Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


Qida rasionunda bitki mənşəli qidalar



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə18/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   113
 
Qida rasionunda bitki mənşəli qidalar 
Hal-hazırda ibtidai cəmiyyəti tədqiq edənlər şübhə etmirlər 
ki, bitki mənşəli qidalar və onların əldə olunması üsulu yığıcı-
lıq, eləcə də ətlə qidalanma, onun hazırlanması, ovçuluq ibtidai 
insanın həyatında xüsusi yer tuturdu. Bitki mənşəli qidalar ibti-
dai insan üçün əvəzolunmaz idi. Qədim dövrlərin həkim və 
filosofları müəyyən bitki növlərinə dair bir çox əsərlər yazmışlar. 
Sonrakı dövrlərin yazılı mənbələrinə və müəyyən növ yabanı 
bitkilərin qəbulu və istifadə edilməsi təcrübəsinə əsaslanaraq 
bitki qidalarının müxtəlif olduğunu söyləmək olar. Məsələn, 
qədim dövrün müəllifləri o dövrdə palıd qozasının faydaları və 
geniş şəkildə istifadəsi haqqında məlumat vermişdilər. Qədim 
yunan tarixçisi və filosofu Plutarx palıd ağacının bütün yabanı 
ağaclardan yaxşı məhsul verdiyini iddia edərək palıd ağacının 
faydalarını təsdiqləyir. Palıd qozasından çörək bişirmək üçün 
istifadə edirdilər. Palıd ağacı həm də insanları balla təmin edirdi. 
Orta əsr islam alimi olan İbn Sina da müxtəlif zəhərlərin müa-
licəsi üçün, xüsusilə də mədə, qanaxma xəstəliklərinə kömək edən 
palıd qozalarının müalicəvi xüsusiyyətləri haqqında öz traktatın-
da yazırdı: “İnsanlar palıd qozası yeməyə alışmışdılar, onlara 
zərər vermirdi, hətta ondan özlərinə çörək də hazırlayırdılar. 
 
Qidalanmada müxtəliflik 
Gördüyünüz kimi qədim insanın yeməyi ət məhsullarından 
və bitki mənşəli qidalardan ibarət idi. Bəlkə də o, düşünülmüş 
şəkildə ət yeməyini bitki ilə tamamlayaraq öz qida rasionunu 
rəngarəng edirdi. Bu onu deməyə imkan verir ki, qədim insanın 
yeməyi heç də birçeşidli olmayıb. Çox güman ki, o, yaxşı dad-
lara üstünlük verirdi. Onun qidası yalnız aclığı təmin etmək 
məqsədi daşımırdı. 
Paleolit dövrünün sonlarında artıq insanlar qidaları bir-
birindən fərqləndirməyi bacarırdılar. Bununla bağlı qədim in-


38 
sanların sosial-mədəni inkişafının xüsusiyyətləri meydana çı-
xırdı. Bu məqam insan qidasının sonrakı tarixi üçün xüsusilə 
vacibdir. 
Birincisi, o, əminliklə insanın qida qəbulu ilə həyat tərzi 
arasında mədəniyyət və müəyyən mənada qədim insan kol-
lektivinin ictimai təşkilatdan asılılığını göstərir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə