Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


Qida və ya qida məhsulları



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə10/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   113
Qida və ya qida məhsulları
- orqanizmin ətraf mühitdən 
əldə etdiyi üzvi və qeyri-üzvi maddələr yığımıdır.
İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar 
orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral 
maddələr, vitaminlər və adi su ilə təmin etməlidir. Üzvi mad-
dələrə zülallar, yağlar, karbohidratlar, vitaminlər aiddir. Qeyri-
üzvi maddələrə isə mineral maddələr və su daxildir. 


19 
 
Üzvi maddələr
Zülallar
Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir 
və kəsmik də xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da 
çoxdur. Alimlər zülalı protein adlandırmışlar. Bu da «birinci 
yeri tutan» deməkdir. Zülallar orqanizmdə aşağıdakı fəaliyyət-
ləri tənzimləyir: 

Böyümə və yenilənmə 

Orqanizm hissələrinin yaradılması 

Enerji istehsalı 


20 

Hormon istehsalı 

Oksigenin qanda daşınması 
 
Yağlar
Yağlar müxtəlif olur: kərə yağı, mal piyi və s. Maye halın-
da olan bitki yağları da var, məsələn, zeytun yağı, pambıq yağı, 
günəbaxan yağı, badam yağı. Yağlar orqanizm üçün həm əsas, 
həm də ehtiyat enerji mənbəyidir. Karbon, oksigen və 
hidrogendən əmələ gəlib karbohidratlar ilə oxşardır, lakin 
karbohidratlardan daha az oksigen molekuluna sahibdir. Suda 
həll olunmur. 
 
Karbohidratlar
Qidanın digər tərkib hissəsi də karbohidratlardır. Bu 
tanıdığınız nişasta və şəkərdir.
Sıyıqda, çörəkdə, kartofda, meyvə və giləmeyvələrdə
tərəvəzdə xeyli karbohidrat orqanizmdə parçalanaraq karbon 
qazına və suya çevrilir. Onlar parçalanarkən insanın orqan və 
əzələləri üçün lazım olan enerji alınır. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə