14
Tədricən barışmaz sinfi mübarizə azaldıqca, insanlarımızın
maddi vəziyyəti yüksəldikcə klassik etiket normaları yenidən
həyata qayıdırdı.
Son illər bazar münasibətlərinin formalaşması ilə bağlı
olaraq, dünyəvi davranışlar, xidmətin incəlikləri, nahar masa-
sının düzgün yerləşdirilməsi və s. bu kimi məsələlər aktuallıq
kəsb etməyə başlayır. Turizm biznesində etiket çox böyük əhə-
miyyət kəsb edir. Etiketin təqdim etdiyi davranış normaları
işgüzar mühitdə müsbət psixoloji mühitin yaranmasına səbəb
olur, biznesi yaxşı və uğurlu edir. Bu normaları gözləmədən
heç
bir siyasi, iqtisadi, mədəni əlaqələr qurula bilməz. Bir-
birinə hörmət etmədən, özünə hansısa məhdudiyyət qoymadan
mövcud olmaq, fəaliyyət göstərmək olmaz.
Etiketi bilməmək həssaslıq, özünəinamın olmamasına, söh-
bətin doğru olmayan istiqamətdə inkişafına və bu vəziyyətdə
təşəbbüskarlığın məhdudlaşmasına gətirib çıxarır. Bunun gələ-
cəkdə gətirə biləcəyi faydaları bilərək Yaponiya şirkətləri hər il
işçilərinə yaxşı davranış qaydaları, ünsiyyət üsulları öyrədir, bu
məsələ ilə bağlı öz işçilərinə məsləhət verir. Onlar etiketin
öyrənilməsinə yüz milyonlarla dollar xərcləyir. Onlar haqlı ola-
raq inanırlar ki, bu gün bu məqsədlə daha çox pul sərf etmək
lazımdır, çünki sabah öz potensial müştərilərini və satış bazar-
larını itirə bilərlər. İşçilərin səliqəsiz geyinməsi,
bir-biri ilə,
eyni zamanda müştərilərlə düzgün davranmaması, telefonla kü-
barca, təmkinlə ünsiyyət qura bilməməsi, işçi heyətin düzgün
seçilməməsi bəzən karyeranı çökdürür. Bu səbədən hər il nə
qədər pul itirilir. XIX əsrin ingilis yazıçısı Dj. Lebbok bu mü-
nasibətlə deyirdi: “Həyatda uğur qazanmaq üçün ünsiyyət iste-
daddan daha vacibdir”. İşgüzar etiket qaydaları iş adamlarının
iqtisadi, maliyyə maraqlarının yaxşılaşmasına kömək edir, xa-
rici tərəfdaşlarla işgüzar əlaqələrin qurulmasını təmin edir. Biz-
nes və ya işgüzar etiketi bilmək sahibkarlıq uğurunun tələbidir.
Deyl Karneqinin sözlərinə görə “Bir insanın maliyyə işində mü-
vəffəqiyyətinin 15 faizi onun peşəkar biliklərindən və 85 faizi isə
15
ünsiyyət qurma qabiliyyətindən asılıdır.
Etiket bir şəxsin necə
davranması lazım olduğunu göstərir.
Müasir etiket bütün xalqların keçmişindən süzülüb gələn
adət-ənənələrin, əxlaq normalarının bir varisi kimi çıxış edir.
Hər bir xalq etiket qaydalarına öz tarixi, mədəniyyəti, milli
adət-ənənələri ilə bağlı olaraq düzəlişlər, əlavələr edir.
Etiketin
bir neçə növü var ki, onlar bir-birindən fərqlənir.
Gəlin, onlara nəzər salaq:
- saray etiketi - Monarxların saraylarında müəyyən edilmiş
ciddi şəkildə mövcud olan qaydalar;
- diplomatik etiket - Müxtəlif diplomatik qəbullarda, gö-
rüşlərdə, danışıqlarda diplomatların davranış qaydaları;
- hərbi etiket - Hərbçilərin bütün fəaliyyət sferasını əhatə
edən orduda ümumilikdə qəbul edilmiş davranış qaydaları;
- ümumvətəndaş etiketi - Bu vətəndaşların ünsiyyət zama-
nı riayət etməli olduqları qaydalar, adətlər toplusudur.
- süfrə etiketi - Süfrə arxasında gigiyena, oturuş qaydaları,
masa dəstlərindən istifadə qaydalarını özündə ehtiva edir.
Masa ətrafında etiketin ümumi prinsipləri: ev sahibinə və
sahibəsinə,
şam yeməyinə, eləcə də masa ətrafında oturanların
estetik hissinə dözümlü münasibət və hörmət.
Ümumilikdə götürdükdə diplomatik, hərbi, ümumvətəndaş
etiketi bir-biri ilə üst-üstə düşür. Bunları bilmək, onlara əməl
etmək, təbii ki, xoşagəlməz hadisələrin meydana gəlməsinə
mane olur. İnsanın həyat tərzi dəyişdikcə, təhsili və mədəniy-
yəti inkişaf etdikcə davranış qaydaları da dəyişir.
Əvvəllər
düzgün olmayan davranış bu gün əksinə olaraq qəbul edilir.
Hər bir insan üçün etiketi bilmək şərt deyil. Əsas məsələ
ona əməl etməkdir. Buna əməl etmək hər bir insanın dünya-
görüşü, təhsili, tərbiyəsi ilə bağlıdır. Buna əməl edən insanlar
milliyyətindən, irqindən, təhsilindən asılı olmayaraq bütün cə-
miyyətlərdə müsbət qəbul edilir.
Təsadüfi deyil ki, Avropada
belə kişiləri centlmen adlandırırlar.
Müasir etiket insanların məişətdə, əmək fəaliyyətində, ic-
timai yerlərdə, küçədə, qonaqlıqda, müxtəlif tədbirlərdə, qəbul-
16
larda, mərasimlərdə, danışıqlarda davranışını tənzimləyir. Belə-
liklə, etiket ümuminsan mədəniyyətinin, əxlaqının ən böyük, ən
vacib hissəsidir. Bu min illər boyu bütün xalqların məişət, xe-
yirxahlıq, ədalət, insanlıq, gözəllik haqqında təəssüratlarını əks
etdirir.
Beləliklə, etiket öz qürurunu qoruyub saxlamağa,
mürəkkəb
konfliktlərdə belə öz ətrafındakılara hörmət etməyə sövq edir.
Dostları ilə paylaş: