Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


Qədim Misirdə yemək mərasimi



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə25/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   113
Qədim Misirdə yemək mərasimi 
Qədim misirlilər yeməyi kiçik masada bir və ya iki nəfər 
oturaraq yeyirdilər. Masanın üzərində ətdən olan yemək, quş 
əti, tərəvəz, meyvə olurdu. Uşaqlar yastığın üstündə və ya dö-
şəmədə otururdular. Misir ailəsinin hər bir üzvü səhər yeməyini 
ayrı-ayrı yeyirdi. Ailənin başçısına yeməyi o yuyunandan dər-
hal sonra verirdilər. Həyat yoldaşı isə qulluqçusu onun saçını 
darayıb bitirdikdən və təraş etdikdən sonra səhər yeməyini qə-
bul edirdi. Onun masasının yanında palma yarpaqları olan sə-
bət və iki vaza olurdu. Yemək masasında mövsümə görə ət, 
quş, tərəvəz, meyvə, çörək və əlbəttə ki, pivə olurdu. 
Misirin iqlimi isti olduğu üçün öküzü elə adamlar ovlayır-
dılar ki, onu üç, dörd gün ərzində yeyə bilsinlər, əks təqdirdə ət 
çürüyərdi. Bunu qulluqçuları çox olan və qonaqlar üçün tez-tez 
ziyafət məclisi təşkil edən varlı zadəganlar edirdi. Günün 
sonunda yüngül nahar olurdu. Nahardan sonra misirlilər bir və 
iki saat söhbət edir, sonra isə yatırdılar. Misirlilərin ən böyük 
zövq aldıqları iş ziyafətlər təşkil etmək idi. Ora özlərinin çox-


52 
saylı tanışlarını və qohumlarını dəvət edirdilər. Misir sərdabə-
lərinin sahibinə öz sağlığında təşkil etdiyi ziyafət məclislərinin 
səhnələrinə tez-tez rast gəlinirdi. Bu ziyafətlər üçün evdə və 
mətbəxdə, dükanlarda, böyük alış-veriş işlərinə hazırlıq həyata 
keçirilirdi. Bunun üçün öküzü ovlayır, parçalayıb hissələrə 
bölürdülər. Ondan isti, pörtlədilmiş ət və souslar hazırlayırdılar. 
Qazları şişdə qızardır, içmək üçün küpdə pivə, şərab, likör 
təqdim olunurdu. Səbətlərdə isə müxtəlif meyvələr qoyulurdu. 
Bununla yanaşı, bütün ərzaqlar tozdan yaxşı qorunurdu. Şkaf-
lardan qızıl, gümüş qablar, vazalar və boyalı qablar götürür-
dülər. Məsaməli gil qablarda su soyudulurdu. Qonaqların gəl-
məyinə yaxın musiqiçilər, oxuyanlar, rəqqaslar yığılırdı. Qapı-
çılar isə qonaqları qəbul etmək üçün qapının yanında dayanır-
dılar. Hörmətli qonaqları evin sahibi özü girişdə qarşılayır və 
bağın içərisi ilə ötürürdü. Bəzən elə olurdu ki, evin sahibi 
qonaqları firon kimi öz qonaq otağında gözləyirdi. Belə olan 
halda qonaqları xidmətçilər qarşılayırdılar. Onlara əyinlərində 
bayram paltarı, əllərində dəmir olan qapıçılar rəhbərlik edirdi. 
Xidmətçilər gələn qonaqlara yaxınlaşır, arabanın qoyulacağı 
yeri göstərirdilər. Qulların müşayəti ilə kişi və qadın, yəni qo-
naqlar evə tərəf yönəlirdi. Salona girişdə onları daha çox qul və 
xidmətçilər qarşılayırdı. Kişi xidmətçilər ağ kraxmallı qısa 
ətəkdə, qızlarda isə demək olar ki, geyim olmurdu. Onlarda 
budlar ətrafına dolanmış parçadan, boyunbağıdan, ayaqlarına, 
qollarına taxılmış qolbaqlardan başqa heç bir şey olmurdu. 
Onlar qonaqlara lotos gülləri təqdim edir, pivə və şərab payla-
yırdılar. Qonaqlar tədricən təşrif buyururdu. Qamətli kişilər və 
zərif qadınlar qüsursuz büzməli kətan paltar geyinir, başlarına 
isə üzlərini əhatəyə alan ağır qara süni saçlar qoyurdular. 
Tanışlar və dostlar bir-birini salamlayırdı. Misirlilər yaxşı 
kompliment deməyi və yaltaqlığı çox sevirlər. Ramzes dövrünə 
aid papirusdakı bir nümunədə belə deyilirdi: “Amon mərhəməti 
ürəyinizdə olsun, sənə xoşbəxt bir qocalıq göndərsin. Həyatını 
sevinc içərisində keçirəcək və şərəf qazanacaqsan. Sənin dodaq-


53 
ların sağlam, sənin üzvlərin güclüdür, sənin gözlərin uzağı 
görür və s.” Təxminən ziyafəti təşkil edən ev sahibini belə 
salamlayırdılar. O isə belə cavab verirdi: “Xoş gəlmisiz” və ya 
“Çörək və pivə”, “Tanrıların kralı Amon Ranın mərhəmətinə, 
bizim şirin diyarımızın Xaraxti, Cetxa, Neftis və bütün tanrı və 
ilahələrə dua edirəm”. Mərasim bitdikdən sonra öz salamlarını 
və arzularını bildirmək üçün qonaqlar qəbul otağından başqa 
otağa keçirdilər. Burada hörmətli qonaqlar üçün müəyyən edilmiş 
hündür oyma arxaları olan kreslolar qoyulurdu. Nisbətən aşağı 
ranqlı qonaqları tabretkada, döşəmədə salınmış yastıqlarda və 
döşəklərdə oturdurdular. Kişilər bir sırada, qadınlar isə dar 
ətəklərini düzəldib, buruq süni saçlarını qaydaya salaraq o biri 
sırada əyləşirdilər. Qonağın arzusuna əsasən o, öz qadınının 
yanında qala bilərdi. Bundan sonra isə yeməklərin verilməsinə 
başlanılırdı. Burada ən tələbkar zövq üçün də hər şey var idi. 
Qonaqlar yeməyə başlayırdılar. Salonun divarları boyunca çox 
sayda böyük olmayan masalar yerləşdirilirdi. Masanın üzərində 
qızardılmış ət, toyuq, ördək, göyərçin, tərəvəzlər, müxtəlif for-
malı çörəklər qoyulurdu. Metal qablarda şərab olan küplər 
qoyulur və seçim üçün şərabın yaşı göstərilirdi. Qullar qonaq-
lara delikates verir, hansı ki, onu əllə yeyirdilər, bıçaqla isə əti 
kəsmək üçün istifadə edirdilər. Qonaqlar əllərindəki yağı 
silmək üçün salfetdən istifadə edirdi. Misirlilər musiqini də çox 
sevirdilər. Musiqiyə olan maraq qədim dövrdə yaranmışdı, 
hansı ki, o zaman hələ musiqi alətləri yox idi və dinləyicilər 
müğənniləri dəstəkləyirdilər. Onlar dizlərinə vurmaqla ritm 
tuturdular. Piramida dövründə fleyta, arfa, qaboy meydana 
gəldi. Onları həm ayrı, həm də bir yerdə səsləndirirdilər. Yeni 
çarlıq dövründə (b.e.ə II minilliyin ortalarında) qonşu xalqların 
mədəniyyətinin təsiri nəticəsində musiqi alətləri dəyişikliyə 
məruz qalır, arfa daha böyük olur, simlərin sayı iki dəfə artır. 
Bu dövrdə başqa musiqi alətləri də var idi. İkiqat fleyta, baraban 
və s. Axırıncıları yumru və kvadrat şəklində hazırlayırdılar. 
Onları daha tez-tez xalq və dini bayramlarda istifadə edirdilər. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə