsi  onun  ixtisas  səviyyəsini  göstərir,

dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və

sosial təminatlar dan istifadə etmək hüququ verir.



İnzibati vəzifələrin təsnifatına uyğun aşağıdakı ixtisas dərəcələri verilir:

-

inzibati  vəzifələrin  birinci  təsnifatı  üzrə –  həqiqi  dövlət  müşaviri,  1-ci



dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri ;

-

inzibati vəzifələrin  ikinci  təsnifatı  üzrə –  1-ci,  2-ci  və  3-cü  dərəcə



dövlət müşaviri, dövlət qulluğunun baş müşaviri ;

-

inzibati vəzifələrin üçüncü təsnifatı üzrə – 3-cü dərəcə dövlət müşaviri,



dövlət qulluğunun baş müşaviri və dövlət qulluğunun müşaviri ;

-

inzibati  vəzifələrin  dördüncü  təsnifatı  üzrə –  dövlət  qulluğunun  baş



müşaviri, dövlət qulluğunun müşaviri, və dövlət qulluğunun kiçik müşaviri

-

inzibati vəzifələrin beşinci təsnifatı üzrə – dövlət qulluğunun müşaviri,



dövlət qulluğunun kiçik müşaviri, və 1-ci dərəcə dövlət qulluqçusu;

-

inzibati  vəzifələrin  altıncı  təsnifatı  üzrə –  dövlət  qulluğunun  kiçik



müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu, və 2-ci dərəcə dövlət qulluqçusu;

-

inzibati  vəzifələrin  yeddinci  təsnifatı  üzrə –  1-ci  dərəcə  dövlət



qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu ;

-

inzibati  vəzifələrin  səkkizinci  təsnifatı  üzrə –  2-ci  dərəcə  dövlət



qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu ;


İnzibati hüquq

489

-

inzibati  vəzifələrin  doqquzuncu  təsnifatı  üzrə –  3-cü  dərəcə  dövlət



qulluqçusu, kiçik dövlət qulluqçusu.

Yardımçı vəzifələrdə isə verilən ixtisas dərəcələri belədir:

-

yardımçı  vəzifələrin  birinci  təsnifatı  üzrə —  dövlət  qulluğunun  baş



referenti, dövlət qulluğunun böyük referenti;

-

yardımçı  vəzifələrin  ikinci  təsnifatı  üzrə —  dövlət  qulluğunun  böyük



referenti, dövlət qulluğunun 1 -ci dərəcə referenti;

-

yardımçı  vəzifələrin  üçüncü  təsnifatı  üzrə —  dövlət  qulluğunun  1-ci



dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti;

-

yardımçı  vəzifələrin   dördüncü  təsnifatı  üzrə —  dövlət  qulluğunun  2-ci



dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti;

-

yardımçı  vəzifələrin  beşinci  təsnifatı  üzrə —  dövlət  qulluğunun  3 -cü



dərəcə referenti, dövlət qulluğunun kiçik referenti;

-

yardımçı  vəzifələrin altıncı  təsnifatı  üzrə —  dövlət  qulluğunun  kiçik



referenti.

2. İxtisas dərəcələrinin verilməsi

“Dövlət qulluğu haqqında” qanunda aparılan 2 iyun 2008 -ci il tarixli

dəyişikliklərlə  ixtisas  dərəcələrinin  verilməsində  müəyyən  dəyişikliklər

edilmişdir.  İxtisas  dərəcələri  yuxarıdakı  qaydada  dövlət  qulluqçusunun

ixtisasına,  tutduğu  vəzifəyə  və  qulluq  stajına  uyğun  olaraq, əvvəllər  verilmiş

dərəcə  nəzərə  alınmaqla  ardıcıl  verilir.  Dövlət  qulluqçusunun  qulluq  stajına

1991-ci il oktyab-rın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də

daxil edilir.

3-cü  dərəcə  dövlət  müşaviri  və  ondan  yuxarı  olan  ixtisas  dərəcələri

Azərbaycan  Respublikası  Konstitusiyasının  109 -cu  maddəsinin  24-cü  və  32-ci

bəndlərində nəzərdə tutulmuş qaydada verilir. Bu ixtisas dərəcəl əri alan dövlət

qulluqçusuna  müvafiq  hüquqi  akt  və  vəsiqə  verilir.  Dövlət  qulluğunun  baş

müşaviri  və  ondan  aşağı  olan  ixtisas  dərəcələri  müvafiq  dövlət  orqanının

rəhbəri tərəfindən verilir.

İnzibati  vəzifələrin  birinci  təsnifatı  istisna  olmaqla,  ikinci -üçüncü  təsnifat

inzibati  vəzifələri  tutan  dövlət  qulluqçusunun  həmin  təsnifat  üzrə  ixtisas

dərəcəsi alması üçün dövlət qulluğunda azı 10 il qulluq stajı, həmin təsnifatlara

daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.




Fərhad Mehdiyev

490

İnzibati  vəzifələrin  dördüncü-yeddinci  təsnifat  vəzifələri  tutan  dövlət

qulluqçusunun  həmin  təsnifat  üzrə  daha  yüksək  (növbəti)  ixtisas  dərəcəsi

alması  üçün  müvafiq  vəzifə  də  daxil  olmaqla,  həmin  təsnifata  daxil  olan

vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır.

İxtisas  dərəcəsi  verilərkən  dövlət  qulluqçusunun  peşəkarlığı  və  idarəçilik

təcrübəsi nəzərə alınır.

Müvafiq  inzibati  vəzifələr  üçün  (“müvafiq  vəzifə”  və  “müvafiq  vəzifədə”

dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında

tutduğu  dövlət  qulluğu  vəzifəs i  nəzərdə  tutulur)  müəyyən  edilmiş  ixtisas

dərəcələri  çərçivəsində  növbəti  ixtisas  dərəcəsi  almaq  üçün  aşağıdakılar

vacibdir:

-  dördüncü-altıncı  təsnifat  vəzifələri  üçün –  ixtisas  dərəcəsində  qulluq

müddəti 3 il təşkil etməlidir;

- yeddinci-doqquzuncu təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq

müddəti 2 il təşkil etməlidir.

Müvafiq  yardımçı  vəzifələr  üçün  müəyyən  edilmiş  ixtisas  dərəcələri

çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

-  birinci-üçüncü  təsnifat  vəzifələri  üçün –  ixtisas  dərəcəsində  qulluq

müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;

-  dördüncü-altıncı  təsnifat  vəzifələri  üçün –  ixtisas  dərəcəsində  qulluq

müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.

Dövlət  orqanlarında  dövlət  qulluqçularına  ixtisas  dərəcə lərinin  verilməsi

qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

"Dövlət  orqanlarında  dövlət  qulluqçularına  ixtisas  dərəcələrinin  verilməsi

Qaydaları" Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001 -ci il tarixli

Fərmanı ilə təs diq edilmişdir.

F. DÖVLƏT QULLUĞUNUN MADDİ TƏMİNATLARI

Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:

- dövlət  qulluqçusunun  layiqli  həyat  səviyyəsini  təmin  edən  dövlət

məvacibi və digər ödənişlər;

-

lazımi qulluq şəraiti;



-

haqqı ödənilən məzun iyyət;

-

dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə