Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə63/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   113
 
Türk qəhvəsi 
500 illik tarixi olan türk qəhvəsinin hazırlanması və təqdim 
edilməsinin türk mətbəxində xüsusi yeri var. Türk qəhvəsi həm 
də gümrahlıq mənbəyidir. Türkiyədə qəhvə içmək ayin halına 
gətirilib. Türk qəhvəsinin özünəməxsus dadı, hazırlanma meto-
du digər qəhvə növlərindən fərqlənir. Onun yanında sizə stə-
kanda su da təklif ediləcək. Bu, hər udumdan sonra dad resep-


151 
torlarını təmizləmək üçündür. Türk qəhvəsi həzm prosesini də 
asanlaşdırır. Doyumlu yeməkdən sonra bir fincan türk qəhvəsi 
içə bilərsiniz. Türkiyədə heç vaxt becərilməyən bir məhsulun 
bu cür hazırlanması çox maraqlıdır. Gündə 1 fincan türk qəhvə-
si içmək bütün növ xərçəng xəstəliyinin qarşısını alır. Türk 
qəhvəsinin tərkibi antioksidantlarla (A.C.E) zəngindir. 
Türklər üçün qəhvənin bəzi özəllikləri var. Bir çox insan 
inanmasa belə, Türkiyədə qəhvə ilə fala baxmaq adət halını 
alıb. Qəhvə Türkiyədə elçilik rituallarının da unudulmaz bir 
parçasıdır. Közdə, ocaqda və qumda bişirilən qəhvə çox asan 
şəkildə hazır olur. 
Türklərin qəhvənin yanına qoyduğu suyun da özəl tarixi 
anlamı var. Osmanlı dönəmindən qalan bu adət indi də davam 
edir. O dövrlərdə evə gələn qonağa ilk olaraq qəhvə gətirilərək, 
yanına da bir stəkan su qoyurlarmış. Əgər qonaq ilk öncə suyu 
içərdisə, bu, onun ac olduğu anlamına gəlirdi. Dərhal süfrə qu-
rular, yeməklər hazırlanardı. Yox, əgər ilk olaraq qəhvəni içər-
disə, deməli, qonaq toxdur və sadəcə söhbət edərdilər. 
Yazılı mənbələrdə qeyd olunur ki, Osmanlı İmperatorlu-
ğunun qəhvə ilə tanışlığı XVI əsrdən başlanır. Bir iddiaya görə, 
qəhvə Türkiyəyə - İstanbula ilk dəfə 1554-cü ildə iki suriyalı 
tacir tərəfindən gətirilib. Digər iddiaya görə isə 1517-ci ildə Qa-
nuni Sultan Süleymanın Yəmən valisi Özdemir Paşa ləzzətinə 
heyran qaldığı üçün qəhvəni İstanbula gətirib. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə