Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


MÖVZU 4. QƏDİM SİVİLİZASİYALAR VƏ QİDALANMA



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə21/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   113
MÖVZU 4. QƏDİM SİVİLİZASİYALAR VƏ QİDALANMA 
Qida və qidalanmanın inkişaf tarixi öz köklərinə görə Qə-
dim Misir, Mesopotamiya, Şimali Afrika, Qədim Romadakı 
əkinçiliklə, çörəkbişirmə ənənələri ilə sıx bağlıdır. Arxeoloji 
məlumatlar sübut edir ki, çörək qədim sivilizasiyaların əsas 
qidası olub, xüsusilə burada torpağı şumlayıb, dənli bitkilər ye-
tişdirirdilər. Qeyd olunur ki, insanlar dənli bitkilərin dadını ilk 
dəfə təxminən 15 min il əvvəl bilirdilər. Təxminən 8 min il əv-
vəl babillər, misirlilər, assuriyalılar, yəhudilər və digər xalqlar 
arpa, buğda əkməyə başladılar. Neolit dövründə (3000-500 e.ə.) 
insan taxıl əkməyi və ev heyvanlarını yetişdirməyi öyrəndi və 
gil qablar ixtira olunduqdan sonra müxtəlif üsullarla yemək ha-
zırlamağa nail oldu. Bu dövrdə bişirilən çörəkləri uzun müddət 
saxlamaq olurdu, hətta onları yola da götürürdülər. Çörəyin 
bişirilməsi və saxlanması eramızdan 4 min il əvvəl misirlilərə, 
sonra yunan və romalılara, onlardan da bütün Avropaya yayıl-
dı. Çörək hazırlayan insanlar o dövrdə çox hörmətli hesab olu-
nurdular. Qədim Yunanıstanda çörəkçi çox yüksək mövqe 
tuturdu. Roma imperiyasında çörək bişirməyi bacaran qula 100 
min, qladiatorlara isə 10-12 min qiymət qoyulurdu. Çörək Şər-
qi slavyan xalqlarının qidalanmasında da əsas yer tuturdu. Tari-
xin atası hesab edilən Heredot təsdiqləyirdi ki, eramızdan 500-
400 il əvvəl Qara dəniz və Azov bölgələrinin çöllərində yaşa-
yan tayfalar gözəl buğda yetişdirirdilər. 


43 
QƏDİM MİSİR 
 
Qədim Misir dünyanın ən inkişaf etmiş sivilizasiya mər-
kəzi olub, Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında 
yerləşən qədim dövlətdir. Qədim Misir tarixi çox böyük bir 
dövrü əhatə edir - e.ə. IV minillikdən sülalə dövrünə qədər, bi-
zim eramızın IV yüzilliyinin əvvəlindən və qurtarır Roma dövrü 
ilə. Bu dövr ərzində Misiri otuz firon sülaləsi idarə edib. On-
ların bir çoxlarının adı indi də məşhurdur. Amenxotep, Tutmos, 
Tutanxamon, Ramzes, hərçənd ki, bunların adları qaydaya uy-
ğun olaraq nömrələrinə görə fərqlənirdi: Amenxotep II, Tutmos 
IV, Ramzes IX və s. Qədim Yunanıstan Roma və orta əsr Av-
ropasından fərqli olaraq Misir sivilizasiyasından daha çox mad-
di abidələr bu günümüzə qədər gəlib çatıb. Bu bir tərəfdən Mi-
sirin iqlimi ilə, digər tərəfdən isə qədim misirlilərin öz istəyi ilə 
ölənlərinin cəsədini sonrakı həyat üçün saxlaması ilə bağlı idi. 
Qədim Misir mədəniyyətinin mühüm cizgiləri misirlilərin ölü-
mə qarşı etirazı olmuşdur. Ölümsüzlüyə qarşı olan meyl misir-
lilərin bütün dünyagörüşünü müəyyən etmiş, Misirin bütün dini 
fikrinə daxil olmuş və qədim Misir mədəniyyətini formalaş-
dırmışdır. Bu isə Misirin həm dini, həm də mədəni həyatında 
mühüm rol oynamışdır. Misirlilərin ölümlə razılaşmaması belə 
bir dini etiqadı yaratmışdır ki, ölüm heç də son demək deyildir. 
Yerdə gözəl əbədi həyat uzana bilər. Ölən adam özünün diril-
məsini gözləməlidir. Bunun üçün ölənin ölməz ruhlarından biri 
onun bədəni ilə təzədən birləşməli və həyat yenidən başlama-
lıdır. Ona görə də canlılar ölənlərin bədənlərinin qayğısına qal-
malıdır. Bu qayğı üçün əsas vasitə mumyalama idi. İnsanların 
cəsədlərini mumyalamaq qədim Misirdə ən hörmətli sənət he-
sab olunurdu. Cəsədin qorunması ehtiyacına olan inam bütün 
Misir dininin əsasını təşkil edirdi. Onlar üçün cəsəd daimi ol-
duğu üçün, düşünürdülər ki, onu lazımi maddi əşyalar, geyim 
və yeməklə təmin etməlidirlər. Bu ideologiya qədim misir-
lilərin dini dünyagörüşünə, həyat tərzinə güclü təsir göstər-
mişdir. Lakin onların qaraqabaq və ölümdən qorxaraq yaşadıq-


44 
larını düşünmək olmaz. Əksinə, onlardan sonra qalan maddi 
mədəniyyət nümunələrini öyrənərkən məlum olur ki, onlar çox 
şən, həyatsevən olub və onunla vidalaşmağa tələsmirdilər.

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə