Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


Fayda və zərərlərin başa düşülməsi



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə19/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   113
 
Fayda və zərərlərin başa düşülməsi 
İnsanın qida rasionunda getdikcə yeni növ ərzaq məhsul-
ları meydana çıxırdı. Bəs, qədim insanlar yeməyin faydalarını 
və ya zərərlərini necə təyin edirdilər? 
Bu, mərhələlərlə baş verirdi. Odun meydana gəlməsi qida-
lanmada, xüsusilə balıq və ətdə müxtəliflik yaratdı. Bununla 
yanaşı insanda nəyin dadlı, nəyin dadsız olması haqqında an-
layış formalaşdı. Sonra isə insanlar praktiki həyatdan əldə et-
dikləri məlumatlardan şüurlu şəkildə nəyin zərərli olduğunu 
bildilər. Məsələn, insanlar anlamadan təzə qan qəbul edirdilər, 
bu onların həyatını xilas edirdi. Bununla bağlı olaraq “Vitami-
nologiya” haqqında anlayış ortaya çıxdı. 
 
Duz əvəzinə qan 
Ən mühüm suallardan biri də qədim insanların qəbul etdiyi 
duzla bağlıdır. İbtidai insanların duza ehtiyacı yox idi və çox 
güman ki, bundan istifadə etmirdilər. 
Əkinçiliyə keçməzdən əvvəl insanlar bitki qidalarının üs-
tünlük təşkil etdiyi yeməklərdə heyvanın təzə qanından aldıq-
ları duzla kifayətlənirdilər. Yeyilən heyvanların qanında lazımi 
miqdarda təbii mikroelementlər və minerallar var idi. 
Təzə qan və çiy ətin ibtidai insanlar tərəfindən istifadə 
edilməsi, onun odu əldə etməsi, onda yemək bişirməyi öyrən-
məsindən sonra da zəruri idi. Çünki bişirilmiş ətdə kifayət qə-
dər duz əvəzediciləri yox idi. Məsələn, keçmiş rus və xarici 
səyahətçilərin çoxsaylı dəlilləri göstərir ki, ovçuluqla məşğul 
olan Şimali Rusiyanın yerli əhalisi XX əsrə qədər duzu tanı-
mırdılar. Heyvan qanı şimal xalqlarında müalicə kimi çox mü-


39 
hüm hesab edilirdi. Ancaq duzdan istifadə etmirdilər, hətta on-
dan iyrənirdilər. 
Məsələn, Sibir sakinləri indinin özündə belə ənənəvi ola-
raq az duzlanmış balıq və kürünü sevirlər. İbtidai insanlar bu 
dada üstünlük verirdilər. Ona görə də bu dövrdə məlum olma-
yan xəstəliklər çox idi. Hal-hazırda bir çox bölgələrdə balıq pa-
razitlərinin yayılması 80%-ə çatır. Görünür ki, qədim dövrlərdə 
bununla bağlı olaraq vəziyyət yaxşı deyildi. 
Cənubda isə duza ehtiyac daha çoxdur. Bu cənubda bitki 
mənşəli qidaların həcminin çox olması və istifadə edilməsi ilə 
bağlıdır. İkincisi, isti iqlimdə orqanizm daha çox duz qəbul et-
məyə məcbur olur. Qədim dövrdə duzu bitkiləri yandırmaqla 
onun külündən alırdılar. Bitkini yandırmaqla əldə edilən maddə 
sonrakı dövrdə də geniş yayılmışdır. Hal-hazırda qeyd olunan 
qida əlavəsi potaş və kalium karbonat adlanır. Potaş təbii qoru-
yucu maddədir və onu almaq mümkün olmadığı hallarda onu 
çox vaxt duzla əvəz edirdilər. 
İnsanın əkinçiliyə keçməsi ilə əlaqədar qədim mənbələr və 
duz əvəzediciləri kifayət deyildir. İnsanlar ehtiyacları üçün duz 
tapmaq, onu əldə etmək yollarını axtarmağa məcbur olurdular. 
Ot yeyən ev heyvanları duz olmadan yaşaya bilməzdilər. Buna 
görə də duzun çox çıxarılması insanlar üçün zəruri idi. Neolit 
inqilabı insanın duzsuz mövcudluğunun sonu demək idi. Nəti-
cədə insan duza olan tələbatını təmin etmək üçün yollar axtarıb 
tapmağa məcbur oldu. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə