Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə228/232
tarix25.08.2018
ölçüsü4,02 Mb.
#64133
1   ...   224   225   226   227   228   229   230   231   232

Fərhad Mehdiyev

498

habelə vakant vəzifənin tələblərinə uyğun olaraq təcrübə, yenidənhazırlanma və

ixtisasartırma  keçməyin  nəticələri  nəzərə  alınmaqla  həyata  keçirilir.  Dövlət

qulluğunda  irəli  çəkilmək  hüququ  verən  qanun  maddələri  təhlil  edildikdə

Azərbaycanda  tətbiq  olunan  dövlət  qulluğu  sisteminin  açıq  sistem  deyil,

karyera sistemi olduğu görsənir. Fikrimizcə karyera sistemi açıq dövlət qulluğu

sisteminə  görə  peşəkar  dövlət  qulluqçularının  formalaşmasına  şərait  yaradan

daha mütərəqqi sistemdir.



4. Dövlət qulluğuna xitam verilməsi

2  iyun  2008-ci  il  tarixli  624-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının

Qanunu  ilə  dövlət  qulluğuna  xitam  verilmə  qaydaları  dəyişdirilmişdir.  Yeni

redaksiya olunmuş “Dövlət qulluğu haqqında” qanuna əsasən dövlət qulluğuna

aşağıdakı əsaslarla xitam verilə bilər:

-dövlət qulluqçusunun öz arzusu ilə;

-dövlət orqanı ləğv edildikdə;

-dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;

-qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə;

-bu  Qanuna  uyğun  olaraq  yaradılmış  attestasiya  komissiyası  tərəfindən

peşəkarlıq,  işgüzarlıq  və  mənəvi  keyfiyyətləri  səviyyəsinin  kifayət  dərəcədə

olmadığına  görə  dövlət  qulluqçusunun  tutduğu  vəzifəyə  uyğun  gəlmədiyi

barədə  verilmiş  qiymət  və  tövsiyələr  əsasında  dövlət  qull uqçusunun  qulluq

keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müvafiq qərar qəbul edildikdə;

-qanuna uyğun olaraq dövlət qulluğundan azad edildikdə;

-Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;

-qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçil dikdə, habelə hakim

təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə;

-qanunvericilikdə  daha  uzun  müddət  müəyyən  edilməyibsə,  əmək

qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar

dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;

-məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli

məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

-dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin

düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə.

Dövlət  qulluqçusu  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  pensiya  yaşına

çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə



İnzibati hüquq

499

uyğun  olaraq  digər  pensiya  növünün  təyin  edilməsindən  asılı   olmayaraq,

ümumi  qaydada  hesablanmış  aylıq  pensiyasının  6  misli  məbləğində  birdəfəlik

haqq verilir və bu məbləğdən vergi tutulmur.

Dövlət  orqanı  rəhbərinin  dövlət  qulluğunu  davam  etdirmək  barədə  qərarı

olarsa,  dövlət  qulluqçusu  öz  arzusu  ilə  dövlət  qulluğundan  çıxmaq  barədə

ərizəni  verdiyi  gündən  1  ay  ərzində  dövlət  qulluğunu  davam  etdirməlidir.

Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq

1 ay müddətinədək uzadıla bilər.

H. DÖVLƏT QULLUQÇULARININ ETİK DAVRANIŞ QAYDALARI

VƏ MƏSULİYYƏTİ

Dövlət  qulluqçularının  öz  xidməti  vəzifələrini  yerinə  yetirərkən  etik

davranış  qaydaları  çərçivəsində  qalmaları  vacibdir.  Dövlət  qulluqçularının  öz

vəzifələrini  yerinə  yetirməmələri  və  ya  lazımınca  yerinə  yetirməmələri  mütləq

məsuliyyət tədbirlərinin yerinə yetirilməsi ilə müşayiət olunmalıdır.

Dövlət  qulluqçularının  işləyib  hazırladıqları  və  qəbul  etdikləri  qərarlar

məqsədəuyğun  olub,  qanunçuluq  prinsipinin  və  idarəetməyə  dair  hüquqi

aktların  müddəalarının  müvafiq  tələblərinə  cavab  verməlidir.  Dövlət

qulluqçularının etik davranış qaydalarından kənara çıxmaları, səriştəsiz qərarlar

qəbul  etmələri  ictimai  münasibətlərə  ziyan  vura  bilər.  Dövlət  qulluqçularının

onlara  həvalə  edilmiş  vəzifələri  icra  etməməsinə  görə,  yaxud  lazımınca  icra

etməməsinə görə, vəzifə səlahiyyətlərini aşmasına görə, eləcə də dövlət qulluğu

haqqında qanunvericilik aktlarında dövlət qulluğu ilə bağlı müəyyənləşdirilmiş

məhdudiyyətlərə  əməl  olunmamasına  görə  dövlət  qulluqçusuna  qarşı  intizam

tənbehləri tətbiq edilə bilər.

1. Dövlət qulluqçularının etik davranış qaydaları

Dövlət  qulluqçularının  etik  davranış  qaydaları  31  May  2007 -ci  ildə  qəbul

edilmiş “Dövlət  qulluqçularının  etik  davranış  qaydaları  haqqında”  qanunla

tənzimlənir. Qanunun əsas məqsədi aşağıdakılardır:

-

dövlət  orqanlarının  və  dövlət  qulluğunun  nüfuzunun  artırılması,



vətəndaşların  dövlət  orqanlarına  və  dövlət  qulluqçularına  etimadının

yüksəldilməsi;

-

dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və



şəffaflığın artırılması;


Fərhad Mehdiyev

500

-

dövlət



orqanlarında 

korrupsiyanın 

və 

dövlət 


qulluqçularının

fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;

-

dövlət  qulluqçuları  tərəfindən  etik  davranış  qaydalarına



əməl

olunmasının təmin edilməsi;

-

dövlət  qulluqçularından  gözlənilən  davranış  barəd ə  vətəndaşların



məlumatlandırılması;

-

dövlət 



orqanlarının 

və 


dövlət 

qulluqçularının 

fəaliyyətinin

qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.

“Dövlət  qulluqçularının  etik  davranış  qaydaları  haqqında”  qanunda

dövlət  qulluqçuları  üçün  etik  davranış  qaydaları  müəyyənləşdirilmişdir.

Onlardan bəziləri aşağıda verilmişdir:

-

Vicdanlı  davranış: Şəxsin,  cəmiyyətin  və  dövlətin  maraqları  naminə

dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludurlar.

-

Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

-

Loyallıq: Dövlət  qulluqçusu  onun  xidməti  vəzifəsinə  aid  olmadığı

hallarda,  dövlət  orqanlarının,  onların  rəhbərlərinin  fəaliyyəti  ilə  əlaqədar

(qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxış lardan

və  onların  fəaliyyətinə  ictimai  qiymət  verilməsindən  çəkinməlidir.  Bu  qayda

dövlət  qulluqçusunun  elmi-pedaqoji  fəaliyyəti  ilə  bağlı  çıxışlarına  və  ya  elmi

yazılarına şamil olunmur.

Dövlət  qulluqçusu  dövlət  qulluğu  ilə  bağlı  vəzifələrin  icrası  ilə  bi r  araya

sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu

aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

-

İctimai etimad: Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət

orqanının  və  dövlət  qulluğunun  nüfuzunu  möhkəmlənd irməyə,  öz  adını  və

şərəfini  uca  tutmağa  borcludur.  Dövlət  qulluqçusu  etik  davranış  qaydalarının

onun  tərəfindən  pozulması  nəticələrini  aradan  qaldırmağa,  o  cümlədən  ictimai

etimadın  bərpası  üçün  tədbirlər  görməyə  borcludur.  Dövlət  qulluqçusu  dövlət

orqanlarının  və  onların  vəzifəli şəxslərinin  fəaliyyəti  barədə  ictimaiyyəti

məlumatlandıran  kütləvi  informasiya  vasitələri  nümayəndələrinin  qanunla

müəyyən  edilmiş  hallarda  və  qaydada  doğru  (dürüst)  məlumatlar  almasına

köməklik göstərməlidir.

- Mədəni davranış: Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa

və  yuxarı  rəhbəri  ilə  və  ya  tabeliyində  olan şəxslərə  münasibətdə  nəzakətli,

xeyirxah, diqqətli və səbrli olmalıdır.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə