XATİRƏ HƏSƏNOVA
DÜNYA XALQLARININ QİDA
MƏDƏNİYYƏTİ,
ADƏT VƏ ƏNƏNƏLƏRİ
(Dərs vəsaiti)
Bakı Qida Sənayesi Kollecinin Metodiki
Şurasının 02 may 2021-ci il tarixli
iclasının 5 saylı protokolu ilə təsdiq
edilmişdir
BAKI- 2021
2
Tərtib edən:
-
Azərbaycan Dövlət İqtisad Universiteti-
nin nəzdində Bakı Qida Sənayesi Kollecinin
“Humanitar fənlər” fənn birləşməsinin
müəllimi
Həsənova Xatirə Bəhram qızı
Rəy verən:
-
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Mühəndislik və tətbiqi elmlər” kafedrasının
dosenti, t.e.n.
Qədimova Natəvan Səfər qızı
“Dünya xalqlarının qida mədəniyyəti, adət və ənənələri”
fənni üzrə dərs vəsaiti
.
Bakı, 2021,
282 səh.
Qidalanma yalnız sosial yönümlü bir hadisədir və hər bir
xalqın qidalanması onun tarixi, iqlimi, yaşayış yeri ilə ayrıl-
maz surətdə bağlıdır. Dünya xalqlarının qida ənənələri yalnız
qlobal mədəniyyətin bir hissəsi kimi deyil, həm də turizm re-
sursları kimi qəbul ediməlidir.
Hal - hazırda dünya xalqlarının qida ənənələri və mədəniy-
yətlərindən, tarixi və mədəni abidələrindən, gündəlik həyatın
rituallarından alınan mədəni təəssüratların məcmusu şəklində
təqdim olunan və istehlak olunan mədəni qastronomik turizm
geniş inkişaf etmişdir. Planetdə mövcud olan etnosların prinsi-
pial fərqlərinə baxmayaraq, bütün xalqlar eyni məhsullardan
istifadə edir. Məhz bu məhsullar və onların emalı hər bir xalqın
qida mədəniyyətinin əsasıdır.
Bu dərslik təkcə dünya xalqlarının qida mədəniyyəti və
ənənələrini öyrənmir, həm də onu ümumdünya mədəniyyəti və
turizm qaynaqlarının bir hissəsi kimi araşdırır. Milli, dini tarixi
və təbii coğrafi şərait nəzərə alınmaqla dünya xalqlarının adət-
ənənələrinin və qida mədəniyyətinin formalaşmasının ümumi
prinsiplərini öyrənir.
Dərslik bizi Avropa, Amerika, Türkiyə,Yaxın Şərq, Asiya
xalqlarının milli mətbəx mədəniyyəti və qidalanma xüsusiy-
yətləri ilə tanış edir.
3
GİRİŞ
Son illər ölkəmizin vətəndaşlarının turist kimi xarici ölkə-
lərlə aktiv əlaqələri, müəssisələr arasında işgüzar münasibətlə-
rin genişlənməsi, Azərbaycan turistlərinin xarici ölkələrə axın
etməsi və eyni zamanda ölkəmizə gələn xarici turistlərin çox-
luq təşkil etməsi müxtəlif xalqların adət- ənənələrini, məişətini,
qidalanma mədəniyyətini öyrənməyə imkan verir.
Elmdə baş verən qloballaşma, yeni innovativ texnologiya-
lar, bank mühiti yəqinki bu kimi həssas olan sahələrə, məsələn,
dil, mədəni varislik və əlbəttə ki, adətlərə və qidalanma mədə-
niyyətinə toxunmayacaq.
Dünya xalqlarının qonaqpərvərliklə, qidalanma adətləri ilə
bağlı qanunlarını bilmək bu sahədə çalışan mütəxəssislər üçün
vacibdir. Dərslikdə kulinariya sənətində tanınmış dünya lider-
lərinin qidalanma mədəniyyəti və yemək vərdişləri haqqında
kifayət qədər dəqiq məlumat var. Bundan əlavə, Azərbaycan,
Avropa xalqlarının İtaliya, Fransa, Almaniya, İngiltərə və digər
ölkələrin mətbəxləri yer alır. Xüsusilə Yaponiya, Hindistan,
Koreya, Skandinaviya ölkələri, Aralıq dənizi, Slavyan xalqları-
nın qidalanma ənənələrinin xüsusiyyətlərinə əhəmiyyətli dərə-
cədə diqqət ayrılıb.
Gələcək mütəxəssislər bu dərslikdən dünya xalqlarının qi-
dalanma mədəniyyətinin tarixi ilə bağlı kifayət qədər bilik əldə
edəcəklər. Bu onlara qonaq qəbulunu təşkil edərkən özlərini
düzgün istiqamətləndirməyə kömək edəcəkdir. Bu bilikləri əldə
edən mütəxəssislər qonaqları qəbul edərkən səhvə yol vermi-
yəcəklər.
Müasir mehmanxana kompleksi biznes mərkəz kimi meh-
manxana daxil olmaqla, restoranlar, barlar, kafe, konfrans zal-
ları, bank filialları beynəlxalq konfransları, simpoziumları, fes-
tivalları təşkil etməyə imkan verir. Bu, şübhəsiz, tədbir iştirak-
çıları üçün müxtəlif növ xidmətlər təşkil etmək üçün əlveriş-
lidir. Bu zaman restoran xidməti hər bir mütəxəssis tərəfindən,
məsələn: aşpaz, ofisiant, menecer və digər işçilərə öz bacarığını
4
və qabiliyyətini göstərmək üçün ən yaxşı yerdir. Təcrübəli res-
toran işçisi xarici qonaqlar üçün gündəlik qida rasionunu şüur-
lu şəkildə onların milli və dini adətlərini nəzərə alaraq təşkil
edəcək.
Dünya xalqlarının qida mədəniyyəti və ənənələrinin xüsu-
siyyətlərini bilmək mütəxəssisə restoran və mehmanxana xid-
mətində xarici qonaqların düzgün yerləşməsi və qidalanması-
nın təşkil edilməsinə, səhvlərdən qaçmaq, qonaqların başqa öl-
kədə özünü komfortlu hiss etməyə imkan vermək üçün düzgün
qərarlar qəbul etməsinə kömək edəcəkdir.
Qonaqların yerli mətbəxlə ilk tanışlığı onların ölkəyə son-
rakı münasibətlərini müəyyənləşdirir. Özgə mədəniyyətlə ün-
siyyət, onun dilini öyrənmək, siyasi-iqtisadi vəziyyətini, dinlə
bağlı adətləri, ənənələri bilmək az vaxt tələb etmir.
Hər bir turist səyahət etdiyi ölkəyə gedərkən çalışır ki, o
ölkənin mədəniyyəti, adət-ənənələrini öyrənsin.O, ölkədən özü
ilə suvenirlər, çəkdirdiyi şəkillər və maddi mədəniyyətin əsas
hissəsi olan milli mətbəx haqqında xatirələr gətirsin.
Bu gün Azərbaycanda turizm sahəsində çox böyük canlan-
ma var. Ölkəmizə il boyu müxtəlif ölkələrdən turistlər gəlir.
Turistlərin maraq dairəsində olan mətbəximiz çox zəngin və
rəngarəngdir. Bu rəngarənglik regionlardan asılı olaraq özünü
göstərir. Bu bizə imkan verir ki, öz mədəniyyətimizi, musi-
qimizi, mətbəx mədəniyyətimizi təbliğ edək.
Bu dərslikdən istifadə edən tələbələr qidanın insan həya-
tında rolu, müxtəlif xalqların kulinariya mədəniyyəti, dinin
mətbəx mədəniyyətinə təsiri haqqında mövzularla tanış olacaq.
Bu dərslik “Sosial mədəni xidmət və Turizm”, ”Turizm”, “Tu-
rizm və Otelçilik”,”Mehmanxana-turist və sanatoriya komp-
lekslərində iaşə və serviz” ixtisası üzrə orta, ali təhsil alan
tələbələr üçün nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |