Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə231/232
tarix25.08.2018
ölçüsü4,02 Mb.
#64133
1   ...   224   225   226   227   228   229   230   231   232

Fərhad Mehdiyev

506

başqa  qanunvericilik  aktları  və  bələdiyyənin  nizamnaməsi  ilə  tənzimlənir.

Qanuna görə:

Bələdiyyə  qulluğu -  yerli  özünüidarə  orqanlarının  səlahiyyətlərini  icra

etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir.

1. Bələdiyyənin icra aparatı

“Bələdiyyə qulluğu haqqında” Qanunun 3-cü maddəsində bələdiyyənin icra

aparatının  strukturu  izah  olunur.  Bələdiyyənin  icra  aparatı  bələdiyyənin

sədrindən,  onun  “Bələdiyyələrin  statusu  haqqında”  Azərbaycan  Respublikası

Qanunu  və  bələdiyyənin  nizamnaməsi  ilə  müəyyən  edilmiş  qaydada

formalaşdırdığı  struktur  bölmələrdən  və  başqa  icra  strukturlarından  ibarətdir.

Bələdiyyənin  icra  aparatının  strukturunu,  ştat  cədvəlini  və  saxlanması  xərcləri

smetasını  bələdiyyə  (seçilmiş  bələdiyyə  üzvlərinin şurası)  təsdiq  edir.

Bələdiyyənin icra apar atına rəhbərliyi bələdiyyənin sədri həyata keçirir.

Bələdiyyə  icra  aparatının  tərkibi  bələdiyyənin  fəaliyyət  göstərdiyi  əraziyə

və  konkret  iş  vəziyyətinə  uyğun  olaraq  bələdiyyənin  nizamnaməsi  ilə  nəzərdə

tutulmuş  qaydada  və  sayda  idarə  rəisləri  və  rəis  müavinləri, şöbə  müdirləri  və

müdir müavinləri, mütəxəssislər, müfəttişlər və başqa işçilərdən təşkil olunur.

2. Bələdiyyə qulluğunun təşkili

Bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri

bələdiyyə  qulluğu  ilə  bağlı  təşkilati rəhbərliyi  həyata  keçirir  və  aşağıdakı

vəzifələri daşıyırlar:

-

Qanunun yerinə yetirilməsinə nəzarət;



-

ixtisasartırma sahəsində işin təşkili;

-

bələdiyyə qulluqçularının yerdəyişməsinə dair təkliflər verilməsi;



-

bələdiyyənin qəbul etdiyi qərarların icra edilməsi.

Yerli əhaliyə  xidmət,  iqtisadi  və  sosial  inkişaf  proqramlarını  həyata  keçir -

mək üçün yaradılan icra strukturlarının rəhbərləri bələdiyyənin qərarına əsasən,

başqa işçilər isə bələdiyyə sədrinin əmri ilə təyin edilir.

Bələdiyyə  qulluğuna  daxil  olmaq  üçün,  dövlət  qulluğunda  olduğu  kimi,

qanunvericiliklə  imtahan  sistemi  nəzərdə  tutulmayıb.  Lakin  müasir

dövlətlərdəki  praktikanı  nəzərə  alsaq,  demək  mümkündür  ki,  ölkəmizdə  də

bələdiyyə  qulluğuna  girmək  üçün  mərkəzi  imtahan  sistemi  nə  vaxtsa  tətbiq

olunacaq.  Bu,  şəffaflığın  təmin  edilməsi  və  idarəetmənin  səmərəliliyin




İnzibati hüquq

507

artırılmasında  daha  effektiv  metoddur.  Hal  hazırda  isə  bələdiyyə  qulluğuna

girmə uyğun bələdiyyənin/sədrin adına yazılan ərizə üzrə həyata keçirilir.

B. BƏLƏDİYYƏ QULLUQÇUSU

Bələdiyyə  qulluqçusu  isə  yerli  özünüidarə  orqanlarında  təyin  olunmaqla

vəzifə  tutan  və  ödənişli əsaslarla  xidmət  göstərən şəxs  hesab  edilir.  Bələdiyyə

üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan

vəzifələri  yerinə  yetirən şəxslər   bələdiyyə  qulluqçusu  hesab  edilmirlər.

Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz.



1. Bələdiyyə qulluqçularının statusu

Bələdiyyə  qulluqçusunun  hüquqi  statusuna  adətən  qulluqçunun  öz

funksiyalarını  yerinə  yetirmək  üçün  verilmiş  hüquq  və  vəzifələrinin  cəmi

kimi baxılır.

“Bələdiyyə  qulluğu  haqqında”  Qanunun  6-cı  maddəsinə  əsasən,  bələdiyyə

qulluqçularının aşağıdakı hüquqları vardır:

-

işə  qəbul  etmək  və  işdən  azad  etmək  səlahiyyəti  olan  vəzifəli



şəxsdən  xid-məti  vəzifələrinin  yazılı  surətdə  təsbit  edilməsini  və  onların

həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını tələb etmək;

-

vəzifə  səlahiyyətlərinin  yerinə  yetirilməsi  üçün  Azərbaycan



Respublika-sının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  uyğun

orqanlardan, idarə, təşkilat və  vətəndaşlardan zəruri  məlumat və sənədləri

almaq;

-

səlahiyyətləri daxilində məsələlərin baxılmasında və onların həlli ilə



əlaqədar qərar qəbul edilməsində iştirak etmək;

-

həmkarlar ittifaqı yaratmaq, onlara daxil olmaq və təmsil etmək;



-

ixtisas dərəcəsini və peşə hazırlığını artırmaq;

-

bələdiyyə qulluğunun təkmilləşdirilməsi üzrə təkliflər vermək;



-

öz hüquq və azadlıqlarının müdafiəsinin təminatını tələb etmək.

Bələdiyyə qulluqçularının vəzifələri aşağıdakılardan ibarətdir:

-  öz fəaliyyətlərində qanunvericiliyə əməl etmək;




Fərhad Mehdiyev

508

-  vətəndaşların,  müəssisə,  idarə  və  təşkilatların  müraciətlərinə

səlahiyyətləri çərçivəsində və qanunvericilik ilə müəyyən edilmiş qaydada

baxmaq;


rəhbərliyin 

«Bələdiyyələrin 

statusu 


haqqında» 

Azərbaycan

Respublikasının  Qanunu,  «Bələdiyyə  qulluğu  haqqında»  Qanun,

Azərbaycan Respublikasının başqa qanunvericilik aktları və bələdiyyələrin

nizamnaməsi  ilə  müəyyən  edilmiş  səlahiyyətləri  çərçivəsində  qəbul  etdiyi

qərar və sərəncamları yerinə yetirmək;

- əmək və icra intizamına əməl etmək;

-  yerli  icra  hakimiyyətinin  uyğun  strukturları  ilə  fəaliyyətlərini

əlaqələndirmək  və  yerli  problemlərin  həllində  qarşılıqlı  fəaliyyət

göstərmək.



2. Bələdiyyə qulluğu ilə bağlı qadağalar

Bələdiyyə  qulluqçuları  üçün  qulluqla  ba ğlı  aşağıdakı  qadağalar  nəzərdə

tutulur:

-  qanunverici,  icra  və  məhkəmə  orqanlarında  vəzifə  tutmamalı, habelə

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" AR Qanununun 21.3-cü

maddəsinə  müvafiq  olaraq  AR Mərkəzi  Bankının  İdarə  Heyətinin  üzvü

olmalıdır;

-

vəzifəsinin icrası ilə bağlı ona bəlli olan məlumatdan xidməti vəzifədən



kənar məqsədlər üçün istifadə etməməlidir.

3 . Bələdiyyə  qulluqçusunun  iş  vaxtı,  məzuniyyəti,  pensiyası  və  digər

sosial təminatları

Bələdiyyə  qulluqçularının  iş  vaxtı,  məzuniyyəti,   pensiyaların  və  başqa

müavinətlərin  təyin  edilməsi  və  verilməsi  qaydası  və  digər  sosial  təminatları

qanunvericilikdə  dəqiq şəkildə  tənzimlənmədiyi  üçün  ümumi  əsaslara  görə

müəyyən edilməlidir.

Belə  ki  bələdiyyə  sədrinin  və  bələdiyyə şurasının  üzvlərinin  s tatusu

Nizamnamə  ilə  müəyyən  edilməlidir.  Bələdiyyənin  vəzifəli şəxslərinin  statusu

Nizamnamə  və  ya  digər  bələdiyyə  aktı  ilə  tənzimlənə bilər.  Vəzifəli şəxslərin

statusu

və 


işçilərin 

statusu


ayrıca 

tənzimlənmədiyi 

halda 

əmək


qanunvericiliyinə görə müəyyən olunmalıdır.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə