Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə56/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
matların  məqsədi  bazarın  formalaşmasının  qanunauyğunluğunu  və  inkişaf 
təmayüllərini  öyrənməkdir.  Konyunktura  proqnozu  bazarın  inkişafının 
perspektivliyini  və turist  müəssisəsinin  taktika  və  strategiyasını təyin etmək 
üçün istifadə olunur. Verilən proqnozların keyfiyyəti aparılan müşahidələrin 
dəqiqliyindən,  analizlərin  dərinliyindən,  faktlara  verilən  qiymətlərdən  və 
konyunkturanın inkişafından asılıdır. 
3.
 
Tufist bazarının Jwcminin təyin olunması 
Bazarın həcmi bazarda müəyyən müddətdə satılan turist xidmətlərinin və 
mallarının miqdarı ilə ölçülür. Bazarın həcmi orada işləməyin mümkün olub 
və  ya  olmamasını  göstərir.  Bəzən  bazarın  həcmini  bazarda  alış-veriş 
əməliyyatlarında  iştirak  edən  turistlərin  sayı  və  turist  xidmətlərinin 
satılmasından əldə olunan gəlirin miqdarı ilə də ölçürlər. Bazarın həcmini və 
onun  dəyişmə  təmayüllərini  öyrənərək  firma  hər  hansı  bir  bazarın,  onun 
iştirakı üçün perspektivli olmasını təyin edir. Əgər bazarın həcmi ba- lacadırsa. 
böyük  imkanları  olan  firmanın  orada  iştirakına  lüzum  yoxdur;  bazara  daxil 
olmada firmanın xərcləri ola bilsin ki, özünü doğrultmadı. 
Bəzən belə də ola bilər ki. böyük həcmdə olan bazara daxil olmaq o qədər 
də səmərəli olmur. Belə bazarda rəqabət çox qüvvətli olur. Bazarın başqa bir 
göstəricisi də bazarda fəaliyyət göstərən firmanın payıdır, yəni ki, tutumudur. 
Bazarda tutum (pay) nə qədər böyük olarsa, gəlir bir o qədər də çox olar. Turist 
firmasının  praktikasında  mütləq  bazarın  həcmi  və  tutumu  haqqında 
məlumatların olması vacib sayılır. 
18.2.
 
TURİST MƏHSULU 
1. 
Turist məhsulunun strukturu 
Turist  bazarında  qazanılan  müvəffəqiyyətlər  məhsulun  cazibədarlı- 
ğından  asılıdır.  Turist  məhsulu  mürəkkəb  və  müxtəlif  elementlərin 
birləşməsindən əmələ gəlir: 
*
 
Turisti səyahətə sövq edən təbii sərvətlər, mədəni və tarixi abidələr
memarlıq nümunələri; 
*
 
Otellər, mehmanxanalar, restoranlar, istirahət ocaqları, səfərə çıxmaq 
qərarına gəlməkdə təsir göstərməsələr də. onlarsız səfər də baş tutmaz: 
*
 
Nəqliyyat vasitələri turistləri sürət yox. birinci növbədə qiymət cəhətdən 
maraqlandırırlar. 
Bura  məhsulun  keyfiyyəti  və  onun  satılmasından  əldə  olunan  gəlir 
arasında kompromis yaradan informasiya təchizatı da aiddir. 
1.^4 


T l! RI Z M 
Turist məhsulunu qiymətləndirəndə bilmək lazımdır ki, bu məhsul kimə 
lazımdır  və  onu  kim  alacaqdır?  Bu  suala  cavab  tapılandan  sonra,  yəni  artıq 
məhsulun kiməsə vacib olmasını aydınlaşdırdıqdan sonra, həmin adam alıcıya 
çevrilir. 
Marketinqin əsas vəzifəsi də elə odur ki, insanlara lazım olan malları və 
xidmətləri  lazım  olan  vaxtda,  lazım  olan  yerdə  və  lazım  olan  keyfiyyətdə 
(qiymətdə) təşkil et,sin. 
Turist müəssisələri hazırladığı məhsulların alıcılıq qabiliyyətini diqr qətlə 
öyrənməlidirlər.  Xüsusilə  məhsulun  üstünlüklərini  diqqət  mərkəzində 
saxlamalıdırlar. 
Məlumdur ki, təcrübədə əsas və əlavə turist xidmətləri anlayışı var. Əsas 
turist məhsulu standart turist xidmətlərinin, toplusu olur, bu toplu «pekidj tur» 
kimi  bir  paketdə  turistlərə  satılır.  Adi  malların  satışında  olduğu  kimi  turist 
məhsulu üç səviyyədə olur; ümumi ideyası olan məhsul, real hazırlanmış və 
keyfiyyətli məhsul. 
Hər hansı bir turist məhsulunun əsasını hər hansı bir tələbatın ödənilməsi 
təşkil edir. Ona görə də. məhsulun özəyini, onun məzmununu açıqlayan ideya 
təşkil edir, yəni hər hansı bir problemin həllinə yönəlmiş, hər hansı bir tələbatın 
ödənilməsinə  istiqamətlənən  tədbir  olur.  Turist  məhsulunu  əldə  edən  turist 
faktiki nəyi alır? Faktiki olaraq o, əllə toxunub yoxlanılması mümkün olmayan 
məhsul alır. Onun aldığı şey özünün müəyyən tələbatının ödənilməsinə xidmət 
edir.  Belə  olduğu  halda,  turist  müəssisəsinə  öz  məhsulunu  tərifiəmək  yox. 
onun alıcıya verdiyi xeyirdən danışmaq daha sərfəlidir. Ona görə də. l №-li 
şəkildə. II səviyyədə turist məhsulunun turistə lazım olan və tələblərinə uyğun 
olan xüsusiyyətlər sadalanır: məhsulun keyfiyyəti, komfortluluğu. prestijliyi. 
iqtisadi cəhətdən sərfəli olması, təhlükəsizliyi, təəssürallı olması və s. 
III 
.\licilura t'östoriloiı vidıııotlarin kcvf:yy-*tlııi (|aldırmaq 
infonııa.siva 
TəlılUk<>si/.liyi 
Komfortlu olması 
Prcstijli olması 
II M.dısulun hazırlanması 
..S.ırr.ıli olması 
.>.>ssüratları 
Mohsuluıı 
ideyası 
cyfiyyal s.-)viyyəsi 
.\iiciva m.)sl.ıh.ıtlXidniJtl.ıriıı 
operativliyi 
Şıtkil L
 Turist məhsulunun uç səviyyəsi 


YEGANLI S.T.. HACIYEV E. M. 
Üçüncü  səviyyə  məhsulun  imicinin  yaradılması  və  onun  mövqeyinin 
möhkəmləndirilməsidir.  Turist  müəssisəsi  öz  müştəriləri  ilə  səmimi  dostluq 
münasibətləri yaratmaq üçün onlara hərtərəfli yardımçı olmalı və az da olsa 
onlara  xeyir  verməyə  çalışmalıdır.  Bu  cür  dostluq  münasibətlərini  yaratmaq 
üçün  müştərilərə  keyfiyyətli  və  operativ  xidmətlər  göstərmək,  onlara  vaxtlı 
vaxtında operativ məlumatları çatdırmaq, məsləhətlər vermək və qeyri-formal 
ünsiyyət  münasibətləri  yaratmaq  lazımdır.  Turist  məhsulunun  mövqeyinin 
möhkəmlənməsi  yeni  müştərilərin  cəlb  olunmasına  və  köhnələrinin 
itirilməməsinə yardımçıdır. 
Məsələn, xidmətin keyfiyyətinin qaldırılması 
~ alıcının sorğusuna əsasən turun operativ təşkil olunması ilə: 
-
 
alıcıya diqqətli olmaqla, onun arzu və istəklərini operativ yerinə 
yetirməklə: 
~ təklif olunan turun öz həqiqi məzmununa uyğun gəlməsi ilə: 
-
 
kompleks xidmətlərin bütün komponentlərini müştəri ilə 
razılaşdırmaqla reallaşır. 
Baxmayaraq ki, informasiya xidmətləri turistlərə pulsuz göstərilir, turist 
müəssisələri onlarm vasitəsi ilə öz məlisullarmm çoxunu sata bilirlər. Məlumat 
materiallarının  olması  və  personalın  bu  materiallardan  xəbərdar  olması  və 
alıcılara operativ olaraq sözsüz çatdırılması turist məhsulunun bir hissəsidir. 
Turist  məhsulunun  mövqeyinin  möhkəmləndirilməsi,  müştərilərin 
davranışını diqqətlə izləməyi və ona uyğun hərəkət etməyi tələb edir. Rəqabət 
nöqteyi-nəzərindən  bu  cur  hərəkət,  turist  müəssisəsinə  öz  məhsulunun 
mövqeyini  möhkəmlətmək  və  onun  imicini  yaratmaq  üçün  yeni  imkanlar 
yaradır. 
2. Turist məhsulunun imicinin yaradılması 
Alıcıları  cəlb  etmək  və  bazarın  müəyyən  seqmentinin  tələblərini  tam 
ödəmək  turizm  marketinqinin  əsaslı  konsepsiyasıdır.  Turist  məhsulunun 
imicinin  yaradılması  müştərilərin  təsəvvüründə  turist  məhsulu  haqqında 
rəqiblərin  məhsulundan  fərqli  müsbət  rəy  yaratmaq  məqsədini  güdür.  Bu 
proses  hasil  olan  turist  məhsulunun  müsbət  cəhətlərini  göstərən  yaradıcı 
prosesdir.  Bu  yaradıcı  proses  zamanı  alıcının  şüuruna  təsir  göstərilir  ki,  bu 
məhsul  onun  çoxdan  axtardığı  və  ona  münasib  məhsuldur.  Hər  turist 
müəssisəsi hazırladığı məhsulun mənfi və müsbət cəhətlərini yaxşı bilir. Lakin 
məhsulu  qiymətləndirəndə,  ona  kənardan,  yəni  müştərinin  gözü  ilə  baxmaq 
lazımdır:  məhsulun  alıcı  üçün  qiyməti  nədədir?  Burada  məhsulun 
alınmasından, praktiki üstünlüyündən başqa, psixoloji qiyməti də nəzərdə 
156 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə