Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə23/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   113
 
 
Misirdə yemək bişirmə texnologiyası
Qidanın termiki (isti) emalında başlıca rolu hündürlüyü bir 
metr olan silindir formasında səyyar gil sobalar oynayırdı. Bu 
sobalarda aşağı hissədə hava sovrulması və külün təmizlənməsi 
üçün qapı, daxilində yanacaq qoymaq üçün barmaqcıqlar və ya 
tor olurdu. Üzərinə iki qulpu olan, müxtəlif formalı və ölçülü 
qazan qoyurdular. Hətta çox zaman bu qazanlar sobadan da 
böyük olurdu. Hərdən sobasız da keçinirdilər. Aşpaz qazanı üç 
daşın üzərinə qoyur və onların altında kömür və odundan 
hazırlanan tonqal qalayırdı. Ağac kömürdən daha çox istifadə 
edirdilər, çünki qonşu ölkələrdə olduğu kimi Misirdə də daş 
kömür yox idi. Mənbələrdən məlum olur ki, ağac kömür o 
dövrdə ən qiymətli mallardan hesab olunurmuş. Onları kisə-
lərdə və səbətlərdə gətirirdilər. Alovu qalamaq üçün Misir əha-
lisi odun çubuqlarından istifadə edirdi. Onlar çox nadir mal he-
sab olunduğu üçün hətta ən böyük ehramlar belə aya 16 çubuq-
dan artığını ala bilmirdi. Alovun yandırılması üçün istifadə edi-
lən vasitə 2 hissədən, əsası yoğun, ucu iti olan çubuqlar və fin-
candan ibarət idi. Onun üçün lazım olan vasitəni cənub ölkələr-
dən gətirirdilər və onu yalnız dövlətli ailələr əldə edə bilirdi. 
Mətbəx qabları qazan, tas, küplər və gil qablar, çanta, səbətdən 
ibarət idi. Ət və balığı doğramaq və ya tərəvəzi emal etmək 
üçün üç və dörd ayaqlı masadan istifadə edirdilər. Yeməyi od-
da hazırlamaq üçün iki üsul var idi. Onlar “pesi” və “aşer” feil-
ləri ilə göstərilmişdir. Birinci “pesi”- qaynatmaq, bişirmək - 
süd və ətə aid edilir. Bununla bağlı ət parçaları olan ocaq 
üzərində dayanan dərin qazanın görüntüləri tapılmışdı. Qədim 
misirlilər bişmiş əti hissələrlə, doğranmış tərəvəzlərlə hazır-
layır və ya yuxanın içərisinə qoyurdular. Çox zaman döyülmüş 


48 
ətdən bifşteks, kotlet hazırlayırdılar ki, xeyli sonralar Qədim 
Romada məşhur oldu. Müxtəlif yeməkləri hazırlamaq üçün 
geniş şəkildə yağ, qaymaq, qaz və mal ətinin yağından istifadə 
olunurdu. Firon III Tutmosun dövründə (e.ə. II minilliyin 
ortalarında) dövlətin baş çinovniki olan vəzir Rəhmirin sərda-
bəsində onun mətbəxinin görüntüləri təsvir olunub. Bu təsvir-
lərdə şorbanı bişirmək üçün həddən artıq balaca qazan öz 
əksini tapıb. Yazıdan görünür ki, aşpaz qazana yağ tökür, onun 
köməkçisi isə qazanı uzun bir əşyayla qarışdırır, bu yəqin ki
aşpaz qaşığıdır. Buradakı təsvirdə şorba və ya nəyinsə qızar-
dılmasını dəqiq müəyyən etmək çox çətindir. Digər ikinci söz 
”aşer” qızartmaq mənasını bildirir. Məsələn, qaz və ördəyin 
tükünü yolur və bağırsağını çıxarır, başını və ayaqlarını kəsir, 
uzun şişə keçirib aşağı peçdə qızardırdılar. Bu formada təkcə 
quşları deyil, əti də qızardırdılar. Misirlilərin quşu və balığı 
necə yeməklərini sübut kimi Herodotun əsərlərində görmək olar. 
O yazırdı ki, onlar balığı çiy halda və ya günəşin altında 
qurudaraq, duzlanmış formada yeyirdilər. Bildirçini, ördəyi, 
xırda quşları da duzlanmış qaydada istifadə edirdilər. Balıq və 
quşların bütün cinslərini, müqəddəs hesab olunanlardan başqa 
qaynadılmış və qızardılmış şəkildə qəbul edirdilər. Məbədlərə 
çox sayda duzlu bağırsaq, eləcə də təzə balıqlarla yanaşı, diri 
quşları, tez yeyiləbilən quşların cəsədlərini də göndərirdilər. 
Bəzən doğranıb qurudulmuş quşların cəsədləri uzun müddət 
saxlanılırdı. Qədim Çarlıqda (b.e.ə 2778-2263) çörək məhsulla-
rının azı 15 növü var idi. Onların çoxuna sonrakı dövrlərdə də 
rast gəlmək olurdu. Çörəklər bir-birindən ununa, formasına, bi-
şirilmə dərəcəsinə və xəmirinə qatılan əlavələrə görə fərqlənir-
di. Çörəyi bişirərkən ona süd, bal, meyvə, yumurta, yağ qatır-
dılar. Nəzərə almaq lazımdır ki, qədim Misirdə mövcud olan 
hər şey bizim dövrümüzə qədər gəlib çıxmasa da, dəlillər Qə-
dim Misirdə çörəyin çeşidinin əhəmiyyətli dərəcədə zəngin və 
müxtəlif olması qənaətinə gəlməyə imkan verirdi. Bu təəccüblü 
deyil. Çünki bəşəriyyətin kulinariya sənətinin ən qədimi müx-


49 
təlif un məhsullarının hazırlanması idi, hansı ki, qədim daş 
dövründə yaranmış və hətta əvvəllər və bir neçə minilliklər 
ərzində formalaşmışdır. Bu minilliklər ərzində milyonlarla ixti-
raçı - qədim aşpazlar öz üzərlərində işləyir, inkişaf edir, yemək 
bişirmə üsulları və metodlarını hazırlayırdılar. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə