Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə227/232
tarix25.08.2018
ölçüsü4,02 Mb.
#64133
1   ...   224   225   226   227   228   229   230   231   232

Fərhad Mehdiyev

496

tərkibini  müvafiq  dövlət  orqanının  rəhbəri  təsdiq  edir.  Attestasiya  zamanı

dövlət  qulluqçusunun  peşəkarlıq,  işgüzarlıq  və  mənəvi  keyfiyyətləri

qiymətləndirilir və onun tutduğu vəzifəyə uyğun gəlib -gəlmədiyi barədə nəticə

çıxarılır. Attestasiyanın əsas məqsədləri aşağıdakılardır:

-dövlət  qulluqçusunun  tutduğu  vəzifəyə  uyğun  gəlib -gəlmədiyinin

müəyyənləşdirilməsi;

-dövlət 


qulluqçusunun 

potensial 

imkanlarından 

istifadə 

etmək

mümkünlüyünün  aşkara  çıxarılması,  onun  peşə  səriştəliyini  artırmağa



stimullaşdırılması;

-dövlət  qulluqçusunun  təcrübə,  yenidənhazırlanma  və  ya  ixtisasartırma

keçməsinə zərurə t dərəcəsinin müəyyənləşdirilməsi.

Attestasiya  komissiyasının  üzvləri  tərəfindən  dövlət  qulluqçusuna  yalnız

tutduğu  vəzifəyə,  vəzifə  təlimatına,  ixtisasına  dair,  icra  etdiyi  işlər  və  onların

nəticələri  barədə,  habelə  tutduğu  vəzifəyə  uyğunluğunu  müəyyən  etmək  üçün

zəruri  olan  əmək  müqaviləsi  ilə  müəyyən  edilmiş  hüquqları,  qulluq

funksiyalarına  aid  olan  məsələlərlə  əlaqədar  suallar  verilə  bilər.  Attestasiya

olunan  dövlət  qulluqçusunun  siyasi  baxışlarına  və  etiqadına  görə

qiymətləndirilməsi yolverilməzdir.

Tutduğu vəzifədə 1 ildən az qulluq keçən, habelə staj və sınaq müddətində

olan  dövlət  qulluqçuları  növbəti  attestasiyadan  keçirilmirlər.  Uşağa  qulluq

etmək  üçün  məzuniyyətdə  olan  dövlət  qulluqçusu  qulluq  keçməsini  davam

etdirməyə  başladıqdan  sonra  bir  ildən

tez  olmayaraq  attestasiyadan

keçməlidirlər.

Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı digər üç komissiya

üzvündən ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Tərkibi vaxtaşırı

dəyişən attestasiya komissiyasına yüksək ixtisaslı müt əxəssislər, elmi ekspertlər

daxil edilə bilərlər.

Attestasiyadan  keçməli  olan  hər  bir  dövlət  qulluqçusuna  attestasiyanın

başlanmasına ən  azı  2  həftə  qalmış  onun  bilavasitə  rəhbəri  tərəfindən

hazırlanmış  xidməti  xasiyyətnamə  verilir  və  həmin  dövlət  qulluqçusu  ona

verilən xasiyyətnamə ilə tanış olmalıdır. Xasiyyətnamədə dövlət qulluqçusunun

xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri,

keçən  dövr  ərzindəki  işinin  nəticələri  göstərilir.  Sonrakı  attestasiyalarda

komissiyaya habelə əvvəlki attestasiyanın attestasiya vərəqəsi təqdim edilir.

Dövlət  qulluqçusunun  attestasiyasının  nəticələri  əsasında  attestasiya

komissiyası aşağıdakı qiymətlərdən birini verir:



İnzibati hüquq

497

-tutduğu vəzifəyə uyğun gəlir;

-işini  yaxşılaşdırsa  və  komissiyanın tövsiyələrini  yerinə  yetirsə,  bir

ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir;

-tutduğu vəzifəyə uyğun gəlmir.

Attestasiya  komissiyası  attestasiyanın  nəticələri  əsasında  ayrı-ayrı  dövlət

qulluqçularının  qazandıqları  müvəffəqiyyətlərə  görə  mükafatlandırılması,  irəli

çəkilmək  üçün  ehtiyat  kadrlar  siyahısına  daxil  edilməsi,  attestasiyadan  keçən

dövlət qulluqçularının təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçməsi,

qulluq  fəaliyyətinin,  işinin  nəticələrinin  yaxşılaş dırılması,  aşağı  vəzifəyə

keçirilməsi  və  ya  tutduğu  vəzifədən  azad  edilməsi  haqqında  tövsiyələr  verə

bilər. Bu halda komissiya irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.

Dövlət  qulluqçusunun  fəaliyyətinə  verilən  qiymət  və  komissiyanın

tövsiyələri  attesta siyadan  keçən  dövlət  qulluqçusunun  iştirakı  olmadan  açıq

səsvermə  yolu  ilə  qəbul  edilir.  Attestasiya  və  səsvermə  attestasiya

komissiyasının  üzvlərinin  ən  azı  üçdə  iki  hissəsinin  iştirakı  ilə  keçirilir.

Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir.  Səslər bərabər olduqda,

attestasiyadan  keçən  dövlət  qulluqçusu  tutduğu  vəzifəyə  uyğun  gələn  sayılır.

Attestasiya komissiyasının üzvü olan dövlət qulluqçusu attestasiyadan keçərkən

səsvermədə  iştirak  etmir.  Attestasiyanın  nəticələri  səsvermədən  dərhal  sonr a

dövlət qulluqçusuna bildirilir.

Attestasiya  komissiyasının  verdiyi  qiymət  əsas  götürülərək,  tövsiyələr

nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq ayrı -ayrı dövlət

qulluqçularının  qazandıqları  müvəffəqiyyətlər  müqabilində  mükafatlan-

ırılması,  dövlət  qulluqçusunun  irəli  çəkilmək  üçün  ehtiyat  kadrlar  siyahısına

daxil  edilməsi,  yuxarı  vəzifəyə  keçirilməsi,  xidməti  fəaliyyətlə  bağlı  təcrübə,

yenidənhazırlanma  və  ixtisasartırma  keçməsi,  attestasiyanın  nəticələrinə  görə

tutduğu  vəzifəyə  uyğun gəlmədiyi  aşkara  çıxan  dövlət  qulluqçusunun  aşağı

vəzifəyə  keçirilməsi  və  ya  tutduğu  vəzifədən  azad  edilməsi  haqqında  qərarlar

dövlət  qulluqçusunun  qulluq  keçdiyi  dövlət  orqanının  rəhbəri  tərəfindən  qəbul

edilir. Bu qərarlar dövlət qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən

geci  2  ay  müddətində  qəbul  edilir.  Bu  müddət  keçdikdən  sonra  attestasiyanın

nəticələri  əsasında  dövlət  qulluqçusunun  aşağı  vəzifəyə  keçirilməsi  və  ya

tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.

Dövlət  qulluqçusu  qulluqda  yüksəliş  yolu  ilə,  habelə  müsahibə  və  ya

müsabiqə  nəticəsində  dövlət  qulluğunda  irəli  çəkilə  bilər,  yəni  karyera  edə

bilər.  Dövlət  qulluğunda  irəli  çəkilmək  hüququ  dövlət  qulluqçularının  öz

vəzifələrini müvəffəqiyyətlə və vicdanla yeri nə yetirməsi, vakant vəzifə olması,




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə