Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə229/232
tarix25.08.2018
ölçüsü4,02 Mb.
#64133
1   ...   224   225   226   227   228   229   230   231   232

İnzibati hüquq

501

-

Qərəzsizlik: Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və

ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə,

dilinə,  cinsinə,  sosial  mənşəyinə,  əmlak  və  qulluq  vəziyyətinə , əqidəsinə,

ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya

şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin

yaradılmasına yol verməməlidir. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə

yeritirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

-

Maddi  və  qeyri-maddi  nemətlərin,  imtiyazların  və  ya  güzəştlərin

əldə  edilməsinə  yol  verilməməsi:  Dövlət  qulluqçusunun  qanunsuz  olaraq

maddi  və  qeyri -maddi  nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  əldə  etməyə

yönəlmiş  hərəkətlər  (hərəkətsizlik)  etməsi  və  ya  qərarlar  qəbul  etməsi

qadağandır.



- Korrupsiyanın  qarşısının  alınması  : Dövlət  qulluqçusuna  qanunsuz

maddi  və  qeyri-maddi  nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  təklif  olunduğu

hallarda,  dövlət  qulluqçusu  onlardan  imtina  etməlidir.  Maddi  və  qeyri -maddi

nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  dövlət  qulluqçusuna  ondan  asılı  olma yan

səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi

və  qeyri -maddi  nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  dövlət  qulluqçusunun

qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

-

Hədiyyə  alma  ilə  əlaqədar  məhdudiyyət lər:  Dövlət  qulluqçusu

xidməti  vəzifələrinin  qərəzsiz  icrasına  təsir  edə  bilən  və  ya  bu  cür  təsir

təəssüratı  yaradan,  və  ya  onun  vəzifələrinin  icrası  müqabilində  mükafat

qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya

digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə

bağlı  və  dəyəri  “Korrupsiyaya  qarşı  mübarizə  haqqında“  Qanunda  nəzərdə

tutulmuş  məbləğdən  yuxarı  olmayan  hədiyyələrin  təqdim  olunduğu  hallara

şamil edilmir.



- Əmlakdan  istifadə:

Dövlət  qulluqçusu  istifadəsində  olan  dövlət

əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya

sistemlərindən,  nəqliyyat  vasitələrindən  və  digər  maddi-texniki  təchizat

avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir. Dövlət qulluqçusuna

dövlət  əmlakından,  maliyyə  vəsaitlərindən,  rabitə,  kompyüter  və  digər

kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki

təchizat  avadanlıqlarından  şəxsi  maraqları  naminə,  habelə  həmin  dövlət

qulluqçusu  tərəfindən  xidməti  vəzifələrinin  icrası  ilə  əlaqədar  olmayan  digər

məqsədlər üçün istifadə etməsi qadağandır.




Fərhad Mehdiyev

502

-  Məlumatlardan  istifadə: Dövlət  qulluqçusu  xidmət  etdiyi  dövlət

orqanının  sərəncamında  olan  məlumatların  qanunvericiliklə  müəyyən  olunmuş

qaydada əldə  olunması və  yayılması  mümkünlüyünü  təmin  etməlidir.  Dövlət

qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim

edilməsi  qaydalarına əməl  etməlidir.  Dövlət  qulluqçusu  xidməti  fəaliyyəti

zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifa də edə bilməz.



-

İctimai  və  ya  siyasi  fəaliyyət: Qanunvericiliklə  başqa  qayda  nəzərdə

tutulmamışdırsa,  dövlət  qulluqçusu  ictimai  və  ya  siyasi  birliyə  üzv  olmaq

hüququna malikdir. Başqa bir sözlə, dövlət qulluqçusu artıq siyasi partiya üzvü

ola  bilər,  halbuki  bir  çox  qərb  ölkəsində  bu  qadağandır  (tərəfsizliyini  təmin

etmək üçün). Lakin dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud

ictimai və  ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və

obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

Etik  davranış  qaydalarının  pozulması  halında,  dövlət  qulluqçusu  intizam

məsuliyyətinə  cəlb  oluna  bilər.  Bu  məsələdə  səlahiyyət  iyerarxiya  rəisinə  aid

olacaqdır.  Dövlət  qulluqçusunun  intizam  məsuliyyətinə  cəlb  edilməsi

qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  və  müddətdə  həyata  keçirilir.

Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

-  Qanunun  müddəalarının  dövlət  qulluqçusu  tərəfindən  pozulması  barədə

hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın veril məsi;

-

kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən Qanunun



müddəalarının  pozulması  və  maraqların  toqquşmasına  yol  verilməsi  barədə

məlumatın dərc edilməsi.

-  İntizam  icraatı  zamanı  dövlət  qulluqçusu  tərəfindən  yol  verilən  hüquq

pozuntusunda  cinayət  tərkibinin  əlamətləri  aşkar  edildikdə,  həmin  əlamətləri

aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat

verməlidir.



2. Dövlət qulluqçularının məsuliyyəti

Dövlət  qulluqçuları  hakimiyyət  səlahiyyətlərindən  istifad ə  etdikləri  üçün,

bu  hal  sui-istifadə  və  özbaşınalığa  şərait  yaradan  amildir.  Hüquqi  dövlət

prinsipi də bunun qarşını alacaq mexanizmlərin olması tələb edir. Bu məsələdə

bunlardan  ilki  dövlət  qulluqçularının  məsuliyyət  daşımaları,  digəri  isə effektiv

məsuliyyət mexanizminin müəyyən edilməsidir.

Dövlət qulluqçularıının vəzifələrini lazımi qaydada yerinə yetirməmələri ilə

və  səlahiyyətlərindən  sui -istifadə  ilə  bağlı  müxtəlif  növ  məsuliyyətləri  yarana




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə