Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki


Orta əsrlərdə yeməklə bağlı ədəb qaydaları



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə33/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   113
 
Orta əsrlərdə yeməklə bağlı ədəb qaydaları 
Orta əsrlərdə bütün ailə üzvləri bir yerdə yemək yeyirdi. 
Bura azyaşlı uşaqlar və xidmətçilər də daxil idi. Gizli şəkildə 
yemək və ya öz yeməyini gizlədərək bölüşməmək insanlar ara-
sında ən şərəfsiz hərəkətlərdən biri hesab olunurdu. XIII əsrdə 
yaşamış ingilis psixoloqu Linkoln Konetsi adətlərə zidd olduğu 
üçün qonaq otağı və mətbəxdən başqa otaqda yemək yeməyi 
qadağan etdi. Dövlətli insanların mətbəxi geniş olurdu və bura-
da bir neçə xidmətçi çalışırdı. Çox zaman burada işləyən xid-
mətçilər ərzaqlardan oğurlayırdılar.
Orta əsrlərdə keçirilən mərasimlərin hər birinin öz qayda-
ları var idi. Yuxarı təbəqənin tədbirləri kübar səviyyədə olurdu. 
Orta əsrlərdə kasıb və varlı təbəqənin keçirdiyi tədbirlərdə ədəb 
qaydaları haqqında məlumatlar çox az sayda dövrümüzə qədər 
gəlib çatmışdır. Məlum olmuşdur ki, varlı ailələrin məclisləri 
digərlərindən kifayət qədər fərqlənirdi. Qonaqlara yeməkdən 
əvvəl və yeməkarası əllərini yumaq üçün içərisi su ilə dolu 
qablar verilirdi. Qeyd olunurdu ki, kübar cəmiyyətinə məxsus 
olan qadınlar öz davranışlarına daha çox fikir verməli idilər. 
Ona görə də qadınlar birinci öz aralarında yemək yeyirdilər. 
Burada onlar daha sərbəst olur və ədəb qaydalarını gözləmək 
elə də vacib deyildi. Ən bahalı məclislər kişilər tərəfindən təş-
kil edilirdi. Qadınlar çox zaman bu məclislərdə iştirak etmir-
dilər. Cəmiyyətdə olan bütün təbəqələr arasında sosial fərqlər 
artdıqca, hər birinin özünəməxsus ədəb qaydaları formalaşırdı. 


78 
O dövrün adətləri bunlardır: aşağı təbəqə yuxarı təbəqənin qul-
luğunda durmalı, cavanlar böyüklərə kömək etməli, kişilər qa-
dınların paltarlarına hər hansı ləkəni salmamaq üçün diqqətli 
olmalı, qadınlar yemək yeyərkən incə, zərif olmalı idilər. Qə-
dəhləri bir-birinə vurmaq, qonaqlara içki təklif etmək kübar 
qaydalardan hesab olunurdu. Yeməyə başlayarkən çörəyi böl-
mək və qonaqları masaya dəvət etmək ev sahibinin vəzifəsi idi. 
Yemək adətən boşqab və kasalarda verilirdi. Süfrənin üzə-
rinə bıçaq da qoyulurdu. Çəngəl Avropada XV əsrə qədər isti-
fadə edilməmişdir. Yalnız İtaliyada zadəganlar bundan istifadə 
edirdilər. İtaliyada çəngəldən istifadə XVI əsrə qədər mövcud 
olmayıb. Çəngəldən istifadə bütün təbəqələrdə eyni vaxtda baş 
verib. Çəngəldən və o dövrə məxsus olan masa dəstlərindən is-
tifadə edilməsi Bizans imperatorunun qızı Teodora Dükenin 
adı ilə bağlıdır. Onun ziyafət məclisində şirniyyatları çəngəllə 
yeməsi böyük marağa səbəb olmuşdu. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə